Мцгяддимя



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/110
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#247
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   110

14 
 
  Bu  ideyalara  digər  kinik  Sinoplu  Diogen  də  (e.ə.  330-
320-ci  illərə  yaxın  vəfat  etmişdir)  dəstək  verirdi.  Özü  isə 
məhrumiyyətlərə  dözür,  davranışın  sosial  normalarının  şərti 
olmasını  hər  an  sübut  etməyə  çalışırdı.  Daxili  azadlığa  nail 
olmaq  yolunu  kiniklər  sosial  həyatın  mahiyyətindən 
uzaqlaşmaqda,  mədəni  dəyərlərin  məhdudlaşdırılmasında 
görürdülər.  
Əxlaqi  ideyaların  inkişafının  növbəti  mərhələsi  məşhur 
Platon  (e.ə.428-347)  və  onun  dahi  şagirdi  Aristotelin  adı  ilə 
bağlıdır. 
  Platon dövründə artıq bir çox mənəvi dəyərlər haqqında 
təsəvvürlər  kifayət  qədər  geniş  idi  (xeyirxahlıq,  ədalətlilik, 
yaxşılıq,  comərdlik  və  s.).  Bunlar,  yüksək  ali  dəyər  olaraq 
fəaliyyət  məqsədləri  ilə,  məsələn,  var-dövlət,  peşəkar  ustalıq, 
ictimai  dəstək  və  s.-lə  müqayisədə  daha  əhəmiyyətli  sayılırdı. 
Bununla belə onların təsirliliyi cuzi idi. Real insanları daha çox 
maraqlandıran  şeylər  –  həzz  almaq  arzusu,  faydanın  axtarışı, 
siyasi  qazanc  və  s.  bu  kimi  şeylər  maraqlandırırdı.  Belə 
məqsədlər  digər,  oxşar  məqsədlərlə  toqquşur  və  nəticədə 
axtarılan  sevinc  və  xoşbəxtlik  puç  olurdu.  Sokrat  bu 
vəziyyətdən  maarifləndirmə  yolu  ilə  çıxmağı  təklif  edir: 
insanlar ona görə belə hərəkətlər edirlər ki, onların bilikləri bu 
sahədə əksikdir. Deməli, əxlaqi anlayışlar birbaşa real həyatda 
özlərinə analoq tapmır.  
  Platon  belə  analoqları  müstəqil  yaşaya  biləcək  ideal 
mahiyyətlər  sığınacağında  görürdü.  O  düşünürdü  ki,  hissi 
aləmin gözəgörünməz həddlərindən sonra, “ağıllı yerdə” xüsusi 
predmetlər,  ideyalar  sinfi  var  ki,  onlar  ümumi  anlayışların 
əsasını  təşkil  edir.  İdeal  varlıqlar  aləmi  həm  də  dəyərlilik 
baxımından  real  dünyadan  fərqlənir:  ideyalar  səltənəti  ilahi 
mahiyyətli,  müdrik,  kamildir,  hissi  obyektlərin  natamam, 
illüzor  dünyası  üzərində  yüksəlir.  Bu  ideyalar  sırasında  ali 
mövqe  xeyirxahlığa  məxsusdur.  O,  bütün  düzgün  və  gözəl 


15 
 
olanın  səbəbidir.  Fəzilət  burada  təbii,  aşkar  bir  fəaliyyət 
göstərən xoşbəxtlik, sevincdir. 
  Platonun  fikrincə,  ideyalar  dünyası  bu  dünyanın 
məqsədli  təyinatıdır.  Həmin  dünyada  fəzilət  hökm  sürür.  Onu 
dərk  etmək  üçün  insan  gərək  cismani  tələbatları  özündə 
məhdudlaşdırsın.  İnsan  bədəni  ruhun  həbsxanası,  qandalıdır. 
İnsan  gərək  öz  hissləri  və  istəklərini  cilovlaya  bilsin  ki, 
cəmiyyət əmin-amanlığa çıxsın. Ideal dünyaya yeganə körpü – 
ağıllı  ruhdur.  Ruhun  yaddaşında  bir  sıra  ideyalar  həkk 
olunmuşdur  (fəzilət,  gözəllik,  ölçü,  ədalətlilik  və  s.).  İnsan 
yaşadıqca  ruh  həmin  ideyaları  xatırlamağa  çalışır,  bu 
çalışqanlıq nə qədər çox olsa, ruhun paklanması, təmizlənməsi 
bir o qədər böyük sürətlə gedir. İdrak və əxlaqi təmizlənmə üst-
üstə düşəndə, fəzilət yaranır (həqiqətin, yaxşılığın və gözəlliyin 
sintezi). 
  Nə  etmək  lazımdır  ki,  həmin  vəziyyətə  daha  tez  nail 
olaq? Həm düşüncəni, idrakı kamilləşdirmək, həm də ki, buna 
birbaşa həzzalma yolu ilə çatmaq? Əxlaqi təmizlənmə ruhun əsl 
aləmi olan ideyalar aləmində qalması mərhələsinin xatırlanması 
yolu ilə əldə edilir. Bu, həm də dərketmədir. Bilmək, öyrənmək 
yaxşılığa  doğru  irəliləmək  deməkdir.  İnsan  cismani  arzu  və 
istəklərdən nə qədər tez azad olsa, bir o qədər tez o, əvvəlcədən 
xatirəsində olmuş yaxşılıq, gözəllik, ədalətlilik, harmoniya kimi 
əxlaqi dəyərləri özündə bərpa etmiş olur. 
  Platon  iki  növ  biliyi  və  iki  növ  ləzzəti  fərqləndirir. 
Əbədi  olanlar  haqqında  biliklər  və  dəyişən,  yəni  əmələ  gəlib 
məhv  olanlar  haqqında  biliklər.  Həzzalmanın  birinci  növü 
müxtəlif  gözəl  rənglər,  qoxular,  proporsiyalar,  ümumiyyətlə 
göz oxşayanlarla bağlıdır. Digəri isə qəzəb, həsrət, vüqar, qorxu 
və s. kimi hisslərlə bağlıdır, bunları əzabkeşlik müşaiyyət edir. 
Həqiqətə nail olmaq hər hansı bir vəziyyətdən çıxış yolu sayıla 
bilər.  Yaxşılıqları  Platon  iki  qrupa  –  mənəvi  və  gündəlik  və 
yaxud  ilahi  və  bəşəri  olanlara  bölür.  Bu  dəyərlər 
iyerarxiyasında ən ali dəyər ağıldır. İnsanda gözəlliyə məhəbbət 


16 
 
cismani 
olana 
məhəbbət 
ilə 
bitir. 
İnsan 
etikası 
özünükamilləşdirmə,  ucalma,  ümumiyə  (ilk  növbədə  dövlətin 
mənafeyinə) tabe olma etikasıdır. 
Platonun  fikrincə,  dövlət  ideal  aləmin  gözəlliyi  və 
ədalətliliyinin  təkrarıdır.  Eyni  zamanda  dövlət  həmin  ideal 
aləmə (ideyalar dünyasında) yüksəliş yoludur. İnsanların əxlaqi 
həyatını  sosial  idarəetmə  səviyyəsində  tənzimləmək  lazımdır. 
İnsan  təbiəti  zərif  olduğu  üçün  burada  ona  dövlət  dəstək 
verməli,  himayəçilik  etməlidir.  Qanunlar  işləməsə,  insanlar 
vəhşi  hala  düşəcəklər.  Ağıl,  qanun  və  nizamdan  irəlidə  gedir. 
Platonun ideal dövlətində üç vəzifə icra olunur: qanunvericilik 
və  yaxud  idarəetmə,  düşməndən  qorunma,  maddi  təminat.  Bu 
vəzifələrə  uyğun  olan  üç  insan  təbəqəsinin  (hökmdarlar 
təbəqəsi, hərbçilər, sənətkarlar və torpağı becərənlər) hər birinə 
xas olan xeyirxahlığı var (müvafiq olaraq, müdrillik, comərdlik, 
eyni  zamanda  məsuliyyət)  və  ağıl-fərasət  (eyni  zamanda  tabe 
olmaq  bacarığı).  Eyni  zamanda  dövlətin  ən  böyük  qabiliyyəti 
ədalətli  olmaqdır.  Platonun  ideal  dövlətində  avtoritarlıq  hökm 
sürür.  Burada  son  söz  həmişə  müdriklərə  qalır.  Bu  mənada 
ideal hökmdar filosofdur. 
  Platonun  sosial-əxlaqi  ideyalarının  bir  çoxu  Aristotel 
(e.ə. 384-322) tərəfindən inkişaf etdirilmişdir. Aristotel “etika” 
sözündən  ilk  dəfə  olaraq  istifadə  edir,  həm  də  onun  tərifini 
verir:  etika  –  xeyirxahlıqlar,  xeyirxah  insan  haqqında  olan  bir 
təlimdir. Aristotelin etika haqqında əsərləri (onlardan başlıcası 
“Nikomax  etikası”dır)  onun  yaşadığı  cəmiyyətin  dəyərlər  və 
qaydalar haqqında əsil ensiklopediyadır. 
  Aristotel  etikanın  predmeti  və  vəzifələri  haqqında  nə 
demişdir?  Demək  olar  ki,  o,  etikanın  ən  kamil  təsnifatını 
vermişdir.  Qədim  yunan  sözü  olan  “ethos”  hələ  Homerin 
vaxtarında  insanın,  ümumiyyətlə  canlının  məskən  saldığı  yeri 
bildirirdi,  sonradan  isə  bu  sözün  daha  bir  mənası  meydana 
gəldi:  adət-ənənə,  xasiyyət,  dəb,  düşüncə  tərzi.  Bir  sözlə,  hər 
hansı bir xüsusiyyətin davamlı olması bildirilir. Aristotel insan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə