3
10 mart 2017-ci il, cümə
Əvvəlcə qısa bir arayış: Azərbaycan Respublikası Milli
Olimpiya Komitəsi 1992-ci il yanvarın 14-də təsis edilmiş və
martın 10-da Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmişdir.
Elə həmin il noyabrın 2-də Avropa, 1993-cü il sentyabrın 23-də isə
Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul olunmuşdur.
Prezident İlham Əliyevin
“Azərbaycan Respublikasının Milli
Olimpiya Komitəsinin yaradılma-
sının 25 illik yubileyi haqqında” 2
mart 2017-ci il tarixli sərəncamında
qeyd olunduğu kimi, Milli Olimpiya
Komitəsi təsis olunduğu vaxtdan
etibarən ölkədə idmanın ahəngdar
inkişafı üçün var qüvvəsini səfərbər
etmiş və Olimpiya ideallarının
bərqərar olması naminə məqsədyönlü
fəaliyyət göstərmişdir. Ötən müddət
ərzində Azərbaycanın öz potensia-
lını ildən-ilə daha geniş miqyasda
nümayiş etdirərək idman şöhrətinin
yüksəldilməsində və respublikada
idmanın maddi-texniki bazasının
müasir standartlara uyğun qurulma-
sına yönəlmiş təşəbbüslərin uğurla
gerçəkləşdirilməsində, həmçinin Bakı
Olimpiya Stadionunun, Gimnastika
Arenasının, Su İdmanı Mərkəzinin,
bir sıra ixtisaslaşdırılmış idman
qurğularının və respublika üzrə 40-
dan çox Olimpiya idman komplek-
sinin tikilib istifadəyə verilməsində
Milli Olimpiya Komitəsinin mühüm
xidmətləri vardır.
Bu il ölkəmizdə 25 illik
yubileyi geniş qeyd olunacaq.
Azərbaycan Respublikası Milli
Olimpiya Komitəsi çətin sınaqlar-
dan böyük şöhrətə aparan, tarixi
nailiyyətlər və medallarla zəngin bir
yol keçərək nümunəvi fəaliyyəti,
ümumdünya Olimpiya Hərəkatına
verdiyi töhfələrlə beynəlxalq idman
dairələrində yüksək nüfuz sahibi
olmuşdur.
İndi, 2017-ci ilin mart ayında
geriyə boylanıb 25 il ərzində keçilmiş
yola nəzər saldıqda, həqiqətən, res-
publikamızın Olimpiya Hərəkatında,
bütünlükdə idmanımızda baş vermiş
möhtəşəm hadisələrlə, Azərbaycanın
dünyada qüdrətli bir idman ölkəsi
kimi tanınması ilə haqlı olaraq qürur
duyur, əsl iftixar hissi keçiririk.
Bu gün Azərbaycanın 200-dən çox
ölkəni öz bayrağı altında birləşdirən
Beynəlxalq Olimpiya Komitəsinin
fəaliyyətində mühüm rol oynaması
dünyanın hər yerində yekdilliklə
etiraf olunur, rəğbətlə qarşılanır,
müxtəlif federasiyalar Azərbaycanda
idmanın inkişafına verilən əhəmiyyəti
yüksək qiymətləndirir, öz yarışlarının
təşkili hüququnu tərəddüd etmədən
ölkəmizə etibar edirlər. Çünki artıq
hamı yaxşı bilir ki, Azərbaycanın
müasir idman qurğularında yüksək
səviyyədə təşkil edilən yarışlar bütün
tələblərə və hər cür zövqə tam cavab
verəcək, həmişəlik xoş xatirələrə
çevriləcək.
Yüksək nailiyyətlərinin,
beynəlxalq Olimpiya Hərəkatına ver-
diyi layiqli töfhələrin artıq heç kimdə
şübhə doğurmadığı Azərbaycan Milli
Olimpiya Komitəsinin fəaliyyətində
böyük dəyişikliklər isə onun yaradıl-
masının beşinci ilindən sonra başla-
mışdır. İdmanımızın indiki nəslinin
bir çox nümayəndəsi, o cümlədən
məşhur çempionlar, görkəmli
mütəxəssislər 1997-ci il iyulun 31-ni
unutmayıblar. Həmin gün Milli Olim-
piya Komitəsi İcraiyyə Komitəsinin
iclasında Azərbaycan Dövlət Neft
Şirkətinin birinci vitse-prezidenti
İlham Əliyev MOK prezidenti seçil-
miş və elə o vaxtdan böyük uğurların
təməli qoyulmuşdur.
Bu gün paytaxt Bakı ilə yanaşı,
ölkəmizin bütün bölgələrində əsl
idman bayramı ab-havası yaşanır,
respublikamızın müxtəlif guşələrində
idman hamının və hər birimizin sadiq
dostuna çevrilmiş, yaraşıqlı Olimpi-
ya idman komplekslərində keçirilən
təkcə beynəlxalq yarışlar yox, həm də
respublika, şəhər, rayon çempionat və
birincilikləri çoxlu tamaşaçı auditori-
yası toplayır.
Azərbaycan idmanı son iyirmi il
ərzində müstəqil komanda şəklində
təmsil olunduğu Yay Olimpi-
ya Oyunlarında böyük qələbə və
medalları ilə geniş şöhrət qazanmış-
dır. Hələ 1996-cı ildə Azərbaycan
Prezidenti Heydər Əliyevin Zuğul-
badakı gənclik kompleksində ən
yaxşı idmançılarımızın Atlantaya
(ABŞ) XXVI Olimpiya Oyunlarına
yolasalma mərasimində xeyir-dua
verdiyi nümayəndə heyəti okeanın o
tayından sərbəst güləş ustası Namiq
Abdullayevin qazandığı gümüş me-
dalla qayıtdı və bununla da müstəqil
Azərbaycan Respublikası idmançıları
vahid komanda kimi çıxış etdikləri
elə ilk Olimpiadada mükafatlarının
hesabını açdılar.
Belə uğurlu başlanğıc növbəti
oyunlarda yeni-yeni nailiyyətlər üçün
bir növ təməl daşı oldu. Dörd il sonra
Azərbaycanın idman ictimaiyyəti
uzaq Avstraliyanın Sidney şəhərindən
2 qızıl (N. Abdullayev və stend atıcısı
Zemfira Meftahəddinova) və bir bü-
rünc (boksçu Vüqar Ələkbərov) me-
dalla qayıdan nümayəndə heyətimizi
böyük təntənə, gül-çiçəklə qarşıladı.
Müasir Olimpiya Oyunlarının vətəni
Yunanıstanın baş şəhəri Afinada
(2004-cü il) həmvətənlərimiz artıq
beş dəfə fəxri kürsüyə dəvət olun-
dular. Fərid Mansurov yunan-Roma
güləşində çempionluğu ilə aləmə səs
saldı, həmin il Z. Meftahəddinova,
güllə atıcısı İradə Aşumova, rinq us-
taları Ağası Məmmədov və Fuad As-
lanov bürünc medalları ilə idmanımı-
zın saysız-hesabsız pərəstişkarlarını
ürəkdən sevindirdilər.
Çin Xalq Respublikasının
paytaxtı Pekində keçirilən (2008-ci
il) XXIX Olimpiya Oyunlarını da
razılıq hissi ilə xatırlayırıq: cü-
doçu Elnur Məmmədli ölkəmizə
çempionluq sevinci gətirdi, yunan-
Roma üsulu ilə güləşənlər Rövşən
Bayramov və Vitali Rəhimov fəxri
kürsünün ikinci pilləsində təbrikləri
qəbul etdilər. Sərbəst güləşdə Xetaq
Qazyumov, Mariya Stadnik, boksçu-
ların turnirində Şahin İmranov, cüdo
sınaqlarında fərqlənən daha bir tatami
ustası Mövlud Mirəliyev Oyunların
bürünc mükafatçıları oldular. Pekində
qazanılan 7 medal-1 qızıl, 2 gümüş
və 4 bürünc mükafat ümumi hesabda
Azərbaycan komandasını 204 ölkə
arasında 39-cu mövqeyə yüksəltdi və
bu, çox böyük nailiyyət idi.
Xüsusilə diqqətəlayiq haldır
ki, Azərbaycan idmanının ən yaxşı
nümayəndələri Olimpiya Oyunla-
rında qazandıqları uğurlarla heç
vaxt kifayətlənmir, müntəzəm və
gərgin məşqlər sayəsində olim-
piadadan-olimpiadaya daha çox
medalın sevincini yaşayırlar. Lon-
donda XXX Yay Olimpiya Oyunları
bunu bir daha təsdiq etdi. İngiltərə
paytaxtında təmsilçilərimizə təqdim
olunan 10 medal–sərbəst güləş
ustaları Toğrul Əsgərovla Şərif
Şərifovun qızıl, digər güləşçilər R.
Bayramovla M.Stadnikin gümüş,
Emin Əhmədovun (“klassik”
güləş), Teymur Məmmədovla
Məhəmmədrəsul Məcidovun (hər
ikisi boks), ağırlıqqaldıran Va-
lentin Xristovun, yenə güləşçilər
X.Qazyumov və Yuliya Ratkeviçin
bürünc mükafatları idmanımızın
böyük imkan və perspektivlərini
bütün dünyaya sübut etdi.
Ötən il isə Braziliyanın Rio-
de-Janeyro şəhərində keçirilmiş
XXXI Yay Olimpiya Oyunların-
da Azərbaycan idmançılarının
göstərdikləri nəticə hətta bizim özü-
müz üçün də bir qədər gözlənilməz
oldu. Buna qədər Atlanta, Sidney,
Afina, Pekin və London olimpiada-
larında üst-üstə qazanılan 26 medala
Rio sahillərində birdən-birə daha
18 mükafat əlavə olundu, ölkəmizin
milli sərvətinə çevrilən Olimpiya
medallarımızın sayı 44-ə çatdı.
Əgər Azərbaycan idmançılarının
1992-ci ildə İspaniyanın Barselona
şəhərində keçirilmiş XXV Olimpi-
adada Müstəqil Dövlətlər Birliyinin
komandası heyətində qazandıqları
2qızıl və 1 bürünc medalı da buraya
əlavə etsək, dövlət müstəqilliyimizin
bərpasından sonra olimpiyaçılarımıza
təqdim olunmuş medalların ümumi
sayı 47-dir. Xatırladaq ki, Barselona-
92-də cüdoçü Nazim Hüseynov və
idman gimnastikası ustası Valeri
Belenki çempion olmuşlar, sonuncu
həm də bürünc medal qazanmışdır.
Rio-de-Janeyro–2016 startları
xatirələrdə hələ təzə olsa da, onla-
rın azərbaycanlı qalibləri, 1 qızıl,
7 gümüş və 10 bürünc mükafatın
sahiblərini bir daha yada salaq:
taekvondoçu çempion Radik İsayev,
gümüş medalçılar Rüstəm Orucov,
Elmar Qasımov ( hər ikisi cüdo),
güləşçilər T. Əsgərov, X. Qazyumov
və M. Stadnik, avarçəkən Valentin
Demyanenko və boksçu Lorenso
Sotomayor, bürünc mükafatçılar
güləş ustaları Hacı Əliyev, Cəbrayıl
Həsənov, Şərif Şərifov, Rəsul Çuna-
yev, Sabah Şəriəti, Nataliya Sinişin,
boksçu Kamran Şahsuvarlı, taekvon-
doçular Patimat Abakarova, Milad
Beiqi Hərçəqani və avarçəkən İnna
Osipenko-Radomskaya.
Bu qəhrəmanların böyük
nailiyyətləri XXXI Yay Olimpiya
Oyunlarında Azərbaycanı medalların
sayına görə dünyada 15-ci, Avropada
7-ci, İslam ölkələri arasında 1-ci,
MDB dövlətləri arasında 2-ci yerə
çıxardı və dünya 56 idmançıya 18
medal qazanan (demək olar ki, hər üç
nəfərə bir mükafat) Azərbaycan id-
manının Olimpiya rekorduna heyran
qaldı.
Müstəqil Azərbaycan Res-
publikasının Olimpiya Hərəkatı
tarixində iki ali mükafat da vardır.
Bu əlamətdar günlərdə onları da
xatırlamaq çox yerinə düşər. 1997-ci
il iyulun 31-də cənab İlham Əliyevin
MOK-a rəhbər seçilməsindən bir neçə
ay sonra respublikamızda idmanın
inkişafına gündəlik qayğısı və diqqəti
ilə böyük təkan vermiş və bu gün
Azərbaycanın ümumdünya olimpiya-
çılar ailəsində layiqli yer tutmasında
müstəsna rol oynamış Azərbaycan
Prezidenti Heydər Əliyev Milli
Olimpiya Komitələri Assosiasiyası-
nın İslandiyanın paytaxtı Reykyavik
şəhərində keçirilmiş baş məclisində
“Olimpiya ləyaqəti” mükafatı ilə
təltif olundu. Olimpiya Hərəkatı və
idman sahəsində böyük xidmətlərinə
görə görkəmli şəxsiyyətlərə verilən
bu mükafat öz layiqli sahibini tap-
mışdı. Ümummilli lider Azərbaycana
rəhbərlik etdiyi uzun illər ərzində
respublikamızda idmanın inkişafını
daim diqqətdə saxlamış, idmançılara
hərtərəfli kömək göstərmişdir.
Bundan yeddi il sonra, 2004-cü
ildə Azərbaycana “Olimpiya ordeni”
də gətirildi. Özü də bu tarixi hadisə
Afinada XXVIII Yay Olimpiya Oyun-
ları ilinə təsadüf etdi. Yunanıstan
paytaxtında Olimpiadanın başlanma-
sına hələ xeyli qalmış, mart ayında
Beynəlxalq Olimpiya Komitəsi
Azərbaycan dövlətinin başçısı, Milli
Olimpiya Komitəsinin prezidenti
İlham Əliyevi “Olimpiya ordeni”nə
layiq görmüşdü.
Aprel ayında isə Beynəlxalq
Olimpiya Komitəsinin vitse-prezi-
denti Vitali Smirnov Bakıda MOK-un
ali mükafatını Azərbaycan dövlətinin
başçısına təqdim edərkən İlham
Əliyevin idmanın inkişafında böyük
xidmətlərini bir daha xüsusi qeyd
etdi.
Bax belə, bu gün bütün
Azərbaycan dövlət müstəqilliyimiz
dövründə Milli Olimpiya Komitəsinin
fəaliyyətinin 25 ili ərzində qazanılmış
47 Olimpiya medalı ilə yanaşı, həm
də “Olimpiya ləyaqəti” mükafatı
və “Olimpiya ordeni” ilə fəxr edir.
Azərbaycanda Olimpiya Hərəkatının,
idmanın inkişafı böyük dövlət qayğısı
ilə əhatə olunmuşdur, estafet etibarlı
əllərdədir.
Azərbaycan Milli Olimpiya
Komitəsi 25 illik fəaliyyəti, dövründə
bütün idman təşkilatlarımızla
birlikdə, vahid komanda şəklində
ölkə idmanının inkişafına layiqli
töfhələr verərkən 40-dan çox Olim-
piya idman kompleksi inşa olunmuş,
bir-birindən yaraşıqlı idman sarayları
ucaldılmış, köhnələr yenilənmiş,
gözəl görkəmə gətirilmişdir. Bu gün
Bakı Olimpiya Stadionu, Heydər
Əliyev adına İdman Sarayı, Milli
Gimnastika Arenası, Atıcılıq Mərkəzi,
“Kristal zal”, Bakı İdman Sarayı və
digər qurğular mötəbər yarışların işti-
rakçılarını ən yüksək səviyyədə qəbul
edir, onlara unudulmaz təəssürat bəxş
edir.
Milli Olimpiya Komitəsinin
səmərəli fəaliyyəti, daimi diqqət
və qayğısı nəticəsində Azərbaycan
idmançıları təkcə Yay Olimpiya
Oyunlarında deyil, Paralimpiya
hərəkatında, Yeniyetmələrin Olimpi-
ya Oyunlarında və Avropa Olimpiya
həftələrində, müxtəlif növlər üzrə
dünya və Avropa çempionatların-
da ölkəmizi ləyaqətlə təmsil edir,
inamlı addımlarla irəliləyir və idman
tariximizə parlaq səhifələr yazırlar.
Əgər kimsə böyük beynəlxalq ya-
rışların təşkili hüququnun etibar olun-
duğu ölkələri sadalamaq istəsə, yəqin
ki, Azərbaycanın adını birincilər
sırasında çəkər. Təkcə son illərin
hadisələrini xatırlayaq: qitəmizin
idman hərəkatında yeni səhifə açan
“Bakı-2015” birinci Avropa Oyun-
ları, ötən il keçirilmiş Formula-1
“Qran-pri”sinin Bakı mərhələsi, 42-ci
Ümumdünya Şahmat Olimpiadası...
İndi isə republikamız IV İslam
Həmrəyliyi Oyunları ərəfəsindədir.
Müsəlman aləminin –50-dən çox
ölkə atletlərinin böyük bayramına
çevriləcək bu yarışlar da Azərbaycan
dövlətinin, idmanımızın böyük
imkanlarının və qüdrətinin növbəti
zəfər marşına çevriləcək, dünya bir
daha əmin olacaq ki, ölkəmiz hər bir
etimadı şərəflə doğruldur.
İslam Həmrəyliyi Oyunları başa
çatdıqdan sonra hamımız voleybol
həyəcanları ilə yaşayacağıq. İdma-
nın bu növü üzrə qitə federasiyası
qadınlardan ibarət milli komandalar
arasında növbəti Avropa çempionatı-
nın təşkili hüququnu Azərbaycan və
Gürcüstana həvalə etmişdir. Qarşıda-
kı sentyabrda Bakıda ilk dəfə olaraq
bu çox populyar idman növü üzrə qitə
çempionatının oyunları keçiriləcək.
Şübhəsiz, çempionatda hər bir görüş
voleybol pərəstişkarlarımıza böyük
zövq verəcək. Əgər 2020-ci ildə Av-
ropa futbol çempionatının dörd oyu-
nunun paytaxtımızda təşkil olunaca-
ğını da qeyd etməli olsaq, həqiqətən,
Avropa Oyunlarının ilk paytaxtı Bakı-
da və eləcə də bütün Azərbaycanda
böyük beynəlxalq yarışlar həyatı bir
an belə dayanmır.
Azərbaycan Milli Olimpiya
Komitəsinin fəaliyyətə başlama-
sının 25 ili tamam olur. Bir neçə
aydan sonra, iyulun 31-də isə
dövlətimizin və idmanımızın lideri
cənab İlham Əliyevin MOK prezi-
denti seçilməsinin 20-ci ildönümünü
qeyd edəcəyik. Qarşıda Azərbaycan
idmanını, Olimpiya Hərəkatımızı
hələ neçə-neçə qələbə və rekordlar
gözləyir.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
Azərbaycan Milli Olimpiya Komitəsinin
yubileyi ölkəmizdə geniş qeyd olunacaq
25 il ümumdünya
olimpiyaçılar ailəsində
Daha bir ABŞ konqresmenindən Xocalı bəyanatı
ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen
Donald Peyn Xocalı qətliamının 25-ci ildönümü ilə
bağlı bəyanat verib.
Konqresmen D.Peyn
bəyanatında Azərbaycan
torpağı olan Xocalıda 25 il
əvvəl dəhşətli bir faciənin
yaşandığı və 600-dən çox
silahsız insanın, əsasən yaşlı,
qadın və uşaqların vəhşicəsinə
öldürüldüyünü qeyd edib.
Konqresmen həmkarlarını
bu dəhşətli hadisədə həyatını
itirmiş insanların xatirəsini
yad etməyə çağırıb.
Bununla yanaşı, D.Peyn
Azərbaycanın strateji və çətin
bir bölgədə ABŞ-ın güclü
tərəfdaşı olduğunu vurğulayıb.
Yusif BABANLI,
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan-ABŞ diplomatik
əlaqələrinin 25 illiyinə həsr
olunan poçt markası buraxılıb
Azərbaycan ilə ABŞ arasında diplomatik
əlaqələrin qurulmasının 25 illiyi münasibətilə ABŞ-ın
Los-Anceles şəhərində müvafiq poçt markası buraxılıb.
ABŞ-ın Federal Poçt Xidməti
tərəfindən təsdiq olunmuş və bü-
tün ölkə ərazisində istifadə gücünə
malik poçt markasının üzərində
Azərbaycan və ABŞ bayraqları əks
olunub, “Azərbaycan–ABŞ. 25
illik dostluq. 1992-2017” sözləri
qeyd edilib.
Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki baş
konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.
Baş konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını
planlaşdırır.
Yusif BABANLI,
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Xocalıya həsr olunmuş xatirə konserti
London LIVE kanalında
Londonun Kovent Qarden rayonundakı “St.Paul`s Church” kilsəsində
keçirilən Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş xatirə konserti haqqında
videoreportaj London LIVE televiziya kanalında yayımlanıb. Ənənəvi anım konserti bu
il fevralın 24-də “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub.
TEAS-dan AZƏRTAC-a bildirilib ki, anım
konsertində soprano səsinə malik Selcan Nəsibli
“Sevil” operasından “Sevil”in ariyasını, pianoçu
Ayan Salahova və violonçel ifaçısı Camal Əliyev
isə bəstəkarlar Şopen və Raxmaninovun populyar
əsərlərini ifa ediblər. Konsert fransız bəstəkarı
Pyer Tilloyun həmin gecənin dəhşətlərini canlan-
dıran “Xocalı 613” əsərinin ifası ilə yekunlaşıb.
Əsər azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, lat-
viyalı klarnetçi Anna Qaqane və Fransanın “Qu-
atuor Chagall” adlı kamera ansamblı tərəfindən
birgə ifa edilib.
Sonda tədbir iştirakçılarının hər birinə anım
konsertinin CD diski hədiyyə edilib.