Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə4/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   2   3   4   5   6   7   8   9   ...   131

14
BİRİNCİ  KİTAB
dili  fars  və  tacik  dilləri  qrupuna  daxil  etməyə  çalışmış  və  tat  dilini 
müasir fars dilinin, bir növ,  ləhcəsi hesab etmişdir.1
Əlbəttə, doğru olmayan müqayisəsində müəllif bir sıra səhvlə­
rə  yol  verir.2 Əvvəla,  bir ailəyə  daxil  olan  dillərdəki  bu  və ya başqa 
məşhur  və  məlum  faktları,  (məsələn:  məsdərləri,  şəxs  əvəzliklərini, 
felləri  və  s.) götürüb  həmin  ailəyə  daxil  olan başqa  bir dilin  faktları 
ilə  müqayisə edərkən,  bunlan  o dildə  tapdıqda  bu  dilləri  eyniləşdir­
mək, onları bir-birinin dialekti  hesab etmək, bizcə, doğru deyildir.
O, 
bu  səhvini  sonralar tatların  dilinə  həsr etdiyi  monoqrafiya­
sında  da  təkrar  etmişdir.3  Axı,  A.L.Qrünberqin  elə  bu  müddəasını 
tat dilini  Xəzərətrafı  dialektlərə  aid edənlər də əsas götürmüşlər.  Bu 
və  ya  başqa  dilin  öz  qrupu  içərisindəki  müstəqil  və  ya  asılı  rolunu 
bu  dilin  özünəməxsus,  öz qrupunun başqa dillərində  olmayan  fone- 
tik,  leksik  və  qrammatik nümunələr tapmaqla onun  xüsusi  vəziyyə­
tini  tədqiq  və  qohum  dillər içərisindəki  yerini  müəyyən  etməx  olar. 
Məhz  tat  dilində  də  fars,  tacik,  talış,  gilək  və  s.  dillərdə  olmayan, 
yaxud nadir təsadüf edilən  leksik4 və qrammatik faktlar çoxdur.  Xü­
susilə,  Azərbaycan  dilinin  tat dilinə güclü  təsiri  onu  İran dillərindən 
ayırır, ona, bir növ, xüsusi mövqe verir.
İ.M.Oranski  İran dillərinin bu və ya digərini o  birinin dialekti, 
ləhcəsi  hesab edilməsi  məsələsindən  danışarkən doğru  olaraq göstə­
rir ki,  “bir-biri  ilə qohum  olan  və tarixi  inkişaf nəticəsində müstəqil 
dillərə  çevrilmiş  bütün  müasir və  qədim,  yazılı  və  yazısız,  bu  dildə 
danışan əhalinin sayından asılı olmayaraq,  böyük və kiçik İran dillə­
ri əslində ümumikök  İran dilinin dialektlərindən başqa bir şey deyil­
dir.5 O,  bütün  İran  dillərinin  kök  İran  dilinin  dialektləri  olduğunu,
1 Hələ vaxtı ilə prof. L.Jirkov da bu nəticəyə gəlmişdi.  İran dillərindən danışarkən 
o tat dilinin adını belə çəkmir. Görünür, o, tat dilini sadəcə fars dili hesab 
edir/bax:  P.Жирков. Персидский язык, M.,  1927, səh. I I .
2 Bu  müqayisə  üsuluna  əsaslanan  bəzi  alimlər  nəinki  təkcə  kiçik  dilləri,  hətta 
tacik  və  əfqan  dillərini  belə  fars  dilinin  ləhcələri  (hətta  fars  dili)  hesab  etmişlər. 
Bax:  Ehsan Yarşater. Zəbanha və ləhcəhaye  Irani, Tehran,  1336, səh. 31.
3 А.Л.Грюнберг. Язык Североазербайджанских татов. Л.,  1963.
4 Əsərin leksika hissəsinə bax.
5 İ.M.Oranski. Göstərilən əsəri, səh.35
AZƏRBAYCAN  TATLARININ  DİLİ
15
bu  dialektlərin  müəyyən  inkişaf mərhələsində  bir-birindən  uzaqlaş­
ması  nəticəsində müstəqil  dillərə çevrilməsi  məsələsindən bəhs edir. 
İ.M.Oranski  bu  məsələni  daha  aydın  şəkildə  izah  edərək  yazır:  “Bu 
mənada  bütün  İran  dilləri  haqqında  ümumi  -   kök  İran  dilinin  dia­
lektləri  kimi  bəhs  etmək olar.  “Dil”  və “dialekf ’ məfhumları  arasın­
da dialektik bir əlaqə vardır,  tayfa və ya xalq dilinin dağılması  və ya 
parçalanması  dialektlərin  yaranmasına  gətirib  çıxarmışdır.  Əlbəttə, 
müəyyən tarixi  şərait nəticəsində bu dialektlərin  hər biri də müstəqil 
bir dilin inkişafı üçün əsas ola bilər.1
İ.M.Oranskinin  bu  düzgün  elmi  təhlili  tat  dilini  fars  və  ya  ta­
cik  dilinin  ləhcəsi  hesab  edənlərin  fikrini  rədd  etmək  üçün  kifayət 
qədər  əsas  verir.  Maraqlıdır  ki,  bəzi  alimlər  (məsələn:  İran  alimi 
prof.  Ehsan  Yarşater)  Azərbaycan ərazisində işlənən və bir-birindən 
fərqlənən  müxtəlif tat  dili  ləhcə  və  şivələrini  qəbul  etmir,  Azərbay­
can  dilinin  güclü  təsirinə  məruz  qaldıqları  üçün  bunların  hamısını 
düzgün  olmayaraq “Bakı tat dili” adı altında birləşdirirlər.2
Avropa  dillərində  də  tat dilinə  dair  bir  sıra  əsər  və  məqalələr 
yazılmışdır. V.Heyger özünün İran dillərinə dair əsərinə tat dili haq­
qında bir  sıra əhəmiyyətli  qeydlər daxil  etmiş,  tat dilinin  fonetikası 
və  qrammatikasından  (qısa,  həm  də  nöqsanlı  da  olsa)  danışmışdır. 
V.Heyger tat dili haqqındakı  əsəri  üçün İ.Beryozin  və B.Domun on­
suz  da nöqsanlı  olan  mətnlərini  əsas  götürmüşdür.  O,  B.Domun  al­
man  dilində  verdiyi  “Uşaq  üstündə  dalaşan  iki  qadın”  lətifəsini  də 
eyni ilə öz əsərinə daxil etmişdir.
V.F.Minorski  də  tatlar  və  tat dili  məsələsi  ilə  maraqlanmış  və 
bu barədə bir sıra qiymətli qeydlər etmişdir.
Tat  dilinin  tədqiqində  dili  tat  dili  olanların  özlərindən  də  tə­
şəbbüs  göstərənlər olmuşdur.  Əslən  yəhudi-dağ cuhudlarından  olan 
N.Anisimovun  “Tat  dilinin  qrammatikası”  əsəri  diqqətəlayiqdir.4 
Müəllif burada tat dilinin yəhudi ləhcəsinin qısa oçerkini vermişdir.
1 Yenə orada.
2 Ehsan Yarşater. Göstərilən  əsəri, səh. 28
3 V.F.Minorski. Tat. “İslam ensiklopediyası”, Leyden-Leyp.,  1934.
4 H.Anisimov. Qrammatik zühun tati (на татском языке). M.,  1932.


16
BİRİNCİ  KİTAB
Əvvəldə  qeyd  etdiyimiz  kimi,  Azərbaycan  alimləri  də  tatlar 
məsələsi  ilə,  az  da  olsa,  maraqlanmışlar.  Bu  sahədə  Azərbaycanda 
Sovet hakimiyyəti  qurulduqdan  sonra  azlıqda qalan  kiçik etnik qrup­
ların  dil,  tarix  və  etnoqrafiyasını  öyrənməklə  məşğul  olmuş  Azər­
baycanın Tədqiq və Tətəbbö cəmiyyətinin böyük rolu olmuşdur.
Görkəmli  tarixçi,  dilçi,  etnoqraf  və  b.  mütəxəssisləri  özündə 
birləşdirən  bu  cəmiyyətin  tərkibində  Tat  komissiyası  da  var  idi  (bu 
komissiyanın  elmi  katibi  Azərbaycanın  məşhur maarifpərvər  müəl­
limi Sultanməcid Qənizadə, sədri isə Hacı Ələkbərov idi)1.
Bu  komissiya Azərbaycanın tatlar yaşayan rayonlarına (Abşe­
ron,  Xızı,  Dəvəçi,  Lahıc  və  s.)  tarixi-etnoqrafık ekspedisiyalar  gön­
dərirdi.2
Bu  komissiya  Abşeron  tatlarının  məişətinə  dair  fotosərgi 
təşkil  etmiş3,  «Таты  и  их  быт»  adlı  əsərin  yazılmasını  öz  elmi 
planına  salmışdı.  4  Cəmiyyətin  nəzdində  olan  dilçilik-lüğət 
yanmkomissiyası  (sədri  prof.  H.İ.Aşmarin,  sədr  müavinləri  prof. 
V.B.Tomaşevski  və  Ə.Haqverdiyev)  tat dili  lüğətini  hazırlamağı  da 
nəzərdə tutmuşdu.5
Cəmiyyətin tat komissiyasında ciddi fəaliyyət göstərən bir sıra 
alimlər,  xüsusilə  professorlardan  V.A.Ryumin  və  P.K.Juze  tatlara 
dair məruzələrlə  çıxış  edir,  bu  sahədə  tədqiqat  aparırdılar.6 Tatların 
öyrənilməsi  sahəsində əhəmiyyətli  tədqiqat işlərinin  icrasını  özünün 
əsas  elmi  planına  daxil  edən  tat  komissiyası,  bəzi  məlum  səbəblər 
üzündən  (maliyyə  çatışmazlığı,  iş  yerinin  olmaması)  işini  dayandır­
sa da,7 Azərbaycanda yaşayan bu  azsaylı  xalqın tədqiqi  yolunda  az- 
çox əhəmiyyətli iş görə bildi.
1 “Azərbaycanın Tədqiq və Tətəbbö cəmiyyətinin xəbərləri”, №1, Bakı,  1926.
2 Azərbaycan Respublikası Dövlət arxivi. Fond 389. siyahı  1, iş №50, vərəq  12. 
(Arxivdən istifadə  1976-cı ilə aiddir).
3 Azərbaycan Respublikası Dövlət arxivi. Fond 389. siyahı  1, iş №-50, vərəq  12.
4 Yenə orada,  iş № -l, vərəq 23.
5 Yenə orada, səh.  13.
6 Yenə orada, vərəq 27-28.
7 Yenə orada,  iş №-50, vərəq 6.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
17
Çox  təəssüf ki,  bu  cəmiyyətin  tərkibindəki  tat  komissiyasının 
fəaliyyətindən  sonra  (1927-ci  ildən  sonra)  tatlar  məsələsi  Azərbay­
can  alimlərindən  heç  kəsin  diqqətini  bilavasitə  cəlb  etmədi.  Bundan 
sonra tatlar haqqında bu və ya başqa əsərdə  bir-iki  ötəri  cümlə qeyd 
etməklə  kifayətlənmişlər.  Uzun  fasilədən  sonra  бО-70-ci  illərdə  bu 
əsərin müəllifi  tat dilinə dair məqalələr, bu dilin Qonaqkənd  ləhcəsi­
nə  dair  monoqrafiya  çap  etdirmiş,1 başqa  Azərbaycan  tədqiqatçısı 
T.Əhmədov  isə  bu  dilin  Quba  ləhcəsinə  dair  namizədlik  dissertasi­
yası  müdafiə etmişdir.2 T.Əhmədovun tat dili  ilə  Azərbaycan dilinin 
müştərək sözdüzəldici şəkilçilərinə həsr olunmuş məqaləsi  də maraq 
doğurur.3 Bu dilə həsr olunmuş başqa məqalələr də var.
Azərbaycan  ərazisində  nisbətən  sıx  etnik  qrup  halında  yaşayan 
tatların dili və ləhcələrinin ciddi və mükəmməl tədqiqə ehtiyacı vardır.
Azərbaycanın tatlar yaşayan Abşeron,  Quba,  Şamaxı,  İsmayıl­
lı,  Xızı,  Dəvəçi,  Siyəzən  rayonları  kəndlərində  müxtəlif  dövrlərdə 
tat dilinin müxtəlif ləhcələrinin öyrənilməsi  ilə əlaqədar apardığımız 
tədqiqat göstərmişdir ki,  tatlann  dil  və  ləhcələrinin  tədqiqinin  Azər­
baycan  dilçiliyi,  ümumiyyətlə  Azərbaycanşünaslıq  üçün böyük  əhə­
miyyəti  vardır.  Tat dilinin  tədqiqi  Azərbaycan  dilçiliyinə çox  fayda 
verə  bilər.  Çünki  Azərbaycan  xalqının  və  ərazisinin  tarixi  kimi, 
onun dili də bir çox xalq və tayfaların tarixi və dili ilə bu və ya digər 
şəkildə  əlaqədardır.  Müxtəlif dövrlərdə  olmuş  və  az-çox  davam  et­
miş  belə  əlaqələr  həm  də  Azərbaycan  xalqının  mədəniyyətində,  di­
lində  müəyyən  izlər  salmışdır.  Belə  izləri  dəqiq  öyrənmədən  dürüst 
tarixi-elmi  nəticələrə  də  gəlmək çətindir,  buna  görə  də  Azərbaycan-
1  Biz  bu  məsələyə  bir  neçə  məqalə  və  monoqrafiya  həsr  etmişik.  Bax: 
M.İ.Hacıyev.  “İran  dilləri və ləhcələri”.  Azərbaycan SSR EA Xəbərləri  (ict.  elm. 
ser)  1962,  №3;  Azərbaycan  SSR  EA  Xəbərləri,  (ict.elm.  ser)  1962,  N4;  S. 
Ə.Kəsrəvinin  Azəri  dili  materiallarının  təhlilinə  dair  (tat  dili  əsasında), 
Azərbaycan  SSR EA Xəbərləri,  (ict.elm.ser),  1965,  N6.,  M.İ.Hacıyev.  Tat dilinin 
Qonaqkənd ləhcəsi. Bakı: Elm,  1971  və s.
2  T.Əhmədov.  Tat  dilinin  Quba  ləhcəsi,  namizəd,  disser.  Bakı,  1970,  ADU 
kitabxanası.
3 Bu haqda bax:  İ. Abdullayev.  İran dilləri vəonlann tədqiqinə dair. “Oktyabr inqi­
labı və Azərbaycan dilçili^ inəsələləri^fih!k}yələf fhb0tntfö^ı). Bakı,  1964, c 57.
İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
1-----------  
1--------------------1_________


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə