Мцщазиря 1: верилянлярин моделлярини мцяййян едян ясас компонентляр



Yüklə 0,8 Mb.
səhifə3/3
tarix08.10.2017
ölçüsü0,8 Mb.
#3681
növüMühazirə
1   2   3

Jədvəl 1


Dərəcə

Xüsusiyyətlər

Təsviri prototip

2-3 ay (50-100 qayda)



Sistem problemin bir hissəsini həll edir və ES-in yaradılması məqsədə uyğunluğunu göstərir.

Tədqiqat prototipi

(1-2 il)


200-500 qayda

Sistem qane edən biçimdə bütün problemin həllini əks etdirir, lakin tam eksperiment olmadığından sistem etibarlı deyil.

İşləyən prototip

(2-3 il, 500-1000 q)


Sistem lazımınja etibarlı dərəjədə rroblemin yüksək həllini saxlayır, lakin Mürəkkəb problemlərin həllinin axtarışında nətijənin alınması zaman və (və ya) yaddaş baxımından həqiqi deyil.

Sənaye sistemi

(2-4 il)


1000-1500 q.

Sistem həqiqi olaraq yüksək etibarlılıq göstərir və sifarişçiyə verilir.

Tijarət sistemi



Sistem sənaye ES kimi təkjə sifarişçi (şirkətdə) təşkilata deyil, başqa istifadəçilərə də satıla bilir.

Bu klassifikasiyaya görə ES hasil olma və yerinə yetinilmə müddəti, təşkil olunduğu qaydalar sayına uyğun olaraq göstərilib.

ES-in yaranma metodologiyası onların inkişafının təbiətini təsvir etməyə imkan verir və hər bir səviyyədə sistem yaradılmasının həyata keçirilməsi qaydasını reallaşdırır.



İdentifikasiya mərhələsində əsas iştirakçılar ekspertlər və bilik mühəndisləridir və onlar problemin formal olmayan jəhətləri və ES yaradılması üçün mənbəələr, qaynaqlar, zaman, müddətini müəyyən edrlər.

Əsas anlayışların müəyyən olunması eyni problemin həllinə aid bütün bilikləri ortaya çıxarırlar (hərəkətlər, verilənlər, hipotezlər, əlaqələr, qaydalar, açıqlamalar və. s) və predmet sahəsinin konseptual modelini müəyyənləşdirirlər.

Formalizasiya mərhələsi - bilik mühəndisi tərəfindən yaradılır. O, əvvəljə müəyyən olunmuş bilikləri hər hansı bir bilik təsviri modeli çərçivəsində göstərir, uyğun ifadələri və eksperimentləri gözdən keçirir və uyğun üsullar haqqında qərar verir.

Reallaşdırma mərhələsi – məsələnin alqoritmi hazırlanır, proqram təminatı həyata keçirilir, məsələnin həllinə proqramçılar qoşulur, mühəndis və proqramçı əlaqəsi təmin olunur.

Eksperiment mərhələsi ES prototipinin yaranma səviyyəsinə uyğun və onun modifikasiyası üzrə tövsiyələrin verilməsindən ibarətdir. Qiymətləndirmə ekspertlər tərəfindən həyata keçirilir. Onlar bilik mühəndisinə ES sonrakı inkişaf mərhələsində və onun modifikasiyasında köməklik edirlər. Prototipin movjud halına uyğunsuzluq dərəjəsi ilə bağlı biliklər bazasının dəyişdirilməsi (daha aydın və sadə izah olunması və ya biliklərin təsvir üsulları, son nətijə üsullarının yenidən seçilməsi və ya problemin başqa həll modelinin seçilməsi- təkrar planlama) həyata keçirilir.
Mərhələlər. Mərhələlərin mahiyyəti
İdentifikasiya. Problemin xarakteristikasının öyrənilməsi

Konseptualizasiya Biliklərin təsviri üçün anlayışların axtarılması

Formalizasiya Biliklərin təsviri üçün metodların işlənməsi

Reallaşdırma Bilikləri nətijələndirən formal modelin ifadəsi

(həyata keçirmə)

Adlandırmaq Biliklərin nətijə qaydalarının qiymətləndirilməsi.




Ekspert sistemlərin klassifikasiyası.




İxtiyari mürəkkəb predmet sahəsi kimi ES də müxtəlif xüsusiyyətlər çoxlugu ilə təyin olunur. Ekspert sistemlərin konkret qəbul olunmuş klassifikasiyası yoxdur. Onları xarakteristik göstərijilərinə görə aşağıdakıl kimi klassifikasiya etmək olar:

1. biliklərin təsvir metodları (modelləri);

2. məqsəd və istifadə olunan predmet sahəsi;

3. yaradılma dərinliyi;

4. biliklərin paylanma metodları;

5. giriş ijazəsinin təmini;

6. idrak dərəjəsi;

7. sistemin reaksiyası;

1. Biliklərin təsvir metodlarına görə məntiqi, produksion, freym, və s. modellər və uyğun ES var. Müxtəlif predmet sahələri üçün biliklərinin təsvirinin onlarla modeli var. Onlardan ən əsasları (başqaları da bunnlara gətirilə bilərlər):

- produksion modellər;

- semantik şəbəkə;

- freym;

- formal məntiq modeli;

- qeyri- səlis relyasion model.

Produksion model-qaydalara əsaslanan modeldir, bilikləri " Əgər ( şərt), onda (nətijə)" tipində təsvir etməyə imkan verir.

Şərt elə bir jümlədir ki, onun əsasında BB-da axtarış gedir, "nətijə" - axtarışın müvəffəqiyyətli gedişində alınan hərəkətdir.

Produksion modeldən istehsal ES-də daha çoz istifadə olunur.










IV. İstifadə olunan instumental vəsaitlər

Yerinə yetirdikləri funksiyalara görə ES-in instrumental vasitələrini aşağıdakı tiplərə bölmək olar:



  1. dil vasitələri (proqramlaşdırma dilləri);

  2. biliklərin təsvir vasitələri;

  3. çıxarış və modelləşdirmə vasitələri;

  4. biliklərin alınması vasitələri;

  5. ES-in qurulmasının avtomatlaşdırılması vasitələri;

  6. örtük vasitələri.

İnstrumental vasitələrin sadalanan tipləri səmərəliliyin, istifadəçidən tələb olunan peşəkarlığın və ES-in qurulması üçün əmək sərfinin azalması üzrə göstərilmişdir. Doğrudan da 1-ji tip 4-jüdən istifadə zamanı ES-in komponentlərinin hamısının bu və ya digər dildə prqramlaşdırılması layihəçinin öhdəsinə düşür. 5-ji tip 4jü layihəçini ES-in bütün komponqentlərini və ya onların bir hissəsini proqramlaşdırmadan azad edir. Həmin komponentlərin proqramı əvvəlcədən hazırlanmış proqramlar dəstindən seçilir. 6-jı tipdən istifadə isə layihəçini prqramlaşdırmadan tam azad edir. Bu halda o, «örtük» (Shell) və ya «qurulma mühiti» (development enviroment) adlanan boş ES seçib, ondan itifadə edir. Buna görə də, ES-in prototipləri örtüklər və ya avtomatlaşdırma vasitələri ilə qurulur, çünki bu mərhələdə əsas məqsəd minimum əmək sərfi ilə iş qabiliyyətli ES-in yaradılmasıdır. Sənaye və kommersiya sistemləri isə yüksək səmərəliliyin təmin edilməsi üçün proqramlaşdırma dillərində və ya biliklərin təsviri dilində qurulur.

İlk zamanlar bir ES-in yaranmasına 20-30 il tələb olunurdu. İndi isə bu sistemlərin yaradılmasını tezləşdirən üsullar var: - instrumental vəsaitlər.

1) Simvolik proqramlaşdırma dilləri - LİSP, İNTERLİSP, SMALLTALK;

2) Bilik mühəndisliyi dilləri, BS-in yaradılmasına yönəldilmiş məsələ, OPS-5; LOOPS, proloq, KEŞ

3) ES layihəsinin avtomatlaşdırılmağa imkan verən sistemlər, təhsil. KEE, ART, TETRESTAS, AGE, TİMM onlara əhatə deyilir

4) təbəqə (və ya boş) ES heç bir sorğu məkanına aid bilikləri qəbul etməyən ES: EMYCİN, EKO, EKSPERT sistemlər.







Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə