LüĞƏTDƏ gedəN İXTİsarlar



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə215/216
tarix21.10.2017
ölçüsü6,16 Mb.
#6308
1   ...   208   209   210   211   212   213   214   215   216

madığı kimi, arslan ürəkli olub mətbəx pişi­

yindən  qorxmamalıdır  (M.S.Ordubadi); 



NATƏVAN (kl.əd.) Ol boladır kim, mənim 

merhəm  bitirməz  yaremi;  Yoxsa  kim,  hər 



natəvanın dərdi dərmamncadır (Qövsi); ZƏ­

BUN  Zira  könlüm  həvəslərin  pəncəsində 

zəbundur; Qurtarmıram nə etməli? Bir çarə­

siz  cünundur  (A.Səhhət);  HEYSİZ,  İQTİ- 



DARSIZ.

2. ZƏİF, ÖLGÜN (məc.) (işıq haqqında) 

..Kənd daxmasım andıran bir evin qapısında 



ölgün bir işıq göründü. Bu zəif işıq bəzən qa­

pının ağzında vurnuxub; dar palçıqlı küçəyə 

batıb qalırdı (M.Hüseyn).

3. zəif bax arıq

1.  ZƏİFLƏMƏK,  ƏLDƏN  DÜŞMƏK, 

GÜCDƏN DÜŞMƏK, HALSIZLAŞMAQ, 

QÜVVƏDƏN  DÜŞMƏK,  TAQƏTDƏN 

DÜŞMƏK

2. zəifləmək bax arıqlamaq



ZƏİFLİK (zəif adamın halı) [Firəngiz:]

Qadın  üçün  qadın  zəifliyindən  yaxa qurtar­

maq  qeyri-mümkün  məsələ  imiş...  (B.Bay­

ramov); ACİZLİK [Nizami:] Ümidsiz olmaq 



acizlikdir.. (M.Hüseyn); ƏCZ (kl.əd.) Soru­

şursan: - Nədir bu əczü sükut? - Məni hüs­

nündür  eyləyən  mebhut  (A.Şaiq);  NATƏ- 

VANLIQ  (kl.əd.)  Ömr  ötdüvü  yetdi  natə- 

vanlıq;  Qalmadı  ümidi-kamrani  (Əmani); 

ZƏBUNLUQ  Aslanın  qızarmış  gözlərində 

olan məhzunluq və zəbunluq əlaməti Hacını 

da qəmgin edirdi (C.Cabbarlı); ZƏF (kl.əd.) 

Lakin  insan  ağlının  məhdudluğunu  duyaraq 



zəfimdən kədərlənirdim (Çəmənzəminli).

ZƏKA (tez anlama, dərk etmə) [Məhsəti:] 

...Nizamini  dağlar  qədər  əzəmətli  gösterən 

də onun zəkasıdır (M.Hüseyn); ZƏKAVƏT 

Qemnak  gözlərində  görün  bir  zəkavətin; 

Məhzun  çöhrəsində  görün  qəm  əlamətin 

(C.Cabbarlı); AĞIL (bax).



ZƏKALI  (hər  şeyi  tez  qavrayan)  Zəkalı 

adamdı. Hər dəfə eşitdiyi söz həmişəlik ha­

fizəsində qalırdı (S.Rəhman); QABİL Adam 

var ki, yüz sözdən bir məna duymağa qabil



Zəif

416

deyildi (Ə.Abbasov); ZƏKİ (köhn.) [Mirzə 

Sadıq:] Oğlan zəki bir cavana bənzəyirdi 

(C.Cabbarlı); FƏHMLİ, ZEHİNLİ (bax), 



ZƏKAVƏTLİ. 

zəkavət bax zəka 

zəkavətli bax zəkalı 

zəki bax zəkalı 

zəqqumlanmaq bax yemək 1 

zəlalət bax əzab

1. 

ZƏLİ (qansorucu halqavari qurdlar 

sinfi) Molla Kazımın arvadı Zeynəb qan da 

azarlılara  zəli  yapışdırmaqda  böyük  ixtisas 

sahibi olub... (S.S.Axundov); SÜLÜK.

2. ZƏLİ Bu əmrdə hakimi-vilayətlər şə­

bihdirlər zəlilərə ki, qan sorub şişdikdə sahibi 

onlan  sıxır,  tamam  sorduqları qanı qusurlar 

(M.F.Axundzadə); SÜLÜK (məc.) (başqa­



sını amansızcasına istismar edən) Çar höku­

mətindən  qalma  üç  töhfə...  zəhmətkeşlərin 

sabiq  sülükləri,  yeni  məişətin  üfunətli  mik- 

robları.. (S.S.Axundov).



zəlil bax yazıq 1

ZƏLZƏLƏ Usta Zeynal yaşadığı şəhərdə 

tez-tez zəlzələ olardı (S.S.Axundov); YER- 



TƏRPƏNMƏ, YERTİTRƏMƏ. 

zəmanə bax dövr

ZƏMANƏT (zamin olma) [Əbdüleli bəy:] 

Balaş, sizin təməssükün vaxtı dünən qurtar­

mışdır.  Çünki  mən  zəmanət  vermişəm 

(C.Cabbarlı);  TƏMİNAT  Hər  kəs  Əmirin 



təminatına inanaraq fitnədən və fəsaddan el 

götürəcəyinə inanırdı (M.S.Ordubadi); ZA­



MİNLİK [Sona xanım:] Senin zaminliyin hər 

kəsin zaminliyindən etibarlıdır (M.F.Axund­

zadə);  ZAMİNKARLIQ,  ZƏMANƏTÇİ- 

LİK.

zəmanətçi bax zamin 

zəmanətçilik bax zəmanət 

zəmanətkar bax zamin 

zəmhərir bax şaxta I 

zəmi bax tarla 

zəmin bax torpaq 1 

zənbərək bax kaman 1 

zənbur bax arı I

Zənbur



Zənci

ZƏNCİ (qanı dərili adam) Zənci ağ gün 

istəyir  vətəninə,  elinə  (M.Rahim);  QARA 

(məc.) Qaralar təhqir edib guya bir ağ qa­

dını;  Namuslu  adamları  salıb  şərə,  böhtana 

(M.Rahim).

1. ZƏNCİR Kəndlinin cavan oğlu şiddətli 

surətdə dəli oldu, hətta onu zəncir ilə bağla­

mağa  məcbur  olurlar  (S.S.Axundov);  SİL­

SİLƏ (köhn.).

2. zəncir bax buxov 

zəncirli bax buxovlu 

zənəx bax çənə

zənən bax arvad 1; qadm 1

1. ZƏNG (müxtəlif mənalarda) Arası kə­

silmədən  çalınan  zəngdən  Cövdət  diksinib 

gözlərini  açdı  (H.Abbaszadə);  ÇINQIRIQ 

(köhn.) Birdən-birə qapının çınqınğı vuruldu 

(A.Şaiq); ZİL (köhn.) [Əşrəf] onları qürur ilə 

dinlədikdən sonra masa üzərindəki zili basdı 

(A.Şaiq).



2. zəng bax zınqırov 

zəngin bax varlı; 2. çox 

zənginləşmək bax varlanmaq 

zənn bax 1. yaddaş; 2. şübhə 

zər bax qızıl 1

zərbaf(t) bax toxucu 

ZƏRBƏ, VURUŞ 

zərbi-məsəl bax məsəl 

zərd bax sarı 1 

zərər bax ziyan 

zərərli bax ziyanlı 

zərərsiz bax ziyansız 

zərərverici(lər) bax ziyanverici(lər) 

ZƏRF [Qız] sonra Könüllə birgə çəkdir­

dikləri şəkli də zərfin içərisinə qoyub yola 

saldı (X.Hasilova); KONVERT Tərlan kon- 

verti cibindən çıxartdı, tez açıb məktubu oxu­

mağa başladı (M.Hüseyn); PAKET [Əşrəf:] 

Asəfin paketini götürdüm, yarım aylıq maaş­

dan əlavə 60 manat da qoydu ha!.. (M.Hü­

seyn).

zərif bax 1. incə 1; 2. nazik 1; 3. arıq 

zəriflik bax incəlik

Zınqırovlu

ZƏRLİ (qızıl suyuna çəkilmiş, qızılla bə­

zədilmiş)  Çıxdı  gəzintiyə  bir  sal  içində; 

Əynində  yaxası  zərli  nimtənə  (M.Rahim); 



QIZILLI  [Əminə]  ..ətəyi  qızıllı,  qəşəng  al 

faydan kofta geymiş, başına da heyratı kəla­

ğayı örtmüşdü (Ə.Əbülhəsən); MÜTƏLLA 

(köhn.) Sərraf yüz bəzəsə səngi-siyahi; Üzdə 

miitəlladır,  ləl  ola  bilməz  (Aşıq  Ələsgər); 

ZƏRRİN  [Aşıq  Vəli:]  Qızıl  eynəkləri  fəxr 

edib  taxma;  Mübahat  eyləmə  zərrin  əbayə 

(N.Vəzirov).

zərii-zibalı bax bəzəkli 1 

zərrəbin bax mikroskop, lupa 

zərrin bax zərli 

zərurət bax ehtiyac 1 

zəruri bax lazımlı

ZƏVVAR Zəvvar ziyarətdən qayıdan baş 

sübh  namazına  Araz  qırağına  düşmüşdü 

(S.Rəhimov);  ZİYARƏTÇİ  [Yanardağ:] 

Ey Hindistandan, İrandan, Çindən dünyanın 

bütün keçilməz, vanlmaz bucaqlarından gəl­

miş müqəddəs odlara tapman, pak, təmiz ve 

təmiz vicdanlı ziyarətçilər (C.Cabbarlı). 

zəvzək bax naqqal

zəvzəmək bax naqqallamaq, çərənləmək 

zığ bax palçıq 

zığ-zımırıq bax palçıq

zıqqı bax xəsis

zıqqıldamaq bax inildəmək, zarımaq 

zıix bax çuğundur

ZINQIROV Karvan gedir yol boyu uza­

nıb  qatar-qatar;  Yeridikcə  dəvələr,  səslə­

nən  zınqırovlar...  (B.Vahabzadə);  CƏRƏS 

(kl.əd.) Cismimdəki bimar könül haləsi, guya; 

Bir  qəmzədə  mohməldon  asılmış  cərəsim 

(Natəvan);  QUMROV  Keçi  yırğalandıqca 

boynundakı  iri yumru qumrov da səslənirdi 

(Ə.Vəliyev); ZƏNG Düzlərdə yük heyvan­

larının boynundan asılmış zənglərin., səsin­

dən başqa bir şey eşidilmirdi (M.S.Ordubadi).

ZINQIROVLU Keçdi mizraqlı döyüşlər, 

qanlar; Zınqırovlu dəvələr, karvanlar (S.Vur- 

ğun); QUMROVLU Şişbuynuz, boynu qum-

417



Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə