Мцгяддимя


-CU MÖVZU. SIVILIZASIYA VƏ TEXNIKA



Yüklə 2,66 Mb.
səhifə8/24
tarix02.10.2017
ölçüsü2,66 Mb.
#2771
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

9-CU MÖVZU. SIVILIZASIYA VƏ TEXNIKA
Cəmiyyət və sivilizasiyanın inkişafında texnika çox böyük rol oynayır. Bunu müasir dövrün nümunəsində də görmək olar. Texnikanın (birinci növbədə əmək alətlərinin, rabitənin, bütün kommunikasiya sistemlərinin inkişafı) tərəqqisi insan həyatının bütün sahələrinə güclü təsir göstərir. Elmi-texniki inkişafın rasional idarəolunması məhdud-ssiyentist, texnisist proqram kimi yox, səmərəli texnika, ona əsaslanan istehsalın və sosial (ilk növbədə ekoloji) mənafelərin optimal uzlaşması olduğu nəzərdə tutulmalıdır. İlk nəzərdə sadə görünən bu məsələnin həlli bir sıra çətinliklərlə rastlaşır, o cümlədən insanın mahiyyəti ilə onun mövcudluq üsulu arasındakı ziddiyyətlər (səbəbi-texnikanın əsasında quraşdırılmış dünya tərəfindən bu mahiyyətin dəyişdirilməsi və təhrif edilməsidir).

Texnika insanların yaratdığı istehsal vasitələri və alətləri sisteminin, habelə əmək prosesinin həyata keçirilməsini təmin edən üsul və əməliyyatların, qabiliyyət və məharətlərin məcmusudur.

Zaman keçdikcə texnika anlayışının məzmunu dəyişilir və təkmilləşir. O təkcə maddi istehsal sahəsindəki vasitələrlə məhdudlaşmır. O özünə həm də mənəvi, məişət və digər qeyri-istehsal xarakterli tələbatları ödəmək üçün istifadə olunan vasitələri daxil edir1.

Texnika ən qədim sosial hadisələrdən biridir. Texnika və texniki fəaliyyət haqqında ilk dəfə Aristotel bəhs etmişdir. Fəlsəfi biliyin spesifik sahəsi olan texnikanın fəlsəfəsi isə yalnız XIX əsrdə meydana gəlmişdir2. Bu cərəyanın banisi E.Kapp göstərirdi ki, bütün bəşəriyyətin tarixinə diqqətlə yanaşdıqda onu nəticə etibarilə ən yaxşı əmək alətlərinin kəşf edilməsi tarixinə müncər etmək olar.2

Texniki vasitələr insan bədəninin orqanlarının özünəməxsus şəkildə davamı və tamamlanması deməkdir. Onlar bəşəriyyətin təbiətə təsiri sahəsində qazanmış olduğu çoxillik təcrübə, idrak vasitələri və üsulları təcəssüm etdirir. Başqa sözlə, texnika insanın təbiətə təsir göstərməsinin daim təkmilləşməkdə olan forma və üsullarını, mədəniyyətin nailiyyətlərini əks etdirir.

Texnika bir tərəfdən insan əməyinin və biliyinin inkişafı nəticəsidir, digər tərəfdən isə onları həyata keçirməyin vasitəsidir. O bəşəriyyətin mövcudluğu və inkişafının zəruri tərəfidir. Texnikanın başlıca funksiyası təbiəti və insan aləmini onun tələbat və arzularından doğan məqsədlərə uyğun şəkildə dəyişdirməkdən iləarətdir.

Texniki vasitələr öz məzmununa görə çox rəngarəngdir. Onların bir hissəsi cansız təbiətə, digərləri üzvi aləmə uyğun gəlir. Nəhayət elə texniki vasitələr vardır ki, onlar spesifik insan orqanlarının funksiyalarını yerinə yetirməyi bacarır. Məsələn, qeyri-üzvi təbiətdə texnika elektrotexnikanı, istilik texnikasını, fiziki texnikanı və tikinti texnikasını əhatə edir. Üzvi aləmdə texnikaya kənd təsərrüfatı biotexnologiyası və sair daxildir.

Deyilənlərdən əlavə təfəkkür texnikası, incəsənət sahələrinin texnikası və insanları idarəetmə texnikası və sair də mövcuddur. Texnikanın müasir anlamı aşağıdakı üç tərəfı əhatə edir: a) nəzəri yə empirik tərəfləri əlaqələndirən spesifik bilik sahəsi; b) insanın təbiətı öz tələbatına uyğun şəkildə dəyişdirməyə yönələn insan fəaliyyəti sahəsi (bütün texniki vasitələr və proseduralar da daxil olmaqla); v) insanın bu və ya digər fəaliyyətinin, professional xüsusiyyətlərini təşkil edən məharət və vərdişlərin məcmusu.

Bütövlükdə götürdükdə cəmiyyətin iqtisadi inkişafı aşağıdakı iki bir-birilə sıx əlaqəli tərəfləri əhatə edir: a) iqtisadi münasibətlərin (istehsalın iqtisadi üsulunun və yaxud sosial-iqtisadi tərəfın) təkmilləşməsi; b) elmi-texniki tərəqqi gedişində yeni texniki vasitələrin və texnologiyaların tətbiqi (istehsalın texnoloji üsulu və yaxud təşkilat -texniki tərəfi).

Qeyd olunmalıdır ki, texnika öz-özlüyündə məqsəd deyil, yalnız müəyyən məqsədi həyata keçirmək üçün vasitədir. Lakin texnika müəyyən nisbi müstəqilliyə malikdir. Bu aşağıdakılarda ifadə olunur: 1) hər cür texnikanın insan tərəfindən yaradılmasına baxmayaraq o insanlar üçün həm xeyirli, həm də zərərli nəticələr törədə bilir. 2) İnsanların istifadə etdiyi texniki vasitələr cəmiyyətə fəal əks təsir göstərmək iqtidarındadır. Məsələn, avtomobil və televizor insanın sağlam tələbatını ödəmək üçün yaradılmışdır. Lakin avtomobil sənayesinin genişlənməsi cəmiyyətin digər, daha vacib tələbatlarının (əxlaqi, mənzil) ödənilməsini kölgədə qoyur, digər tərəfdən onun inkişafı mühiti korlayır. Nəhayət ondan hətta cinayətkar məqsədlər üçün istifadə olunur (avtomobil oğurluğu, yol-nəqliyyat hadisələri, avtomobil sahibinin öldürülməsi və sair).

Eynilə də televizor informasiya yaymağın güclü vasitəsi olmaqla yanaşı, həm də əhalinin şüurunun manipulyasiyası (mənfi istiqamətdə məqsədyönlü dəyişdirilməsi) vasitəsıdir. İnsanları oxumaqdan (mütaliədən) və psixofıziki sağlamlıqdan müəyyən qədər məhrum edir. 3) insanın çoxəsrlik yaradıcılığının nəticəsi olan texnosferanı optimallaşdırmaq üçün texnikanın inkişafını dayandırmaq deyil, texniki nailiyyətlərin açdığı misilsiz imkanlardan bacarıqla istifadə etmək tələb olunur.1

Hazırda texnika getdikcə daha çox insanın əqli qabiliyyətlərinə və intellektual funksiyalarına nüfuz edir. Bu isə mütərəqqi nəticələr ilə yanaşı, həm də böyük miqyaslı mənfi nəticələr törədə bilər. Buna görə də indiki şəraitdə texniki yenilikləri tətbiq etməzdən əvvəl onları geniş və dərin sosial ekspertizadan keçirmək tələb olunur. Məsələn, insan kompüter kimi kibernetik sistem yaratmaqla sanki özünün fikri fəaliyyət növlərini həyata keçirə bilən, müxtəlif məzmunlu informasiya ilə əməliyyat aparmağı bacaran analoqunu meydana gətirir. Doğrudur, o insan beyninin bütün funksiyalarını onun əlindən almır. Bununla belə son dərəcə güclü EHM ilə insan arasında qarşılıqlı münasibətlərin yeni humanitar tərəfi özünü göstərir.

Bu isə öz növbəsində bir çox problemlər doğurur. Çünki insan ilə maşının qarşılıqlı təsiri, fikirləşən, hiss edən, şüur və iradəyə malik mövcudat ilə cansız, öz təbiətinə görə qeyri-bioloji xarakter daşıyan qurğu arasında qarşılıqlı təsir deməkdir. Bu münasibətdə müasir ekzistensializmın görkəmli nümayəndəsi K.Yaspersin aşağıdakı fikri ibrətamizdir. O göstərir ki, texnikada hüdudsuz şəkildə fayda verən imkanlar olduğu kimi, qeyri-məhdud miqyasda da təhlükə vardır. İnsan heç vaxt indiki qədər yaradıcı texniki nailiyyətlər əldə etməmişdir.

O, eynilə də heç vaxt bu dərəcədə dağıdıcı təsir göstərə biləcək vasitələrə malik olmamışdır. İnsanlar texniki vasitələri təkmilləşdirməyə aludə olmaqla və iqtisadi cəhətdən bazarın kəskin tələbləri ilə motivləşən ixtiraçı yaradıcı fəaliyyətə uymaqla, nəticə etibarilə qarşısıalınmaz fəlakətə doğru irəliləyir.1

Əlbəttə texnikanın nəticələri önündə pessimizmə qapılmaq da doğru deyil. Çünki texniki vasitələrin nə qədər güclü dağıdıcı imkanlara malik olmalarına baxmayaraq, onlar prinsipcə həmişə insanların zəka və iradəsinə tabe edilə bilən vasitələrdir. Buna görə də müasir elmı-texniki tərəqqinin törədə biləcəyi inkarın sosial nəticələrini vaxtında görmək və onları minimallaşdırmaq və aradan qaldırmaq üçün yollar və vasitələr tapmaq mümkündür və zəruridir.

