33
önündə gedir
1
.
V.Humboldtun „
nitqin səs və hərəkətlərin məcmusu kimi
formalaşması, eləcə də
bu hissi təəssürat və fəaliyyətlərin dilin
yaranmasının ... önündə getməsi“ fikirləri A.Leontyevin “Nitq
fəaliyyəti nəzəriyyəsi”ndə A.N.Leontyev və A.R.Luriyanın adı ilə
bağlı irəli sürülən fəaliyyət ideyasından heç bir cəhəti ilə fərqlənmir.
A.A. və A.N.Leontyevlərin, A.R.Luriyanın başlıca iradı fəaliyyət sö-
zünün önündəki “ruhi” təyini ilə bağlıdır. Belə ki,onlar “ruhi
fəaliyyət” fikrinin materializmlə deyil, idealizmlə bağlı olduğunu id-
dia etməklə ona idealizm damğası vurmuş, həmin fikri sovet
psixologiyası və dilçilik elmi üçün “Non Grande” və ya
qəbuledilməz elan etmişdilər.
Bizcə, V.Humboldtun qeyd edilən fikrində irad tutulacaq
məsələ „
dilin yaranması ilə anlayışların əmələ gəlməsi“ fikri idi ki,
bu cəhətə nə A.A. və A.N.Leontyevlər, nə A.R.Luriya, nə də digər
tədqiqatçılar əhəmiyyət verməmişlər. Amma mahiyyət etibarilə məhz
bu fikirlə razılaşmaq mümkün deyil. Belə ki, burada anlayışın
gerçəklik elementinə xas bir xüsusiyyət olub,
ilk növbədə birinci in-
tellekt obrazında və yalnız bundan sonra və məhz birinci intellekt
obrazının dil güzgüsündə əks olunması nəticəsində formalaşması
2
prinsipi nəzərə alınmamışdır.
§1.3.3. V.Humboldt belə hesab edir ki, dil özünəməxsus
mahiyyət yaratma qabiliyyətinə malikdir. Dilin bu xüsusiyyəti yalnız
dərketmə aktı çərçivəsində mövcud olur. Amma mahiyyət etibarilə
dil dərketmə və ya təfəkkürdən asılı deyil
3
.
Əlbəttə ki, bu fikrin birinci hissəsi, yəni
“dilin mahiyyət
yaratma qabiliyyətinin dərketmə aktı çərçivəsində mövcud olması”
mülahizəsi tamamilə doğrudur. Bu fikrin ikinci hissəsini isə,böyük
alimə bəslədiyimiz dərin rəğbətə baxmayaraq, məqbul hesab edə
bilmərik. V.Humboldtun
“mahiyyət etibarilə dil dərketmə və ya
1
Гумбольдт В. Избранные труды по языкознанию, М., 1984, с. 61.
2
Əsgərov M.B. Dilin psixolinqvistik mahiyyəti. Tədqiqlər. Bakı, 2004, N 2, s. 60-64.
3
Humboldt V. Həmin əsəri, s. 78
34
təfəkkürdən asılı deyil” fikri nə dilin yaranması, nə də praktik olaraq
ondan istifadə baxımından doğru hesab edilə bilməz. Çünki dilin,
eləcə də nitqin yaranması sinktual dərketmə
1
, onun kommunikativ
funksiyası isə vizual-verbal dərketmə ilə birbaşa bağlıdır. İnsanın
yüksək psixoloji fəaliyyətlər qrupuna daxil olan nitqyaratma və
dilyaratma fəaliyyətlərini, eləcə də ünsiyyəti dərketmədən kənarda
təsəvvür etmək belə mümkün deyil. V.Humboldtun bu fikrinin tam
əksinə olaraq,
biz belə hesab edirik ki,
insan təfəkküründən kənarda
mənasız söz yığını və işarələr zəncirindən başqa bir şey olmayan
dilin və ya nitqin əsl mahiyyəti məhz dərketmə və təfəkkür pro-
seslərində üzə çıxır
2
.
§1.3.4. V.Humboldt nitq vasitəsilə ünsiyyətin ən fundamental
problemlərini düzgün müəyyənləşdirmişdir:
“1) qarşılıqlı anlaşmanın mümkün ola bilməsi üçün kommu-
nikantlar dünya haqqında eyni təsəvvürə malik olmalıdırlar, məhz bu
eynilik qarşı tərəfin məqsədini müəyyənləşdirməyə və nitq vasitəsilə
ötürülən məlumat haqqında fikir bildirməyə imkan verir; 2) nitq
vasitəsilə ötürülən məlumatın başa
düşülməsi dinləyən tərəfin
aktivliyidir, belə ki, o, dil işarəsi gövdələrini (özləri müstəqil gerçək-
lik elementi olan dil struktur vahidlərini – M.Ə) qəbul edir, onları
tanıyır, identikləşdirir, yaddaşında olan ensiklopedik və dilçilik məlu-
matları ilə tutuşdurur, nəticədə, nitq vasitəsilə ötürülən məlumatın
mənası və məzmunu haqqında qərar verir; 3) verilən məlumatda olan
dil işarəsi gövdələrinin (dil struktur vahidlərinin–M.Ə) qəbulu –
adresatla eyniyyət təşkil edən bilik fraqmentləri ilə bağlı ilkin göstə-
rişlərin qəbuludur, əslində, bu göstərişlər nitq məlumatı haqqında
qərar vermək üçün yalnız ilkin təkandır”
3
.
1
Əsgərov M.B. Ümumi dərketmə prosesində sinktual dərketmənin rolu (psixolinqvistik
araşdırma). Tədqiqlər. Bakı, 2004, N 1, s. 16-19.
2
Bu haqda daha ətraflı bax. Əsgərov M.B. Təfəkkür prosesləri baxımından dilin yaranması
(məqalə), «Tədqiqlər». АМЕА Dilçilik İnstitutu. Bakı, «Elm», 2008, N 4 s. 45-53;
Leksik-
qrammatik formalarin linqvopsixoloji təhlili. «Filologiya məsələləri». АМЕА M.Füzuli adına
Əlyazmaları İnstitutu. «Elm və Təhsil», Bakı, 2010, № 1, s. 40-52.
3
Тарасов Е.Ф.Тенденции развития психолингвистики.Москва «Наука»,1987, s. 23.
35
§ 1.4. H.Şteyntalın linqvistik və psixoloji görüşləri
H.Şteyntal nitq prosesini şərtləndirən üç başlıca amilin əhə-
miyyətini ön plana çəkir. O, belə hesab edir ki, nitqin məqsədi psixo-
loji və maddi qüvvələrin köməyi ilə məzmunun ifadəsidir (və ya ötü-
rülməsidir–M.Ə). H.Şteyntal maddi qüvvəni musiqi aləti, psixoloji
qüvvəni çalğıçı, məzmun və ya mənanı isə bəstəkarla müqayisə edir
1
.
Bütün digər cəhətləri bir kənara qoyaraq etiraf etməliyik ki, bu
mövqeyi ilə H.Şteyntal elmi gerçəyə V.Humboldtdan daha yaxındır.
Belə ki, V.Humboldtdan
fərqli olaraq, H.Şteyntal məzmunun ifadə-
sində psixoloji və maddi cəhətlərin birgə iştirakını qəbul edir.
Doğrudur, H.Şteyntal məzmun, maddi və psixoloji cəhətlər
deyərkən heç də gerçəklik elementi, ona ekvivalent olan birinci və
ikinci intellekt obrazlarını
2
nəzərdə tutmur. Bu cəhətdən burada elmi
gerçəyə yalnız nisbi yaxınlıqdan söhbət gedə bilər.
§1.4.1. H.Şteyntal dilçilikdə məntiqi meyillərlə mübarizə
məqsədi ilə dilçiliyi psixoloji elm, dili isə bütövlükdə psixi fenomen
elan edir. Təbii ki, bu, bütün varlığını sevdiyi
elmə həsr edən
psixoloq-alimin eqoistcəsinə söylədiyi subyektiv fikirdir və həmin
fikri söyləməkdə onun əsas məqsədi psixoloq olmayan tədqiqatçıları
dilin öyrənilməsi məsələlərindən uzaqlaşdırmaqdır.
H.Şteyntalın əsərlərində psixologiya və linqvistikanın əlaqəsi
nəzəri elmlərin metodologiyası səviyyəsində nəzərdən keçirilir. Bu
zaman nəinki analizlərin metodoloji sxemləri uyğunlaşdırılmadan
dilçiliyə köçürülür, hətta bunun dilçilik baxımından yeganə düzgün
metodologiya olduğu iddia edilir. O, dilçiliyə yad olan metodologiya-
nı gətirməklə kifayətlənməmiş, eyni zamanda dilçilik məsələlərindən
bəhs etdikdə belə onun əsas apellyativ vahidləri “danışıq”, “danışıq
qabiliyyəti” kimi sırf psixoloji anlayışlar olmuş, o, dilçiliyin psixolo-
giyadan fərqli sistemi və predmeti olduğunu sanki unutmuşdur
3
.
1
Steinthal H. Abriss der Sprachwissenschaft, Berlin, 1871, s.483.
2
Əsgərov M.B.Gerçəklik elementinin intellekt obrazları. Tədqiqlər. Bakı, 2003, №4, s. 39-43
3
Тарасов Е.Ф. Тенденции развития психолингвистики. Москва «Наука», 1987, s. 23-24.
36
Bir sözlə, H.Şteyntal öz tədqiqatlarında
dilçilik problemləri ilə
məşğul olan psixoloq olaraq qalır. Onun dilçiliyə gətirdiyi yeganə
yenilik isə müəllimi İ.F.Herbartın assosianizm ideyası olmuşdur.
§1.4.2. Əslində müxtəlif psixoloji hiss, təsəvvür, obraz və sairə
ilə bağlı assosiativ əlaqələr ideyasının çox qədim tarixi vardır. Bütün
fəlsəfə tarixində, elməqədərki və elmi psixologiyada ona rast gəlmək
mümkündür. Xarici təsirlər nəticəsində yaranıb bədən hissiyyatının
əlaqələri kimi çıxış edən və bədən daxilində mühafizə olunan asso-
siasiyaların mexaniki modeli hələ XVII əsrdə R.Dekart, T.Gibbson,
B.Spinoza tərəfindən işlənib hazırlanmışdır.
Assosianizm və ya assosiativ əlaqələr ideyasının H. Şteyntal
tərəfindən dilçiliyə tətbiqi əksər halda tənqidlərə məruz qalsa da
1
, nə-
zərə almaq lazımdır ki, müxtəlif eksperimentlərdə müəyyən edilən
sözlərarası assosiativ əlaqələrdən eksperimentə cəlb olunan normal
və patologiyalı şəxslərin psixikasında mövcud olan anlayışlar arasın-
dakı əlaqələrin öyrənilməsində bir vasitə kimi istifadə edilir.
Bu isə
öz növbəsində ontogenezdə sözlərin mənalarının inkişafı
2
və insanın
daxili leksikonunun quruluşu haqqında
3
mühakimə yürütməyə imkan
verir.
§ 1.5. V.Vundt. Formanın fərqli məzmun yaratması,
təfəkkür elemnti anlayışı
V.Vundtda da linqvistika və psixologiyanın əlaqəsi metodoloji
səviyyədə nəzərdən keçirilmiş, analiz sxemləri müvafiq adaptasiya
aparılmadan dilçiliyə tətbiq edilmişdir. O, dil materialları ilə işlədikdə
belə, psixoloq olaraq qalır. V.Vundt mənimsəmə (dərketmə) və nitq
yaratma proseslərini psixoloji analiz sxemlərindən istifadə yolu ilə
tədqiq edir.
1
Тарасов Е.Ф. Тенденции развития психолингвистики. Москва «Наука», 1987, s. 24-25.
2
Уфимцева Н.В. Опыт экспериментального исследования развития словесного
значения // Психолингвистические проблемы семантики. М., 1983.
3
Залевская А.А. Проблемы организации внутренного лексикона человека. Калинин,
1977.