Məktəb həndəsə kursunun təkmilləşdirilməsi və ikilik prinsipi g I r I Ş



Yüklə 1,03 Mb.
səhifə1/31
tarix07.06.2022
ölçüsü1,03 Mb.
#89021
  1   2   3   4   5   6   7   8   9   ...   31
kitab


Məktəb həndəsə kursunun təkmilləşdirilməsi və ikilik prinsipi



G İ R İ Ş

Tədqiqat işi orta məktəb həndəsə kursunun təkmilləşdirilməsi yollarının araşdırılmasına və bu yollardan biri kimi ikilik prinsi-pindən və ikili anlayışlardan istifadəyə həsr olunmuşdur. Məlumdur ki, həndəsə fənninin orta məktəbdə öyrədilməsi bir sıra çətinliklərlə bağlıdır – kursun quruluşunun özündən yaranan, daha doğrusu, aksiomlar sisteminin mövcudluğundan yaranan çətinliklər, həndə-sənin bir elm kimi inkişafı və bu sahədə olan yeniliklərin məktəb həndəsə kursuna daxil edilməsi cəhdləri nəticəsində yaranan çətin-liklər, həndəsədə məntiq və intuisiyanın hər ikisindən istifadə edilməsi dərəcəsinin düzgün müəyyən edilməsi və nəhayət, orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı yaranan çətinlik və qeyri-sabitlikdir. Bütün bu çətinliklərin aradan qaldırılması və məktəb həndəsə kursunun istiqamətinin düzgün müəyyən edilməsi məsələsi uzun illər ərzində bir çox metodist alimlərin, müəllimlərin və tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Bu günə qədər həndəsənin tədrisi metodikasının düzgün qurulması və həndəsə dərsliklərinin hazırlanması işi orta məktəbdə tədris olunan digər tədris fənlərindən ən çox müzakirələrə səbəb olan və ən çox dəyişikliklərə məruz qalan bir problemdir. Bu sahədə F.Kleyn, D.Poya, D.D.Morduxay-Boltovskiy, A.İ.Fetisov, N.M.Beskin, İ.M.Yaqlom, A.Kiselyov, A.V.Poqorelov, azərbaycanlı alimlərdən isə A.Nuruşov, A.Adıgözəlov, Ə.Pələngov və b. tədqiqatları xüsusilə diqqətəlayiqdir.


Tədqiqat işində problemin həlli üçün duallıq və ya ikilik pinsipinin seçilməsi isə onunla əlaqədardır ki, duallıq – fəlsəfi prinsipdir. Insan isə yarandığı gündən ölüm və varlıq, həqiqətlərin və yalnışların axtarışı, yalan və doğru, cənnət və cəhənnəm, işıq və qaranlıq kimi dual fəlsəfi anlayışları dərk etməyə çalışır. Bildiyimiz kimi, fəlsəfə bütün elmlərin, o cümlədən riyaziyyat elminin qanuna-uyğunluqlarını, məntiqi və elmi əsaslarını izah və isbat edən bir açardır. Tədqiqatda həndəsi anlayışların öyrənilməsi üçün duallıq prinsipinin seçilməsi də məhz bu amillə bağlıdır.
Məlumdur ki, həndəsə insanların praktik fəaliyyəti, ölçmə və qurma işləri ilə bağlı olaraq yaranmış və inkişaf etmişdir. Məktəb həndəsə kursunun materialı isə yalnız Evklid həndəsəsi üzərində qurulmuşdur. Lakin şagirdlərdə təbii olaraq belə bir sual yarana bilər: axı üzərində yaşadığımız yerin səthi Evklid həndəsəsində qəbul edildiyi kimi hamar səth deyildir. Yerin kürə formasında olduğunu və üstəlik bu kürənin özünün də səthində qabarıqlıqların, dağların, dərələrin və çöküklüklərin olduğunu da nəzərə almalıyıq. Və yaxud, ölçmə işləri aparmaq istədiyimiz torpaq sahəsi hamar müstəvi deyil, bu səthin üzərində müəyyən çöküklər və əyri sahələr ola bilər. Bu anlayışların düzgün və hərtərəfli dərk edilməsi üçün qeyri-Evklid həndəsələri çox mühüm rol oynayır. Biz qəbul etməliyik ki, bizi əhatə edən mühitdə, fəzada həm hamar müstəvi formasında, həm hiperbolik, həm də elliptik səthlər mövcuddur. Lakin tədris prose­sində baxılan müstəvi hamar səth kimi təsvir edilir. Bu baxımdan riyaziyyat elminin müasir inkişaf səviyyəsi həndəsi materialın öyrədilməsində Lobaçevski həndəsəsi, Riman həndəsəsi, proyektiv həndəsə haqqında müəyyən qədər məlumat verilməsi zərurətini yaradır.

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə