48
resurslardan elə istifadə etməlidir ki, vaxtında və tam həcmdə borcu
faizlə birlikdə qaytara bilsin. Məhz bu mənada borcalan
məhsuldar qüvvяdir və müvəqqəti istifadəyə verilmiş resursların
səmərəli tətbiqi borcalandan asılıdır. Kreditorla borcalan
yerlərini dəyişə də bilər. Müasir игтисадиййатда eyni subyekt eyni
vaxtda kreditor və borcalan kimi çıxış edə bilər. Kredit
münasibətlərinin digər ünsürü kreditordan borcalana sonra isə
borclardan kreditora keçən obyektdir. Obyekt kimi dəyərin borc
verilən hissəsi çıxış edir. O ilk növbədə reallaşdırılmamış dəyər
kimi çıxış edir. Kreditor tərəfindən müvəqqəti sərbəst dəyərin
meydana gəlməsi dəyər hərəkətinin lяngidiyini göstərir. Kreditin
vasitəsi ilə hərəkəti müvəqqəti olaraq dayanmış dəyər yeni sahibə
keçməklяöz hərəkətini bərpa etmiş olur. Bununla bərabər
kreditorla borcalan arasında hərəkət edən dəyər təkrar istehsal
prosesini sürətləndirmək qabiliyyətinə yiyələnir. Kredit vasitəsilə
hərəkət edən dəyər təsərrüfat fondların fasiləsiz dövranıüçün zəmin
yaradır, onların hərəkətində boşdayanmaları aradan qaldırır və
son nəticədə təkrar istehsal prosesini sürətləndirir. Eyni zamanda
kreditordan borcalana keçməklə dəyər öz mövcudiyyətini qoruyub
saxlayır. Dəyərin qorunub saxlanması onun borcalanın tə-
sərüffatında tətbiqi prosesində baş verir, çünki borcalan kreditora
eyni dəyərə və istehlak dəyərinə malik ekvivalenti qaytarmalıdır.
Yuxarıda deyilənlərdən belə nəticəçıxır ki, iqtisadi məfhum
kimi kreditin əsasını geri qaytarılma təşkil edir. Geri qaytarılma
kreditin ümumi xüsusiyyətidir və buna görə də kredit münasibət-
lərinə xas olan müəyyənedici cəhətdir. Geri qaytarılma dəyər
dövranının başa çatmasına əsaslanır. Dəyər dövranının sona çat-
ması geri qaytarılma üçün zəmin yaradır. Geri qaytarılma kredit
sövdələşməsi iştiraçılarının bağladığı müqavilədəöz hüquqi
əsas
ınıəldə edir.
Deyilənlərdən kredit anlayışı və onun mahiyyəti haqqında
belə bir nəticəyə gəlmək olar ki, kredit dəyəri kreditorla borcalan
arasında geri qaytarılma əsasında hərəkətidir və bununla
əlaqədar kreditorla borcalan
ın arasında yaranan iqtisadi münasi-
bətlər toplusudur.
49
ФЯСИЛ 11. KREDИTИN PRИNSИPLƏRИ
Kredit münasibətləri zamanı tərəflər müəyyən prinsiplərə
riayət etməlidirlər: 1) qaytarılmaq;2) müddətlilik;3) ödənclik;4)
təminat prinsipləri.
Kreditin qaytarılmalı olması onun mahiyyətindən irəli gəlir,
yəni verilən vəsait geri qaytarılmalı olmasa o, heç kredit adlan-
mazdı.Bir iqtisadi kateqoriya kimi kredit əmtəə-pul münasibətlə-
rinin digər iqtisadi kateqoriyalarından bilavasitə bu xüsusiyyəti
ilə fərqlənir. Bazar münasibətləri şəraitində bu xüsusiyyət daha
kəskin xarakter daşıyır. Kreditin qaytarılmalı olması borc alanda
və borc verəndə ciddi maddi məsuliyyət aşılayır. Qaytarılmalı
məfhumu mücərrəd xarakter daşıdığından kreditləşmə prosesin-
də bu məfhum daha dəqiqləşdirilir. Yəni kredit müddətlilik prin-
sipi əsasında həyata keçirilir. Bu o deməkdir ki, kredit konkret
müəyyən olunmuş müddətlərdə qaytarılmalıdır. Müddətlilik
prinsipi onu tələb edir ki, borc vəsaiti borc alanın dövriyyəsində
müəyyən müddət iştirak etməlidir və bu müddət başa çatdıqdan
sonra o geri qaytarılmalıdır.
Müddətlilik - yəni borcun əvvəlcədən müəyyən edilmiş
müddətdə geri qaytarılması - borcdan səmərəli istifadə olunduğunu
göstərir. Kreditin müəyyən olunmuş müddətdə geri qaytarılma-
masıəsassız olaraq müəssisənin dövriyyəsində borc vəsaitinin işti-
rakından xəbər verir və pul tədavülünə mənfi təsir göstərir. Bank-
ların kommersiya prinsipləri əsasında fəaliyyət göstərdiyi bir
şəraitdə bu prinsipin əhəmiyyəti daha da art
ır.
Kreditin ödənilmə müddətləri tərəflər arasında bağlanan
müqavilədəəks olunur. Müddətlilik prinsipinəəməl etməyən borc
alanlara iqtisadi sanksiyalar tətbiq edilir - əsasən faiz səviyyəsi
yüksəldilir və gələcək kreditləşmədə borcalanın intizamsızlığı
nəzərə alınır.
Kreditin vacib prinsiplərindən biri onun ödəncli olmasıdır. Bu
o deməkdir ki, kredit nəinki müəyyən olunmuş müddətdə tam
qaytarılmalıdır. Həmçinin kreditdən istifadəyə görəödənc-faiz
ödənilməlidir. Kreditin ödəncli olması borcalanda kreditdən
50
səmərəli istifadə etmək məsuliyyəti aşılayır, onda daxili resursları
artırmaq
marağı
oyadır.
O
kreditdən
elə
istifadə
etməyəçalışmalıdır ki, əldə etdiyi nəticə nəinki kreditin geri
qaytarılmasını, kreditə görə faizlərin ödənilməsini təmin etsin,
həmçinin özünə gəlir gətirsin. Ödənclik kreditor üçün də xüsusi
əhəmiyyət
kəsb edir. Kreditor ödənclilik əsasında öz
müstəqilliyini və gəlirliliyini təmin edir, resurslarını artırır.
Ödəncliliyin iqtisadi mahiyyəti ondadır ki, kreditdən istifadə
nəticəsindəəldə edilən gəlir borcaları ilə kreditor arasında
bölüşdürülür.
Ssuda kapitalına görəəldə edilmiş illik gəlirin verilmiş
kreditin məbləğinə nisbəti kimi müəyyən edilən ssuda faizi
norması kredit resurslarının qiyməti kimi meydana çıxır.
Bank kreditinə görə faiz stavkaları müəyyənləşdirilərkən
aşağıdakılar nəzərə alınmalıdır: 1) faiz şəklində gəlir gətirən
kredit qoyuluşu;2) digər aktiv əməliyyatların həcmi; 3)bankın öz
müştərilərinə depozit hesablara görə verdiyi orta faiz dərəcəsi; 4)
bankın aktiv əməliyyatlarıüzrə faiz stavkası; 5) bankın kredit re-
surslarının quruluşu; 6) bank kreditlərinə olan tələb və təklif; 7)
kreditin təminatlılığından asılı olaraq risk səviyyəsi; 8)
inflyasiya prosesinin tempi вяölkədə pul tədavülünün stabilliyi;
9) istehsalın mövsümiliyi və s.
Kreditin vaxtında və tam qaytarılmasışərtlərindən biri də
kreditin təminatlı olmasıdır. Təminatlılıq prinsipi kimi kreditin
ödəniş vaxtıçatarkən, kredit ödənilmədikdə onun ödənilməsini
təmin edən faktor başa düşülür. Əvvəllər kreditin təminatı kimi
əsasən mal materiallar
ından istifadə edilirdi, yəni kreditlər vax-
tında ödənilmədikdə kreditor öz borcunu və faizlərini həmin-
maddi qiymətlilərin reallaşdırılması vasitəsi ilə təmin edirdi. Ba-
zar münasibətlərinə keçid kreditin bu prinsipinin də mahiyyətini
dəyişdirmişdir. Son illərə qədər kreditin təminatlılığı dedikdə
onun maddi qiymətlilərlə təmin olunması, yəni kredit müqabilin-
də onun dövriyyəsində material qiymətliləri mövcudluğu başa
düşülürdü. Bazar münasibətlərinə keçidləəlaqədar təminatın digər
formalarından ödəmə qabiliyyətli müştərilərin zəmanəti, sığorta
Dostları ilə paylaş: |