May 2017-ci IL, bazar



Yüklə 54,95 Kb.
tarix25.06.2018
ölçüsü54,95 Kb.
#51416


5

7 may 2017-ci il, bazar

 

ˆ

Hər insanın ömrü tarixə çevrilmir və hər 



şəxsiyyət də öz əməlləri ilə xalqın, ölkənin tarixini yarada 

və yaşada bilmir. Belə şəxsiyyətlər hansı xalqa, hansı 

ölkəyə nəsib olursa, o dövlət dünya düzümündə söz 

sahibinə çevrilə bilir, xalqının xoşbəxtliyini və gələcəyini 

təmin edə bilir. Azərbaycan xalqının xoşbəxtliyi də 

bundadır ki, onun qismətinə belə tarixi şəxsiyyətlərdən 

olan Heydər Əliyev kimi dahi insan düşüb. Onun cismən 

aramızdan getmə tarixi bizdən uzaqlaşdıqca, mənən, 

ruhən bu məsafə daha da qısalır və o, həmişə öz xalqı, öz 

milləti ilə bir yerdədir.

Ulu öndərin arzuları, 

Azərbaycanın gələcəyi üçün 

qurduğu böyük planlar reallı-

ğa çevrildikcə, bir daha bu dahi 

şəxsiyyətin uzaqgörənliyinə, 

müdrikliyinə, ən başlıcası isə, 

Vətəninə, yurduna olan böyük 

sevgisinə heyrət etməmək olmur. 

Heydər Əliyevin həyat və 

fəaliyyəti, keçdiyi ömür yolu o 

qədər zəngin, əlvan və rəngarəngdir 

ki, bu mənalı ömrün bütün anlarını 

öyrənmək, bütün cizgi və çalarlarını 

görmək, əks etdirmək heç də asan 

məsələ deyil. Ancaq onun ömrü-

nün hər anının bir tarix olduğunu, 

dövlətimizin, xalqımızın ən çətin 

anlarında ona arxalandığını, onun 

sayəsində böyük çətinlikləri dəf 

etdiyini, öz müstəqilliyini məhz 

qüdrətli və cəsarətli dövlət xadi-

minin müdrik qərarları, uzaqgörən 

siyasəti nəticəsində qoruyub 

möhkəmləndirdiyini hər kəs bilir və 

dərk edir.

Sovetlər dönəmində hökm sürən 

bolşevik ideologiyasının güclü 

təzyiqləri altında olanda da, sonra-

dan Azərbaycanın müstəqilliyinə 

qarşı yaranan xarici və daxili 

təhdidlər zamanında da hər çətinliyə 

mətanətlə sinə gərən Heydər Əliyev 

zəkası, Heydər Əliyev qüdrəti idi. 

Bugünün zaman prizmasından 

Azərbaycanın tarixinə nəzər saldıq-

da, Heydər Əliyevin sovet dövründə 

Azərbaycanın milli təhlükəsizlik or-

qanlarına, sonradan isə bütövlükdə 

respublikaya rəhbərlik etdiyi illərdə 

bütün təzyiqlərə baxmayaraq, gör-

düyü işləri xüsusi dəyərləndirmək 

lazımdır. 

Məhz bu  vətənpərvər insanın 

səyləri ilə xalqımızın əvvəllər yal-

nız repressiya maşını kimi tanıdığı 

dövlət təhlükəsizliyi orqanı xalqı-

mızın milli mənafelərini qoruyan 

bir quruma çevrilmişdi. Xalqımızın 

milli özünədərkinə, milli şüurunun 

formalaşmasına şərait yaradan 

Heydər Əliyev nə qədər Azərbaycan 

ziyalısını, elm, ədəbiyyat, sənət 

adamlarını DTK təzyiqlərindən qo-

ruya bilmişdi. Hüseyn Cavid kimi 

oğullarımızın taleyi onu həmişə 

düşündürmüş, sonradan böyük 

çətinliklə bu dahi şairimizin nəşinin 

öz doğma torpağına qovuşmasını 

təşkil etmişdi. 

Heydər Əliyev bu orqanlara 

rəhbərlik edən ilk azərbaycanlı 

general olmaqla, respublikadakı 

real vəziyyəti hamıdan gözəl bilir, 

Azərbaycanın həm keçmişi, həm 

də o dövrdəki durumu barədə geniş 

məlumata malik idi və respublika-

nın iqtisadi, mənəvi potensialından 

necə istifadə edilməsi barədə onun 

öz konsepsiyası var idi. 

O zaman İttifaq respublikaları 

arasında böyük potensialı olmasına 

baxmayaraq, iqtisadi göstəriciləri 

heç də yüksək olmayan, yalnız neft 

və pambıq respublikası, xammal 

mənbəyi kimi tanınan Azərbaycanın 

1969-cu ildən sonrakı nailiyyətlərini 

bu gün yada salarkən Heydər 

Əliyevin yüksək təşkilatçılıq 

qabiliyyətinə, fədakarlığına bir 

daha qibtə edirsən. Sovet İttifaqının 

rəhbərliyini aydın və real konsep-

siyası ilə inandıraraq nəhəng bir 

dövlətin imkanlarından öz respub-

likasının, öz xalqının mənafeyi 

üçün istifadə etməyi bacarırdı. İndi 

“Qırmızı bayraqlı” beşilliklərin əsl 

mahiyyətini təhrif etmək istəyənlər 

tapılsa da, Heydər Əliyev yaranmış 

imkanlardan böyük bacarıqla və 

səylə istifadə edir, bununla da xal-

qımızın rifahının sürətli yüksəlişini 

təmin edə bilirdi.  Qısa vaxtda onun 

səyləri ilə Azərbaycanda  adam-

başına düşən milli gəlir 2 dəfə, 

sənaye istehsalı təxminən 3 dəfə, 

məhsuldarlıq 2 dəfə, xalq istehlakı 

mallarının istehsalı 3 dəfə artmışdı. 

O dövrün statistikası göstərir ki, ulu 

öndərin respublikaya rəhbərlik et-

diyi illərdə istehsal olunmuş sənaye 

məhsullarının ümumi həcmi əvvəlki 

50 ilin göstəricilərinə bərabər idi. 

Respublikada o dövr  üçün ən 

müasir sayılan 250-dən çox zavod, 

fabrik və digər müəssisələr tikilmiş, 

insanların gəlirləri dəfələrlə artmış, 

güzəranı yaxşılaşmış və Azərbaycan 

dünyanın 65 ölkəsinə 350 növdən 

artıq məhsul ixrac etməyə başla-

mışdı.

Təəssüf ki, bu potensial ulu 



öndərin respublika rəhbərliyindən 

getməsindən sonra qorunub sax-

lanmamış, Sovet İttifaqı dağıldıq-

dan sonra respublikaya rəhbərlik 

etmiş naşı insanların bacarıqsızlığı 

üzündən Azərbaycan iqtisadiy-

yatı bərbad hala düşmüşdü. Ulu 

öndər 1993-cü ildə xalqın tələbi 

ilə yenidən respublikaya rəhbərlik 

etməyə başladıqda onun yaratdığı 

iqtisadi  potensialdan əsər-əlamət 

qalmamış, buna görə də ölkə böyük 

problemlərlə qarşılaşmışdı. Tor-

paqları işğal edilmiş, beynəlxalq 

əlaqələri tam bərpa olunmamış,  

iqtisadi potensial zəifləmiş və 

neft sənayesində böyük durğun-

luq yaranmışdı. Azərbaycanın bu 

vəziyyətdən çıxarılması isə son 

dərəcə böyük güc və qüvvə tələb 

edirdi. Əslində, reallaşdırılması çox 

çətin olan belə bir missiyanı ulu 

öndər öz çiyinlərinə götürdü. 

Ulu öndər Azərbaycanın 

müstəqilliyinin qorunmasını 

Azərbaycan xalqının ən böyük 

vəzifəsi və özünün əsas missiyası 

hesab edirdi. Azərbaycanın ta-

rixini, onun şanlı keçmişini çox 

gözəl bilən Heydər Əliyev öz 

xalqının potensialına inanır və 

onun  güclü və müstəqil dövlət 

qura biləcəyinə tam əmin olaraq 

deyirdi: “Azərbaycan xalqının 

qəhrəman keçmişi var, azadlıq 

və müstəqillik uğrunda çoxəsrlik 

mübarizə tarixi var”. Bu tarixin 

ənənələrinə sadiq olan, böyük tarixi 

şəxsiyyətlərimizin Azərbaycanın 

azadlığı və müstəqilliyi uğrunda 

mübarizəsini yüksək qiymətləndirən 

Heydər Əliyev respublikada ya-

ranmış xaosu və hərc-mərcliyi qısa 

müddət ərzində aradan qaldırmaq 

üçün böyük fədakarlıq göstərmiş 

və xalqımızı bir məqsəd uğrunda 

birləşdirə bilmişdi. 

1994-cü il martın 20-də Novruz 

bayramı münasibətilə Azərbaycan 

xalqına müraciətində deyirdi: 

“Müstəqil Azərbaycanımız ilk ad-

dımlarını atır. Xalqımız milli azadlı-

ğa qovuşmuşdur. Ancaq müstəqillik, 

milli azadlıq yolu uzun bir yoldur. 

Qarşıda hələ çox çətinliklər var. 

Həm daxildən, həm də xaricdən 

müstəqilliyimizin dönməzliyinə, 

əbədiliyinə mane olmaq istəyənlər 

var, ancaq mən... xalqımızı bir 

daha əmin etmək istəyirəm ki, biz 

müstəqillik yolu ilə gedəcəyik və 

bu yoldan dönməyəcəyik! Xalqı-

mız heç vaxt öz milli azadlığından 

məhrum olmayacaqdır”. 

Ulu öndər qətiyyətlə bildirirdi 

ki, onun məqsədi ərazi bütövlü-

yümüzü təmin etmək, xalqımız 

üçün sülh, əmin-amanlıq şəraiti 

yaratmaq, müstəqilliyimizin, milli 

azadlığımızın bəhrələrindən hər bir 

vətəndaşımızın istifadəsinə imkan 

yaratmaqdır və bu ali məqsədləri 

yerinə yetirmək üçün səyini və 

əzmini heç vaxt əsirgəməyəcəkdir.

Heydər Əliyev müstəqilliyimizi 

əbədiləşdirmək, öz böyük xilas-

karlıq və quruculuq missiyasını 

yerinə yetirmək üçün ilk növbədə, 

daxili sabitliyi yaratdı, Azərbaycan 

xalqını vahid məqsəd uğrunda 

mübarizəyə səfərbər etdi. Onun 

tarixi xidmətlərindən biri də bu idi 

ki, xalqına müdrik və düzgün yol 

göstərməyi, onu bu düzgün yolla 

irəli aparmağı bacarır, Azərbaycanın 

ən çətin günlərində xalqımıza 

güvənir və arxalanırdı. Ulu öndər öz 

xalqına və xalqın da ona inandığını 

bilərək deyirdi: “Mən xalqımıza, 

cəmiyyətimizin bütün təbəqələrinə 

müraciət edirəm: bu ağır dövrdə 

respublikamızı, Azərbaycan xalqını 

əzab-əziyyətdən, bəlalardan xilas 

etmək üçün birləşmək, bir yolla 

– haqq-ədalət yolu ilə getmək la-

zımdır! Əsas məqsədlərə, xalqımız 

üçün ali məqsədlərə nail olmaqdan 

ötrü hamı əl-ələ verməlidir!”

Heydər Əliyev ömrünün 

hər anını əbədiləşdirən amillərə 

nəzər saldıqda, ilk növbədə 

onun Azərbaycan xalqının arzu 

və istəklərini, psixologiyasını 

dərindən bilməsi, bu xalqın öz 

azadlığını qorumaq üçün hər 

əzaba qatlaşmağa, Vətən, torpaq 

yolunda canından keçməyə hazır 

olduğuna şübhə etməməsi, böyük 

və qədim bir mədəniyyətin daşıyı-

cısı olan azərbaycanlıların istedad 

və qabiliyyətinə inanması kimi 

cəhətləri qeyd etmək lazımdır. 

Heydər Əliyevin xalqına ən 

böyük xidmətlərindən biri də odur 

ki, o, xalqın qürurunu, inamını 

özünə qaytardı, ona öz gücünü 

göstərdi. Ümummilli liderimizin 

bu qüruru, inamı xalqımıza güc 

verdi, onu daha böyük qələbələrə 

ruhlandırdı. “Fəxr edirəm ki, mən 

azərbaycanlıyam”– deyən Heydər 

Əliyevin bu sözləri onun qəlbinin 

dərinliyindən gəlirdi. Azərbaycanın 

heç bir dövlət xadimi öz xalqı 

haqqında belə ürəkdən danışma-

yıb və onun bu sözləri deyilənləri 

aydın sübut edir: “Ümumiyyətlə, 

biz həqiqətən də fəxr edə bilərik 

ki, millətimiz gözəl millətdir. Heç 

kəs heç vaxt deməsin ki, bu barədə 

bizim millətimiz hansı millətdənsə 

aşağı səviyyədədir. Xeyr! Bizim 

millətimiz istedadlı millətdir, gözəl 

millətdir, qəhrəman millətdir. Biz 

bununla fəxr edə bilərik”. 

Heydər Əliyev bütün həyatını 

xalqının xoşbəxtliyinə həsr edən 

böyük vətənpərvər siyasi xadim kimi 

Azərbaycana rəhbərlik etdiyi son 10 

ildə bugünkü inkişaf və tərəqqimizin, 

qurduğumuz dövlətin hüquqi bazası-

nı, onun mükəmməl və dünyanın sivil 

dövlətlərindəki idarəetmə sisteminə 

uyğun dövlət mexanizmini yaratdı. 

O, Azərbaycan dövlətinin gələcək in-

kişaf yollarını müəyyən edən iqtisadi 

konsepsiyasını yaratmaqla onun hərbi 

və müdafiə qüdrətinin bünövrəsini 

qoydu və gələcək inkişafı üçün zəmin 

formalaşdırdı. “Əsrin müqaviləsi” 

ilə iqtisadi dirçəlişimizin əsasını 

qoydu, ölkəmizin gələcək inkişaf 

perspektivlərini müəyyən etdi. Onun 

böyük cəsarətlə həyata keçirdiyi 

özəlləşdirmə proqramı, keçmiş Sovet 

İttifaqı məkanında ilk dəfə torpaq 

islahatı aparması Azərbaycanda 

tamamilə yeni iqtisadi münasibətlərin 

bərqərar olmasına təkan verdi. 

Ulu öndərin bilavasitə 

rəhbərliyi ilə hazırlanan yeni 

Azərbaycan Konstitusiyası isə 

dövlətçiliyimizə verilmiş ən böyük 

töhfədir. Tarixə “Heydər Əliyev 

Konstitusiyası” kimi düşmüş bu 

Əsas qanunumuz müasir dünya 

ilə ayaqlaşmağımıza, dünyaya 

inteqrasiya olunmağımıza imkan 

verdi. Ona görə də Heydər Əliyevin 

müasir Azərbaycan cəmiyyətinin 

siyasi, iqtisadi, hüquqi əsaslarının 

yaradılmasında, formalaşmasında 

və möhkəmləndirilməsində misilsiz 

xidmətləri heç vaxt unudula bilməz. 

Azərbaycanda elmin, 

mədəniyyətin, incəsənətin inkişafı, 

mənəvi dəyərlərin qorunması və 

zənginləşməsi, ölkəmizin dün-

ya miqyasında qədim və zəngin 

mədəniyyətə malik bir ölkə kimi 

tanınması üçün ulu öndərin gör-

düyü işlər, onun elm, mədəniyyət 

xadimlərinə böyük qayğı ilə yanaş-

ma ənənəsi bu gün də onun davam-

çıları – möhtərəm Prezidentimiz 

İlham Əliyev, Azərbaycanın Birinci 

vitse-prezidenti, Heydər Əliyev 

Fondunun prezidenti Mehriban 

xanım Əliyeva tərəfindən böyük 

uğurla davam etdirilir. 

Heydər Əliyevin Azərbaycan 

dövlətinin varlığı, müstəqilliyinin 

qorunması üçün gördüyü əsas 

işlərdən biri də onun güclü iqti-

sadiyyat qurmaqla Azərbaycanın 

ərazi bütövlüyünü bərpa etməyə 

qadir olan qüdrətli və müasir ordu 

yaratmaq üçün gördüyü işlərdir. 

Ulu öndərin yolunu uğurla davam 

etdirən hörmətli Prezidentimiz 

İlham Əliyevin səyləri ilə bu gün 

Azərbaycan Ordusu regionda ən 

güclü orduya çevrilmişdir. Vaxtilə 

adi patron belə istehsal etməyən 

Azərbaycan indi onlarca adda mü-

asir silah istehsal edir, beynəlxalq 

silah sərgilərində öz məhsullarını 

fəxrlə nümayiş etdirir və heç kim 

şübhə etmir ki, Azərbaycan Ordusu 

həqiqətən torpaqlarımızı erməni iş-

ğalından azad edəcəkdir. Keçən ilin 

aprel döyüşlərinin nəticələri bunu 

bir daha əyani şəkildə göstərdi. Bu 

gün xalqımız tam inanır ki, Cocuq 

Mərcanlıdan başlayan bərpa işləri 

tezliklə işğaldan azad olunacaq 

digər ərazilərimizdə də davam 

etdiriləcəkdir. 

Ulu öndərin Azərbaycan tarixi-

nin əbədi simalarından biri olmasını 

təsdiq edən amillərdən bəhs edərkən 

bir mühüm cəhətin də üzərində 

geniş dayanmalıyıq. Bu da onun 

xalqımızın milli-mənəvi dəyərlərinə 

münasibətidir, ailə dəyərlərinə, 

gənc nəslin tərbiyəsinə, qadınların 

və uşaqların hüquqlarının qorun-

masına, hər bir cəmiyyətin, hər bir 

millətin varlığının əsasını təşkil 

edən ailə təsisatının qorunub sax-

lanmasına, ailənin möhkəmlənməsi 

üçün dövlət tərəfindən görülməli 

işlərə münasibətidir. 

Ailə və qadın problemlərinin 

həlli, gənc nəslin təlim-tərbiyəsi, 

onların cəmiyyətdə rolunun 

yüksəldilməsi və bu işin düz-

gün məcraya yönəldilməsi ulu 

öndəri çox narahat etdiyindən bu 

məsələləri o, dövlət siyasətinin bir 

hissəsinə çevirmişdi. Məhz onun 

səyləri ilə Azərbaycanda ilk dəfə 

olaraq Qadın Problemləri üzrə 

Dövlət Komitəsi, Gənclər və İdman 

Nazirliyi, habelə digər strukturlar 

yaradılmış, valideyn himayəsindən 

məhrum olan uşaqlara, eyni za-

manda, çoxuşaqlı ailələrə qayğı 

ən yüksək səviyyəyə qaldırılmış-

dı. Ulu öndərin başladığı gözəl 

işlər onun adını daşıyan, fondun 

rəhbəri Azərbaycan Respublikası-

nın Birinci vitse-prezidenti xanım 

Mehriban Əliyeva tərəfindən çox 

böyük miqyasda davam etdiril-

miş və etdirilməkdədir. Cəsarətlə 

demək olar ki, dünyanın heç bir 

ölkəsində valideyn himayəsindən 

məhrum olmuş, həmçinin sağlam-

lığında problemlər olan uşaqlara 

Azərbaycanda olduğu qədər böyük 

dövlət qayğısı göstərilmir. 

Ulu öndər ailə dəyərlərinə hər 

zaman xüsusi əhəmiyyət verir, 

ailənin cəmiyyətdəki rolu haq-

qında deyirdi: “Ailə dəyərləri, 

ailə ənənələri, milli-mənəvi 

dəyərlərimizə sədaqət, uşaqların 

müasir səviyyədə tərbiyəsi üçün 

mühüm əhəmiyyət kəsb edir”. 

Ümummilli lider hesab edirdi ki, 

cəmiyyətin hər bir üzvü öhdəsinə 

düşən funksiyanı yerinə yetirməli, 

Azərbaycanda mövcud olan ailə 

ənənələrinə tam riayət etməlidir. 

Ulu öndərin doğum günü 

Azərbaycan xalqının son dərəcə bö-

yük ehtiramla qeyd etdiyi günlərdən 

biridir və həmişə də belə olacaq-

dır. Ömrünün hər anı Azərbaycan 

tarixinin şanlı səhifəsi olan dahi  

şəxsiyyət Heydər Əliyevin xatirəsi 

qəlbimizdə əbədi olaraq yaşayır və 

yaşayacaqdır.  



Səadət İSMAYILOVA, 

 Azərbaycan Respublikası Ədliyyə 

Nazirliyi Nərimanov Rayon 

Qeydiyyat Şöbəsinin rəisi, 

 hüquq  elmləri üzrə fəlsəfə 

doktoru

Ömrünün hər anı böyük  

tarix olan dahi şəxsiyyət 

Kataloq: down -> meqale -> xalqqazeti -> 2017 -> may
2017 -> Iyun 2017-ci IL, cümə axşamı Sumqayıt Dövlət Universiteti Birinci tədris korpusunun üzlük tavalarının yenilənməsi işlərinin satınalınması üçün
2017 -> 22 yanvar 2017-ci il, bazar 6
2017 -> ˆ Azərbaycan tarixində şərəfli ömür yolu ilə bugünkü
2017 -> Yanvar 2017-ci IL, cümə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi
2017 -> 12 mart 2017-ci il, bazar 7
2017 -> 19 mart 2017-ci il, bazar 7
2017 -> 2 iyul 2017-ci il, bazar 4
may -> ˆ Azərbaycan dövləti xalqımızın və bəşəriyyətin tarixindəki bütün unudulmaz hadisələrə daim hörmət və ehtiramla yanaşmaq ənənəsini davam etdirir. Ötən əsrin
may -> 6 (əvvəli qəzetimizin 25 may tarixli nömrəsində) – 28 il əvvəl vida etdiyiniz mülki

Yüklə 54,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə