Məhərrəm Qasımlının “Yağmur qoxusu” şeir kitabının üzərində düşüncələr



Yüklə 214,81 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü214,81 Kb.
#55383


Məhərrəm Qasımlının “Yağmur qoxusu” şeir kitabının üzərində düşüncələr

 

 

Alim kimi tanıdığım Məhərrəm Qasımlıyla şair kimi qarşılaşdığım an bir həsrət qoxusu duydum 



nəfəsindən:

 

Yerində saymaqmış, ay ömrüm, günüm,



 

Nə ki yol gəlmişik indiyə qədər.

 

Orxan Paşa

 

adı ilə şair olaraq qarşıma çıxan illərlə tanıdığım Məhərrəm müəllim bir eşq mütəfəkkirinə 



çevrildi nəzərimdə. Mən də bu eşq dastanını oxuyan oxucu...

 

“İnsan övladı dünyaya sevgiylə gəlir, sevgiylə yaşayır, sevgiylə gedir. Bu anlamda hər kəsin sevgisinin 



üç mərhələsindən keçməsi şərtdir”, 

deyir Məhərrəm müəllim.



 

“Birinci mərhələ ana

-

bala sevgisidir”. Orxan Paşanın bu ilkin məhəbbətinin ən tutarlı ifadəsini 



“Azərbaycan”, “Tovuz” şeirlərində tapırıq. Ananın dərdinə yanan övlad kimi qovurulur Orxan Paşanın 

ürəyi Azərbaycanın dar günündə:

 

Sənin bu halına ürəkmi dözər?!

 

Gözlərim qaralır, Azərbaycanım!

  

Hər günün qəm yükü, hər günün kədər,

 

Bənizin saralır, Azərbaycanım!

 

Orxan Paşanın ana



-

bala məhəbbəti qoynundan çıxıb həyata atıldığı yurduna sevgi timsalında da

 

öz 


ifadəsini tapır. “Hər yerin adamı o yerin daşına, torpağına, ağacına, suyuna oxşayır” deyə düşünən 

Məhərrəm Qasımlının yaratdığı öz prototipi Orxan Paşa da Tovuz simasındadır:

 

Mən sənin havanam, sazın kimiyəm,

 

Suyunam, otunam, yazın kimiyəm,

 

Ayrı oxşarın yox, özün kimiyəm,

 

Gərək bu gerçəyi düz deyim, Tovuz.

 

Adına yaraşan söz deyim, Tovuz.

 

Şair sevgini bilirsə, həsrəti də bilir. Qovuşmağa can atırsa, ayrılığı da dadır. Qürbət acısını çəkməsə də, 



alim Məhərrəm Qasımlı öz prototipinə qəribliyi də yaşadır:

 

Bir udum bürkü gəlsə



 

Vətəndən 



Burda dönüb külək olar, vallah.

 

Bir qamış kolu gələ

  

Vətəndən,

 

halımı görüb

 

tütək olar, vallah.

  

Əl boyda bir çay daşı gələ

  

Vətəndən,

 

Götürüb sinəmə qoyam 



döyünüb

  

ürək olar, vallah...

 

Ayrılıq, həsrət “Gülbahar qarı”, “Uzun Sayalı” kimi ana məhəbbətinin tərənnümü olan söz abidələri 



ucaldır Orxan Paşanın ürəyində.

 

Ana-



bala məhəbbəti böyüyüb yaşa dolur bütün acıları, kədərləri, sevincləri ilə bərabər Məhərrəm 

Qasımlının qələmində. Özünü tanıtdırır bu sevgi ona. Özünü tanıyan

 

bütün yaradılışı tanıyar. Yaradılışı 



tanıyan insanları tanıyır. Özündə onları, onlarda özünü görür Orxan Paşa. “Sənin gözlərindən mənə 

taleyim baxır”, 

deyən şair bir ömür boyu o baxışlarda özünü arayıb gəlir. Bu, məhəbbətin ikinci 



mərhələsidir Məhərrəm Qasımlı üçün: “İkinci mərhələ yeniyetməlik və gənclik illərini çevrələyir. Bu, 

oğlanla qızın arasında yaranan sevgidir. Onun da sirli və bilinməyən tərəfləri çoxdur”.

 

Gəncliyinin xatirəsi “nəğmə qoşduğu”, “könül xoşluğu” olan, “kimi, nəyi olduğunu” özünün də bilmədiyi o 



“Gözəl qız” hansı obrazlarda gəlir xəyalına, bunu yalnız özü bilmir Orxan Paşa. “On beş yaşlı kənd 

uşağının saflığı və duruluğu ilə” görüşümüzə gələn şair bizimlə də bölüşür ən məhrəm hislərini. 

“Yasəmən ətri”, “O qızın adı nəydi?” şeirləri çıxır şeir olmaqdan. Dil açıb şairin ilk məhəbbətini hekayə 

edir bizə:

 

... On beşə yetməyə vardı bir azca,

 

Ömür yaz üzünə sabahlamışdı.

 

Özümdən böyüyü sevirdim, ancaq

 

Ürəyim yaşımı qabaqlamışdı.

 



Bu nisgil, bəlkə də, bir ömür boyu izləyib onu. İzləməsəydi, indi yaşının bu çağında içindəki o uşağı duya 

bilməzdi. Bu nisgil insanın ömür boyuna çəkilmiş tale yazısıdır. Olmasaydı, bitərdi məhəbbət ikinci 

mərhələdə. Keçməzdi üçüncüyə, necə ki Məhərrəm Qasımlı yazır:

 

“Bu, ilahi mərtəbədir, uca Tanrıya 



- Yaradana ol

an sevgidir. İnsan oğlu birinci və ikinci sevgidən 

qazandığı ülvi duyğularını məhz uca Tanrıya 

İlahiyə olan məhəbbətlə kamala çatdırır. Mən indi üçüncü 



sevginin sehri və cazibəsi içindəyəm”. Bu mərhələdə əbədiyyətin qoxusunu alır Orxan Paşa eşqin 

nəfəsindən:

  

Düşünürəm

 

bəlkə yenidən qurulmaqdı

 

dünyanın qəsdi 

-  

bəlkə bu bahar leysanı

 

bizim bilmədiyimiz

  

bir ismarışdı,

 

bir səsdi...

 

Hər nədirsə,

 

söykəndiyim qurumuş ağacın da

 

canına oyanıb təzədən yaşamaq

  

duyğusu gəlir.

 

Yoxsa, bu nə arınmaq,

 

nə durulmaqdı?!

 

Ruhum titrəyiş içində,

 

Havadan Tanrı qoxusu gəlir...

 

Ruhumuza “Yağmur qoxusu” çiləyən Məhərrəm Qasımlı sevgi dolu ürəyində bizə də öz yerimizi göstərir: 



“2009

-

cu ildə ağır ürək əməliyyatı, 2014



-

cü ildə isə beyin

-

qan dövranının kəskin pozulması kimi çətin 



tale imtahanları ilə üzbəüz qaldım, sağalmağım aylar çəkdi. Həkimlərin, ailə üzvlərimin diqqət və 

qayğısı, eləcə də, dava

-

dərmanla yanaşı, isti duyğular, mehr



-

məhəbbət dolu sözlər canıma təpər verib 

yenidən yoluma davam etmək üçün qolumdan tutdu. Sənin sevgin də...”

  

Bu sətirlər içindən mən də öz payımı götürdüm oxucu kimi. Oxucu kimi mənə üz tutub söylədiyi sözləri 



sevə

-

sevə, dolu



-

dolu oxudum: “Yolumu gözlədiyini bilirəm. O səbəbdən bu dəfə “Yağmur qoxusu” ilə 

qarşına çıxıram. Kitabı oxuyub qurtarandan sonra çəkinə

-

çəkinə bircə söz soruşacağam: “Yağmur 



qoxusu” ürəyincə oldumu?” Üz

-

üzə söhbət edirmişik kimi, aldığım bu suala cavab vermək boynumun 



haqqı oldu. Bu da sözün haqqı, Orxan Paşa:

 

Söz verdik, and içmədik,



 

Söz elə anddır, Orxan Paşa.

 

Sözün haqqını vermək

 

Məndə inaddır, Orxan Paşa.

 

 

Könlün Allah deyə

-

deyə,

 

Sığmayırsan yerə

-

göyə,

 

Qaf dağını keçməyə

 

Söz qanaddır, Orxan Paşa.

 

 

"Kun" ilə gəldi əmələ,

 

Genişlənib gedir hələ.

 

Bütün bu varlığı elə

 

Söz yaratdı, Orxan Paşa.

 

 



Könül Aydın Nəhmət,

 

filologiya üzrə fəlsəfə doktoru, AMEA Əlyazmalar İnstitutunun böyük elmi işçisi



  

 

* * * 

 

Şuşanın “Xarı bülbül”ü

 

 



Ay ürəyim, gözüm gülü,

 

Nədən oldun hüzün gülü?

 


Bizə doğma uzaqlardan

 

Boylanırsan üzüntülü.

 

Sənsiz haçan üzüm gülür? 



Şuşanın “Xarı bülbül”ü.

 

 

Sən 



dərdi duman ağladan,

 

Hönkürdüb kaman ağladan.

 

Bayatıya ah çəkdirən,

 

Şikəstəyə qan ağladan 



Könlümüzün həsrət gülü,

 

Şuşanın “Xarı bülbül”ü.

 

 

Dövran bizə qara gəlib,

 

Xar yeriyib hara gəlib?!

 

Köhnə dərdin bəs deyilmiş,

 

Yaran üstə yara gəlib;

 

Vətənin qan olan könlü 



Şuşanın “Xarı bülbül”ü.

 

 

Bəy yurdu gədəlik deyil,

 

Ər işi vədəlik deyil.

 

Dünya ki belə fırlanır,

 

Deyəsən bəndəlik deyil 



Tanrı açsın bu müşkülü,

 

Şuşanın “Xarı bülbül”ü.

 

 



 

 

Yüklə 214,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə