Maraqli faktlar



Yüklə 231,81 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix23.01.2018
ölçüsü231,81 Kb.
#22203
növüYazı
  1   2   3   4   5   6   7


 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.01 

 

MARAQLI FAKTLAR 



 

 

 



 

Azərbaycan 

 

 



* Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi e.ə. VI əsrdə Midiya dövləti (e.ə. VII-VI əsrlər) ərazisində meydana çıxmış 

və  müəllifliyi  Zərdüşt  peyğəmbərə  aid  edilən  "Avesta"dır.  Burada  Azərbaycan  xalqının  dualist  dünyagörüşü,  ibtidai  insanın 

xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır. 

Azərbaycanda 



ilk 

aptek 


1850-ci 

ildə 


Bankə 

balıq  vətəgəsi  xəstəxanasının  nəzdində  təşkil  olunub. 

1920-ci  ildə  yeni  Azərbaycan  Respublikasının  rəhbəri  N.Nərimanov  ölkəyə  ilk  səfərini  Bankədən  başlamışdır. 

1928-ci  ildə  Bankə  qəsəbəsində  Qadınlar  klubu  olmuşdur.  Klubun  üzvləri-azadlıq  yoluna  çıxmış  qadınlar  o  dövrün  qayda-

qanunlarına  baxmayaraq,  çadralarını  cırıb  atıblarmış.  Klubun  fəal  üzvləri  Noğul  Sadıqova,  Pürzə  Səmədova  öz  qadın  azadlığı 

missiyaları uğrunda böyük işlər görmüşlər. 

* Azərbaycanda ilk qoruq olan Göy-göl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılmışdır. 

* Hitlerin qurmaq istədiyi imperiyanın baş planı BBB (Berlin-Bakı-Bombey) adlanırdı. 

* Bakı SSRİ-də metro açılan 4-cü şəhər olmuşdur. 

* SSRİ-ni dünyaya tanıtdıran üç müğənnidən ikisi Rəşid Behbudov və Zeynəb Xanlarova Azərbaycanlıdır. 

* Müstəqil Azərbaycan Respublikasının qəbul olunduğu ilk beynəlxalq təşkilat İslam Əməkdaşlıq Təşkilatı (9 dekabr 1991-ci il), 

ilk Avropa təşkilatı isə ATƏM olmuşdur (30 yanvar 1992-ci il).  

* Azərbaycanın BMT-nin mənzil-qərargahında daimi nümayəndəliyinin ilk rəhbəri Həsən Həsənov olmuşdur. 

Respublikanın ən çox torpaq eroziyasına məruz qalan bölgəsi - Şəki-Zaqatala zonasıdır. 

* Respublikada ən əlverişli meşəbitmə şəraiti Talış bölgəsindədir. 

* Ölkənin “Qırmızı kitab”ına əsasən nəsili kəsilməkdə olan nadir endemik və relikt ağacları daxil edirlər. 

* Eldar şamının təbii yayılma arealı «Ellər oyuğu» adlanan sahədir. 

* Azərbaycanın ərazisinin 11%-ni meşələr təşkil edir. 

* Kəlbəcərdə təbii “Ayı fındığı” meşəsi var. 

* Azərbaycanda ən böyük xüsusi mühafizə olunan təbiət ərazisi Şahdağ Milli Parkıdır (2006-cı il, Quba, Qusar, İsmayıllı, Qəbələ, 

Oğuz və Şamaxı). 

*  Azərbaycan  Ordusunun  ilk  əməliyyatı  1992-ci  ilin  yanvar  ayında  Şuşa  şəhəri  yaxınlığındakı  Daşaltı  kəndini  ələ  keçirmək 

məqsədilə həyata keçirilən Daşaltı əməliyyatı uğursuzluqla nəticələnmişdir.  

*  Azərbaycan  ordusunun  tarixində  ən  böyük  silah  anlaşması  2012-ci  ildə  ilin  fevral  ayında  İsrailin  Israeli  Aerospace  Industries 

(İAİ)  adlı  iri  hərbi-sənaye  şirkəti  Azərbaycana  pilotsuz  kəşfiyyat  təyyarələrinin  ən  yeni  versiyalarının  və  ən  müasir  Hava 

Hücumundan Müdafiə Sistemlərinin satılmasına dair 1.6 milyard dollarlıq müqaviləsidir. 

* Azərbaycanda bu günə kimi cənazəsinə ən çox adam (100 mindən çox) gəlmiş insan Heydər Əliyevdir. 

* BMT-nin keçmiş baş katibi Kofi Annan ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında almışdır. 

* Hitlerin II Dünya müharibəsini başlamasında 3 məqsədindən biri Bakını işğal etmək idi. 

* Dünyanın ən böyük neft şirkətlərindən biri olan BP ən böyük sərmayəni (23 milyard dollar) Azərbaycana yatırmışdır. 

* Bakı gecə həyatının aktivliyinə görə müsəlman dünyasında birincidir. Bakı şərqin ən qərbmeyilli şəhəridir. 

* Nuhun qəbrinin Azərbaycanda olması 98,9% təsdiqlənmişdir. 

* Görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudovun repertuarında 30-a yaxın Bakı haqqında mahnı var idi. 

* Neft Daşları qədim dəniz neft platforması kimi Ginnesin rekordlar kitabına daxildir. 

* Tovuz və Göygöl şəhərlərinin əsasını almanlar qoyub və əvvəllər onların adı – Traubenfeld və Yelenendorf idi. 

* Azərbaycan ilk müsəlman ölkəsi idi ki, qadınlara da kişilərlə bərabər siyasi hüquqlar verilirdi. 

* Sovet İttifaqında ilk dəfə Bakıda qatar işə salınmışdı. 

* 20-ci əsrin əvvəllərində Bakıda bütün dünyada əldə edilən neftin 50%-i əldə edilirdi. İkinci Dünya Müharibəsi zamanı isə Bakı 

sovet ordusunu neftlə təmin edərək, onun tələbatının 85%-ni ödəmişdi 

*  Ziya  Bünyadov  keçmiş  Sovet  İttifaqının  yeganə  alim-akademiki  idi  ki,  II  dünya  müharibəsi  illərində  intizam  batalyonunun 

komandiri olmuşdur. 

* 1850-ci ildə Bakıda əhalinin sayı 7400 insan təşkil edirdi. 

* Bakının və yer kürəsinin orta illik temperaturu 14,2 dərəcə üst-üstə düşür. 

* Bütün dünyada məşhur olan Nobel mükafatının kapitalında həmçinin, Alfred Nobel tərəfindən Bakı neftindən əldə edilmiş gəlir 

də var. 

*  Azərbaycanlılardan  Sovet  İttifaqı  fəxri  adına  ilk  dəfə  İsrafil  Məhərrəm  oğlu  Məmmədov  (11  dekabr  1941-ci  ildə)  layiq 

görülmüşdür. İkinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilən şəxslərə ikinci dəfə "Qızıl Ulduz" medalı verilərək, vətənində ona 

bürünc büst qoyulurdu. Azərbaycanda bu ada ikinci dəfə general-mayor Həzi Aslanov layiq görülmüşdür. 

* Xocalı Dağlıq Qarabağda əhalisinin sayına görə ikinci (Şuşadan sonra) azərbaycanlı rayonu idi.  



 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.01 

 

*  Azərbaycanda baş vermiş  ən güclü zəlzələlər: Şamaxı zəlzələsi-1667-ci il (6.9 bal gücündə,80  min  nəfər insan itkisi), Şamaxı 



zəlzələsi-1902-ci il (6.9 bal gücündə, 2 min nəfər insan itkisi), Bakı zəlzələsi-2000-ci il (6.8 bal gücündə, 30 nəfər insan itkisi) 

* Ən qədim insan məskənlərindən olan Azıx mağarası hazırda ermənilərin silah anbarına çevrilmişdir. 

*  Dünya  Azərbaycanlıların  həmrəylik  gününün  tarixi  31  dekabr  1989-cu  ildə  Araz  çayı  boyunca  137  km-lik  Sovet-İran 

sərhəddində qurğuların dağıdılması ilə əlaqəlidir. 

*  28  oktyabr  1995-ci  ildə  “Ulduz”  və  “Nərimanov”  stansiyaları  arasındakı  tuneldə  qatarın  alışması  nəticəsində  300  nəfər  həlak 

olmuş, 400 nəfər isə xəsarət almışdır. Bu qəza “Ginnes Rekordlar Kitabı”na ən dəhşətli metro qəzası kimi düşüb. 

*  Cəbrayıl  rayonunda  anadan  olmuş,  hazırda  Belçikada  yaşayan  Fəxrəddin  Vəliyev  2004-cü  ildə  adı  "Ginnesin  Rekordlar 

Kitabı"na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub. 

* Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 7 yaşlı Ələsgər Rəhim oğlu Həsənzadə "Ginnesin Rekordlar Kitabı"na düşən ən 

azyaşlı şəxsdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enmişdir. 

* Keçmiş SSRİ-nin ilk rəsmi milyonçusu (1987) Cənnət Əliyev (1954-2014)  20 Yanvar faciəsinin beynəlxalq aləmə çatdırılması 

üçün Vilnus şəhərinə gedərək qəzetlərdə müsahibələr vermiş, müharibə illərində orduya külli miqdarda vəsait ayırmışdır. 

* Azərbaycanlı alpinist Murad Aşurlu (

1972-2004

) Murad Aşurlu 2013-cü ilin 19 may tarixində Yer kürəsinin ən yüksək zirvəsi 

olan Everest zirvəsində üçüncü dəfə Azərbaycan bayrağını qaldıran şəxs olaraq tarixə keçmişdir. Nepal ərazisində yerləşən Ama 

Dablam dağlarından enərkən həlak olmuşdur. 

*  Şollar  suyunun  çəkilməsi  üçün  lazım  olan  33  milyonun  75  faizini,  yəni  24  milyonunu  Musa  Nağıyev,  9  milyonunu  Hacı 

Zeynalabdin Tağıyev verib. 

* Vahid  Azərbaycan  ərazisi tarixən sabit halda qalmamış  və tarixi şəraitdən asılı olaraq çoxalıb-azalmışdır.  Atabəylər, səfəvilər 

dövründə ərazilərimiz daha geniş (təx. 400.000 kv. km), XIII-XV əsrlərdə isə nisbətən az (təx. 370-375 min kv. km) olmuşdur. 

*  Dünyada  ilk  Azərbaycan  dilli  televiziya  kanalı  14  fevral  1956-cı  ildəAzərbaycan  SSR-in  Bakı  şəhərində  Azərbaycan 

Televiziyasının yaradılması ilə yaranmışdır. 1963-cü ildə Naxçıvan şəhərində Naxçıvan Televiziyasının yaradılması ilə dünyada 

ilk  Azərbaycan  dilli  regional  televiziya  kanalı  yaranmışdır.  9  mart  1991-ci  ildə  Azerbaijan  News  Service  Televiziyasının  (ANS 

TV) yaradılması ilə dünyada ilk Azərbaycan dilli özəl televiziya kanalı, SSRİ-də isə ilk özəl televiziya kanalı yaranmışdır. 1992-ci 

ildə  İranda  İran  İslam  Respublikası  Teleradio  Təşkilatının  Sərhədaşırı  Bölməsinin  nəzdində  fəaliyyət  göstərən  Sahar 

Televiziyasının  azərbaycanca  xidmətinin  fəaliyyətə  başlaması  ilə  dünyada  ilk  Azərbaycandan  xaricdə  fəaliyyət  göstərən 

Azərbaycan dilli televiziya kanalı yaranmışdır. 

*  Azərbaycanın  Milli  Qəhrəmanı  fəxri  adına  cəmi  211  nəfər  layiq  görülmüşdür.  Azərbaycanın  Milli  Qəhrəmanı  fəxri  adına  son 

layiq  görülənlər  Elton  Xaləddin  oğlu  İsgəndərov  (ölümündən  sonra)  —  25.06.2009,  İbrahimov  Mübariz  Ağakərim  oğlu 

(ölümündən sonra) — 2010 olmuşlar. 

* Şahdəniz qaz yatağı Prudo Bey neft yatağından sonra BP-nin hələ də ən böyük kəşfi hesab olunur. 

 

Azərbaycan dünyada ilk və ən 

* Dünyada dünyada ilk özəl miniatür kitab muzeyi 2 aprel 2002-ci ildə Bakı şəhərində fəaliyyətə başlamışdır. 

* İlk opera (Üzeyir Hacıbəyov) və qadın tərəfindən yazılmış ilk opera (Şəfiqə Axundova) Azərbaycanda bəstələnmişdir. 

Müsəlman dünyasında ilk opera, ilk balet, ilk konservatoriya, ilk sirk binası Bakıda tikilmişdir. Müsəlman şərqində ilk musiqili 

opera məhz Bakıda tamaşaya qoyulmuşdu. Bu opera isə “Leyli və Məcnun” operası idi. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" 

operası ilk dəfə 1908-ci ildə səhnəyə qoyulub. Bunun ardınca isə 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin müəllifi olduğu "Qız 

Qalası" baleti müsəlman şərqində ilk dəfə oynanılıb. Eləcə də 1912-ci ilin aprelində Şövkət Məmmədova ilk müsəlman qadın 

opera müğənnisi kimi tarixə düşüb. 

* Azərbaycanlı Şirəli Müslümov 168 yaşı ilə keçmiş SSRİ-də rəsmən ən uzunömürlü insan hesab olunmuşdur. 

*  Dünyadakı  ən  böyük  palçıq  vulkanı  Torağay  (Azərbaycan)  vulkanıdır.  Dünyanın  24  təbii  möcüzəsi  arasında  Azərbaycanın 

palçıq vulkanları da var. 

* Dünyada ilk müasir neft quyusu Bakıda, Bibi-Heybətdə qazılıb. 

* Dünyada ilk dəfə 1848-ci ildə Bakıda sənaye üsulu ilə neft hasil edilmişdir. Dünyada ilk neftayırma zavodu (1859) və ilk neft 

tankeri (1877) də Azərbaycanda istifadəyə verilmişdir. 1900-cü ildə ölkəmiz neft hasilatına görə dünyada birinci olmuşdur. 1948-

ci ildə isə dünyada ilk dəfə dənizdə neftin çıxarılması da məhz Azərbaycanda baş vermiş, "Neft daşları" salınmışdır. 

 

 



 

 

Şəxsiyyətlər 

 

Bəxtiyar  Siracov  Avstriyada  Beynəlxalq  Atom  Agentliyində  (MAGATE)  (1995-ci  ildən)  çalışan  və  qrup  halında  Nobel 

mükafatına layiq görülmüş yeganə azərbaycanlıdır. Alim hazırda agentlikdə kompüter proqramları təminatı şöbəsinin rəhbəridir. 

İqtisadiyyat, fizika və kimya üzrə Nobel mükafatı bəzən fərdi şəxslərə deyil, bütövlükdə bir komandaya verilir. 2005-ci ildə Nobel 

sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə MAGATE agentliyinə verilir. 

 

 

 



 


Yüklə 231,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə