196
imza vasitələri ilə elektron sənədlərdə özünün rəqəmli elektron
imzasını yarada bilər (elektron sənədləri imzalaya bilər);
• imza açarının sertifikatı — səlahiyyətli şəxsin kağız
daşıyıcısında olan sənəd və yaxud rəqəmli elektron imzası olan
elektron sənəddir;
• rəqəmli elektron imzanın bağlı açarı — ancaq imza
açarı sertifikatının sahibinə məlum olan və elektron sənədlərdə
rəqəmli elektron imzaların yaradılması üçün nəzərdə tutulan
unikal (bənzərsiz) simvollar (rəmzlər) ardıcıllığıdır;
• rəqəmli elektron imzanın açıq açarı — informasiya sis-
teminin istənilən hər bir istifadəçisinə məlum olan və elektron
sənədlərdə rəqəmli elektron imzaların təsdiq olunması üçün
nəzərdə tutulan və rəqəmli elektron imzanın bağlı açarına uy-
ğ
un gələn unikal (bənzərsiz) simvollar (rəmzlər) ardıcıllığıdır.
2. nternet-texnologiyalar vasitəsilə aparılan biznesin
inkişafında bir sıra maneələr vardır ki, bunlardan aşağıdakıları
qeyd etmək olar:
• elektron kommersiya üçün əsas olan anlayışların,
məsələn, elektron kommersiya, elektron ticarət, elektron məlu-
mat mübadiləsi, elektron sənəd, elektron imza və s. qanunve-
riciklə müəyyən edilmiş təfsirinin olmaması;
• elektron formatda bağlanılan sövdələşmələr zamanı isti-
fadə olunan sənədlərin siyahısında, strukturunda və formasında
qeyri-müəyyənliyin olması;
• mövcud Mülki Məcəllədə sövdələşmələrin ancaq kağız
daşıyıcısında bağlanılması tələblərinin olması;
• elektron sənədlər üzrə xidmətlər təklif edən elektron
(informasiya) vasitəçilərinin qanunvericiliklə rəsmiləşdirilmiş
vəzifə siyahısının olmaması;
• « stehlakçıların hüquqlarının qorunması haqqında»
Azərbaycan Respublikası Qanununda və istehlakçıların hüquq-
larını qoruyan digər qanunvericilik aktlarında elektron ticarət
197
iştirakçıları maraqlarının və qanuni hüquqlarının müdafiəsi
üçün lazım olan müddəaların olmaması.
Real addımlardan biri «Elektron ticarət haqqında» Qa-
nunun 2005-ci ildə qəbul olunmasıdır. Qanun ticarət xarakterli
(həm müqavilə, həm də qeyri-müqavilə xarakterli) bütün mü-
nasibətlərdən irəli gələn məsələləri əhatə edir. Ticarət xarak-
terli münasibətlər aşağıdakı sövdələşmələri özündə əks erdirir:
– malların göndərilməsi və yaxud xidmətlərin göstəril-
məsi üzrə istənilən ticarət sövdələşmələri;
– distribütor sazişləri;
– kommersiya sahibkarlığı və agent münasibətləri;
– faktorinq;
– lizinq;
– sənaye obyektlərinin tikintisi;
–
konsultativ
(məsləhət
xarakterli)
xidmətlərin
göstərilməsi;
– injinirinq;
– lisenziyaların alqısı/satqısı;
– investisiya (sərmayə) qoyuluşu;
– maliyyələşdirmə;
– bank xidmətləri;
– sığortalanma;
– istismar və konsessiya haqqında saziş;
– birgə müəssisələr və sənaye və yaxud sahibkarlıq
ə
məkdaşlığının digər formaları;
malların və sərnişinlərin hava, dəniz, dəmir yolu və ya-
xud avtomobil nəqliyyatı ilə daşınması.
Qanun beş bölmədən ibarətdir:
I. Ümumi müddəalar
II. Elektron ticarətin təşkili
III. Elektron ticarətin həyata keçirilməsi
IV. Elektron ticarət haqqında qanunvericiliyin pozulma-
sına görə məsuliyyət
V. Yekun müddəalar
198
Bu Qanunda yeni anlayışların: elektron ticarət, elektron
məlumat, elektron məlumatı göndərən (alan), informasiya
vasitəçisi və s. təfsiri verilmişdir.
Elektron ticarətdə müqavilənin bağlanılması qaydası da
dəqiq müəyyən olunmalıdır. Elektron ticarətdə müqavilə
bağlanılarkən bir tərəfdən göndərilən oferta və digər tərəfdən
isə aksept elektron məlumat şəklində göndərilə və alına bilər.
Müqavilə oferta göndərmiş şəxsin onun akseprtini aldığı anda
bağlanmış sayılır.
Elektron ticarət müqaviləsinin şərtlərinə aiddir:
1) oferta müqavilənin bütün əhəmiyyətli şərtlərini özündə
ə
ks etdirməlidir;
2) müqavilədə nəzərdə tutulmalıdır ki, onun ayrı-ayrı
şə
rtləri müqaviləyə digər elektron məlumata istinadən daxil
edilə bilər;
3) oferta və ofertaya dəvət aşağıdakıları nəzərə almalıdır:
• müqavilənin bağlanılması qaydası;
• şəxsi imzanın analoqundan istifadə qaydası;
• müqavilə şərtlərinin razılaşdırılması zamanı dəyişi-
kliklərin edilməsi mümkünlüyü və qaydaları;
• aksept qaydası;
• akseptin geri çağrılması qaydası;
• elektron məlumatların saxlanılması və təqdim olunması
üsulları və onlara çıxma şərtləri, həmçinin elektron məlumat-
ların surətlərinin kağız daşıyıcıda təqdim olunması şərtləri.
3. Hər bir kommersiya fəaliyyəti müxtəlif cür informasi-
yanın alınmasını, toplanılmasını, saxlanılmasını, işlənilməsini
və istifadə olunmasını nəzərdə tutur. Lakin ancaq o informa-
siya müdafiə olunub qorunur ki, o, sahibkar üçün qiymətli ol-
sun. Kommersiya informasiyasının qiymətliliyi onun faydalı-
lığı, vaxtlı-vaxtında olması və dürüstlüyü ilə müəyyən olunur.
199
nformasiyanın faydalılığı ondan ibarətdir ki, o, ticarət
təşkilatına son nəticə baxımından səmərəli idarəetmə qərarını
qəbul etməyə imkan verir.
nformasiya ancaq o zaman faydalı olur ki, o, vaxtında
qərar qəbul edən şəxsə çatdırılmış olsun. Əks halda həmin
informasiya lazımsız olur, onu firmanın maraqları üçün istifadə
etmək olmur. Potensial gəlir itirilmiş xeyirə çevrilir.
Səhih kommersiya informasiyası — firmanın iqtisadi
rifah halına real təhlükədir. Bunun nəticəsi isə alqı-satqı sövdə-
ləşməsinin sərfəli olmayan şərtlərlə bağlanılmasında, perspek-
tiv partnyorla əməkdaşlıqdan imtna ediməsində və s. ola bilər.
Bazar şəraitində kommersiya informasiyası dəyərə malik-
dir və bəzən əmtəə, mal olur. Məhz buna görə də kommersiya
işçisi təkcə biznesin aparılması üçün lazım olan informasiyanın
ə
ldə olunmasını təşkil etməli deyil, həm də ticarət müəssisəsin-
də olan informasiya axınları məzmununun qorunmasını təmin
etməlidir.
Ticarətdə sahibkarlıq informasiyası müxtəlif növlərə
bölünür: təşkilatı,iqtisadi, maliyyə, kommersiya (məsələn, mal-
göndərənlər, bazarın tədqiqinin nəticələri, rəqiblər, marketinq
strategiyası haqqında informasiya). Bazar şəraitində sahibkar-
ların kommersiya informasiyasının təhlükəsizliyinin təmin
olunması zəruriyyəti yaranır. Bunun üçün hüquqi və xüsusi
tədbirlərdən istifadə olunur.
Hansı informasiya kommersiya sirrini təşkil edir?
Ticarətdə kommersiya sirri kimi, malların istehsalçıdan
alqı-satqı yolu ilə istehlakçılara doğru hərəkəti prosesinə xid-
mətə yönəldilən texnolji və təsərrüfat əməliyyatlarının müxtəlif
məqamları haqqında qəsdən gizlədilən iqtisadi məlumatlar başa
düşülür. nformasiyanın giizlədilməsi rəqabət mübarizəsi və
ticarət müəssisəsinin təsərrüfat fəaliyyətindən maksimal mən-
fəətin əldə edilməsi səyləri ilə bağlıdır.
Kommersiya sirri təşkil edən məlumatlara aiddir:
• malların alışı və satışı planları;
Dostları ilə paylaş: |