M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə4/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   2   3   4   5   6   7   8   9   ...   48

10
Mədəniyyət.AZ / 9 • 2016
alqımız şəhid adını həmişə uca tutub, şəhadət məqamına 
böyük hörmətlə yanaşıb. Ötən əsrin doxsanıncı illərinə 
qədər bu məfhum Azərbaycanda yalnız islam tarixi və 
dini rituallarla bağlı olsa da, təpədən-dırnağadək silah-
lanmış sovet ordusunun öz azadlıq haqqını tələb edən dinc, əliyalın 
insanların üzərinə hücumu nəticəsində baş verən kütləvi qırğından 
sonra daha tez-tez və geniş anlamda işlənməyə başladı. İmperiya 
əsarətindən qurtulub azadlığa, müstəqilliyə qovuşan ölkəmiz süni 
şəkildə körüklənən regional münaqişəyə cəlb olundu – erməni daş-
nakların uzun illər gizli şəkildə apardıqları Qarabağ münaqişəsi açıq 
müstəviyə keçirildi. Ərazilərimizə xain müdaxilənin qarşısını almaq 
və torpaqlarımızın bütövlüyü naminə gedən döyüşlərdə bu müddət 
ərzində minlərlə soydaşımız şəhidlik məqamına yüksəlib, on minlərlə 
insan sağlamlığını itirib, milyondan çox sakin dədə-baba yurdundan 
qovularaq məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb. 
Vətən, el namusu uğrunda haqq mübarizəsinə atılan igid öv-
ladlarımızın göstərdikləri şücaətlər dövlətimiz tərəfindən layiqincə 
dəyərləndirildiyi kimi, yaradıcı insanların da qələmi, fırçası, tişəsi, 
musiqisi ilə vəsf olunur, bu günün yeniyetmələrinə, gələcək 
nəsillərə tanıtdırılır. Biz də “Mədəniyyət.AZ” jurnalı olaraq daim 
nəinki sərhədlərimizin keşiyində ayıq-sayıq dayanan hərbçilərimiz, 
müqəddəs torpaqlarımız üçün canından keçən qəhrəman 
şəhidlərimiz, eləcə də azğın düşmənin müvəqqəti yiyələndiyi 
məkanlara necə divan tutması, tarixi-memarlıq abidələrini dağıt-
ması, mədəni irs nümunələrinə beynəlxalq miqyasda həyasızcasına 
sahib çıxmaq cəhdləri barədə yazılar təqdim edirik – jurnalımı-
zın “Nisgilimiz – Qarabağ” adlı rubrikası var. Bölümdə redaksiya 
əməkdaşlarının və digər tanınmış müəllifl ərin şəhid həyatına və 
mücadiləsinə həsr etdikləri məqalələrlə yanaşı, oxucu məktublarına 
da geniş yer verilir. Həmin qəbildən müraciətlər çox olsa da, Samux-
dan göndərilən məktub diqqətimizi daha çox çəkdi. Müəllif – rayo-
nun Qarayeri qəsəbəsi Mədəniyyət Evinin metodisti Xurma Əsgər qızı 
Məmmədova öncə bu mövzuda, xüsusən də “Aprel şəhidləri” haq-
qında yazılara görə səmimi təşəkkürlərini bildirir. Ağbirçək ananın 
fəxarət və həyəcanla qələmə aldığı sətirləri oxuduqca aydınlaşır ki, 
onun oğlu da peşəkar hərbçidir, 18 ildir vətənin müdafiəsində daya-
nıb. Xurma ana məktubunda yazır:
“Siz vətən uğrunda şəhid olan cəsur, cəngavər 
oğullarımıza öz səhifələrinizdə geniş yer ayırmısınız. 
Qürur duyuram ki, mənim oğlum da hərbi qulluqçudur 
və göstərdiyi igidliklərə görə cənab Prezident və 
müdafi ə naziri tərəfi ndən çoxlu orden və medallarla, 
qiymətli hədiyyələrlə təltif olunub. Sanki o məqalələrdə, 
şəkillərdə onun keçdiyi yolu, cəbhə dostlarını, döyüş 
yoldaşlarını gördüm. Bəli, qəhrəman övladlarımızın, 
uca məqamlı şəhidlərimizin xatirəsini əbədiləşdirmək 
hər birimizin ən ümdə borcu, vəzifəsidir. Mən də həmin 
öhdəliyi yerinə yetirmək məqsədilə aprel ayında düşmən 
hücumunun qarşısının alınması zəminində baş verən 
dördgünlük müharibədə həlak olanları yazılarımda 
anıram. Belə qəhrəmanlarımızdan biri – gizir Pəncəli 
Teymurova ithaf etdiyim şeiri sizə göndərirəm. Allah 
bütün şəhidlərimizə rəhmət eləsin”.
Xatırladaq ki, Pəncəli Nurməmməd oğlu Teymurov Astaranın 
Əzərüd kəndində doğulub böyüyüb.
Həqiqi hərbi xidmətinin ilk günlərindən komandirlərin sevimlisinə 
çevrilib. Könüllü olaraq təzə yaradılan Xüsusi Təyinatlı Dəstəyə ya-
zılıb. Sonra Türkiyədə təhsil alıb, peşəkar kəşfiyyatçı kimi yetişib. 32 
yaşında ailə qurub. Toyundakı məşhur çıxışı nəinki məclis iştirakçıla-
rının, bütün Azərbaycan xalqının yaddaşındadır: “Hər zaman xalqım, 
vətənim, torpağım üçün canımdan, qanımdan keçməyə hazıram 
nəsillərə tanıtdırılır. Biz də
ə
ə


““







d
d
d
d
niyyət.A
AZ”
Z”
Z”
Z”
Z” j
j
ur
ur
u
na
na


olaraq daim
NİSGİLİMİZ – QARABAĞ



11
Mədəniyyət.AZ / 9 • 2016
və həmişə özümə arzu eləmişəm ki, vətənim 
üçün şəhid olum, Azərbaycan Respublikasının 
üçrəngli ay-ulduzlu bayrağına bükülmüş vü-
cudum doğma torpaqda dəfn olunsun! Dostlar, 
ata-anam, kiçik qardaşlarım sizə əmanət!” 
Hərbi xidmətinin 17-ci ili onun həyat kitabının 
səhifələrinə qızıl hərfl ərlə yazıldı: 2 aprel 2016-
cı il... Düşmən iriçaplı silahlardan amansızcası-
na atəş açır, zirehli texnikalarla hucuma keçirdi. 
Rəşadətli ordumuz “Lələ təpə” yüksəkliyini azad 
etməyə çalışır, hücumların qarşısını alır, düşmənə 
sarsıdıcı zərbələr endirirdi. Pəncəligilin bölüyü ad-
dım-addım irəliləyirdi. Nəhayət, möhtəşəm qələbə! 
“Lələ təpə” düşmən tapdağından azad olundu!... 
Lakin gecə yenidən əməliyyat başlandı... Pəncəli 
və 6 yoldaşı “Sərsəng” su anbarı yaxınlığında iş-
ğalçıların üstünə şahin kimi şığıdılar. Təcavüzkarın 
xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Qeyri-bərabər döyüşdə 
igidlərin 6-sı tank mərmisi ilə yaralandı; gizir Teymurovun da başı-
na qəlpə dəymişdi. “Şir pəncəli”nin köməyinə komandir yoldaşları 
Samid və Murad yetişsələr də, çoxlu qan itirdiyindən az sonra ke-
çindi... Onu son dəfə bağrına basan dostları xeyli sayda dığanı məhv 
elədikdən sonra əsir düşməsinlər deyə özlərini güllələdilər. Cəmi bir 
nəfər sifətindən güllə yarası alıb mühasirədən çıxa bildi... 
Azərbaycan Respublikası Prezidentinin 15 may 2016-ci il tarixli 
1294 saylı sərəncamı ilə gizir Pəncəli Nurməmməd oğlu Teymurov 
“İgidliyə görə” medalı ilə təltif olunub.
VƏTƏN OĞLU
(Şəhid Pəncəli Teymurovun əziz xatirəsinə) 
 Ölümüylə ucalan igidim, nərim mənim!
 Pəncəlim! Ölməzim! Əbədi pirim mənim.
 Üçrəngli bayrağı dalğalandıran,
 Vətəni azad edən cəsurum, şirim mənim,
 Ölməzim, dirim mənim!
 Bir gecənin içində Vətənə qurban gedən,
 Həmişə sinəsini torpağa sipər edən;
 Sənə xalqın sevgisi deyil tükənən, bitən,
 Şəhidim – əbədi and yerim mənim.
 
Düşmənlə döyüşə girdin ər kimi,
 Atıldın üstünə pələng, şir kimi.
Qələbə olmayıb bu zəfər kimi,
Düşmənə dağ çəkən igid Pəncəlim!
Ey Vətən yolunda Şəhid Pəncəlim!
Sən yağı önündə alınmaz qalam,
Dedin, torpağımda daşım olaram.
Mən ki tək deyiləm, qoşun olaram,
Qartaltək şığıdın, cəsur Pəncəlim!
Ey Vətən yolunda Şəhid Pəncəlim!
 
Göydə buludları söküb dağıdan,
Üfüqdən nur saçan günəşə döndün.
Ürəkdən alışıb atəşə döndün,
Sən də bir günəşsən, igid Pəncəlim!
Ey Vətən yolunda Şəhid Pəncəlim!
 
Ən uca zirvəyə bayraq sancmağı
Vətənə söz verən igid əsgərim,
Bu məslək uğrunda şəhid olmağı,
Ən uca Zirvədə məskən salmağı
Özünə borc bilən Şəhid Pəncəlim!
Xurma Əsgər qızı


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə