M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə6/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   2   3   4   5   6   7   8   9   ...   48

14
Mədəniyyət.AZ / 9 • 2016
Çinarlar qatar-qatar,
Qalxıb zirvəyə çatar,
Dağa qısılıb yatar,
Mışıl-mışıl dərələr,
Dərələr, dərələr, dərələr,
Yaşıl, yaşıl dərələr.
– Bu mahnı kimindir, Nəbi?
Əvvəlki əsəbindən bir qram da əsər-əlamət qalma-
yan Nəbi əmi gözlərində sevinc, həlim səslə:
– Mənim.
Emin Sabitoğlu daha bir mahnı ifa etdi:
– Bu kimindir, Nəbi?
– Mənim.
İfalar bir-birini əvəz etdi. Bu da Nəbi əminin kefini 
düzəltdi. Beləliklə, atamın yubileyi gecə saat 12-yəcən da-
vam etdi. İlk gələn qonağımız da Nəbi əmi oldu, son gedən 
də”.
Beləcə, 70 illiyi kiçik mənzilimizdə qeyd elədik. 75 illikdə 
isə atam Yazıçılar Birliyinin sədri Anardan yuxarılara hər hansı 
təqdimat göndərməməyi xahiş etdi. Amma buna baxmayaraq 
prezident Heydər Əliyev onu yaddan çıxartmadı. Evə zəng etdi 
və... Bunu da qələmə almışam:
“İşdə idim. Gördüm zəng gəlir. Atam idi:
– Tez, təcili, güllə kimi gəl evə.
– Nə olub?
– Prezident yubiley hədiyyəsi göndərir.
Sevindim. Tez taksiyə minib gəldim evə. Gördüm ki, 
həyəcanlıdır.
– Bu gün Heydər müəllim (atam prezidentə həmişə “Heydər 
müəllim” deyə müraciət edirdi) zəng vurmuşdu. 75 yaşımı təbrik 
elədi. Soruşdu ki, “Qabil, yenə də yeyib-içirsən?” Dedim ki, hə. Dedi 
“onda evdə ol. Hədiyyəni göndərirəm”. Mən də səni çağırdım ki, qo-
naqlara qulluq edəsən. Anan, yaxşı ki, hazırlıq görüb. Plov dəmdədir.
Uçmağa qolum-qanadım yox idi. “Prezident hədiyyə göndərir”. 
Xəyalımdan nələr keçmədi: şəhərin mərkəzində 4 otaqlı 
“novostroyka”nın açarları. (Hələ mənzil verilməmişdi. 2001-ci il idi) 
Xarici maşın (16 ilin QAZ-24-dən canım qurtaracaqdı). Daha nələr, 
nələr... Əvvəlcədən şərt də kəsdim:
– Bax, papa, ev, maşın olsa, mənimdir. 
Bircə “hamısı səninkidir” dedi. Deməyim də artıq idi. Axı evin 
yeganə övladı mən idim. Atama qalanda isə onun üçün hədiyyənin 
böyüklüyü-kiçikliyi, nə olması vacib deyildi, hədiyyənin kim 
tərəfindən göndərilməsiydi, qiymətləndirilməsiydi. Özü demişkən
“müsbət emosiya”. Onu yaşadan bu idi. Mənim isə bunu başa 
düşməyimə hələ çox vardı. 
Qapı döyüldü. İki nəfər içəri girdi. Atama prezident Heydər Əliyevin 
vizitkasıyla qızılgül buketi təqdim etdi. Təbriklərini çatdırdı. Qoltu-
ğundakı əllə toxunma, nəfis xalçanı açıb göstərdi. İkinci adam isə 
iri bir yeşiyi yerə qoydu. Atam onları ha süfrəyə dəvət elədisə, otur-
madılar. Üzrxahlıq edib getdilər. Gələnlərin getməyini gözləyirdim. 
Qapıdan çıxan kimi dərhal şığıdım yeşiyin üstünə. Atam isə divan-
da oturub sakitcə tamaşa edirdi. Demirdi, amma baxışlarından 
“görməmiş” sözünü oxuyurdum.
Qutunu açdım. Üstdə eksporta gedən beş ədəd 100 qramlıq 
qara kürü bankası idi. İkinci qatda cürbəcür araqlar. Üçüncü qatda 
şərablar. Dördüncü qatda “Şirvan” konyakları və şokolad qutusu. 
Səliqəylə kağıza bükülmüş halda ki, sınmasın. Qutunu ələk-vələk 
elədim. Mənim xəyalımda olanların heç birini tapmadım. Pərt ol-
muşdum. Atam isə gülümsəyirdi. Prezidentin göndərdiyi hədiyyələr 
ləzzət eləmişdi ona...
– Gördün, ay oğul, yeyib-içənçün Allah yetirər deyiblər.
Anam süfrəni düzəltdi. Atam qara kürü bankalarından və hədiyyə 
Nəvə payı baldan şirin...


araqlardan birini açdı. Zakuska kimi qara çörəyin üstünə yağ və kürü 
çəkdi. Badələri doldurdu. Ayaq üstə:
– Prezidentimizin payı çox olsun. Heydər müəllimin sağlığına! 
Əvvəl-axır mən də arzuma çatdım. 2003-cü ildə prezident 
hədiyyəsi olan, tam təmirli “novostroyka”nın açarları cibimdəydi. Bu 
mənimçün ev idi. Atam üçünsə qiymət, prezident və dost hədiyyəsi”.
 75 illiyi də belə qeyd etdik. 80 yaşına bir gün qalmış, 2006-cı 
il avqustun 11-də prezident İlham Əliyev atamı “İstiqlal” ordeniylə 
təltif etdi. Restoranda böyük qonaqlıq da keçirdik. Bu, atamın həm 
son yubileyi, həm də son ad günü oldu. 
2011-ci ildə – 85 illik yubileyi münasibətilə mən “Atam 
Qabilin qəribə əhvalatları” adlı kitab nəşr etdim. Bu 
həm də mənim “Mahir Qabiloğlu” imzasıyla yaradıcılığa 
başladığım gün oldu. Artıq 10 ilə yaxındır ki, həyatda 
yoxdur. Dekabrın 4-də isə mənim 50 yaşım tamam olur. 
Bu tarixə “Atam Qabillə söhbət” adlı balaca bir yazı həsr 
etmişəm:
“2007-ci ilin fevralında özünün tərtib etdiyi və ölümünün 40-cı 
günündə “dünyaya gələn” “Ömrün gecə qatarı” adlı kitabını mətbəəyə 
göndərmək ərəfəsindəydi. Adı xoşuma gəlmədi. Dedim ki, dəyiş. Qoy 
“Oğlum Mahirlə söhbət”. Özünün 50, mənim isə 10 yaşım tamam 
olanda yazmışdı bu şeiri. İlk və son bəndləri eyni idi: 
Əlli yaşında mən, on yaşında sən…
 Sən – yaşıl tumurcuq, mən – sarı yarpaq.
Əlimdən sürüşən ömürdən-gündən
Əlimdə-ovcumda bir sənsən ancaq.
Bu il dekabrın 4-də isə mənim fani dünyada 50 yaşım tamam 
olur. Atam isə artıq 10-cu ildir ki, haqq dünyasındadır. Necə deyərlər:
 Əlli yaşında mən, on yaşında sən…
Sən – yaşıl tumurcuq, mən – sarı yarpaq.
Hər şey qaydasındadır. Beş nəvəm, insan üçün zəruri olan hər 
şeyim var. Təkcə atam Qabil yoxdur. Mənim “Atam Qabillə söhbət” 
nəzirəmin sonuncu misrası:
 Əlimdə-ovcumda SƏN yoxsan ancaq”.
Beləcə gəlib çıxdıq 90 yaşa – atamın növbəti yubileyinə. 
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Filarmoniya-
da təntənəli gecə keçirildi. Atam bunu görmədi. Ailəsi, dostları, 
onun yaradıcılığına, şəxsiyyətinə hörmət və ehtiramları olan-
lar gördü. “Hörmətimiz” adlı şeirində yazırdı:
Ölüyə hörmətimizdir diriyə hörmətimiz
 Olmasın yasin onun ruhuna qoy minnətimiz.
Düzgün fikirlərdir. Bu yubiley ilk növbədə onun ailəsinə
yaxınlarına, oxucularına göstərilən hörmət və ehtiram idi. 
Və bu hörmətdən daha çox İmamverdiyevlər ailəsinə pay 
düşür. 
Vida mərasimində son sözü mən demişdim. Bu yubiley 
mərasimində isə atamın xatirəsinə göstərilən hörmət və 
ehtirama görə prezident İlham Əliyevə, nazir Əbülfəs Qa-
rayev başda olmaqla Mədəniyyət və Turizm Nazirliyinin 
kollektivinə, zəhməti keçən hər bir kəsə ailəmiz adın-
dan minnətdarlıq etmək Qabilin gəlini – həyat yoldaşım 
Sevinc İmamverdiyevanın qismətinə yazıldı. Estafeti 
Qabilin nəvələrinə, nəticələrinə verdi. Növbəti 100 illik 
yubileydə görüşmək ümidiylə yubiley mərasimini bağ-
ladı. 
Mahir Qabiloğlu
15
Mədəniyyət.AZ / 9 • 2016
Novruz ərəfəsində dostlarla birgə
Ata və oğul


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə