14
müddətini də K ilə göstərsək, aralarında aşağıdakı ilişki vardır:
K=1/V.
Pulun tədavül sürəti, iqtisadi vahidlərin əllərində «yastıq
altı» pul miqdarı tutmaları iləəlaqədardır. Əgər hər kəs əlinə
keçən pullarıheç gözləmədən dərhal xərclərsə pulun tədavül sürəti
sonsuz dərəcədə böyük olаrdu. O, isə insanlar əllərinə keçən pul-
ları dərhal xərcləməzlər və bunlarıçeşidli motivlərləəllərində tu-
tarlar. Pulun bir müddət «yastıq altı» olaraq əldə tutulması,
tədavül sürətinin azalmasına səbəb olmaqdadır. nsanlar
əllərində
üç motivə görə pul tutarlar: əməliyyat, ehtiyat və
spekulyasiyon. Tədavül sürətinəвя ya da insanların əllərində tut-
maq istədikləri pul miqdarına təsir göstərən амилляр
aşağıdakılardır:
1. Ölkədəki pul və kredit qurumlarının inkişaf səviyyəsi və
xalqın bunları istifadə etmə dərəcəsi:
1.1.borc vermə və investisiya imkanları;
1.2.borc vermə asanlığı.
2. Xalqın yığım və istehlak meyli.
3. Ölkədəki ödəmə adətləri:
3.1.gəlirlərin əldə edilməsindəki sıxlıq;
3.2. gəlirlərin əldə edilməsi və xərclərin ödəməsindəki
düzənlik;
3.3.zaman və miqdar olaraq gəlir və xərclər arasındakı
uyьунлуг.
4. Pulun əl dəyişdirmə asanlığı.
5. nsanların gələcək haqqındakı dəyərləndirmələri:
5.1. gələcəkdəki gəlirlər və qiymətlər haqqındakı dəyərlən-
dirmələr.
5.2.gələcəkdəki faiz həddi haqqındakı dəyərləndirmələr.
Бейнялхaлг малиййя стatистикасынын методолоэийасына эюря
пул агрегатлары ашаьыдакы груплара бюлцнцр:
1.Пул. Баnкдан кянар пуллар вя мцддятсиз яманятляр
(М
1
);
2.Квазипул (пула бянзяр);
15
3.Эениш пуллар. Пул вя квазипуллар (М
2
+хариъи валйута иля
яманятляр)= М
3
FƏS L 4.
AZƏRBAYCANDA NAĞD PUL
TƏDAVÜLÜNÜN TƏŞKИLИ
Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu
maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan Respubli-
kasının pul vahidi manatdır. Bir manat 100 (yüz) qəpikdən
ibarətdir. Pul nişanları kağız və metal pul formasında tədavülə
buraxıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 19-
cu maddəsinin III hissəsinə müvafiq olaraq Azərbaycan Res-
publikasının ərazisində manatdan başqa pul vahidlərinin
ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Мяркязи Bankın
buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul ni-
şanlar
ı Azərbaycan Respublikasının bütün ərazisində nominal
dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara
daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul
edilməlidir. Manatla qızıl və ya digər qiymətli metallar arasın-
da rəsmi nisbət müəyyən edilmir. Tədavülə buraxılmış pul ni-
şanlar
ıМяркязи Bankın borc öhdəliyidir və onun bütün aktivlə-
ri ilə təmin edilir.
Azərbaycan Respublikasının ərazisində nağd pul tədavü-
lünün təşkili üçün Мяркязи Bank aşağıdakıları həyata keçirir:
1.pul nişanlarına olan tələbatı müəyyənləşdirir;
2.pul nişanlarının istehsalını təşkil edir və ya hazırlanma-
sına sifariş verir, onların daşınmasını və saxlanmasını təmin
edir;
3. pul nişanlarının ehtiyatlarını yaradır və həmin ehtiyat-
lara sərəncam verir;
4.Мяркязи Bank və kredit təşkilatları tərəfindən nağd pu-
lun saxlanması və inkassasiyası qaydalarını müəyyən edir;
5.Мяркязи Bankda və kredit təşkilatlarında kassa əmə-
liyyatlarının aparılması qaydalarını müəyyənləşdirir;
6.tədavülə yararsız olan pul nişanlarının əlamətlərini və
16
onların dəyişdirilməsi qaydalarını müəyyən edir.
Yeni nümunəli pul nişanlarının tədavülə buraxılması
haqqında qərarı Milli Bankın darə Heyəti qəbul edir. Milli
Bank tədavülə buraxdığı pulların nominallarını, ölçüsünü,
tərtibatını, mühafizə elementlərini, habelə digər bədii və
texniki xüsusiyyətlərini müəyyən edir. Milli Bank müəyyən et-
diyi qaydada və qiymətlərlə buraxdığı yubiley və xatirə pul
nişanlarının satışını təşkil edir. Milli Bank qiymətlər miq-
yasının dəyişdirilməsi (denominasiya) iləəlaqədar yeni pul
nişanlarının tədavülə buraxılması haqqında qərarı müvafiq
icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla qəbul edir. Deno-
minasiya halları istisna olmaqla, Milli Bank tədavüldə olan
kağız və metal pulun yeni nümunəli pul nişanlarına
dəyişdirilməsi haqqında qərar qəbul edir. Milli Bank
tədavüldə olan pul nişanlarının dəyişdirilməsi haqqında qə-
rarını, habelə yeni pul nişanlarının təsvirini və pulların
dəyişdirilməsi
qaydaları
haqqında
məlumatı
kütləvi
informasiya vasitələrində dərc etdirir. Yeni pul nişanlarının
tədavülə buraxılması iləəlaqədar pulların dəyişdirilməsi
zamanı dəyişdirilmənin məbləğləri, yaxud subyektləri üzrə hər
hansı məhdudiyyətə yol verilmir. Dəyişdirilməli olan pul
nişanları Milli Bankın müəyyən etdiyi müddətdə, lakin bir
ildən az olmamaq şərti ilə qanuni ödəniş vasitəsi sayılır. Həmin
müddətdən sonra pul nişanları Milli Bank tərəfindən
müddətsiz olaraq dəyişdirilir.
2008-ci ildə Мяркязи Bank tərəfindən ölkə iqtisadiyyatı-
nın nağd pula olan tələbatı tam həcmdə, tələb olunan struktur-
da və vaxtında ödənilmiş, nağd pul üzrə müvafiq strateji ehti-
yatlar yaradılmış və onlarm yerləşdirilməsi təmin edilmişdir.
01 yanvar 2009-cu ilə dövriyyədə olan nağd pul kütləsi
ilin əvvəlinə nisbətən 52% (1,5 mlrd. manat) artaraq, 4,4 mlrd.
manata çatmışdır.
2008-ci ilin sonuna dövriyyədə olan nağd pul kütləsi ilin
əvvəlinə nisbətən ədədlə 13,4% (33,4 mln. ədəd) artaraq, 282,2
mln. ədədəçatmışdır. Dövriyyədə olan pul nişanlarının
Dostları ilə paylaş: |