MəKTƏBLƏRDƏ MÜASİr psixoloji XİDMƏTİn təŞKİl ediLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ



Yüklə 237,85 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix23.09.2017
ölçüsü237,85 Kb.
#1326
1   2   3   4   5   6   7   8

Optimal variantda – psixoloji xidmət kabineti üçün 2 otaq ayırmalıdır (biri daha kiçik – iş 

zonası, fərdi məsləhətləşmə, fərdi diaqnostika üçün; o biri isə daha böyük – qrup diaqnostikası, 

korreksiya, inkişafetdirici və digər qrup işi və məsləhətləşmələr üçün). 

Xüsusi qeyd: Kabinet mümkün olan qədər yüksək səs izolyasiyasna malik olmalıdır ki, kənar 

səslər aparılan işə mane etməsin. Kabinetin işıqlandırmasını (dünya standartlarına uyğun olaraq) 

eyni zamanda həm gün işığı (ekonom) həm də qızma lampalarından istifadə edilməsi məsləhət 

görülür. 

 

PSİXOLOJİ XİDMƏTİN İŞ VƏ PROSEDURALARININ SƏNƏDLƏŞDİRİLMƏSİ 

Psixoloji Xidmətin Əsasnaməsi 

Adından məlum olduğu kimi, Psixoloji Xidmətin Əsasnaməsi məktəb işinin bu istiqamətinin 

əsas sənədidir. Burada Xidmətin fəaliyyət istiqamət və növləri, psixoloqların vəzifə və hüquqları 

təyin edilir, və bütün digər sənədləşdirmə bu sənədə əsaslanır.  

Xüsusi qeyd: psixoloqların işini bütövlükdə əhatə edib tənzimləyən (və bu vəsaitdə təqdim 

edilən) sənədlərin siyahısı 4.1.1 bəndinə təyin edilir.  

 

-.-.-.-.- 



 

PSİXOLOJİ

 

XİDMƏTİN

 

ƏSASNAMƏSİ 

1.

 

Ümumi müddəalar. 

1.1.


 

Psixoloji  xidmət  _______________  Məktəbin  (irəlidə  Məktəb)  təhsil  fəaliyyətinin  əsas 

komponentlərindən biridir. 

1.2.


 

Psixoloji  xidmət  şagirdlərin,  pedaqoji,  yardımçı  və  texniki  heyətin  fəaliyyətinin 

yaxşılaşdırılmasına,  onların  psixoloji  dəstəyi  və  psixoloji  rifahını  təmin  etməyə 

istiqamətləndirilmişdir. 

1.3.

 

Psixoloji xidmətin başlıca məqsədi tədris-təlim prosesində uşaq və yeniyetmələrin şəxsi və 



sosial  adaptasiyasının  psixoloji  müşayiətindən  və  pedaqoji  prosesin  fərdiləşdirmə  və 

humanistləşdirilməsinin psixoloji təminatından ibarətdir. 

1.4.

 

Psixoloji  xidmətin  əməkdaşları  öz  fəaliyyətini  bu  Əsasnaməyə  uyğun  olaraq,  habelə 



valideyn  və  şagirdlərin,  müəllim  və  Məktəb  rəhbərliyinin  müraciətləri  əsasında  həyata 

keçirirlər. 

1.5.

 

Bütün  məsələlərin  həllində  psixoloq  uşağın  təhsil  maraqlarını  və  mənəvi  rifahını  üstün 



tutmalıdır. 

1.6.


 

Psixoloji xidmət birbaşa Məktəbin direktoruna tabedir. 

 

2.

 

Psixoloji xidmətin fəaliyyətinin əsas istiqamətləri. 

2.1.


 

Praktik istiqamət: Məktəb rəhbərliyi, müəllim, valideyn və şagirdlərin fərdi müraciətlərinə 

istinadən,  habelə  xidmətin  məqsəd  və  vəzifələrinə  uyğun  olaraq  psixodiaqnostik, 




korreksiya-  və  inkişafetdirici,  məsləhətverici  və  maarifləndirici  işlərin  təşkili  və  həyata 

keçirilməsi. 

2.2.

 

Tətbiqi  istiqamət:  pedaqoji  kadrların  psixoloji  kompetentliyinin  və  şagirdlərin  psixoloji 



savadının artırılması. 

2.3.


 

Elmi-tədqiqi  istiqamət:  müəyyən  yaş  dövrü  üzrə  kompleks  sistem  çərçivəsində 

psixodiaqnostik, psixokorreksiya və inkişafetdirici sahələrdə tədqiqatların aparılması. 

 

3.

 

Psixoloji xidmətin əsas fəaliyyət növləri. 

3.1.


 

Psixoloji  maarifləndirmə  –  müəllim,  valideyn  və  şagirdlərin  psixoloji  biliklərlə 

zənginləşdirilməsi. 

3.2.

 

Psixoloji  məsləhət  –  şagird  və  valideynlərin,  Məktəb  heyətinin  peşəkar  psixoloji 



məsləhətlərə olan ehtiyaclarının ödənilməsi. 

3.3.


 

Psixoloji  diaqnostika  –  şagird  və  Məktəb  heyətinin  inkişaf  xüsusiyyətlərinin 

qiymətləndirilməsi və monitorinqi. 

 

4.

 

Psixoloji xidmət əməkdaşlarının vəzifə və hüquqları. 

 

4.1.



 

Psixoloji xidmət əməkdaşlarının vəzifələri: 

4.1.1.


 

Bu Əsasnaməyə, Şagirdlərin və Heyətin Qiymətləndirilməsi Standartlarına, Psixoloji 

Məsləhətləşmələrin  Etik Kodeksinə  və Psixoloji  Xidmətin  Fəaliyyət Planına  (Bax  bənd 

5) tam uyğun şəkildə fəaliyyət göstərmək; 

4.1.2.

 

Peşəkar  səviyyəsini  daim  yüksəltmək,  psixoloji-pedaqoji  mövzulara  həsr  olunmuş 



elmi-metodik seminar və konfranslarda iştirak etmək;  

4.1.3.


 

Müəyyən edilmiş qayda və müntəzəmlikdə Məktəb rəhbərliyinə hesabatlar vermək. 

 

4.2.

 

Psixoloji xidmət əməkdaşlarının hüquqları: 

4.2.1.


 

Şagirdlərin  davranışı  və  fəaliyyətlərinin  öyrənilməsi  məqsədilə  dərsləri  müşahidə 

etmək; 

4.2.2.


 

Zəruri Məktəb sənədlərilə tanış olmaq; 

4.2.3.

 

Məktəb rəhbərliyi, müəllim və şagirdlərin sifarişi ilə Məktəbdə fərdi və qrup şəklində 



psixoloji tədqiqatlar aparmaq; 

4.2.4.


 

Elmi-metodik və kütləvi informasiya vasitələrində çıxış etmək; 

4.2.5.

 

Təhsili və ixtisasına uyğun olaraq dərs yükü, fakultativ və dərnək məşğələlərilə təmin 



olunmaq; 

4.2.6.


 

Zəruri  hallarda  şagirdə  kömək  məqsədi  ilə  Məktəb  rəhbərliyi  vasitəsilə  müvafiq 

təşkilatlara müraciət etmək; 

4.2.7.


 

Tibbi və defektoloji müəssisələrə müraciət etmək; 

4.2.8.

 

Elmi-metodik  vasitələrlə  təmin  olunmaq  üçün  elmi-psixoloji  mərkəzlərə  müraciət 



etmək; 

4.2.9.


 

Tədris-təlim  prosesinin  təkmilləşdirilməsi  ilə  bağlı  Məktəb  rəhbərliyi  qarşısında 

məsələlər qaldırmaq; 

4.2.10.


 

 İxtisasartırma istiqamətləri və formalarını müəyyən etmək və seçmək. 

 

5.

 

Psixoloji xidmətin fəaliyyət Planı.  

5.1.


 

Pxixoloji xidmətin illik fəaliyyət Planı bu Əsasnamənin tərkib hissəsidir. 

5.1.1.

 

Həmin  Plan  hər  tədris  ili  başlanmazdan  əvvəl  Məktəb  rəhbərliyinə  layihə  şəklində 



təqdim edilir və təsdiqlənir. 

 

-.-.-.-.- 




Yüklə 237,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə