M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə51/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   46   47   48   49   50   51   52   53   54

Ə
sgər kədərdən üzülür,  
Belə gözələ nə deyim? 
 
* * * 
 
Tarixi mənbələr göstərir ki, Ağtala, Loru və Qazax sancağında məskun 
olanlar Qızılbaş tayfaları idi. Bu türk tayfalarının əksəriyyəti Azərbaycanın şimal-
qərb hissəsində, Debet, Kür və Ağstafa çaylarının axarı boyunca yerləşirdi. “Hələ 
üçüncü və dördüncü yüzilliklərdə (bəlkə də daha əvvəl) Alban-Arran çarlarının qış 
iqamətgahı olmuş Xalxal şəhəri Kürlə Xram çayları arasındakı sahədə imiş. 1700-
1800 il bundan qabaq şəhərlərimizin Xalxal (yəni qışlaq), Hunan (Hun qalası) 
adlanması o deməkdir ki, Azərbaycan dili Urmiya gölündən tutmuş Qazax - Tovuz 
- Balakən - Abşeron zonasına qədər böyük bir ərazidə ümumişlək dil idi. Əks 
təqdirdə nə bu adlar, nə də onları daşıyan qədim şəhər və qəsəbələr olardı. Elə 
Qazağın özü də yeni şəhər deyil, 
onun 1270 il əvvəl də şəhər kimi mövcudluğu barədə IX-X əsr qaynaqlarında 
maraqlı məlumatlar var” (Bax: Q.Voroşil “Tariximizin yadigarı” məqaləsi, 
“Ədəbiyyat və incəsənət” qəzeti, 12 iyul, 1985-ci il). 
On altıncı yüzilliyin səksəninci illərində güclü Türk ordusunun təzyiqi ilə 
qızılbaşlar ordusu Azərbaycandan çıxarıldı. Qacar, Qaramanlı və Boyat 
tayfalarınınbir parası Azərbaycandakı ərazilərini tərk edib  rana köçdülər. Yalnız 
Qazaxlı tayfası öz məskənindən çıxmayıb Osmanlı hakimiyyətini tanıdı. 
Qazaxlıların başçısı Nəzər xan bundan əvvəl iki dəfə Qızılbaşların hakimiyyəti 
altında olsa da, yenə öz yurdunu tərk etməmiş, ona sadiq qalmışdır. 
1583-cü il aprelin 13-də Osmanlı ordusunun sərdarı Fərhad paşa 
Zaqafqaziyaya hücuma keçdi. O, Loru və Dmanisi qalalarını bəylərbəyi elan etdi. 
Qalalarda qarnizon saxladı. Bu yerlərdə işini qurtaran Sərdar Fərhad paşa öz 
ordusu ilə Qori qalasına yaxınlaşdı. Burdan o, azsaylı dəstə ilə Tiflisə hücum edən, 
Sinan paşaya bir neçə müvəffəqiyyətli zərbə endirən Qazax xanı Nəzər bəyin 
ünvanına məktub göndərdi. Məktubunda bacarıqlı sərkərdə kimi tanıdığı Nəzər 
bəyə Sərdar təklif edirdi ki, Osmanlı ordusuna xidmətə keçsin. Az müddət 
fikirləşən Qazax xanı Sərdarın təklifini qəbul edib, onun hüzuruna .gəldi. O 
vaxtdan Osmanlılar Nəzər bəyə Nəzər paşa-general rütbəsi verdilər. Onu Osmanlı 
imperiyasının dostu kimi qəbul etdilər. [Bu barədə daha ətraflı bax: “V 
sokrovişnite rukopisey” məcmuəsi, Vll-cild, A.M.Fərzəliyev “Ukreplenie osmanov 
na territorii Sefevidskoqo Azerbaydjana (1579-1583)” məqaləsi]. 
Nəzər xanın vərəsəsi Şəmsəddin Qazaxlı 1605-ci ildə I Şah Abbasdan xan 
titulunu almışdı.  gid el başçısı kimi Şirvan şahlığından ona torpaq da bəxş 
edilmişdi. 
Tarixi sənədlər şahidlik edir ki, 1628-ci ildə Şəmsi xan Qazaxlı hələ sağ idi 
və Loru nahiyəsinə hakimlik edirdi. 
Tarixi məxəzlərdə belə bir fakt da mövcuddur. “Çar salnaməsi”nin müəllifi 
Molla Məhəmməd əl-Cari 1735-ci ildə Loru qalası uğrunda gedən döyüşlər 
haqqında yazır: “Rəcəb ayında, yəni noyabrda Təhməzqulu xan Gəncəni 
mühasirədə saxlayarkən Abdulla paşa bin Körpülü (Köprülü) başda olmaqla,  slam 


ordusu Qarsa gəlir və Məhərrəm ayınadək burada qalır. Təhməzqulu xan ordusu ilə 
onun üzərinə yollanır və Sınıq körpünün yanında dayanır. Sonra Loru qalasına 
gəlir və buradan  slam ordusuna qarşı gedir. Gecə ikən gizlicə Arpa çayını keçərək 
Qars tərəfdə yerləşir. Səfər ayının əvvəlində iki ordu görüşür.  slam ordusunun 
başçısı Abdulla paşa öldürülür”. 
Məhz bu faktlar da əyani olaraq göstərir ki, Loru nahiyəsi türk torpağ olub. 
Ə
gər türk torpağı olmasaydı, həmin ərazidə yerləşən dağın adı Ləlvar - yəni qızılı 
olan dağ olmazdı. Əgər türk torpağı olmasaydı, həmin nahiyədəki şəhərlərin adı 
Allahverdi, Cəlaloğlu, Gümrü və Qarakilsə olmazdı. Yaylağına Çubuxlu, yerinə 
Suqovuşan, Gərgər kimi türk adları qoyulmazdı. 
Salnaməçi Molla Məhəmməd əl-Cari məşhur türk sərkərdəsi Abdulla 
paşanın doğulduğu yerin adını əvvəlcə bin Körpülü yazır, sonra isə mötərizədə 
Köprülü sözünü də əlavə edir. Deməli, Türkiyədə belə bir nəsil, tayfa olub. Bunu 
təsdiq edən daha bir mənbə də var. Görkəmli türk alimi Məhəmməd Fuad 
Köprülüzadə köprülülərin böyük bir sülalə olduğunu iftixarla yazır. O da 
məlumdur ki, körpü sözünün türkcəsi köprüdür. 
Bu, gələcəkdə çox ciddi tədqiqat, araşdırma tələb edən məsələdir. Bu tarixi 
faktlardan ona görə istifadə etdik ki, mənfur ermənilər qeydsiz-şərtsiz haray salırlar 
ki, guya Loru nahiyəsi qədim erməni torpağı olub. Bu nahiyənin, daha doğrusu 
Debet çayının sağ və solunda salınmış kənd və şəhərlərin əksəriyyətində hələ 
qədimdən Türk-Azərbaycan soydaşlarımız məskunlaşmışdılar. Allahverdi, 
Cəlaloğlu və Qarakilsə şəhərləri, Axtala, Ayrım, Loru-Pənbək, Ləmbəli, Mədən, 
Gərgər, Hamamlı kəndləri azərbaycanlılara məxsus idi. 
Sovetlər dövründə erməni daşnaklarının iş-gücü ancaq bu yerlərin adını 
dəyişdirib özününküləşdirmək idi. Ona görə də nə Azərbaycan, nə Gürcüstan, nə 
də Ermənistanın xəritəsində Körpülü adlı kəndin varlığı  göstərilmirdi.  Nəinki  
təkcə  xəritələrdə,  heç  imperiya  və Sovetlər dövründə buraxılan 
ensiklopediyalarda belə Körpülü adlı kənd yoxdur.   Üç   respublikanın   
qovşağında   yerləşən   Körpülü   aprel çevrilişindən əvvəl Borçalı qəzasının 
tabeliyində olub. Sovetləşmədən sonra  Loru  nahiyəsindəki   Azərbaycan  kəndləri   
ilə   birgə   o   da Ermənistana ilhaq olunub.  1897-ci ilin payızında əhalinin 
siyahıya alınmasında Körpülü ayrıca kənd kimi yox, plemya-tayfa kimi Şıxlı 
sakinləri ilə bir sayda göstərilir. Baxmayaraq ki, onların məskun olduğu   yer   
Borçalı   Yadigarov   bəylərinin   idi.   1886-cı   ildə   isə Körpülüdə əlli yeddi 
ailədə üç yüz on nəfər sakinin yaşadığı qeyd olunur. 
On altıncı yüzillikdə Osmanlı imperiyasına tabe olan Qazax sultanlığı və 
onun Loru nahiyəsinin sancaq siyahısında hər iki yerin kəndləri göstərilir. Burada 
Salahlı, Kəsəmən, Dəmirçilər, Daş Salahlı, Axtala, Mədən və başqa kəndlərin adı, 
ə
razisi, əhalisinin sayı və ayrı- 
ayrı bəylərin soyadı var. Bu sancaqda nə Körpülü, nə də onun sakinləri barədə 
məlumat yoxdur. 
Bu da səbəbsiz deyil. Gürcüstan Dövlət Mərkəzi Arxivinin sənədlərinə 
ə
sasən araşdırmalar apardıqda belə qənaətə gəlmək olar ki, Körpülünün təməl daşı 
ilk dəfə 1841-ci ilin payızında qoyulub. 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə