Mais fəNNİ(Movzu 1) avtomatlaşdilmiş İdarəetmə SİstemləRİ



Yüklə 19,17 Kb.
səhifə6/6
tarix08.01.2022
ölçüsü19,17 Kb.
#82721
1   2   3   4   5   6
UNEC 1641327437

qərar qəbul etmə adlanır.

Müəyyən mənada” terminini konkret olaraq seçilir. Məsələn, abutiriyent ali məktəbə daxil olarkən müəyyən məna-da ən yaxşı alı məktəbə daxil olmaq barədə qərar qəbul edir:ən yaxşı tədrisin keyfiyyətinin yaxşı olması və yaxud ən yaxşı təh-sil müəssisəsinə daxil olmağın çətinliyi və s.ola bilər.

Əslində iqtisadçının,biznesmenin və müəssisə rəhbərinin əsas işi həmişə ən münasib qərarın qəbul edilməsindən ibarətdir, qərqrın qəbulu bir çox risklərlə bağlıdır. Bu düzgün olmayan qərarın qəbulu riski ola bilər. Ona görə informasiya sistemlərinin əsas funksiyalarından biri qərar qəbuletmə prosesində operativ olaraq yəqin informasiyanın çatdırılmasından ibarətdir.

İstehsalın idarə edilməsi prosesində dövr edən informasiyanın öyrənilməsi üç aspektdə proqmatik, semantik və sintaksis tədqiq edilir.

İnformasiyaya proqmatik aspektdə baxdıqda idarəetmə prosesində qərarların qəbulu üçün informasiyanın praktiki cəhətdən nə qədər faydalı və qiymətli olması müəyyən edilir. İstehsalın avtomatlaşdırılmış idarə edilməsi sistemlərinin yaradılması zamanı informasiynın proqmatik aspektdə öyrənilməsi isthlakçılar üçün informasiyanın zərurilik və kafilik dərəcəsini, faydalı informasiyanın həcmini, faydasız sənəıdlər külliyatının miqdarını və s... müəyyənləşdirməyə imkan verir.

İnformasiyaya semantik baxış iqtisadi göstəricilərin, qarşılıqlı kodlaşdırma sistemlərinin yaradılmasına və idarəetmədə baş verən hadisələrin, faktların, proseslərin və s.. tam öyrənilməsinə imkan verir.

İnformasiyaya sintaksis baxış onun məzmunu, mənası və istifadəedilmə xüsusiyyətlərindən asılı olmayaraq sistemdə işarələr arasında olan münasibətlər kəmiyyətcə müəyyənləşdirilir. İnformasiyanın kəmiyyətcə qiymətləndirilməsi onun maşında işlənməsi texnologiyasının səmərəli seçilməsi və layihələndirilməsinə, maşın daşıyıcılarının onların maketlərinin səmərəli qurulmasına imkan verir.

İstehsal sahələrində istehsal proseslərinin gedişi, təsərrüfat fəaliyyətinin vəziyyəti və s... proseslər iqtisadi informasiya ilə əks etdirilir. Iqtisadi informasiya istehsal-təsərrüfat fəaliyyəti və bu fəaliyyətin idarəolunması prosesində yaranan informasiyadir. İqtisadi informasiya rəqəm, rəqəm-hərf və mətnlə təsvir olunur:

O diskretdir(kəsiləndir).

4.

İnformasiyanın alınması və ötürülməsi prosesi rabitə adlanır. İki növ rabitə var: düz və əks.



Düz rabitə sistemin elementləri arasında elə əlaqə başa düşülür ki, bir elementin çıxış kəmiyyəti o biri elementin giriş kəmiyyəti hesab olunur.

Sistemi idarə etmək üçün idarəetmə obyektinin idarəedici orqanın sianallarına necə reaksiya verdiyini bilmək zəruridir. Bu təsir bilinməzsə idarəetmə mümkün olmayacaq. Odur ki, idarə obyektinin çıxışından idarəedici orqanın girişinə müəyyən siqnallar verilməlidir. Belə rabitəyə əks rabitə deyilir.



Əks rabitə obyektə edilən idarəedici təsirlərin nəticələrini öyrənməklə obyektin iş prosesini tənzimləmək və idarəedici təsirləri müəyyənləşdirmək üçün istifadə edilir.
Yüklə 19,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə