Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə3/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   2   3   4   5   6   7   8   9   ...   131

10
BİRİNCİ  KİTAB
Analitik dil  olan tat dilinin fonetik, qrammatik və leksik cəhə­
tdən bir-birindən fərqlənən ləhcələri  var. Yazıda bu dil üçün  1938-ci 
ildən  latın  əlifbasından  istifadə olunmuş,  sonra bütün Azərbaycanda 
olduğu kimi, rus qrafikasına keçilmişdir.1 Hal-hazırda tatlar da latm 
və kiril əlifbasından paralel istifadə edirlər.
Bir sıra dünya oriyentalist  və  dilçiləri  İran  dilləri  qrupuna  da­
xil  olan  nəinki  təkcə  böyük  dilləri  tədqiq  etmiş,  hətta  500  nəfərdən 
artıq  sakini olmayan kiçik bir kəndin dilini -  İşkaşim dilini belə öy­
rənmiş,  bu  dilin  varlığı,  tarixi  inkişafı  haqqında elm aləminə  böyük 
əsər təqdim etmişlər.2 Tat dili  də ilk dəfə rus  alimləri  tərəfindən öy­
rənilmişdir. Bu dil hələ keçən əsrin ortalarından rus şərqşünaslarının 
diqqətini  bir  elmi  obyekt  kimi  cəlb  etmiş,  İ.Beryozin,  B.Dom, 
V.F.Miller, daha sonra B.V.Miller, V.Sokolova, A.Qrünberq və baş- 
qalan  tatlar və tat dilinin bu  və ya başqa sahəsinə aid bir sıra əsərlər 
yaratmış,  yaxud  bu  və  ya  başqa  əsərdə  yeri  gəldikcə  bu  dildən  da­
nışmışlar.
Tat dili  ilə maraqlanan, öz əsərlərində bu dildən bəhs edən rus 
alimlərindən  bəziləri  bu  dilə  dair  qiymətli  tədqiqat  işi  aparmışlar. 
Rus  şərqşünaslanndan  ilk  dəfə  tat  dili  ilə  məşğul  olan  Kazan  Uni­
versitetinin  professoru,  İran  dillərinin  məşhur  tədqiqatçısı  İ.Beryo- 
zindir.  O,  özünün  müxtəlif İran  dillərinə  həsr etdiyi  əsərinin  20-yə 
qədər  səhifəsində  tat  dilindən  danışır.4 Müəllif  kitabında  tat  dilinin 
(onun  fikrincə  isə  fars  dilinin bu yeni  ləhcəsinin) bir sıra fonetik və 
qrammatik  xüsusiyyətlərini  verməyə  cəhd  etmişdir.  Tat  dilini  özü­
nün  Qafqaza  səyahəti  dövründə  bir  ay  müddətinə  Bakıda  olarkən 
(Maştağa  və  Mərdəkanda)  öyrənmiş  Beryozinin  bu  dilə  aid  verdiyi 
mülahizələri,  əlbəttə,  nöqsansız  deyildir.  O,  Abşeron  ləhcəsini  əsas 
götürsə də, nə bu ləhcənin fonetik xüsusiyyətlərini,  nə də başqa ləh­
cələrdən fonetik fərqlərini düzgün verə bilmişdir.  Onun tat sözlərini
'  M.l.Hacıyev. Tat dili. АСЕ, c.9, Bakı,  1986 
2 Г.Н.Пахалина.  Ишкашимский язык.  M.,  1959
3Tat  dili  sahəsində  aparılmış  tədqiqat  əsərləri  içərisində  bu  dilin  bir  sıra  məsələlərini  sadəcə  suallar 
şəklində  qarşıya  qoyan  əsərlər  də  vardır.  Məsələn,  B.V.Miller  özünün  əsərini  də  «Таты,  нх 
расселение и  говоры (материалы и  вопросы)» adlandırır və tat dilinə aid suallar verir və məsələləri 
açıq qoyur.
4  İ.Berezin.  Lexerxes surles dialektes Persans.  Kazan.  1853.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
11
vermək  üçün qəbul  etdiyi  fransız  dili  transkripsiyası  tat dilində olan 
bir  sıra  boğaz  səslərini,  diftonqlan,  “e”,  “y”,  “ə”,  “Г   saitlərini  və 
“h”, 
/ayn/ boğaz səslərini  göstərməyə imkan verməmişdir. Bir sı­
ra nöqsanlarına baxmayaraq,  bu əsərin böyük  əhəmiyyəti  ondadır ki, 
rus şərqşünaslığı ilk dəfə məhz bu əsərlə tat dilini  tanıdı; bu əsər tat­
lar və tat dilinin öyrənilməsinin bu və ya başqa dərəcədə əhəmiyyət­
li olduğu məsələsini  ortaya atdı.  İ.Beryozinin  bu  əsərindən sonra  tat 
dili  rus  şərqşünaslığında diqqəti  cəlb  edən  obyektlərdən  birinə  çev­
rildi.
Bundan  sonra  akad.  B.Dom  da  özünün  məşhur  “Kaspi”  əsə­
rində Mirzə Əbdürrəhim adlı bir şəxsdən götürdüyü tat dilinə aid üç 
mətni  çap etdirir.1 O,  bu mətnlərin  fonetik  fərqlərini  göstərir və  on­
ları müqayisəli  izahatla müşayiət edir.2 B.Domun istər çap olunmuş, 
istərsə də tat dilinə dair Sankt-Peterburqda Asiya xalqları  İnstitutun­
da saxlanan arxivdəki  başqa materialları  da  fonetik dəqiqlik vermir, 
mütəxəssisi əsla qane etmir.  Bunu B.F.Miller də vaxtı  ilə doğru ola­
raq başa düşmüş,  özünün  “Tat etüdləri”  əsərinin  ikinci  cildinin mü­
qəddiməsində qeyd etmişdir.3
Tat  dilinin  tədqiqi  sahəsində  akad.  V.F.Miller də  əhəmiyyətli 
iş  görə  bilmişdir.  O,  əvvəllər  yəhudi-cuhudlar  və  tat  dilinin  yəhudi 
ləhcəsi  ilə maraqlanmış, bu sahədə özünün “Yəhudi-tat dilini öyrən­
mək  üçün  materiallar”  adlı  90  səhifəlik  əsərini  nəşr  etdirmişdir.4 
V.F.Miller bu  əsərində  8  kiçik  nağıl  (o  cümlədən  Molla  Nəsrəddin 
haqqında  iki  lətifə)  verir,  əsəri  yəhudi-tat  dili  ilə  rus  dili  lüğətindən 
ibarət 2 min sözlə tamamlayır.
1 Б.Дорн. Каспи, СПБ,  1875, səh.  171-172, 217-220, 355.
2 B.Domun  Mirzə  Əbdürrəhimdən  götürdüyü  mətnlər çox  imiş.  Onların  hamısını 
nəşr  etdirməmişdir.  Bunlar  Sankt-Peterburqda  Domun  arxivində  əlyazması 
şəklində saxlanılır/ bax:  Arxiv Doma, 3, 4a-4b.
3 В.Ф.Миллер. Татские етюды, M.,  1907, səh 5-11.
4 Yenə onun:  Материалы для изучения еврейско-татского языка. СПБ,  1992.


12
BİRİNCİ KİTAB
Bundan  sonra o,  özünün “Yəhudi-tat şivəsinin fonetika və mor­
fologiyasının oçerkləri” adlı iki hissədən ibarət əsərini çap etdirir.  1
Bir neçə il  sonra V.F.Miller  tat dilinin  yəhudi  ləhcəsində  olan 
semit elementlərə dair xüsusi  məqalə yazmış2,  sonra bu ləhcəyə dair 
daha iki  mətn çap etdirmişdir.3 V.F.Miller tat dilinin yəhudi  ləhcəsi­
nə  dair material  toplama  işini  davam  etdirmiş,  lakin  nədənsə  onları 
mətbuatda  buraxdırmamışdır.  Bu  materiallar  onun  arxivində  Sankt- 
Peterburq şəhərində indi də saxlanılır.4
Tat dilinin  yəhudi  ləhcəsinə dair yuxarıdakı  əsərləri  nəşr etdi­
rən  V.F.Miller  bir  az  sonra  müsəlman  tatlarının  dili  ilə  maraqlan­
mışdır. O, müxtəlif tat ləhcələrindən yalnız Lahıc  ləhcəsi ilə məşğul 
olmuşdur, çünki V.F.Miller  Krımda istirahət edərkən  (1903-cü  ildə) 
Bakı  texniki  məktəbinin  tələbəsi  lahıclı  tat  Ağabala  Canbaxşev  də 
orada  imiş.  Miller  onunla  tanış  olmuş,  təxminən  bir  aya qədər  bəzi 
şeylər  öyrənmiş,  bu  ləhcəyə  dair qeydlər  etmişdi.  Sonralar  tat  dili­
nin  Lahıc  ləhcəsinə  dair  olan  bu  qeydlər  onun  1905-ci  ildə  “Tat 
etüdləri”  adlı  əsərinin  meydana  gəlməsi  üçün  əsas  oldu.5 Müəllif 
əsərdə  tat  dilinin  Lahıc  ləhcəsinə  dair on  bir  mətn-hekayə  və  lətifə 
verir. Əsər 2500-ə qədər tatca-rusca sözün lüğətini də özündə birləş­
dirir. Bundan  iki  il  sonra bu materiallar tat dilinin qısa təcrübi qram­
matikasının  -  “Tat etüdləri” əsərinin ikinci  hissəsinin meydana gəl­
məsinə səbəb  oldu.6 Daha sonra  Lopatinskinin qrammatik  təhlili  ilə
1 В.Ф.Миллер.  Очерк  фонетики  еврейско-татского  языка,  М.,  1900;  Очерк 
морфологии  еврейско-татского языка,  1903;  Труды Лазаревского  Института 
восточных языков, вып,  III-IV.
2 В.Ф.Миллер. О семитских в такстом наречии горских евреев. Журн: 
«Древности Восточные», т.п, вып. Ш, Мос. Археолосо. Обш,  1913.
3 Yenə onun. 2 еврейско-татские тексты. Записки археологического общ., т. 26.
4 Санкт-Петербург. Архив Востоковедов при институте народов Азии, фонд 
38, siyahı  1, iş N-37, vərəq 2-24.
5  В.Ф.Миллер.  Татские  етюды.  М.,  1905,  вып.  24.  Труды  Лазаревского 
института восточных языков.
6  Yenə  onun.  Татские  етюды.  Труды  Лазаревского  института  восточных 
языков,  вып.  26,  М.,  1907;  Журн.  «Древности  Восточные»,  Т.  Ш.  вып.  1, 
протокол Н-87,1907.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
13
bəzi  mətnlər  dərc  olunur.1 Tat  dili  məsələsi  get-gedə  daha  çox  ali­
min diqqətini özünə cəlb edir. Məşhur akad. E.Korş orta fars dilində 
ıotasizm  (“r”  hərfini  tələffüz  edə  bilməmək)  məsələsindən  bəhs 
edərkən  tat  dilinin  fonetikasına  toxunur,  orta  fars  dili  ilə  tat  dilini 
müqayisə edir.2
Bu  müqayisələr  İran  dialektlərinin  məşhur  tədqiqatçısı 
B.A.Jukovskinin  diqqətini  kürd,  talış,  mazandaran  kimi  dillərlə  bə­
rabər, tat dilinə də cəlb edir.3
Tatlar və tat dili ilə əlaqədar öz atası  Vsevolod Millerdən son­
ra  talış  dilinin  məşhur  tədqiqatçısı  kimi4 tanınmış  iranşünas  Boris 
Miller  də  müəyyən  tədqiqat  aparmışdır.  Azərbaycanın  Tədqiq  və 
Tətəbbö cəmiyyətinə dəvət olunan B.Miller B abda işlədiyi müddət­
də  tatlara  dair  kitabça buraxdım-.5 Onun  Azərbaycan  ərazisində  tat­
ların  yerləşməsi,  eyni  dildə  -   tat  dilində  danışan,  üç  dinə  mənsub 
olan  əhalinin  -   yəhudi,  grigoryan  və  müsəlman  -   dili  və  ləhcələri 
arasındakı  mühüm  fonetik  ayrılıqları,  tat  dilinin  bu  və  ya  başqa 
sahəsinin tədqiqinin əhəmiyyətini  şərh edən bu əsəri  tatlar və tat dili 
sahəsində  deyilmiş  son  mühüm  söz  oldu.  Müəllif sonralar  1945-ci 
ildə də tat dilinə dair mətnlər çap etdirmişdir.6
Bundan təxminən  15 il  sonra A.L.Qıünberqin “Tat dilinin İran 
dilləri  içərisində  yeri  haqqında”  adlı  məqaləsi  dərc  olundu.7 O,  hə­
min məqaləsində  tat dilini  talış,  Mazandaran,  kilək kimi  Xəzərətrafı 
dil  və  dialektlərlə  bir  cərgədə  götürən  alimlərin  əksinə  olaraq,  bu
1 Сборник  материалов для  описания  местностей  и  племен  Кавказа,  вып.  20, 
часть II, Тифлис,  1894, səh.25-32.
2  Э.Корш.  Следы  диалектиского  ротацизма  в  средне-персидском  языке., 
«Древности Восточные», т. III,  1907.
3 А.П.Жуковский.  Материалы  для  изучения  персидских  наречий.  М.,  1893, 
часть I, с. IV.
4 Б.В.Миллер. Талышский яхык.  М.,  1953.
5 Б.В.Миллер.  Таты,  их расселение и говоры (Материалы и вопросы). Баку, 
1929.
6 Yenə onun.  Татские тексты.  Сб.  «Иранские языки», М.,  1945.
7 А.Л.Грюнберг. О  месте татского среди иранских языков. Журн.  «Вопросы 
языкознания»,  М.,  1961, N-l, səh.  106.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə