Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə4/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   2   3   4   5   6   7   8   9   ...   30

 
14
 Yerli 
özünüidarəetmə orqanları, adətən bu orqanların 
fəaliyyətinin səmərəliliyi birbaşa asılı olduğu  şaxələnmiş  mə-
mur aparatına  əsaslanırlar. Yerli özünüidarəetmə orqanları bir-
başa olaraq yerlərdə idarəetmə funksiyalarını yerinə yetirirlər 
və, eyni zamanda, hakimiyyət mexanizminin hüquqi baxımdan 
sərbəst elementi kimi çıxış edirlər. Hazırda yerli özünüidarəet-
mə orqanları  və onların icra aparatları sayına görə idarəetmə 
sisteminin ən iri elementlərindən biridir. Bir sıra müasir dövlət-
lərdə yerli özünüidarəetmə orqanlarının hüquqi və faktiki sər-
bəstliyi spesifik xarakter daşıyır. Onların sərbəstliyi muxtar va-
hidlərin sərbəstliyindən fərqlidir, çünki yerli özünüidarəetmə 
orqanları qanunvericilik səlahiyyətlərinə malik deyildilər və 
dövlətin, və ya federativ dövlət olduqda, federasiya subyektinin 
mərkəzi qanunvericilik orqanları  tərəfindən qəbul edilmiş qa-
nunvericilik aktları  əsasında və  çərçivəsində  fəaliyyət göstərə 
bilərlər. Məsələn, Almaniya Federativ Respublikasında yerli 
özünüidarəetmənin hüquqi tənzimlənməsinin üç şərti irəli sürü-
lür: federal qanunvericilik, ayrı-ayrı torpaqların qanunvericiliyi 
və icmaların özləri tərəfindən qəbul edilən hüquqi təlimatlar. 
Federal qanunvericiliyin normaların əsasını ilk növbədə Alma-
niya Federativ Respublikasının 1949-cu il tarixli Əsas Qanunu 
təşkil edir, lakin yerli özünüidarəetmənin hüquqi tənzimlənmə-
sində aparıcı yeri torpaqların qanunvericiliyi tutur, halbuki 
müxtəlif torpaqlarda kommunaların hüquqi vəziyyəti özünə-
məxsus xüsusiyyətlərə malikdir. Torpaqların konstitusiyaları, 
bir qayda olaraq, AFR-in Əsas Qanununun əsas müddəalarını 
təkrarlayır, habelə onun ayrıca normalarını tamamlayır və 
konkretləşdirir. Kommuna özünüidarəetməsinin məsələlərinin 
əksər hissəsi torpaqların qanunları ilə  tənzimlənir və bunların 


 
15
arasında əsas yeri kommunaların nizamnamələri tutur. Kommu-
nalar haqqında nizamnamələr AFR-in bütün torpaqlarında var-
dır. AFR-də yerli özünüidarəetmənin hüquqi tənzimlənməsinin 
üçüncü hissəsi icmaların özlərinin hüquqi aktlarıdır. Onlar yerli 
məsələlər üzrə öz hüquqi aktlarını  qəbul etmək hüququna ma-
likdirlər. Bütün torpaqların kommunalar haqqında nizamnamə-
lərində hər bir kommunanın öz nizamnaməsini və ya əsasnamə-
sini qəbul etmək imkanına malik olması barədə müddəalar 
mövcuddur. Bu nizamnamələr vergilərin müəyyən olunması və 
onların tutulması, kommunanın xərclərinin rəsmiləşdirilməsi, 
planlaşdırma sahəsində muxtariyyətin həyata keçirilməsi, kom-
munaл idarəçiliyinin təşkili imkanlarını müəyyən edirlər. 
 
Təcrübədə yerli özünüidarəetmə prinsipi dedikdə  sırf 
yerli əhəmiyyətə malik olan bu və ya digər inzibati səlahiyyətlə-
rin həmin  ərazi vahidinin əhalisi tərəfindən birbaşa seçilən or-
qanlara ötürülməsi nəzərdə tutulur. Demokratik dövlətlərdə yer-
li özünüidarəetmə orqanlarının rolu ilə bağlı “bələdiyyə haki-
miyyəti – siyasətdən kənar” doktrinası mövcuddur. Bu o de-
məkdir ki, yerli özünüidarəetmə orqanları siyasi məsələləri həll 
etməməlidirlər, çünki siyasi məsələlərin həlli dövlətin maraqla-
rına toxunur və bununla əlaqədar sırf yerli əhəmiyyət kəsb edə 
bilməz. Bu, şübhəsiz ki, yerli orqanların siyasi təsirə məruz qal-
masından xəbər vermir, çünki bu sadəcə olaraq bu qeyri-müm-
kündür, ona görə ki, onlar regional ictimai təşkilatların partiya 
siyahıları ilə seçilirlər. 
 


 
16
 
 
 
 
II FƏSİL 
 
YERLİ ÖZÜNÜİDARƏETMƏ SAHƏSİNDƏ 
BEYNƏLXALQ TƏCRÜBƏ 
 
2.1. Yerli özünüidarəetmə sistemləri 
 
azırda elmi ədəbiyyatda tez-tez dünya təcrübəsin-
də tanınmış və əsası yerli özünüidarəetmə orqanla-
rı və mərkəzi hakimiyyət orqanları arasında münasibətlər təşkil 
edən yerlərdə hakimiyyətin təşkili modellərinin təsnifatına rast 
gəlinir. Bu yanaşmaya uyğun olaraq yerli özünüidarəetmənin 
dörd baza modelini seçmək olar: anqlosaks, kontinental, qarışıq 
və sovet modelləri. 
 
Anqlosaks (klassik) modeli, əsasən eyni adlı hüquq sis-
teminə malik dövlətlərdə, o cümlədən Böyük Britaniyada, Ame-
rika Birləşmiş  Ştatlarında, Kanadada, Hindistanda, Avstraliya-
da, Yeni Zelandiyada və s. dövlətlərdə yayılmışdır. 
 Bu 
modelin 
əsas xüsusiyyətləri aşağıdakılardır: 
a) formal muxtariyyət və yerli özünüidarəetmənin sər-
bəstliyi; 
b) yerlərdə yerli özünüidarəetmə orqanlarına nəzarət 
edən mərkəzi hökumətin səlahiyyətli nümayəndələrinin olma-
ması. 



 
17
 Bu 
modelə istiqamətlənmiş dövlətlərdə  mərkəzi haki-
miyyət və yerli özünüidarəetmə arasında münasibətlər “həvalə 
edilmiş səlahiyyətlər daxilində fəaliyyət göstərmək” prinsipi ilə 
müəyyən edilir, yəni yerli özünüidarəetmə orqanları yalnız qa-
nunla nəzərdə tutulmuş  fəaliyyəti həyata keçirə bilərlər. Digər 
fəaliyyət səlahiyyətlərin aşması hesab olunur və məhkəmə tərə-
findən hüquqazidd fəaliyyət kimi qiymətləndirilir. 
 Klassik 
bələdiyyə formalarının vətəni olan Böyük Brita-
niyada yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri parla-
mentdən irəli gəlməsi və onların parlamentin əlaltısı (onun ira-
dəsinin itaətkar icraçısı) olması mübahisəedilməz bir faktdır. 
 Amerika 
Birləşmiş Ştatlarında yerli özünüidarəetmə or-
qanlarının konstitusion statusunun müəyyən edilməsi zamanı 
Amerikanın hüquq doktrinasının xüsusiyyətləri nəzərə alınır. 
Bu məsələdə standart müddəa qismində “bələdiyyələr – ştatların 
əlaltısı” formulu tətbiq edilir. Bununla yanaşı, Amerikanın  ək-
sər ştatlarının konstitusiyalarında təsbit edilmiş özünüidarəetmə 
prinsipi bələdiyyə orqanlarının yerli əhəmiyyətli məsələləri on-
lara həvalə edilmiş səlahiyyətlər daxilində ştatın müdaxiləsi ol-
madan sərbəst həll etmək hüququnu nəzərdə tutur. 
 Bu 
model 
yerlərdə özünüidarəetmə orqanlarına mərkəz-
dən nəzarət edilməsi məqsədilə təyin edilən hər hansı məmurun 
olmasını nəzərdə tutmur. Yerli şuralar qanun, ənənə (əldə edil-
miş  təcrübə), məhkəmə presedenti çərçivəsində  sərbəst olaraq 
və öz məsuliyyəti ilə  mərkəzi orqanların səlahiyyətlərinə aid 
edilməmiş məsələləri həll edirlər. Yerli özünüidarəetmə orqan-
ları üzərində nəzarət dolayısıdır, yəni onların fəaliyyətinin ma-
liyyələşdirilməsi, sahə nazirlikləri tərəfindən təftişlərin keçiril-
məsi, adapti qanunların qəbul edilməsi (parlament nümunəvi 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə