Qiymətləndirilmə mövcud qanunvericiliyə əsaslanıb, insan hüquqlarını və ədaləti
dəstəkləyən prinsiplərə uyğun olmalıdır ki, şagirdlərin hüquq və rifahları qorunsun.
Q6 - Tənzimlənmiş qiymətləndirmə
Qiymətləndirmə nəticələri şagirdin həm güclü həm də zəif xüsusiyyətlərini üzə çıxartmalıdır
ki, güclü xüsusiyyətlər inkişaf etdirilsin, zəif xüsusiyyətlər isə aradan qaldırıla bilsin.
Faydalılıq standartları
Faydalılıq standartları şagird qiymətləndirilməsinin nəticələrinin məlumatlı, vaxtı vaxtında və
nüfuzlu olduğunu təmin edir.
F1 - Konstruktiv istiqamətləndirmə
Şagirdin psixoloji qiymətləndirilməsi konstruktiv olmalıdır ki, onun nəticələrinə əsaslanan
qərarlar şagirdin maraqlarına xidmət edə bilsin.
F2 - Müəyyənləşdirilmiş istifadəçilər və istifadə.
Şagirdin qiymətləndirilməsi nəticələrindən istifadə edənlər və nəticələrin istifadə yolları
konkret təyin edilməlidir ki, qiymətləndirmə şagirdin təlimi və ümumi inkişafına müvafiq
şəkildə xidmət etsin.
F3 - Məlumat dairəsi
Şagirdin psixoloji qiymətləndirilməsi zamanı toplanılan məlumat məqsədyönlü və dolğun
olmalıdır ki, qiymətləndirmə məsələlərini cavablandırıla bilsin və şagirdin ehtiyaclarına
ünvanlansın.
F4 - Qiymətləndirənin ixtisası
Şagirdləri qiymətləndirən psixoloq, müəllim və başqaları lazımi bilik və bacarıqlara malik
olmalıdırlar ki, qiymətləndirmə kompetent şəkildə aparılsın və nəticələr etibarlı olsun.
F5 - Aydın
əsaslar
Şagirdin psixoloji qiymətləndirilməsinin planlaşdırılması və keçirilməsində qiymətləndirmə
əsasları tam aydın olmalıdırlar ki, müəllim və digərləri tərəfindən verilən qiymətlərin
səbəbləri şəffaf olsun.
F6 - Effektiv hesabat-vermə
Şagirdlərin psixoloji qiymətləndirilməsi haqqında hesabatları aydın, vaxtı-vaxtında, səliqəli
və relevant olmalıdır ki, onlar şagird, valideynlər və başqa hüquqlu şəxslər üçün faydalı
olsun.
F7 – Davamlı xidmət
Psixoloji qiymətləndirilmədən sonra baş verən proseslərə diqqət yetirilməli - şagird,
valideynlər və başqa hüquqlu şəxslər qiymətləndirmə nəticələrini tam anlamalı və onlara
əsaslanıb qərar verə bilməlidir. Bunun üçün hər tələb olunan məsləhətləşmə və digər
xidmət davamlı nəzərdə tutulmalıdır.
Mümkünlük standartları
Mümkünlük standartları şagirdin qiymətləndirilməsini planlaşdırılmış şəkildə yerinə yetirilməsini
təmin edir. Bunu üçün qiymətləndirmə praktik və diplomatik olmalıdır.
M1 - Praktik istiqamətləndirmə
Şagirdin qiymətləndirilməsi üsulları praktik olmalıdır ki, onlar məktəbdəki digər proseslərə
ziyan vurmadan lazım olan məlumatı effektiv və çevik yollarla əldə etməyi mümkün etsin.
M2 - Siyasi
incəlik
Qiymətləndirilmə prosesi valideyn, şagirdlər və digər hüquqlu şəxslər tərəfindən yarana
bilən maraq və sualları əvvəlcədən nəzərə almalıdır ki, bu suallar effektiv cavablandırılsın,
və tələb olunan əməkdaşlıq səviyyəsi əldə edilsin və qorunsun.
M3 - Qiymətləndirmənin dəstəklənməsi
Psixoloji qiymətləndirilmə uyğun vaxt və resurslarla təchiz olunmalıdır ki, qiymətləndirmə
effektiv planlaşdırılıb həyata keçirilə bilsin, nəticələr tam şəkildə bildirilsin və sonrakı
davamlı xidmətlər həyata keçirilə bilsin.
Dəqiqlik standartları
Dəqiqlik standartları şagirdlərin inkişafı və halları haqqında toplanılan məlumatların düzgünlüyünü
təmin edir.
D1 – Düzgünlüyə yönəldilmə
Şagirdin psixoloji qiymətləndirilməsinin inkişafı və həyata keçirilməsi əldə edilən
məlumatların birmənalılığına yönəldilməlidir ki, şagird haqqında çıxarılan nəticələrin yanlış
şərhi mümkün olmasın.
D2 - Şagirdlər üçün müəyyənləşdirilmiş amillər
Şagirdin inkişafını əks etdirəcək amillər və gözləntiləri onlar üçün aydın şəkildə
müəyyənləşdirilməlidir ki, qiymətləndirmə nəticələri dəqiq və əhəmiyyətli olsun.
D3 - Kontekst təhlili
Şagirdin fəaliyyətinə təsir edə bilən müxtəlif mühit amilləri müəyyənləşdirilməli və nəzərə
alınmalıdır ki, şagirdin inkişafı əsaslandırılmış şəkildə izah edilə bilsin.
D4 - Sənədləşdirmiş prosedurlar
Şagirdin həm planlaşdırılmış, həm də hazırda aparılan qiymətləndirmə prosedurları yazılı
sənədlərdə təsvir olunmalıdır ki, prosedurlar izah oluna və müdafiə edilə bilsin.
D5 - Müdafiə oluna bilən nəticələr
Əldə edilən qiymətləndirmə nəticələri o səviyyədə əsaslı olmalıdır ki, onların dəqiqliyi
müdafiə edilə bilsin.
D6 - Məlumatların etibarlılığı
Prosedurlar elə müəyyənləşdirilib yerinə yetirilməlidir ki, əldə edilən məlumatlara əsasən
effektiv qərar vermək mümkün olsun.
D7 - Qərəzsizliyin təmin edilməsi
Prosedurlar təmin etməlidir ki, şagirdin psixoloji qiymətləndirilməsi qərəzsizdir və nəticələr
ədalətlidir.
D8 - Məlumatın emalı və keyfiyyətə nəzarət
Şagirdlər haqqında toplanmış, emal edilmiş və çatdırılmış məlumat sistemli şəkildə nəzədən
keçməli, lazım gəldikdə düzəldilməli və məxfi saxlanılmalıdır ki, üzərində qurulan təhlil
dəqiq olsun.
D9 - Məlumatın təhlili
Şagirdin qiymətləndirilməsi üçün toplanmış məlumat sistematik şəkildə təhlil olunmalıdır
ki, qiymətləndirmə məqsədləri səmərəli yerinə yetirilsin.
D10 - Əsaslandırılmış nəticələr
Şagirdin nailiyyətləri haqqında qiymətləndirmə nəticələri aydın şəkildə əsaslandırılmalıdır
ki, şagirdlər, valideynlər və başqaları onlara etimad göstərə bilsin.
D11 – Qiymətləndirmənin qiymətləndirilməsi