Maraqlanan şirkətlər Qiymətlər təklifi ilə yanaşı aşağıda adı çəkilən hər bir göstərici haqqında nümunə təqdim etməlidir.
Qiymətlər təklifinə daxil olmalıdır:
-
Şirkətin təqdim edəcəyi malların siyahısı;
-
Hər bir göstərici üçün vahid qiyməti ( bu qiymətə çap ödənişi və aşağıda əlavə olunmuş siyahıya əsasən ya logo, ya da qrafika qiyməti daxil olmalıdır)
-
Hər bir göstəricinin çap işləri da daxil olmaqla cəmi qiyməti (məsələn: çap işləri daxil olmaqla 750 fincanın qiyməti).
Qiymətlər təklifinin və nümunələrin təqdim olunması qaydası:
Maraqlanan bütün şirkətlər (kuryer ilə deyil) Həsən Abdullayev 10, ev 12 ünvanında yerləşən ACQUİRE ofisinə Şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən qiymətlər təklifini və nümunələri təqdim etməlidir.
Qiymətlər təklifində şirkətin adının, təklifi təqdim edən səlahiyyətli şəxsin vəzifəsinin və adının qeyd olunması, eyni zamanda təklifə görə məsul şəxsin əlaqə nömrəsinin qeyd edilməsi tələb olunur.
Qiymətlər sorğusu və nümunələr 23 Aprel, 2008-ci il saat 17.00-dan gec olmayaraq təqdim edilməlidir.
-
Qiymətlər təklifi üzərində şirkətin adı, ünvanı, məsul şəxsin adı və əlaqə telefonu aydın qeyd olunmaqla möhürlənmiş zərfdə təqdim olunmalıdır.
-
Nümunələr siyahı ilə birlikdə üzərində şirkətin adı, ünvanı, məsul şəxsin adı və əlaqə telefonu olan zərfdə təqdim olunmalıdır.
Bütün şirkətlər 1 May, 2008-ci il tarixinə qədər tendorun nəticəsi haqqında yazılı şəkildə məlumatlandırılacaq və nümunələr geri göndəriləcək.
Qiymətlər sorğusunun təqdim olunması haqqında əlavə suallarınız olarsa, İnzibati və Maliyyə işləri üzrə Menecer Mehriban Həsənova ilə əlaqə saxlaya bilərsiz. Tel nömrəsi: 492-95-16
Siyahı əlavə olunub:
1. Qələm (dizayn tələb olunur)
Qələmin rəngi: tamamilə ağ; ağ + qırmızı və ya qaşıl
Dizayn rəngi: 2 rəng
Sayı: 10 000
2. Fincan (duzayn tələb olunur)
Fincanın rəngi: ağ, qırmızı
Dizayn rəngi: 2 rəng
Forması: müxtəlif
Sayı: 750
3. Bloknot (dizayn təqdim olunacaq)
Format: 210 x 150 sm
Üz qabığı: 300 qr, 4/0, birtərəfli matt laminasiya, qismən lak
Son sahifə: 300 qr. 0/1
İç səhifə: 90 qr, ofset, 1/1 panton
Səhifə sayı: 50
Sayı: 1000
Cildləmə: metal spiral (uzunluğu 15 sm)
:
4. Plastik çantalar (Aptek üçün))
Format: A4
Rəng: 4/4, foto print
Qalınlığı: 50 mikron
Sayı: 250 000
5. Plastik çantalar (Böyük)
Format: A3
Rəng: 2/2
Qalınlığı: 70 mikron
Sayı: 3000
6. Qovluq
Format: bağlı – A4, açıq - A3, içərisində hər iki tərəfdən cib
Rəng: 4/0
Sayı: 1200
Dostları ilə paylaş: |