SAMİRƏ RÜSTƏMOVA
Magistrant
BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ KİTABXANAÇILIQ
FƏALİYYƏTİNDƏ İQTİSADİ AMİLLƏRİN
FORMALAŞMASI
İctimai-siyasi hadisələrin sürətlə inkişaf etdiyi hazırki şəraitdə cəmiyyətin bütün
sahələrində iqtisadi amillərin təsiri güclənir. Buna da əsas səbəb müstəqil Azərbaycan
Respublikasının bazar iqtisadiyyatına keçməsidir. Bazar iqtisadiyyatı isə cəmiyyətdə iqtisadi
proseslərin idarə edilməsinin azad və demokratik üsulu olub bütün istehsal və qeyri-istehsal
sahələrini əhatə edir.
Bazar iqtisadiyyatı şəraitində cəmiyyətin bütün üzvləri iqtisadiyyatın bərabərhüquqlu
subyektlərinə çevrilirlər. Bu baxımdan kitabxanalar da cəmiyyətdə baş verən iqtisadi
proseslərdən kənarda qalmayıb həmin proseslərlə bilavasitə əlaqəli şəkildə inkişaf edir.
Məlum olduğu kimi kitabxanaçılıq fəaliyyəti heç vaxt cəmiyyətdə baş verən mühüm iqtisadi
proseslərdən kənarda qalmamış, cəmiyyətin iqtisadi siyasətində baş verən kəmiyyət və
keyfiyyət dəyişiklikləri kitabxana işinin təşkilində, onun məzmununa, hər bir kitabxana
prosesinə ayrılıqda əhəmiyyətli təsir göstərmişdir.
Dünya təcrübəsi göstərir ki, xarici ölkə kitabxanalarına ayrılan maliyyə vəsaitləri həmişə
yüksək olmaqla, kitabxanaların sosial funksiyalarına uyğunlaşdırılır. Bu da cəmiyyətdə
kitabxana işinin səmərəliliyini, o cümlədən, iqtisadi səmərəliliyini optimal dərəcəyə
çatdırılmasına stimul yaradır.
Müasir dövrdə cəmiyyətdə bazar iqtisadiyyatı münasibətlərinin formalaşması
kitabxanaçılıq fəaliyyətində və xüsusən onun idarə edilməsində iqtisadi amillərin
güclənməsinə səbəb olmuşdur.
Elmi-texniki tərəqqinin sürətlənməsi, kitabxanaların təsərrüfatçılıq və kommersiya
fəaliyyətinin güclənməsi, kitabxanaçılıq fəaliyyətinin komponentləri sırasında iqtisadi
fəaliyyətin formalaşması, kitabxana işinin idarə olunmasında sosial-iqtisadi amillərin
güclənməsi, kitabxana işində işgüzarlıq ünsürlərinin meydana gəlməsi, kitabxana işinin
cəmiyyətdə yalnız mədəni, mənəvi fəaliyyət sahəsi kimi deyil, eyni zamanda iqtisadi fəaliyyət
sahəsi kimi öyrənilib qiymətləndirilməsi meyllərini gücləndirmişdir.
Hal-hazırda kitabxanaların öhdəsində olan əsas və dövriyyə fondları, əmək və maddi
ehtiyatlar, maliyyə vəsaiti, texniki vəsaitlər, bina avadanlığı, onların biznes fəaliyyəti, xüsusən
marketinq fəaliyyəti, eləcə də beynəlxalq təşkilatlarla kitab mübadiləsi sahəsində
kommersiya əməliyyatları kitabxana işində iqtisadi amillərin çox güclü olduğunu sübut edən
faktlardır.
Məlum olduğu kimi hal-hazırda inkişaf etmiş ölkələrin iqtisadi strukturunda, başqa sözlə
desək biznes strukturunda informasiya infrastrukturu formalaşmış və iqtisadiyyatın ən yönümlü
komponentinə çevrilmiş və informasiya infrastrukturunun öz seqmentləri inkişaf etmişdir ki,
bunların içərisində sənəd informasiyası sistemi olduqca əhəmiyyətli yer tutur ki, bu da müasir
dövrdə kitabxanaçılıq fəaliyyətinin məhəng daşını təşkil edir. Həmçinin qeyd edilməlidir ki,
cəmiyyətdə baş verən kitabxana proseslərində mədəni, mənəvi, təhsil, tərbiyə ünsürləri ilə yanaşı
iqtisadi ünsürlər də təzahür edir və bu ünsürlər kitabxanaların sosial ünsürlərinin həyata
keçirilməsinə çox mühüm təsir göstərir.
Hazırda kitabxanalar öz fəaliyyətində istehsal və qeyri-istehsal fondları, əmək ehtiyatları,
maddi və maliyyə ehtiyatları kimi təsərrüfat ünsürlərindən istifadə edərək cəmiyyətin iqtisadi
həyatına cəlb edilir və onun inkişafına təsir göstərirlər.
Qeyd etmək lazımdır ki, kitabxana işində iqtisadi amillər iki istiqamətdə təzahür edir:
1. Mühüm kitabxana proseslərinin iqtisadi amillləri. Bu istiqaməti şərti olaraq kitabxana
daxili iqtisadi amillər adlandırmaq olar. Buraya ayrı-ayrı kitabxana prosesləri və əməliyyatlarının
iqtisadi baxımdan qiymətləndirilməsi, kitabxanaların maddi, informasiya, əmək ehtiyatlarının
səmərəli istifadəsinin iqtisadi təhlili, kitabxanalarda əmək məhsuldarlığının yüksəldilməsi, onların
iqtisadi fəaliyyəti, başqa sözlə desək marketinq fəaliyyəti və s. kitabxana daxili iqtisadi təhlil və
qiymətləndirmə metodlarının tətbiqi daxildir.
2. Kitabxana işinin cəmiyyətdə iqtisadi səmərəliliyi. Başqa sözlə desək cəmiyyətin iqtisadi
potensialının inkişafında, elmi-texniki tərəqqidə kitabxanaların rolu vardır.
İkinci istiqamətlə əlaqədar qeyd etmək lazımdır ki, bu amilin yəni kitabxanaların cəmiyyətin
iqtisadi potensialına təsirini konkret müəyyən edib hər hansı bir rəqəm, formula və ya hesablama
aparmaq mümkün deyil. Lakin o da məlum faktdır ki, cəmiyyətdə əhaliyə kitabxana xidmətinin
çox mühüm bir tərkib hissəsini sənaye və aqrar istehsalat kompleksinə kitabxana xidməti təşkil
edir ki, bu da öz sonlu nəticəsini istehsalatının nəticələrində görür. Bundan əlavə etmə, kadr
hazırlığına kitabxana xidmətinin də nəticələri cəmiyyətin iqtisadi potensialına öz təsirini göstərir.
Məlumdur ki, kitabxanalar oxucuların mənəviyyatına, onların intellektual səviyyəsinə təsir
göstərməklə onların fəaliyyətinə yaradıcılıq ünsürlərinin inkişafına, amillərin, mütəxəssislərin və s.
informasiya tələbatçılarının zehni və fiziki əmək potensialının zənginləşməsinə, bu potensialdan
ictimai həyatda və istehsalatda daha səmərəli istifadə edilməsinə çox mühüm təsir göstərir. Bunlar
inkar edilməz faktlardır. Lakin buna baxmayaraq kitabxana işinin cəmiyyətdə iqtisadi
səmərəliliyini
konkret
əks
etdirən
meyarlar
və
ümümiləşdirilmiş
indeks
hələ
formalaşdırılmamışdır. Odur ki, kitabxana işinin iqtisadiyyatı dedikdə müasir dövrdə kitabxana
daxili iqtisadiyyat, kitabxananın fəaliyyətində meydana çıxan iqtisadi amillər, konkret bir
kitabxana və ya kitabxana sisteminin fəaliyyətinin iqtisadi səmərəliliyi, ayrı-ayrı kitabxana
texnoloji prosesləri və əməliyyatlarının iqtisadi baxımdan hesablanması və
qiymətləndirilməsi, kitabxanalarda əmək məhsuldarlığının təhlili, kitabxanaların
maliyyələşdirilməsi, onların marketinq fəaliyyəti, kitabxanaçı əməyinin stimullaşdırılması və s.
nəzərdə tutulmalıdır. Nəticə olaraq qeyd edilməlidir ki, cəmiyyətin iqtisadi quruluşunun
obyektiv qanunauyğunluqlarını öyrənən iqtisadiyyat elminin konkret iqtisadiyyat
problemlərinə həsr edilmiş tədqiqatları və tövsiyələri son zamanlar kitabxanaşünaslıqda da
tətbiq edilməkdədir. Bu hər şeydən əvvəl, kitabxana işinin keyfiyyətcə yeni mərhələyə daxil
olması, bu işin daha da mürəkkəbləşməsi, həmçinin kitabxana işinin keyfiyyət göstəriciləri
təhlil edilərkən iqtisadi göstəricilərin keyfiyyət göstəricilərinin əsas amili kimi
qiymətləndirilməsi ilə əlaqədardır.
Ədəbiyyat
1. Xələfov A.A. Kitabxanaşünaslığa giriş: Dərslik-B.:BDU-nəşriyyatı,2001.-450s.
2. Abbasov H. Bazar münasibətlərində iqtisadi təhlil.-B,1993.-245s.
3. Kazımov R. Kitabxana işinin iqtisadiyyatı.-B.,2004.-87s.
4. Kazımov R. Kitabxana işinin iqtisadiyyatı səmərəliliyi// Kitabxanaşünaslıq və
biblioqrafiya.-Elmi-nəzəri, metodiki,təcrübijurnal–B.,1999,- № s.49-57
Самира Рустамова
Формирование экономических факторов библиотечной
деятельности в условиях рыночной экономики
Р Е З Ю М Е
В научной статье освящены роль и задачи библиотек в условиях рыночной экономики.
Рассмотрены так же вопросы формирования и развития экономических факторов в
библиотеках.
Samira Rustamova
Formation of Business Factors of Library Activity in the
conditions of Market Economy.
SUMMARY
İn the scintefic article the role and problem of libraries in the conditions of market economy
are consecrated. Are considered also questions of formation and development of business factors
in libraries.