M.Haydegger yazırdı: "İnsan üçün təhlükə maşınların, müxtəlıf qurğuların mümkün məhvedici təsirində deyildir. Əsil qorxu, təhlükə artıq insanın öz mahiyyəti tərəfindən gözlənilməlidir". Haydeggerin fıkrincə, texnika - insan və dünyanın xüsusi əlaqə növünün ifadəsidir, bu zaman insanın əldə etmək, istismar etmək meyli reallaşır. Dünya insan üçün yalnız öz imtiyazlarını ödəməyən bir vasitədir, texnika isə - bu materialı istifadə etmək üsuludur. Axırda insan özünü "dünya hökmdarı" hesab etsə də, əslində öz alətlərinin quluna çevrilir, əşyalar aləmində özü də bir əşyaya dönür. Texnika insanı ələ alır, özünə tabe edir, hətta öz elementinə çevirir".

Texnika mövzusunda Haydeggerin maraqlı əsərlərindən biri "Texnika məsələsi"dir (1949). Demək olar ki, Haydeggerə qədərki dövrdə texnıkanı müsbət qiymətləndirirdilər; bircə qorxu var idi ki, birdən onu düzgün istifadə edə bilməzlər (O.Şpenqler), Haydegger, texnikanın özündə insan üçün dəhşətli bir təhlükə görürdü; ümumiyyətlə o, texnikanı mədəniyyət, tarix fəlsəfəsi baxımından yox, metafızika, yəni varlığın tarixi, insan şüurunun inkişafı tarixi baxımından qiymətləndirirdi. Müasir texnikanın mahiyyəti budur ki, o insanın dünyaya olan münasibətinin, daha doğrusu, dünyanın mənimsənilməsinin yeni formasıdır. Texnikanın təhlükəliliyi ondan irəli gəlir ki, o, insanın mahiyyətini dəyişdirir. İnsan indi tora düşmüş milçəyə bənzəyir: dərinə getdikcə, daha da dolaşır. Təhlükə ondadır ki, insanlar çox vaxt texnika və elmin istifadəsinin sosial nəticələrinə dərindən varmır, uzaqgörənlik etmir.

Alman ekzistensializmin digər nümayəndəsi K.Yaspers "Müasir texnika" adlı məqaləsində texnikanın mahiyyətini belə izah edirdi: texnika yalnız məqsədə nail olmaq üçün vasitəçi kimi yaranır və fəaliyyət göstərir. Texnika düşüncə fəaliyyətinə, hesablama, mümkün nəticələrin öncəgörmə imkanlarına əsaslanır. Texnika mexanizmlərdən istifadə edərək, öz imkanlarını kəmiyyət münasibətlərinə çevirir. Texnikanın mahiyyəti - insanı təbiətin hökmranlığından azad etməkdir. Texnika iki cür olur: enerji istehsal edən, bir də cürbəcür məhsulları istehsal edən texnika növləri.

Texniki qaydaları öyrənmək və istifadə etmək mümkündür. Texnika vasitə məqsədə çevrilən yerdə insan həyatı öz mənasını itirir. Texnika, qədim dövrdən yaradılır; müasir texniki tərəqqi dünyanın yaranmasında yaxından iştirak edən təbii elmlərin, əməyin təşkili və ixtiraçılığın yaradıcılıq ehtirası nəticəsidir. Əməyin intensivliyi texnika ilə bağlıdır, texnika əməyin xarakterini dəyişdirir, özgələşmə prosesi artır; müəssisələr iriləşir, bürokratiyanın mövqeləri artır və genişlənir; ümumiyyətlə, texnika müəyyən tərzdə idarə olunan bir vasitə olmalıdır, onun hüdudları məhdud və cansızdır".

O.Şpenqler də texnikanı təbiətin üzərində "zorakılıq" aləti olduğunu hesab edirdi. Öz insani mahiyyətini unudaraq, insan nəsli dağıdıcıya dönür, texniki sivilizasiya binasının əzəmətı artdıqca, bu binanı yaradan insanın mənəviyyatı əksildikcə, onun özünə burada daha az yer qalır, Texnika-insan nəslinin acı taleyi, onun faciəvi qismətidir: insan texnikanı yaradır, təkmilləşdirir, bunda təbiətin üzərində öz qüdrəti və hökmranlığının rəmzini görür, nəticədə isə texnika "Faust" (I.V.Hötenin yaratdığı bədii obraz) sivilizasiyarın məhvinə, qaçılmaz süqutuna gətirib çıxarır. İnsanların texniki səyləri nə qədər rasional, nə qədər intensiv olarsa, texnikanın nəticələri bir o qədər irrasional və dağıdıcı olur.

Belə xəstəliyin müalicəsi - şüurun həqiqi, mənəvi azadlığa qayıtmasındadır. Texnikanın inkarı ideyası Frankfurt məktəbinin sosial fəlsəfə nümayəndələri tərəfindən irəli sürülüb. Onlara görə həqiqi insan mövcudluğu - təbiət ilə ünsiyyətdə olmaqdır, təbiətin və insanın durmadan ram edilməsi deyildir. Tənqiddən kənara çıxmayan frankfurtçular utopiya həddlərində qalmışdılar. Məsələn, H.Markuze hesab edirdi kı, müasir texnika və istehsal həyatın instinktlərinə uyğunlaşmalıdırlar. A.Qelen və Y.Habermas məsələnin həllini liberal burjua demokratiyasının təkmilləşməsində görürdülər. "Texniki determinizm" nümayəndələri isə (məs.X.Şeleki) hesab edirlər ki, elmi-texniki tərəqqi prosesini humanistləşdirmək cəhdləri əbəsdir; yalnız elmi-texniki tərəqqinin rasional qüvvəsi sosial fəallıqdakı irrasional, dağıdıcı meyllərə son qoya bilər.

Frankfurt məktəbinin digər nümayəndəsi T.Adorno cəmiyyətdə texnikanın rolunu belə səciyyələndirir: "Müasir texnikanın insanlara fayda və ya zərər gətirməsi nə texniklərdən, nə də texnikanın özündən asılıdır; əsas məsələ -onun cəmiyyət tərəfındən necə istifadə olunması, cəmiyyətin obyektiv strukturların insan ləyaqətinə cavab verib-verməməsi məsələsidir".

Qeyd etdiyimiz kimi, texnikanın fəlsəfi problemləri Qərbdə yüz ildir ki, öyrənilir. Almaniyada, digər ölkələrdə texnikanın fəlsəfi problemləri beş istiqamət üzrə öyrənilir: texniki elmlər, ekzistensializm, sosial antropologiya, Frankfurt məktəbinin tənqidi nəzəriyyəsi, texnika, təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsinin etik problemləri. Fransada bu problemin başqa tərəfı-texnika və mədəniyyət, texnika və əmək, əməyin ekzistensial təhlili, texnikanın inkişafının epistemoloji problemləri də öyrənilir. Ümumiyyətlə, cəmiyyətin inkişafında texnika bir paradoksal (həllolunmaz ziddiyyətlərin vəhdəti) vəziyyət yaratdı: texnika həm insanın mövcudluğunun əsası, həm də təbii mühitə, insan mənəviyyatına, onun fıziki varlığıa qarşı çıxan dağıdıcı qüvvə kimi çıxış edir.

Beləliklə, nikbinlik baxımından texnikanın rolunu qiymətləndirmək cəhdləri əhəmiyyətsiz olub, sosial tərəqiyyə inam şübhə ilə əvəz olunub, "Alternativ" mədəniyyət və aləmlər yaratmaq cəhdləri göstərilsə də (E.Fromm, H.Markuze, O.Ulrix və başq.), onlar sosial utopiya səviyyəsində olaraq qalır. Bununla belə Qərbdə bu çətin problemi həll etmək ümidini hələ itirməyiblər. Elmi-texniki tərəqqini idarə edən sosial mexanizmləri təkmilləşdirmək zərurətini başa düşən tədqiqatçılar idarəetmə sahəsində otuz ilə yaxındır ki, "texnikanın qiymətləndirilməsi" hərəkatını yaradıblar.

Əsas məqsəd -elmi-texniki tərəqqinin nailiyyətləri və nəticələrinin müxtəlif, bəzən ziddiyyətli mövqelərdən qiymətləndirilməsini aradan qaldırmaqdır. Texniki inkişafın qeyri-müəyyənliyi artdıqca, bütöv, çox mürəkkəb texniki sistemlər üzərində nəzarət məsələsinin əhəmiyyəti də artdı. Texnikanın beynəlxalq səviyyədə idarə olunması problemi də meydana gəldi.

Texnikanın qiymətləndirilməsi sisteminin özü də sosial xarakter daşınıalıdır; bəzən hökumətlər və dövlətlər texniki qərarların qəbul olunmasında ictimai rəyi nəzərə almağa məcbur olurlar. Məsələn, 1942-ci ildə ABŞ konqresində texnikanın qiymətləndirilməsi üzrə idarə yaradıldı. Belə təşkilatlar inkişaf etmiş ölkələrdə də yaradılır və fəaliyyət göstərirlər. Bu təşkilatlar elmi-texniki tərəqqinin bütün mümkün nəticələrini öyrənir və proqnozlaşdırır (əsasən ekoloji, sosial, sosial-psixoloji və siyasi nəticələrini). Real təsiri yalnız siyasi hakimiyyət, qanunların köməyi ilə əldə etmək olar. Belə təşkilatların fəaliyyəti bir qədər utopik xarakter daşıyır (F.Rapp, Berlin).

Qeyd etdiyimiz kimi, ABŞ-da idarəetmə problemlərin həlli məcrasında bir sıra məsələlər -texnika və dəyərlər, texnikanın qiymətləndirilməsi, texnikanın sosial məsələləri, hermenevtika və ekzistenstializm baxımından texnikanın inkişafı və s. məsələlər öyrənilir.

Fransa tədqiqatçısı J.Ellül "texniki determinizm" prinsipini tənqid edərək, elə bir "müstəqil" sosial və siyasi qruplar yaratmağı təklif edir ki, onlar, şüurlu şəkildə texniki sivilizasiyarın nemətlərindən imtina etsin, texniki xaosa qarşı çıxa biləcək avtonom mədəniyyət yaratsın (o cümlədən fəlsəfə, incəsənət, ənənə, ailə və şəxsi həyat formalarını və s.). İctimai münasibətlərin antihumanist xarakteri, texnika və istehsalın üzərində rasional, təsiredici nəzarəti heçə endirə bilir.

O, göstərir ki, insan bir tərəfdən insan cəmiyyətin təşkili və fəaliyyətindəki, digər tərəfdən isə texnikanın özündə (o da insan təbiətindəki qüsur və nöqsanların üzündən) olan nöqsanlardan irəli gələn çətinliklərin aradan qaldırılması yollarını hələ ki, utopik quraşdırmalarda axtarır. Ellül dövlət və texnika sahəsində əsl inqilab etməyə çağırır. Onun fikrincə, bunun üçün aşağıdakıları həyata keçirmək tələb olunur:

  1. Qərb, öz istehsal sahələrində yenidənqurma apararaq, üçüncü dünyaya tam təmənnasız köməklik göstərməlidir;

  2. Hərbi qüvvədən, ümumiyyətlə təzyiq vasitələrindən imtina etmək, mərkəzləşdirilmiş dövlət aparatını ləğv etmək(kıçik istehsal vahidləri yaratmaq, kiçik enerji mənbələri, çevik metodika, həyat üslubu və tərzinin müxtəlifliyini təmin etmək, həyat keyfiyyətini yaxşılaşdırmaq);

3. İnsan qabiliyyətlərini üzə çıxarmaq, məşğuliyyət növlərini artırmaq (milli mədəniyyətlərin çiçəklənməsi, azsaylı xalqların mədəni muxtariyyət şəklində inkişafı üçün bütün şəraitin yaradılması);

  1. İş vaxtının ixtisarı (bunun hesabına insan daha çox asudə vaxtında öz mənzilinə, mühitə, xırda iş sahələrinə diqqətini artıracaq; bəlkə 2 saat işləmək kifayət olacaq);

  2. Tərəqqi, istehsal olunmuş sərvətlərlə yox, qənaətedilmiş insan əməyi və vaxtı ilə ölçülür, işdən sonra adamlara maaş yox, ümumi məhsuldan müəyyən miqdarlar ayrılmalıdır (bərabər şəkildə).

Sosial proseslərə çoxsaylı, çoxcəhətli təsir göstərən texniki mutasiyaları (əsaslı dəyişikliklər) öyrənənlərdən D.Belli, X.Skolimovskini, C.Qrantı, O.Toffleri də göstərmək olar.

Toffler, istehsal və istehlakın kütləviləşmə dövrünün tükənməsi vaxtının gəlib çatdığını göstərir, yeni texnologiyaya uyğun informasiya cəmiyyətinin yaranmasından söhbət açır. Onu daha çox düşündürən bu yeni sivilizasiyada milyonlarla, hətta milliardlarla insanlar üçün yerin tapılıb-tapılmaması məsələsidir. Söhbət irqi, etnik, milli və ya dini mənsubiyyətinə görə zülmə, təqiblərə, irqi ayrı seçkiliyə məruz qalan insanlardan gedir.

Bu məsələnin həllini O.Toffler iqtisadi çevrilişin nəticələrinin yayılma sürətinin artırılmasında görür. Mədəniyyət-əməyə, kişi və qadınlara, millətlərə, asudə vaxta, nüfuza və s. - tamam yeni münasibət tələb edir. İqtisadiyyat yeni simvol, obraz, abstraksiyalar işlətməyi, məntiqi düşüncə və təfəkkürü əldə etməyi tələb edir. Əsasən inkişaf olunmalı sahələr -dərk etmək bacarığı və təhsildir. İnsan yeni şəraitə də uyğunlaşmağı bacarmalı, onu öyrənib qiymətləndirməli, bir neçə sahəni mükəmməl bilib, öz fərdiliyi və təşəbbüskarlığını ifadə etməyi bacarmalıdır. Toffler bura daha bir prosesi əlavə edir: azsaylı millət və xalqlar belə şəraitdə öz tarixini bərpa etməklə, öz itirilmiş ləyaqətini bərpa edirlər (keçmişi öyrənib, özündə güc və qüvvə tapmaq üçün).

D.Bell iqtisadi və sosial həyatda baş verən dəyişikliklərə postindustrial mərhələ, telekommunikasiya inqilabı adını verir. Bunun üç cəhətini qeyd edir: 1) sənaye cəmiyyətindən servis (xidmətedici) cəmiyyətə keçid; 2) texnoloji yeniliklərin həyata keçirilməsində kodlaşdırılmış nəzəri biliyin artırılmasının böyük əhəmiyyəti; 3) yeni intellektual texnologiyanın, qərarların qəbulu, nəzəri və sistemli təhlili alətinə çevrilməsi.

Bu cəmiyyətin bir sıra xüsusiyyətləri göz qabağındadır: əsas amillərin -informasiya və biliklərin olması, cəmiyyətin getdikcə daha açıq və qeyri-müəyyən olması, modelləşdirmə və proqnozlaşdırma imkanlarının azalması, telefon, kompyuter, telekommunikasiya və məlumatın işlənilməsinin vahid bir modeldə birləşməsi, hakimiyyət tərəfindən informasiyadan qərəzli istifadə edilməsi, ictimai həyatın müxtəlif sahələrinin əlaqələndirilməsinin getdikcə mürəkkəb bir məsələyə çevrilməsi və s.

Göründüyü kimi, XXI əsr insanları birləşdirə biləcək universal elektron informasiya sisteminin təkamülü əsridir. Texnika və texnologiya misli görünməmiş informasiya və kommunikasiya imkanlarına malikdir.
ƏDƏBIYYAT


  1. Hoвaя тexнокpaтичecкaя волнa нa Зanaдe. M., 1986, səh. 45-67, 250-289, 119-117, 293-316, 330-343.

  2. Поpyc B.H. -Оценка техники в интерпретации западных философов и методологов. // Философия и социология науки и техники. M., 1987, c. 249-276.

  3. Paпп Ф. Философия техники: oбзop. // Философия техники в ФРГ . M., 1989, c.24-54.

  4. Xecлe B. Филocoфия теxники M.Xaйдeггepa. // Философия M. Xaйдeггepa и coвpeменностъ. M., 1991, c. 138-154.


10-CÜ MÖVZU. SOSIAL FƏRQLƏR VƏ SOSIAL STRUKTUR
İnsanlar fəaliyyət prosesində öz sosial əlaqələrini daim istehsal və təkrar istehsal edirlər. Beləliklə də sosial fəaliyyətin özünəməxsus xarakteri və insanların əlaqə və münasibətlərinin spesifık (sosial) növü əsasında sosial sfera yaranır. Bu sferanın bütün tərəflərinin mövcud vəziyyəti və inkişafda götürülməsi cəmiyyətin sosial həyatını təşkil edir. Sosial fəaliyyət bununla səciyyələnir ki, burada insanlar təkbaşına, ayrıca bir fərd kimi deyil, sosial birlik forması -sinfin, sosial qrupun, sosial təbəqənin, etniki birliyin nümayəndəsi kimi çıxış edir. Hər bir cəmiyyətdə sosial birlik formaları kollektivlər və sosial özəklər, habelə onların hər birinin daxili struktur elementləri arasında obyektiv əlaqələr formalaşır.

Cəmiyyətin sosial sferası, burada qərarlaşan sosial münasibətlər ilə ayrılmaz əlaqəlidir. Bu sosial struktur anlayışında özünün ən dolğun ifadəsini tapır.

Sosial struktur dedikdə inkişafın müəyyən pilləsində duran cəmiyyətdə sosial birliklər və sosial qruplar arasında qanunauyğun qarşılıqlı münasibətlərin, onların qarşılıqlı əlaqəsinin və qarşılıqlı təsirinin tarixən qərarlaşan və nisbi sabit sistemi başa düşülür.

Əhalinin sosial tərkibində və bütövlükdə sosial strukturda başlıca yeri sosial qrup tutur. Bu anlayış ictimai fəaliyyət və ictimai münasibətlər sistemində keyfiyyətcə bir-birindən fərqli yer tutan insanlar birliyini ifadə edir. Məhz müəyyən sosial qrupa mənsub olması sayəsində insanlar cəmiyyətdə özlərinin çoxtərəfli funksiyalarını daha dolğun yerinə yetirə bilirlər.

Sosial qrupa daxil olan insanlar bir neçə ümumi sosial əlamət əsasında birləşirlər. O bütövlükdə ictimai həyatını, xüsusən də sosial sistemin başlıca subyektlərindən biridir. Belə qruplar təkcə sırf sosial əlamətlərə görə deyil, həm də peşə, etniki, ərazi, demoqrafik və dini göstəricilər üzrə mövcud olurlar. Qeyd edək ki, sosial qrupların bu növləri bir-birindən əlahiddə deyildir, çox yaxındır. Buna görə də şəxsiyyət eyni zamanda bir neçə sosial qrupun əlamətlərini özündə daşıya bilir. Məsələn, öz ictimai vəziyyətinə görə (əsas qrup yaradıcı əlamətə görə) fəhlə olan hər hansı bir insan həm də əlavə olaraq çilingər, gənc, azərbaycanlı, müsəlman və sair əlamətlərə malik olmaqla müvafıq surətdə həmin əlamətlərə görə birləşən digər sosial qruplara da daxil olur.

Sosial qruplar bir-birindən çox müxtəlif göstəricilərə görə fərqlənirlər. Onlardan aşağıdakılar mühüm yer tutur: ictimai əməyin təşkilində yeri və rolu, «həyat və məişət şəraiti, cəmiyyətin sosial-siyasi həyatında rolu, idarəçilikdə iştiraketmə səviyyəsi, təhsil və mədəniyyət göstəriciləri, mənəvi fəaliyyət və şüurluluq dərəcəsi, ictimai psixologiya səviyyəsi.

Cəmiyyətin sosial strukturunda ictimai əmək bölgüsü ilə şərtlənən sosial kateqoriyalar və təbəqələr əsas yeri tutur. İctimai əmək bölgüsü tarixi inkişaf gedişində insanların birgə istehsal fəaliyyəti prosesində baş vermişdir. Əmək bölgüsü o vaxt ictimai mahiyyət kəsb edir ki, əməyin bu və ya digər növləri insanların müəyyən sosial-mütəşəkkil qruplarına təhkim olunur. Başqa sözlə desək, işçilərin bir qrupu maddi istehsal sahəsində çalışırlar (fəhlələr, aqrar işçiləri, istehsal-texniki ziyalılar), digərləri qeryi-maddi sahələrdə (mənəvi istehsalda, elmdə, din ilə məşğul olanlar), üçüncülər isə sosial mövcudat olan insanın yetişdirilməsi ilə məşğul olurlar. İctimai əmək bölgüsünün bir mühüm nəticəsi odur ki, insanların bəzi qrupları idarəçilik fünksiyaları yerinə yetirirlər, digərləri isə onlara tabe olurlar.

İctimai əmək bölgüsü əhalinin həm də şəhər və kənd əhalisinə ayırır (sosial-ərazi strukturu). Bununla sıx əlaqədə işçilərin sənaye, ticarət və əkinçilik məşğuliyyətlərinə görə ayrılması baş verir.

Sosial-ərazi strukturu daha çox cəmiyyətin məkanca təşkili forması kimi çıxış edir. O insanların yaşadıqları ərazi məskənlərinə münasibətlərini, habelə bu səpkidə şəhər və kənd əhalisinin bir-birinə münasibətini bildirir. Ümumiyyətlə, şəhər və kəndin yaranması hər şeydən əvvəl sənətkarlıq və ticarətin əkinçilikdən ayrılması nəticəsidir.

Nəhayət, işçilərin fiziki əmək işçiləri və əqli əmək işçilərinə bölünməsi də ictimai əmək bölgüsünün nəticəsidir. Lakin bu iki bölgü bir-birindən həm də ona görə ayrılır ki, birinci bütün əhalini əhatə etdiyi halda, ikinci bölgü (fiziki və əqli əmək işçiləri) yalnız işçilərə aiddir.

Ziyalı təbəqəsi ictimai əmək bölgüsü sistemində və cəmiyyətin sosial strukturunda özünəməxsus yer tutur. Onun başlıca əlamətini professional surətdə əqli əməklə məşğul olması və bir qayda olaraq ali və ya orta ixtisas təhsilinə malik olması təşkil edir. Ziyalılar kateqoriyası daim öz tərkibini digər sosial qruplar hesabına tamamlayır. Qeyd edək ki, ziyalılar (diplomlu mütəxəssislər) əqli əmək işçilərinin əsas kütləsini təşkil edir. Lakin sonuncu daha geniş məzmuna malikdir. Onun tərkibinə ziyalılar ilə yanaşı əqli əməyin nisbətən sadə xarakter daşıyan sahələrində məşğul olan qulluqçular da daxildir.

Quldarlıq cəmiyyətində, xüsusən də feodalizmdə sosial struktur özünün silki xarakteri ilə səciyyələnir. Silk dedikdə elə insan qrupları nəzərdə tutulur ki, onların müxtəlif iqtisadi və hüquqi vəziyyəti yuridik qanunlar vasitəsilə təsbit olunur. Məsələn, quldarlıq dövründə azad vətəndaşlar arasında müxtəlif üstünlüklərə malik olan qruplar seçilirdi (Afinada tam hüquqlu vətəndaşlar, Romada patrisilər və sair). Feodalizm cəmiyyətində isə zadəganlar və dini kahinlər yüksək silklər hesab olunurdu. Üçüncü silkə isə heç bir imtiyaza malik olmayan qruplar (məsələn, kəndlilər və sənətkarlar) daxil edilirdi. Vətəndaşların silki mənsubiyyəti irsən keçirdi. Bir silkdən digərinə keçməyə demək olar ki, yol verilmirdi. Buna görə də silki quruluş qapalı xarakter daşıyırdı. Ən çox əlahiddəliyi və qapalılığı ilə kasta (portuqaliya dilində - qəbilə, nəsil deməkdir) quruluşu seçilir. Qədim Hindistanda bu geniş yayılmışdı (brəhmənlər, kşatrilər, veyşlər və şudralar). İlk dövrlərdə hər bir kastanın peşəsi dəyişilməz hesab olunurdu. Məsələn, kahinlər (brəhmənlər) kastası öz sirlərini başqa insanlardan çox möhkəm şəkildə gizbdirdilər. Onlar həm də böyük üstünlüklərə malik idilər.

Feodalizm cəmiyyətində kastalar arasındakı fərqlərin saxlanılmasında dini adətlər, vərdişlər və ənənələr mühüm rol oynayırdı. Kapitalizm quruluşunun yaranması prosesində əhalinin silklərə və kastalara bölünməsi tədricən öz əhəmiyyətini itirməyə başladı. Bu cəmiyyət möhkəmləndikdən sonra sosial strukturun elementləri xeyli dərəcədə sadələşdi. Burada fəhlələr, kapitalistlər, kəndlilər (bunlar bütün ölkələr üçün o qədər səciyyəvi deyildir) və ziyalılar təbəqəsi əsas yeri tutdu.

Hələ Platon və Aristotel insanların bir-birindən fərqlənməsinin səbəblərini araşdırmış, cəmiyyətin sinfi quruluşundan yazmışdılar.

Platon qeyd edirdi ki, insan tələbatlarının müxtəlifliyi ictimai əmək bölgüsünə səbəb olur; insanların qabiliyyət və bacarıqlarına uyğun fəaliyyət sahəsi seçilməlidir; «kütlədən (qara camaatdan) filosof çıxmaz». Platon əmlak bərabərliyinin ağır nəticələrindən yazır: kasıblar və dövlətlilərin düşmənçiliyi dövləti sarsıdır; «demokratiyalı dövlətdə» insan hüquqları daha çox pozulur; belə dövlət tezliklə tiraniyaya (zorakılığa) çevrilir, hədsiz dərəcədə olan azadlıq yükü həm insan, həm dövlət üçün çox ağırdır.

Platon ideal sosial strukturu insanların təbii qabiliyyət və tələbatlarına uyğun şəkildə qurulmasında görürdü. Onun fikrincə, ümumiyyətlə, hərbçilərin, dövlətlilərin, çoxluğunun, bir də tiranın hakimiyyəti qeyri-adidir (qeyri-təbiidir). Sosial bərabərlik, ruhun üç hissəsinə (ağıl, igidlik, ehtiras) uyğun üç təbəqənin fəaliyyəti əsasında (filosoflar, hərbçilər, kəndli və sənətkarlar) mümkündür. O sosial bəlaların əsas səbəblərini ədalətsizlik və xüsusi mülkiyyətdə görürdü.

Aristotel özünün «Politika» əsərində sosial strukturun müxtəlifliyini qeyd edirdi. Bununla yanaşı o göstərirdi ki, hər bir adam öz dövlətinin bərabərhüquqlu vətəndaşıdır. Aristotel, Platondan fərqli olaraq, xüsusi mülkiyyətin tərəfdarı idi. Aristotel sosial strukturun əhəmiyyətsiz, amma zəruri olan elementlərinə bütün zəhmətkeşləri aid edirdi. Əhəmiyyətli elementlərə isə hərbçilər və hakimiyyət başındakılar daxildir. O, quldarlığı təbii hal kimi qəbul edir, göstərirdi ki, «öz təbiətinə görə biri qul, digəri isə azad insandır». Aristotel quldarlığın sonunu əməyin avtomatlaşdırmasında görsə də, quldarlıq cəmiyyətinin reallıqlarından uzaqlaşa bilmirdi.

Əgər Platon sosial funksiyaları təbəqələr arasında bölürdüsə, Aristotel bu bölgünü yaş boyunca, nəsillərarası aparır: gənc yaşında vətəndaş hərbi funksiyaları yerinə yetırir, qocalanda-siyasət ilə məşğul olur; Fiziki əmək, (əkinçilik, sənətkarlıq), ticarət-qulların payına düşür, azad vətəndaşın başlıca xüsusiyyəti- asudə vaxtını estetik, əqli fəaliyyətdə keçirməkdir. Aristotelin ideal dövlətində, «politiyada»- dövlətlilər və kasıbların qütbləşməsini orta, yüksək həyat səviyyəsinə malik olan təbəqələrin üstünlüyü ilə aradan götürməyi mümkün hesab edilirdi.

İnsanların bir-birindən fərqlənməsini filosoflar orta əsrlərdə, İntibah və Yeni dövrdə müxtəlif səbəblərlə izah etsələr də, bu fərqlərin sosial köklərini axıra qədər təhlil etmirdilər: cəmiyyətə baxış sinifli xarakter daşıyırdı. Bununla belə XV-XVI əsrlərin qabaqcıl filosofları, ictimai xadimləri burada ictimai əmək bölgüsünün rolunu yüksək qiymətləndirir, ictimai bərabərliyə nail olmağın yollarını göstərirdilər (C. Bruno, T. Kampanella, T. Mor, və başqaları). Yeni dövrdə sosial strukturun öyrənilməsinin yeni mərhələsi başlandı,

A.Smit 1767-1776-cı illərdə yazdığı məşhur «Xalqların varlanmasının təbiəti və səbəblərinin tədqiqi» əsərində sinfı fərqlərdən də yazmışdır. Kapitalizmin manufaktura dövrünün iqtisadçısı olan Adam Smit insan cəmiyyətinin əsas əlamətini mübadilə münasibətlərinin olmasında görürdü, çünki bu zaman insanlar əməyin müxtəlif növlərinin məhsullarını öz aralarında paylayır və dəyişirdilər. Mübadilə etmək- insan təbbtinin başlıca əlamətidir: insanlar öz maraqlarını güdür, şəxsi mənfəət əldə etməyə çalışır. Hər bir kəs «iqtisadi insandır», mənfəəti əldə etməyə çalışan insan eyni zamanda cəmiyyətin ümumi maraq və mənafelərini təmin edir, onun məhsuldar qüvvələrini yaradır. Bunu kapitalistlər daha yaxşı bacarır.

Smit hesab edirdi ki, cəmiyyətdə «təbii qayda-qanunlar» var, onlar iqtisadi fəaliyyəti tənzim edir, buraya azad rəqabət və iqtisadi siyasət prinsipləri də daxildir. O, iqtisadi hadisələri qiymətləndirərkən bunları cəmiyyətin əsas siniflərinin mənafeləri baxımından öyrənməyi vacib bilirdi. Əmək bölgüsünün inkişafı və dərinləşməsinın səbəblərini o, mübadilə etmək ehtiyacında görürdü.

Smit belə bir fikir irəli sürmüşdür: Cəmiyyət üç əsas sinifdən ibarətdir. l)Torpaq sahibkarları torpaqdan renta pulu alıb mənimsəyirlər, 2) kapitalistlər - onların istehsal vasitələri vardır (sənaye istehsalının təşkili üçün tikilən binalar, texnika, fermalar, gəmilər, xammal ehtiyatları); onlar torpaq vergisini (rentanı) ödəməyə məcburdurlar; Kapitalistlərin arasında Smit xüsusi olaraq kapitalı (pulu) faizlə verən sələmçiləri qeyd edirdi.

Onların gəliri daha yüksəkdir. Nəhayət, ən çox saylı və kasıb sinfı muzdla çalışan fəhlələr təşkil edir; onların heç bir mülkiyyəti yoxdur, öz əməyini əmək haqqına satırlar. Marks sonradan əlavə etdi ki, satılan əmək yox, iş qüvvəsidir. Kapitalist də ondan istifadə etmək hüququnu qazanır. Əmək prosesində fəhlə kapitalist üçün izafi dəyəri yaradır.

A.Smit başa düşürdü ki, real cəmiyyət müxtəlif aralıq qrupları və təbəqələrdən (laylardan) iləarətdir. Lakin əsas siniflərin gəlirləri ilkindir, bütün digər qruplarda isə bu ikincidir, çünki yenidən bölünmə, paylanma nəticəsində yaranır, Onlann gəliri ya maaş, ya renta, ya da digər gəlir şəklində olur. Smit müstəqil istehsalçının muzdlu fəhləyə çevrilməsi prosesini çox gözəl görürdü. Təbii tələbatları ödəyə biləcək maaş-yaşayış səviyyəsinin minimum həddində olur (acından ölməmək üçün). Kortəbii bazar mexanizmi belə təbii maaşı sabit saxlayıb, onu idarə edir. «Kasıb və bədbəxt əhli olan dövlət heç vaxt firavan və xoşbəxt ola bilməz».

Utopik sosializmin nümayəndələrindən biri A.Sen-Simondur (1760-1825). O bir sıra sosial utopiyaların müəllifi olmaqla insan cəmiyyəti tarixıni yüksələn xətt üzrə inkişaf kimi qiymətləndirirdi. İlk mərhələdə insanlar yalnız qidanın axtarıb tapılması ilə məşğul idilər, sonradan onlarda sənətkarlığa, müxtəlif fəaliyyət növlərinə maraq yaranır, ibtidai icma cəmiyyəti quldarlıq ilə əvəz olunur, sonra orta əsrlər (feodalizm) mərhələsi formalaşır; Feodalizmin iki xüsusiyyəti vardır: hərbi təbəqənin despotiyası və ruhanilərin hökmranlığı. Sənaye rüşeym halında idi, müharibə isə qarət və müdafıə olunmaq üçün istifadə edilirdi.

Sen-Simona görə feodalizrnin daxilində yeni burjua quruluşunun elementləri əmələ gəlir; tədricən sənaye sinfi ucalır, feodal sinfi isə tənəzzülə uğrayır.

Cəmiyyət tədricən ruhanilik kabusundan azad olur, elmlər inkişaf edir. Eyni zamanda real ictimai qüvvələrin mübarizəsi gedir (sənayeçilər və feodal sinfı arasında). Nəticədə Fransa inqilabı baş verdi. Inqilabın məqsədi-kapitalizm quruluşuna tam qələbə təmin etmək idi. İnqilab tamamlanmayıb, çünki hakimiyyətin başında sənayeçilər və alimlər yox, burjualar (ara sinfı) durur, sonuncular isə məmur, hüquqşünas, hərbçi və başqa qeyri-zadəgan mənşəli şəxslərdən iləarətdir. Yeganə istehsal edən sinif-«sənayeçilər» sinfıdir, buraya sahibkarlar, alimlər və fəhlələr daxildir.

Sen-Simon elə partiya yaratmağı təklif edirdi ki, buraya daxil olan sənayeçilər, monarxiya hakimiyyətinin mənafeləri ilə yanaşı çoxluğun (əməkçilərin) mənafelərinə cavab verə bilsin. O əmin idi ki, ictimai tərəqqi insanları işıqlı gələcəyə doğru aparacaq. Bu yolun o, heç də parlaq, fasiləsiz gedən yüksəbn xətt olduğunu düşünmürdü. Sen-Simon görə tarixdə üzvü dövrlər coşрun tənqidi dövrlər ilə əvəz olunur, Mübarizə köhnənin məhvi prosesində daha kəskin olur. Üzvü dövrlər o dövrlərdir ki, cəmiyyət bütöv və mütəşəkkildir. Buraya o, orta əsrləri aid edir (kənd icmaları, sexlər, vahid xristian ideologiyası). Tənqidi dövr-kapitalist cəmiyyətidir, bu - keçid dövrüdür.

O burjua fərdiyyətçiliyini, istehsalm parçalanmasını, anarxiyanı, azad sahibkarlığı və istismarı qəbul edə bilmirdi. İqtisadi azadlıq istehsalın anarxiyasına səbəb olur, nəticədə tənqidi dövr gəlilə çatır. Ziddiyyətlər, xüsusilə feodal və kapitalist mərhələlərin qovuşduğu dövrlərdə artır. Sen-Simon başa düşürdü ki, fransız burjua inqilabı zamanı mübarizə nəinki burjua və feodallar arasında, eyni zamanda dövbtlilər və kasıblar arasında gedir. O bir çox ictimai hadisələri idealistcəsinə başa düşürdü; eyni zamanda cəmiyyətin inkişafın əsasında iqtisadi amillərin durduğunu da qeyd edirdi.

İctimai istehsalın inkişafında o, elmin rolunu yüksək qiymətləndirirdi, (xüsusilə planlı təsərrüfatın, iri sənaye müəssisələrinin, mərkəzləşdirilmiş idarəetmə sisteminin və s.) «Bütün insanlar işləməlidirlər. Bəşəriyyətin inkişafı, faydası naminə öz qüvvələrini sərf etmək hər kəsin borcudur».

Sen-Simon inanırdı ki, əməyin, istehsal;n yeni formada təşkili ən böyük sinif olan fəhlələrin mənəvi və fiziki vəziyyətini tezliklə və tam şəkildə dəyişdirəcəkdir. O istəyirdi ki, sosial ziddiyyətlər dinc yolla həll olunsun. Buna görə də «maarifçi monarx»lara böyük ümüd bəsləyir, onları siyasi, sosial islahatlar keçirməyə dəvət edirdi. Onun fikrincə, islahatlar, birinci növbədə istehsalda məşğul olmayan sinifləri hakimiyyətdən kənarlaşdırmaqdan ibarət olmalıdır. Xalq bu zaman passivcəsinə islahatlara nəzarət etməlidir.

Herbert Spenserin cəmiyyət haqqındakı təliminə darvinizm ideyaları mühüm təsir göstərmişdir. Təbiətin təkamül üzrə inkişafı cəmiyyətdə inqilabın zərərli və faydasız olduğuna işarə vurur. O əsil tərəqqini-təkamüldə, özü də təkamülün tədricı formasında görürdü. «Sintetik fəlsəfə» əsərində Spenser konservatizmin inkişafın sürətini sabitləşdirən amil olduğunu göstərmişdir. İnsan cəmiyyətində təkamül qanunu-daim yeniləşən inteqrasiya və dezinteqrasiyadır. Spenserin fikrincə, əxlaq-cəmiyyət və fərd arasındakı tarazlığın təminatçısıdır. Tərəqqi cəmiyyətin şəxsiyyətə təzyiqini getdikcə azaldır.

Bəşəriyyətin təkamülü, təbiətdə baş verən ümumi təkamül prosesi ilə paralel gedir, nəticədə daxili proseslər xaricilərə uyğunlaşır, tarazlıq vəziyyəti əmələ gəlir. Bu prosesdə şəxsi və ictimai mənafelər bir-birini tamamlayacaq, harmoniya və bərabərlik sinfi ziddiyyətlərə üstün gələcəkdir.

Spenser sosiologiyada üzvi məktəbin banisi idi. O cəmiyyətin sinfı quruluşunu, burada olan müxtəlif sosial institutları orqanizmə bənzədirdi. Sosial inkişafın əsas qanunu onun üzvləri arasında funksiyaların bölünməsinə uyğunlaşıb yaşamaqdır. Belə cəmiyyət-sinfi cəmiyyətdir. Onun fikrincə, yoxsulluq çox hallarda tənbəllikdən, avaraçılıqdan əmələ gəlir. Təbii seçmə yolu ilə məhv ola biləcək adamlar süni şəkildə ömürlərini uzadır; sosial qanunvericilik, dövlət buna imkan verir (məsələn, iş gününün hədlərini müəyyən edir, sahibkarların fəhlələrlə rəftarını tənzimləyir və s.). Spenser dövlətin zorakı-bürokratik xarakterini görürdü, torpaq sahibkarlarının, sənaye burjualarının sinfi mənafelərini və mahiyyətini dəqiq müəyyən etmişdir.

Siniflərin mənşəyi və mahiyyəti XIX və XX əsrlərdə müxtəlif sosioloji nəzəriyyələrdə təhlil olunurdu. Belə nəzəriyyələrin sırasında K. Marksın siniflərin mənşəyi və mahiyyəti haqqındakı təlimini göstərmək olar.

Cəmiyyətin sosial strukturunu K.Marks 5 mart 1852-ci ildə I.Veydemeyerə yazdığı məktubunda belə təsəvvür edir: «Mənə gəldikcə nə müasir cəmiyyətdə siniflər mövcud olduğunu açmaq, nə də bunların arasında mübarizə getdiyini kəşf etmək mənim xidmətim deyildır... Mənim gördüyüm yeni iş bunu sübut etməkdən iləarət olmuşdur ki, 1) sinifləri mövcud olması ancaq istehsalın inkişafındakı müəyyən tarixi mərhələlərlə əlaqədardır, 2) sinfı mübarizə hökmən proletariat diktaturasına doğru aparır, 3) bu diktaturanın özü, bütün siniflərin məhv edilməsinə və sinifsiz cəmiyyətə doğru yalnız bir keçiddir».

Marks və onun davamçıları cəmiyyətdə əsas və qeyri-əsas siniflərin olduğunu qeyd edir, hər bir sinfin daxilində və siniflərarası laylar, təbəqələr və qrupların olduğunu göstərirdilər. Əsas siniflər- mövcud ictimai-iqtisadi formasiyanın, istehsal üsulunun mahiyyətıni ifadə edir; məsələn, qullar və quldarlar, kəndlilər və feodallar, proletarlar və burjualar. Bununla belə sinifli cəmiyyətlərdə hakim istehsal üsulu ilə yanaşı əvvəlki istehsal üsullarının qalıqları və yeni istehsal üsullarının rüşeymləri yarandığı zaman qeyri-əsas, keçid sinifləri də mövcud olur. Hər bir sinfin daxilində də müxtəlif təbəqələr, qruplar vardır ki, onların mənafeləri qismən bir-birindən fərqlənir.

Kapitalizm cəmiyyətinin inkişafı sinfi strukturun da dəyişilməsinə gətirib çıxarır. Bununla əlaqədar elita nəzəriyyəsini xatırlamaq yerinə düşərdi. XIX sonu, XX əsrin əvvəllərində sosial-sinfı struktur əvəzinə elita nəzəriyyəsi irəli sürüldü Onun nümayəndələri (V.Pareto, Q.Moska, R.Mixels). Qaetano Moska (İspaniya) hesab edirdi ki, hakim sinif həmişə olub, bu sinif öz maraqlarını müdafiə edən azlıqlardan (qruplardan) ibarətdir.

Vilfredo Pareto (İtaliya) tarixi inkişafı elitaların dövriyəsi tarixi olduğunu hesab edirdi («tülkülər» - yalan, demaqogiyadan istifadə etməkdə məharətli olanlar, şirlərlə əvəz olunur, sonuncular qüvvədən daha çox istifadə edirlər). Elitaya daxil olmaq üçün müəyyən qabiliyyətlərə malik olmaq lazımdır. Amerikalı sosioloq Rayt Mills isə buraya həm də kapitalı olanları və sosial institutlarda məsul vəzifə tutanları əlavə edirdi.

F.Nitsşe, Q.Lebon, Q.Moska kütləni vəhşi, dağıdıcı qüvvə hesab edir, onda yaratmaq qabiliyyətini inkar edirlər.

Sosial struktur kateqoriyasına müxtəlif təriflər verilir. Məs., T. Parsons sosial strukturun bir-biri ilə normativ komplekslər və dəyərlər yönümləri vasitəsi ilə bağlı olan müxtəlif status-rolların sistemi olduğunu qeyd edirdi. Bəzi qərb tədqiqatçıları isə burada sosial stratifıkasiyanı nəzərdə tuturlar. Onlara görə cəmiyyətdə hakimiyyətin əmtəə və xidmətlərin bölgüsü; stratalar, müxtəlif qrup və təbəqələr vardır. R.Mills buraya «institut» anlayışını da əlavə edir. Spenser institutları cəmiyyətin üzvləri hesab edir. Samsır (Amerika sosioloqu) onları struktur və ideyalar adlandırırdı, Ç.Kuli isə ictimai zəkanın müəyyən vəziyyətinə institut deyirdi. Alimlərin əksəriyyəti insan birliyinin forma və ya modelini «institut» adlandırırdı. R.Mills institutu ağalıq və tabelik münasibətlərinə əsaslanan ictimai rolların məcmusunun ictimai forması kimi təsəvvür edirdi. Hər bir institut lider tərəfindən stabilləşdirilir. O öz vəzifələrini yerinə yetirir. Onlar birlikdə «institusional qayda-qanun» yaradır, onların nisbəti, toplusu isə sosial institutu təşkil edir.

R.Millsin fikrincə, müasir Qərb dövlətlərində beş qayda-qanun vardır: siyasi, iqtisadi, hərbi, ailəvi, dini. Onlar inteqrasiya şəklində birləşirlər, münasibətlərin xarakteri burada sosial strukturun müxtəlif tiplərini təşkil edir. Onun fikrincə, «tarix sosial strukturların və onların hissələrinin dəyişilməsi tarixidir». Sosial strukturu başa düşmək üçün müxtəlif cəmiyyətlərin siyasi, iqtisadi, dini institutlarında müəyyən rol oynayan insanları öyrənmək lazımdır. Hətta insanın xasiyyətini onun əlində cəm etdiyi hakimiyyətinə görə öyrənmək olar.

Cəmiyyətin sosial strukturu gələcəkdə necə inkişaf edəcək? Məşhur Amerika futuroloqu Herman Kann bu prosesin bir neçə xüsusiyyətlərini qeyd edir. Əhali artımının azalması, sənaye istehsalının və digər iqtisadi göstəricilərin artması sosial prioritetlərin (üstünlük təşkil edən amillər), dəyərlərin, zövqlərin dəyişməsi ilə əlaqədardır. «İnsanlara texnikanın inkişaf səviyyəsinin yüksəlməsi, bolluq, bolluğun dövriyyəsinin ixtisarı qanunu təsir etdikcə, tələbat da dəyişəcək». Səhiyyənin yaxşılaşması, təhlükəsizlik hissi, yüksək maddi rifah-dünyadakı bir sıra sosial proseslərə mühüm təsir göstərir: doğum səviyyəsi, iqtisadi artım sürəti azalır. Qeyri-iqtisadi fəaliyyət sahələri və meylləri yaranır. Kənd təsərrüfatı və sənayedə əmək məhsuldarlığı yüksək olduğu üçün insanlar öz enerjisini digər fəaliyyət sahələrinə sərf etməyə imkan tapırlar.

Məsələn, ABŞ-da aqrar sahədə işləyən 3% yaxın əhali bütün ölkəni ərzaq ilə təmin edir (bəzi hallarda xaricə də satır). İnkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ-da orta sinfin yuxarı təbəqəsi aparıcı rol oynasa da, H.Kanın fikrincə, «aşağı təbəqələr»in həyat səviyyəsi getdikcə artacaq, orta sinfin səviyyəsinə maksimum dərəcədə yaxınlaşacaqdır. O, göstərirdi ki, indi iqtisadi tərəqqinin ənənəvi dəyərləri artıq yüksək qiymətləndirilmir, onlara inam azalır. Artıq iqtisadi tərəqqi mənəvi və intellektual tərəqqınin göstəricisi rolunu oynamır. Bazar mexanizminin qanunları qeyri-bazar məqsədləri naminə pozulur, bunu da orta sinfin yuxarı təbəqəsi edir.

Bu «yeni sinfı» D.Bell və başqaları sosial-iqtisadi qrup adlandırırlar; bunların içərisində «simvolik sinif» (Marksın ifadəsidir) vardır ki, onlar pulu simvollar (işarələr) vasitəsilə qazanırlar (prodüserlər, nəşriyyatçılar, kütləvi informasiya vasitələrinin işçiləri, ədəbiyyatçılar, alimlər və s.) Onlar məhsuldar qüvvələrə daxil deyildir, istehsalat fəaliyyətində iştirak etmirlər, lakin ildə orta hesabla 25-100 min doll. (ABŞ-da) qazanırlar, ali təhsillidirlər. «ağ yaxalıqların» işlərini görürlər. Belə adamlar tez-tez biznes sistemini eqoist, «kor» texnikanı antihumanist adlandırır, digər təbəqələr isə (orta sinifdə) bu dəyərləri tamam əksinə qiymətləndirirlər.

Qeyd olunan ali təbəqə (orta sinfin) bir də dövlətlilər (ali sinif) getdikcə öz imtiyazlarını itirəcək, cəmiyyətin mənafeyini öz mənafeyindən fərqləndirməyə bacaracaqlar. Herman Kann hesab edir ki, postsənaye cəmiyyətə keçid yeni ideologiyanın formalaşmasını tələb edir, O texnikanın inkişafında böyük irəliləyiş gözləyir, (xüsusən də kompyüter texnologiyası sahəsində).

Digər Amerika tədqiqatçısı R.Koen YUNESKO üçün hazırladığı məruzəsində (1980) müasir texniki tərəqqinin sosial nəticələrindən birini urbanizasiya prosesində görür. Digər nəticələri: o kütləvi cəmiyyətin yaranması, kütləvi işsizlik, sənətkarlığın itməsi, ənənəvi ictimai əlaqələrin parçalanması, «əmtəə» cəmiyyətinin əmələ gəlməsi, total müharibə (çünki müharibələrdə əslində bütün mülki əhali iştirak edir), bu müharibələr zamanı kütləvi miqrasiya və sair hesab edirdi.

Daha sonra Koen kütləvi mədəniyyətin xüsusiyyətlərini qeyd edirdi: məktəb tədrisinin demokratik və kütləvi xarakteri, ümumi savadlanma, qəzet və jurnalların tirajlarının artması, incəsənət nümunələrinin çoxalınası, (rəsm, musiqi və s.), televiziyanın mənfi rolu (kütləvi şüura texnoloji təzyiq, kitab sözünün nüfuzdan düşməsi) və s. Elmi-texnıki siyasət müxtəlif region və dövlətlərdə müxtəlif nəticələrə gətirir. Koen belə bir qənaətə gəlir ki, sosial və texnıki problemlər ümumbəşəri xarakter daşıyır. O texnika nailiyyətlərinin bir sıra aktual problemlərin həllində istifadə edilməsinin zəruriliyini qeyd edir: kasıbçılığı aradan qaldırmaq (xüsusilə 3-cü dünya ölkələrində), sosial elmlərin nəzəri və praktiki məsələlərinin həllində, təhsil və təlim problemlərinin həll edüməsində və s. (o cümlədən, bütün qlobal problemlərin).

Koen cəmiyyətin sosial strukturunda baş verən prosesləri izləyib belə qənaətə gəlir ki, siyasi ittifaqlar, beynəlxalq iqtisadi birliklər hələ də öz daxili maraqlarını öz işlərində rəhbər tuturlar. Qlobal problemlər, bir də texniki tərəqqı, sosial qrupların roluna və nisbətinə mühüm təsir göstərir.

O, qeyd edirdi ki, texniki elita öz dar fəaliyyəti çərçivəsində xüsusi düşüncə tərzinə malikdir; elmi və mədəni inkişafın məhdudluğu ənənəvi mədəni institutlar üçün müəyyən təhlükə yaradır; elmi-texniki elitanm rolu şişirdilir, insanların şüurunda elm və texnika bir fetişə (səcdə obyektinə) çevrilir: qlobal problemlər texniki optimizm (nikbinlik) ilə üz-üzə gəlir; texnikanın təsirinin sosial-ideoloji tərəfləri hələ axıra qədər öyrənilməyib.

Digər Amerika tədqiqatçısı Daniyel Bell öz kitabında («İnformasiya cəmiyyətinin sosial həddləri», 1980) telekommunikasiya inqilabının sosial nəticələrindən yazaraq, qeyd edir ki, informasiya cəmiyyətinin yeni infrastrukturu yaranıb, cəmiyyətin özü isə açıq olduğu halda burada yeni, texniki elita formalaşır. O, hərbi texnologiyadan tutmuş iqtisadi siyasətə qədər bütün sahələrə nəzarət edərək, siyasi daırələrb daha sıx qovuşur; ümumiyyətlə elitalar çoxluğu əmələ gəlir.

SSRI dağıldıqdan sonra bütün ictimai elmlərdə olduğu kimi fəlsəfədə də köhnəlmiş ehkamçı müddəalar tədricən aradan qalxmaqdadır. Bu cür münasibət təbiidir ki, həm də sinfin yeri və roluna aiddir. Odur ki, sosial strukturda sinfin rolunu şişirdən marksist-leninçi müddəalar bu gün işə yaramır. Onun əsas nöqsanları aşağıdakılardar:

Əvvəla, onu qeyd edək ki, hələ marksizmin dəbdə olduğu dövrdə fəlsəfi fikirdə sinfin yeri və roluna dair müddəalar hamı tərəfindən qəbul olunmurdu, mübahisələr baş verirdi. Məsələn, Qərbin bir çox filosof və sosioloqları sinfiliyin müəyyən olunmasında istehsal vasitələrinə münasibət, mülkiyyət formalarının əsas götürülməsinə qarşı çıxaraq qeyd edirdilər ki, burada başqa göstəricilər nəzərə alınmalıdır. Bu baxımdan E.Giddinsin fikirləri diqqəti cəlb edir. O göstərir ki, siniflər ümumi iqtisadi imkanlara görə bir-birindən fərqlənirlər. Sinfi fərqlərin əsasını məşğuliyyət və sərvət göstəriciləri təşkil edir. Müasir Qərb cəmiyyətlərində mövcud olan başlıca siniflər aşağıdakılardır :

1) Yüksək siniflər (istehsal ehtiyatlarına sahib olan, yaxud onlara bilavasitə nəzarət edən varlılar, iri sənayeçilər, rəhbərliyin yuxarı təbəqələri); 2) orta sinif («ağyaxalıqlı» işçilərin əksəriyyəti və peşəkarlar); 3) fəhlə sinfı («göy yaxalıqlar» və yaxud əl əməyi ilə məşğul olanlar); 4) bəzi sənaye ölkələrində (məsələn, Fransada, Yaponiyada) mövcud olan kəndlilər sinfı (ənənəvi olaraq kənd təsərrüfatı istehsalında çalışan işçilər). Başqa bir sosioloq O.Raytın fıkrincə, müasir kapitalist istehsalında iqtisadi ehtiyatlar üzərində nəzarətin üç növünə uyğun siniflər vardır: 1) investisiyalar və yaxud pul kapitalı üzərində nəzarət edənlər; 2) fiziki istehsal vasitələri üzərində (müəssisələr, torpaq, müxtəlif ofıslər) nəzarət edənlər; 3) əmək və hakimiyyət üzərində nəzarət edənlər.

Deyilənlərdən aydın olur ki, hələ 80-ci illərdə marksizmin sinif təliminin nöqsanlılığı və sinfi meyl əlamətlərini hərtərəfli nəzərə almağın zəruriliyi qeyd olunurdu.

Digər tərəfdən kapitalizmdə siniflər haqqında Marksın irəli sürdüyü fikirlərdən təxminən əsr yarım vaxt keçmişdir. Bu müddət ərzində onun sinfı tərkibi əsaslı dəyişikliklərə məruz qalmışdır (ənənəvi olaraq fiziki əməklə məşğul olanların sayı azalmış, onların əvəzinə mürəkkəb texnika və texnologiyanı idarə etməklə məşğul olan işçilərin və müxtəlif xidmət sahələrində çalışanların sayı çoxalmışdır).

Qeyd olunmalıdır ki, marksizmin siniflərin rolunu şişirtmək təşəbbüsü sol ifrat həddi təşkil edirsə, həmin təlimin əsassızlığını göstərmək naminə digər ifrat mövqe tutmaq - sinfıliyi tam inkar etmək də doğru olmazdı. Belə ki, müasir cəmiyyətdə siniflər əhəmiyyətli rol oynayır. Doğrudur keçmiş SSRI məkanında yaranan müstəqil respublikalarda, o cümlədən Azərbaycanda bu münasibətdə əsaslı dəyişikliklər baş vermişdir.

Əvvəla, kolxozların ləğvi və torpağın özəlləşdirilməsi nəticəsində kolxozçu kəndli sinfi sıradan çıxmışdır. Sonra, dövlət mülkiyyətinin özəlləşdirilməsi gedişində fəhlə sinfi köklü dəyişikliklərə məruz qalmışdır. Bununla belə bizim cəmiyyətimizdə fəhlə sinfi hələ də qalmaqdadır. Digər tərəfdən nəzəri fikir təkcə bu və ya digər ölkənin həyatını ümumiləşdirməklə məhdudlaşmamalı, həm də dünyadakı reallıqları nəzərə almalıdır. Bu münasibətlə müasir kapitalizm cəmiyyətində sinfin əhəmiyyətli yeri şəksizdir.

Bununla əlaqədar mövcud cəmiyyətdəki sosial strukturun hərtərəfli təhlil olunmasında Qərbdə çoxdan dəbdə olan sosial stratifikasiya təlimi mühüm rol oynayır. Strata latınca təbəqə deməkdir. Bu anlayış ictimai elmə geologiyadan keçmişdir. Həmin təlimin yaradıcılarından olan P.Sorokin yazırdı: «Sosial stratifikasiya mövcud insanlar məcmusunu (əhalini) öz iyerarxalı dərəcəliliyi ilə götürülən siniflərə parçalamaq deməkdir. Onun əsasını və mahiyyətini hüquq və imtiyazların, məsuliyyət və öhdəliklərin arasında sosial dəyərlərin, hakimiyyətin və təsirin olub-olmaması təşkil edir»1.

Əlbəttə, Sorokin sinif dedikdə təbəqələri başa düşürdü. Bununla belə göstərilməlidir ki, sosial stratifikasiya hər bir cəmiyyətdə mövcud olur. Həm də cəmiyyət nə qədər çox mütəşəkkildirsə və normal fəaliyyət göstərirsə, onun stratifikasiya səciyyəsi də bir o qədər dolğun ifadə olunur.

Stratifikasiya təlimi müasir cəmiyyətin sosial strukturunda aşağıdakı altı meyar üzrə bir-birindən fərqlənən stratları ayırır:

Birincisi, peşə nüfuzu. Cəmiyyətdə müxtəlif peşələr və buna müvafıq olaraq həmin peşələrdə çalışan insan qrupları arasında nüfuza görə fərqlər vardır.

İkincisi, hakimiyyət və əzəmət. Bu meyar cəmiyyətdə insanların hakimiyyətdən istifadə olunmasma və öz əzəmətlərinə görə olan müxtəliflıyi ifadə edir.

Üçüncüsü, gəlir və sərvət. Məlumdur ki, gəlir və sərvətin miqdarına görə insanlar eyni deyildir. Onların əldə olunması üsullarından (irsən miras qalan və yaxud peşə sahibinin özünün əldə etdiyi gəlir və sərvət) asılı olmayaraq həmin göstəriciyə görə insan qrupları bir-birindən fərqlənirlər.

Dördüncüsü, təhsil və bilik səviyyəsi. Tarixən insanlar öz təhsil və biliyinə görə eyni olmamışlar. Bu əlamət onların sosial roluna və cəmiyyətdə yüksəlmə imkanlarına ciddi təsir göstərir. Səciyyəvi cəhət burasıdır ki, həmin əlamətin rolu getdikcə artmaqdadır.

Beşinci meyar dini mənsubiyyət, dini mərasimlərin yerinə yetirilməsi dərəcəsidir.

Nəhayət, altıncı meyar insanların qohumluq əlamətlərinə görə fərqləndirilməsidir. Qeyd olunmalıdır ki, bu göstərici cəmiyyətdə mühüm rol oynayır. Belə ki, nəslin davam etdirilməsində, uşaqların tərbiyəsində, qohumlar arasında münasibətlərin mənəvi, psixoloji və digər baxımdan tənzimlənməsində o əhəmiyyətli yer tutur.

Yuxarıda deyilənlər sübut edir ki, stratifıkasiya təlimi uzun müddət sovet fəlsəfi fikrindən kənarda qalmasma baxmayaraq cəmiyyətdə mövcud olan insan qruplarını hərtərəfli səciyyələndirmək imkanı verir. İctimai həyatın müxtəlif tərəflərinə aid meyarların vəhdətdə götürülməsi bu işdə böyük köməklik göstərir.

P.Sorokin göstərirdi ki, sosial stratifıkasiya konsepsiyasında və ümumiyyətlə cəmiyyətin social strukturunun təhlilində çıxış nöqtəsini sosial bərabərsizlik təşkil edir1.

Onun fikrincə sosial bərabərsizlik əbədidir və buna görə də sosial stratifikasiya cəmiyyətin daimi səciyyəsidir. Bununla əlaqədar göstərək ki, vaxtilə sovet ədəbiyyatında geniş yayılmış sinifsiz yekcins cəmiyyətin formalaşmaqda olduğu haqqında müddəa utopiyadan başqa bir şey deyildir. Belə ki, siniflərin və sosial qrupların müxtəlifliyi olmayan cəmiyyətin mövcudluğu ağlasığmazdır. Bu bir hüceyrəli mürəkkəb orqanizmin mümkün olacağı iddiası qədər gülüncdür.

Odur ki, gələcək cəmiyyətdə də sosial həyatın mürəkkəb şəkildə şaxələnəcəyini irəli sürmək məntiqidir. Həm də nəzərdə tutulmalıdır ki, gələcək cəmiyyətdə də əmək bölgüsü qalacaqdır. Deməli, müxtəlif əmək növləri üzrə məşğul olan insan qrupları da qalmaqda davam edəcəkdir.

Cəmiyyətdə baş verən dəyişikliklər özünün müvafiq əksini sosial sferada, sosial münasibətlərdə və təbiidir ki, sosial strukturun göstəricilərində də tapır. Həmin dəyişiklikləri tam dolğunluğu ilə səciyyələndirmək üçün sosial mobillik (sosial yerdəyişmə) anlayışından istifadə olunur. Bu anlayış yerdəyişmənin şaquli və üfüqi istiqamətlərini (bir sosial səviyyədən digərinə yüksəlişi və ya enişi, yaxud da bir sosial qrupdan digərinə keçidi) izləməyə imkan verir.

Müasir dövrdə Azərbaycan cəmiyyətinin sosial strukturunda differensiasiya meyli artmaqdadır. Bu müxtəlif mülkiyyət formalarının yaranması, bölgü münasibətlərinin dinamikası, habelə respublikanın siyasi və mədəni həyatında baş verən dəyişikliklərlə şərtlənir. Həmin meylin əsas nəticəsi sosial tərkibin müxtəlifliyinin artması və buna uyğun olaraq sosial mənafelərdə rəngarəngliyin baş verməsidir. Qeyd edək ki, cəmiyyətdə differensiasiya gücləndikcə əhalinin müxtəlif təbəqələri arasında qütbləşmə də dərinləşir.

Nəticədə sosial qrupların və təbəqələrin nəinki təkcə sosial vəziyyətində və həyat şəraitində, habelə onların həyat ustanovkalarında və dəyərlər oriyentasiyasında müxtəliflik daha kəskin şəkildə özünü göstərir. Hazırda sosial differensiasiya prosesinə aşağıdakı müxtəlif sosial determinantlar güclü təsir göstərir: 1) kapital (təkcə pul yox, həm də sosial və mədəni kapital); 2) istehsala münasibətdə mövqe (peşə və məşğuliyyət növünün müxtəlifliyi); 3) insanın cəlb olunduğu sosial əlaqənin tipi; 4) fərdin mənsub olduğu qrupun tarixi; 5) fərdin özünün tərcümeyi-halı.1
ƏDƏBIYYAT


  1. Bceмиpнaя история экономической мысли, в 4-х томaх. T. 2, M.,1988.

  2. Marks K. I.Veydemeyerə məktub. 5.III 1852.

  3. Marks K., Engels F. Seçilmiş əsərləri. 3-cilddə, I ci cild, B, 1979, S. 578-579.

  4. Hoвaя тexнокpaтичecкaя волнa нa зanaдe. M., 1986.

  5. И.Пoпeлoвa. Этика. M., 1965.

  6. A.H.Чанышeв. Kypc лекций no древней философии. M., 1981.

  7. Философский энциклопедический словapъ. M., 1989.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə