Mədəni Quran dünyagörüşü (в кривых). cdr



Yüklə 388,37 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix25.11.2017
ölçüsü388,37 Kb.
#12337
1   2   3   4   5   6   7   8   9   ...   15

15

mədəniyyət    qurmaq,    yer    üzünü    abadlaşdırmaq    üçün    lazım  

olan  stimul  və  vicdani  enerji  ilə  təmin  edir.  Çünki  xəlifəlik  

(varislik)  və  mədənilik  mahiyyət  etibarı  ilə  müəyyən  zaman  

və  məkanda  abadlaşdırma  şüurunda  olmaq  və  bunu  həyata  

keçirməkdir.    Mədəni    Quran    dünyagörüşünün    məqsədi    də  

budur.    Deməli,    mədəni    Quran    dünyagörüşü    insanın    yaxşı  

mənada  özünü  təsdiqləməsini  təmin  edən  pozitiv  və  konstruk-

tiv  dünyagörüşü  formasıdır.

Bu  baxımdan  mədəni  Quran  dünya  görüşü  bəzi  saxta  və  

təhrif  olunmuş  ritorikaların  təsis  etdiyi  dünyagörüşü  formasın-

dan  fərqlənir.  Həmin  yanlış  ritorikalara  görə,  Quran  dünyagö-

rüşü  “özünüləğv”  məqsədi  daşıyır,  insanı  və  həyatını  qurban  

edən  diktəedici  fədakarlıq  və  vəzifələrə  əsaslanır.

Quran  dünyagörüşü  Quranı  öyrənib  qəbul  edənlər  üçün  

fitrət,    iman,    tövhid,    xeyir,    müsbət    abadlaşdırma,    insanda  

özünütəsdiqi  təmin  edən  dünyagörüşüdür.  Bu  dünyagörüşü  

sayəsində    Allahın    razılığı    və    sevgisini    qazanırıq.    Çünki    is-

lam  dünyagörüşünə  görə  Allah  sevgisi  və  ilahi  razılıq  Allahın  

istədiyi  şəkildə  özünü  təsdiq  etməkdir,  mənəvi  və  maddi  həyat  

yaşamaqdır.  Axı  islam  dünyagörüşünə  görə  Allah  yaradıcıdır,  

haqdır,  xeyirdir,  ədalətdir,  sülhdür,  kamillik  və  paklıqdır.  Axı  

islam  dünyagörüşünə  görə  şər  və  şeytan  korrupsiyanı,  zülmü,  

daşürəkliliyi,  ədavət  və  təcavüzü  təmsil  edir.  Deməli,  dünya-

görüşü  doğru  olarsa,  müsəlman  yaxşı  insandır.  Odur  ki  xeyri  

sevməli,  şərə  və  şeytana  nifrət  etməlidir.

Uşaqlarımıza  aşılamaq,  vicdanlarına  sirayət  etmək  istədiyimiz  

Quran  dünyagörüşü  sevgi,  hörmət-izzət  və  sülh  dünyagörüşü-

dür.  Bu  dünyagörüşü  tövhid  etiqadına,  bilik  və  elmə,  vicdan  

və  əxlaqi  paklığa  söykənir.  İnsan  bu  dünyagörüşündə  Allahın  

sevgisini  qazanır,  öz  iradəsi  ilə  Ona  ibadət  edir.

Bu  baxımdan  zikrin,  namazın  mənası  aydın  olur.  Bu  ibadət  

formaları  Allahla  əlaqəni  ifadə  edir.



16

“...Həqiqətən,    namaz    (insanı)    çirkin    və    pis    əməllərdən  

çəkindirər.    Allahı    zikr    etmək,    şübhəsiz    ki,    daha    böyükdür.  

Allah  nə  etdiklərinizi  (bütün  yaxşı  və  pis  əməllərinizi)  bilir!”  

(əl-Ənkəbut,  45).

Müasir    dünyada    –    maddi    dəyərlərin    üstünlük    qazandığı  

bir  dövrdə,  mənfi  ideoloji-mədəni  təsirlərin  artdığı  bir  vaxtda  

Allaha  qarşı  hisslər  mərkəzçi  rol  oynayır.  Elə  psixoloji-sosial  

tədqiqatlar  aparmaq  lazımdır  ki,  Quran  dünyagörüşünü  və  Al-

lah  sevgisinin  mərkəzçiliyini  əsas  götürsün.  Bunun  üçün  ailə  

və  məktəb  tərbiyəsi  kitabları  yazılmalıdır.  Uşaqlara  aşılanmalı-

dır  ki,  Allah  müsəlman  insanı  sevir.  Böyüklərə  gəlincə,  onlara  

öyrədilməlidir  ki,  Allahın  nemətləri,  insan  oğluna  olan  qayğısı  

haqqında  düşünmək  lazımdır.

Yeri  gəlmişkən,  qeyd  edək  ki,  Allahı  zikr  və  Onunla  rabitə  

insanın  özünü  təsdiqlədiyi  fitri  və  vicdani  özüldür.  Amma  

müsəlman  bilməlidir  ki,  bu  Allah  sevgisi  və  Onunla  rabitə  

varislik  (xəlifəlik)  və  yer  üzünün  abadlaşdırma  vəzifələri  icra  

olunduğu  təqdirdə  həqiqi  olur,  məna  kəsb  edir.  Sözügedən  

vəzifələri  isə  biliklə,  yaxşı  işlərlə,  bacarıq  və  professionallıqla  

icra  edilməlidir.

Təəssüf    ki,    Quran    dünyagörüşü    və    ictimai    tərəfl ərinə  

münasibətdə    etinasızlığın    baş    alıb    getməsi,    onun    mədəni  

sisteminin    təsis    edilməsinə    diqqətin    yetirilməməsi    mədəni  

qəsbkarlığa  zəmin  hazırlamışdır.  Müasir  mədəniyyətin  fiziki-

maddi  nailiyyətləri  bu  işdə  böyük  rol  oynayır.  Bir  tərəfdən,  

qarşı  tərəfin  bütün  vasitələrdən  istifadə  etməsi,  digər  tərəfdən  

isə    müsəlmanların    fikri-ideoloji,    mənəvi-tərbiyəvi    sahələrdə  

müqavimət    və    qorunma    mexanizmindən    məhrum    olmaları  

mədəni  qəsbkarlığın  işini  asanlaşdırmışdır.

Mədəni  Quran  dünyagörüşünün  aktivliyi  müəyyən  şərtlər  

daxilində  mümkündür.  Buraya  qənaətbəxşlik,  iman,  doğru  və  

əxlaqi  məqsəd  daxildir.  Aktiv  icraçılıq  düzgün  düşünmə  üsulu-

na,  ciddi  fəaliyyətə  əsaslanır.  Ciddi  fəaliyyət  isə  insan  fitrətinə  




17

uyğun  olmalı,  yaradıcılığa,  professionalıq  və  hərtərəfl i  biliklərə  

söykənməlidir.

“De:  “(Ey  insanlar!)  Çalışın  (işləyin,  fəaliyyət  göstərin).  

Allah,  Onun  peyğəmbəri  və  möminlər  əməllərinizi  görəcəklər”  

(ət-Tövbə,  105).

Yuxarıdakı  ayələr  mədəni-abadlaşdırıcı  Quran  dünyagörüşünə  

görə  insan  oğlunun  uğurlu  fəaliyyətinin  üç  əsasını  izah  edir:  

a)  iman  gücü;  b)  əmək  məhsuldarlığı;  c)  obyektiv-elmi  əmək  

fəallığı.

Ümmət  yaxud  müsəlman  fərd  daxilindəki  vicdani  enerji-

ni  aşkara  çıxarmaq  istəyirsə,  Quran  dünyagörüşünü  diqqətlə  

öyrənməli,    əqidəsinə,    vicdanına,    həyat    və    özü    ilə    əlaqəli  

təsəvvürlərinə  bu  dünyagörüşünü,  dəyər  və  anlayışlarını  geri  

qaytarmalıdır.  O,  fəaliyyəti  və  düşüncəsində  qanunauyğunluq-

ları  nəzərə  alan  elmi  metodologiyaya  əməl  etməlidir  ki,  özünü  

təsdiqləsin,  fitrətinə  uysun,  yer  üzündə  varislik  edib  xeyirxah-

lıq  göstərsin,  mədəni  abadlaşdırma  ilə  məşğul  olsun.



Quran dünyagörüşündə “mən” 

və “özgə” anlayışları

Quran  dünyagörüşünün  qeyri-adi  tərəfl ərindən  biri  də  onun  

tövhid    və    inteqrasiyaya    əsaslanmasıdır.    Söhbət    həmhüdud  

sahələrdə,  tövhid  və  abadlaşdırma  səciyyəli  mədəni  platfor-

mada  fərdin  başqaları  ilə  bütöv  əlaqəsindən  gedir.  Bu  platfor-

ma  məqsədyönlülük  və  bütövləşmə  (inteqrasiya)  prinsiplərinə,  

qarşılıqlı    abadlaşdırma    fəaliyyətə    əsaslanır.    Məhz    bunun  

sayəsində  ədalət,  tolerantlıq,  qardaşlıq  və  sülh  dəyərlərindən  

ibarət  mədəni  mühitdə  fərd  və  kollektivin,  insanlığın  mənası  

təsdiqlənir.

İnsanın    insana    münasibətində    cins,    rəng,    irq,    dini  

mənsubiyyət,  inanc  fərqləri  əsas  götürülməməlidir.  Hər  kəs  




Yüklə 388,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə