Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə3/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   2   3   4   5   6   7   8   9   ...   76

 

RƏYÇİLƏRDƏN 
 
Nəzəri dilçiliyə yeni baxış 
 
Dilin formalaşması və funksiyalarının öyrənilməsi məsələsi 
qədim tarixə malikdir. Hələ antik dövrlərdə, digər elmlər natural 
fəlsəfədən ayrılmamışdan  əvvəl belə, dünyanın və insan cəmiy-
yətinin yaranmasının araşdırılmasına həsr olunan əksər  əsərlərdə 
dilin mahiyyətinin öyrənilməsinə  və  şərhinə  cəhdlər göstərilmiş-
dir. Bu cəhdlərin əksəriyyəti natural fəlsəfənin və dinin bəzi eh-
kamlarına, klassik məntiqə əsaslanırdı. Fəlsəfi və məntiqi dilçilik 
kimi sahələrin formalaşması, müəyyən dövr ərzində aparıcı istiqa-
mətə çevrilməsi məhz bununla bağlıdır.  
Cəmiyyətin özü kimi onun yaratdığı elmlər də inkişaf etdik-
cə, dilin yaranmasına və onun insan həyatındakı roluna münasibət 
də tədricən dəyişməyə başladı. Artıq dilin mahiyyətinin və funksi-
yalarının şərhində sadəcə dini-fəlsəfi ənənə və ehkamlara, məntiqi 
doqmalara deyil, filoloji və sosioloji normalara, psixoloji və tətbi-
qi prinsiplərə də istinad olunurdu.  
İnsan cəmiyyətinin, insan adlı fenomenin qəribə təbiəti, qəri-
bə məntiqi var. Çox vaxt o, mühafizəkarcasına yeni bir şey yarat-
maq cəhdinə qarşı  çıxır.  İsrarla yeniliyin önünü kəsməyə  cəhd 
göstərir. Məsələn, orta əsrlərdə ifrat dini təmayüllərin tətbiq etdiyi 
“inkvizisiya” buna nümunə ola bilər. Bəzən də insan yeni bir şey 
yaratmaq üçün ilk növbədə əvvəlcədən və ya özünə qədər mövcud 
olanı məhv etməyə çalışır. Məsələn, fəlsəfədə “materializm” bər-
qərar ola bilmək üçün “idealizm” cərəyanını, “nihilizm” bərqərar 
ola bilmək üçün “obyektivizm”, “praqmatizm” və digər cərəyanla-
rı məhv etməyi qarşısına məqsəd qoydu. 
Psixologiya elmində isə, “eksperimental mühəndis psixo-
logiyası” hegemonluq əldə edə bilmək üçün “nəzəri psixologi-
ya” istiqamətinə qarşı  çıxdı, onu psixologiya elminin obyekti 
siyahısından sildi (bax, § 1.6). Linqvistika və psixolinqvistika-
 
10
da “behaviorizm” və “neobehaviorizm” həyata vəsiqə ala bilmək 
üçün fəlsəfi və  məntiqi dilçilik istiqamətlərinə hücum etdi, “nitq 
fəaliyyəti nəzəriyyəsi” isə öz varlığını elan edə bilmək üçün psixo-
linqvistikanın “behaviorizm” və “neobehaviorizm” kimi klassik 
məktəblərini darmadağın etməyə cəhd göstərdi (bax, § 1.14; 1.15).  
Kök sözlərin, ilkin morfemlərin yaranması problemi, əslində, 
ilk dilin genezisi, mənşəyi ilə bağlı məsələdir. İlk dilin yaranması 
problemi hər zaman dünya dilçiliyinin ən aktual məsələlərindən biri 
olmuşdur. Problemin çətinliyi ondadır ki, ilk ulu dilə aid fikirlər 
fərziyyələrə  əsaslanır. Çünki ulu dilə aid yazılı faktlar yoxdur. 
Alimlər yalnız məntiqin gücünə  əsaslanıb fərqli fərziyyələr irəli 
sürürlər. Hələ qədim yunan dilçiliyindən başlayaraq filosoflar dilin 
yaranması haqqında müxtəlif fikirlər səsləndirmişlər. XVIII əsrdə 
J.J.Russonun “Dillərin  əmələ  gəlməsinə dair təcrübə”,  İ.Herderin 
“Dilin mənşəyinə dair tədqiqlər”  əsərlərində dilin mənşəyi insan 
faktoru ilə  əlaqələndirilir, yəni hər iki əsərdə dilin yaranma səbə-
binin insan olduğu göstərilir
1

Belə  nəzəriyyələrdən biri də  səs təqlidi, yəni imitativlik 
nəzəriyyəsidir.
 
Bu nəzəriyyəsnin  əsası yunan dilçiliyində qoyul-
muşdur. Bu nəzəriyyəyə görə, dil insanın təbiət səslərini təqlid et-
məklə  çıxardığı  səslər  əsasında yaranmışdır.
 
Demokrit, Platon, 
V.Leybnis, V.fon Humbolt, D.Herdar, D.Uitni bu nəzəriyyəyə 
tərəfdar çıxmışlar. Bu nəzəriyyə iki müddəaya  əsaslanır: dildə ilk 
sözlər səs yamsılamaları olmuşdur, 2) sözdə  səslənmə  rəmzidir, 
şeylər müvafiq mənaya malikdir
2
. Məsələn, Q.E.Kornilovun  imita-
tivlik nəzəriyyəsinə görə, ilkin kök söz deyil, imitativ olmuşdur. 
Onun fikrincə, ilkin söz kökünü təşkil edən səslər fonemlər deyil, 
ideofonlar səviyyəsində idi və funksional baxımdan müasir söz 
funksiyasına uyğun gəlir
3
.  
                                                 
1
 Qurbanov A. Ümumi dilçilik. I, Bakı, Maarif, 1989, s 54.   
2
 Dilçilik ensiklopediyası, I cild, Bakı, “Mütərcim”, 2006, s. 256. 
3
 Корнилов  Г.Е.  Имитативы  в  чувашском  языке.  Чебоксары, «Чувашское  книжное 
издательство», 1984, с.181  


 
11
Tədqiqatlar göstərir ki, yer üzərində ulu dilin protodillərə 
parçalandıqdan sonra eyni sözün izomorfları qohum protodillərdə 
(indiki dil ailələrinə aid kök dildə) hər bir insan cəmiyyətinin, hər 
bir tayfanın, xalqın səciyyəsinə müvafiq inkişaf yolu keçmişdir
1
.
 
M.B.Əsgərovun  “Linqvopsixologiya və ya dilin psixolo-
giyası” adlı əsərinin ən yüksək məziyyətlərindən biri məhz odur ki, 
burada  əksəriyyətin israrla inkar etdiyi fikir və müddəalardan 
faydalanmağın, hamı  tərəfindən üz çevrilən həqiqətlərin müsbət 
tərəflərindən istifadə etməyin optimal yolları nümayiş etdirilir. 
Beş  fəsildən ibarət olan bu tədqiqatın  birinci fəslində dilin 
psixoloji cəhətləri ilə bağlı müxtəlif tədqiqatçılar tərəfindən deyilən 
fikirlər tənqidi şəkildə analiz olunmuş, onların doğru və yanlış cə-
hətləri, uğur və çatışmazlıqları qeyd edilmişdir.  
Tədqiqatın ikinci fəslində dərketmə və təfəkkürün vahidləri 
olan gerçəklik elementi, intellekt obrazı və kodu, dərketmə, qavra-
ma və  mənimsəmənin üsul, metod və mexanizmi haqda nəzəri 
mülahizələr irəli sürülür. Müəllif qeyd edir ki, “burada bilərəkdən 
intellekt obrazının maddi varlıq və ya ilahi ruh olması  məsələsini 
açıq qoyuruq. Çünki bizim məqsədimiz dərketmə və təfəkkür pro-
seslərinin həyata keçməsini təmin edən intellekt obrazlarının təbiəti-
ni və ya maddi əsasını üzə  çıxarmaq deyildir… Amma istənilən 
halda, bu sahədə problemin mövcudluğunu göstərməklə yanaşı, bir 
faktı da qeyd etmək istərdik ki, insanın beyin aparatının informasiya 
daşıyıcılarının maqnit, işıq və ya istilik dalğaları tipində maddi var-
lıqlar olması fikri ilk baxışdan materializmə meyil kimi qəbul 
olunsa da, əslində, bu materialist fikir enerjinin itməməsi, bir forma-
dan başqa formaya keçməsi kimi başqa bir materialist fikirlə 
birləşdikdə  ruhun müstəqil  şəkildə mövcudluğu və ölməzliyi kimi 
tam idealist fikrə də dəstək vermiş olur” (daha ətraflı bax, § 2.3).  
Burada sanki tədqiqatçı elmi həqiqətin materialist və idealist 
fikirlərin birləşdirilməsində, fəlsəfi terminlə desək,  əksliklərin 
vəhdətində olduğunu əyani şəkildə göstərir.  
                                                 
1
 Kazımov Q. Azərbaycan dılınin tarixi. Bakı, “Təhsil”, 2003, s. 33. 
 
12
Bir qədər irəli gedərək onu da qeyd edək ki, yeni inteqral elm 
sahələrinin yaranma zəruriyyətindən danışarkən “termodinamika-
nın, informatikanın, nəzəri fizikanın, psixologiyanın uğur və nail-
iyyətləri bu elmlərin nəticələrini yeni elmi istiqamətdə - bioenerji-
informatikada birləşdirməyə, ruhi və ya zərif dunyanın varlığı 
haqda ehtimalı  əsaslandırmağa imkan verir,... yeni elmi və  fəlsəfi 
dünyagörüşünün işlənib hazırlanması elmi və ezoterik biliklər, elm 
və din arsındakı ziddiyyətlərə deyil, onların vəhdətinə,  ittifaqına 
əsaslanır” (daha ətraflı bax: § 5.1) deyən tədqiqatçı, bizcə, tamamilə 
haqlıdır. Başqa sözlə desək, bu əsərin ikinci bir üstün cəhəti ondan 
ibarətdər ki, burada dilin psixoloji problemləri ilə bağlı yeni, orijinal 
elmi-nəzəri mülahizələr irəli sürülərək tam şəkildə  şərh 
olunmuşdur.  
Tədqiqatın üçüncü fəslində müəllif qeyd edir ki, linqvopsi-
xologiya adlı bu yeni istiqamətin psixoloji əsasını: “L.Vıqotskinin 
psixoloji fəaliyyət nəzəriyyəsinin xaricə yönələn fəaliyyətlər qismi-
nin mütləq şəkildə nəzərə alınması şərtilə, akademik İ.M.Seçenov 
tərəfindən irəli sürülən … üçpilləli dərketmə aktı və bu akt əsasında 
müəyyən edilən S+O+F sxemi təşkil edir”. Əsərlə tanışlıqdan belə 
məlum olur ki, S+O+F (stimul + obraz + fəaliyyət) sxemi 
L.Vıqotskinin və İ.M.Seçenovun fikir və müddəalarından yaradıcı 
şəkildə istifadə etməklə  tədqiqatçı M.B.Əsgərovun özü tərəfindən 
yaradılmış orijinal bir sxemdir (daha ətraflı bax: § 3.1).  
Müəllifin təbiri ilə desək, “bu tədqiqatın linqvistik əsası on-
dan ibarətdir ki, okkazional şəkildə ünsiyyət ehtiyacından yaranan 
dil struktur vahidləri və söyləmlər əks etdirdiyi gerçəklik elemen-
tinin yaddaşdakı intellekt obrazları və ya kodları ilə birləşdikdə dilə 
çevrilir. Yəni dil, bir tərəfdən öz struktur vahidləri olan forma və 
nitq söyləmləri ilə birlikdə təfəkkür proseslərinin son məhsulu kimi 
meydana çıxır, ikinci bir tərəfdənsə, bir güzgü kimi məhz dərk 
olunmuş gerçəklik elementlərini əks etdirir” (daha ətraflı bax: §3.1).  
M.B.Əsgərovun bu tədqiqat çərçivəsində irəli sürdüyü nəzəri 
müddəalara  əsasən fonetik vahidlərdən başlamış kök və yardımçı 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə