Lider milli qurtuluşdan millət quruculuğuna 1993-cü ilin 15 iyunu Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu və bu gün hər bir azərbaycanlının əsrlər boyu mənsub olduğu millətin tarixi (və lideri!)



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
tarix28.08.2018
ölçüsü1,04 Mb.
#65008


LİDER

Milli  qurtuluşdan 

millət quruculuğuna

1993-cü ilin 15 iyunu Azərbaycan xalqının tarixinə 

Milli Qurtuluş Günü kimi daxil oldu və bu gün hər bir 

azərbaycanlının əsrlər boyu mənsub olduğu millətin 

tarixi (və lideri!) ilə iftixar duyacağı bir gündür.

Nizami  Cəfərov

Milli Məclisin deputatı, 

akademik

Azərbaycan xalqının Ümummil­

li  lideri,  dünya miqyaslı  ictimai-si­

yasi  xadim,  böyük  mütəfəkkir 

Heydər  Əliyevin  tarixi  xidmətləri

haqqında  danışılarkən,  məlum  ol­

duğu  kimi,  əsas  diqqət  onun  döv­

lət  quruculuğu  missiyasına  verilir 

ki,  bu  da  tamamilə  təbiidir.  Hər 

şeydən  əvvəl  ona  görə  ki,  Heydər 

Əliyev  Azərbaycanda,  ümumən 

Sovetlər Birliyində siyasi nüfuz qa­

zanmağa başladığı ilk illərdən - ke­

çən  əsrin  60-cı  illərinin  ortaların­

dan enerjisini, əsasən, Azərbaycan­

da milli, müasir və Sovetlər Birliyi­

nin imkan verəcəyi qədər müstəqil 

bir  dövlətin  qurulmasına  həsr  et­

miş,  bir  neçə  mərhələdən  keçən 

kifayət qədər inamlı,  ardıcıl müba­

rizələrdən  sonra  -  90-a  illərin  əv­

vəllərindən  başlayaraq  müstəqil 

Azərbaycan  dövlətini  həm  qur­

muş,  həm  də  onun  inkişafı  üçün 

mükəmməl  strateji  perspektivlər 

müəyyən  etmişdir.  Bu,  əlbəttə, 

mənsub  olduğu  xalqın  iradəsini 

ifadə edən böyük liderin əsas tarixi 

missiyası  idi...  Bununla  belə  Hey­

dər  Əliyevin  dövlət  quruculuğun­

dan heç də kiçik olmayan bir missi­

yası  da  millət  quruculuğu  idi  ki, 

fikrimizcə,  elmi  tədqiqatlarda  hə­

min  məsələyə,  hələ  ki,  lazımi  sə­

viyyədə (və miqyasda) diqqət yeti­

rilmir.


Politoloji  mülahizələrə  görə, 

dövlət  quruculuğu  xeyli  dərəcədə 

siyasi-administrativ hadisə olduğu 

halda,  millət  quruculuğu  mənəvi- 

siyasi  prosesdir.  Və  elə  bir  möhtə­

şəm  prosesdir  ki,  adətən,  yüz  illər 

boyu  davam  edib,  xalqın  müxtəlif 

tarixi dövrlərdə, mərhələlərdə təbii 

olaraq  yetişdirdiyi  bir  neçə  ziyalı­

lar, ictimai xadimlər, mütəfəkkirlər 

nəslinin  çoxşaxəli,  çoxmiqyaslı 

mübarizələri ilə müşayiət olunur.

Millət  qurucusunun  ən  mühüm 

xüsusiyyəti  bundan  ibarətdir  ki, 

mənsub  olduğu  etnosun,  xalqın, 

millətin müstəqilliyi, inkişafı,  dün­

yanın  müasir  (mədəni)  millətləri

70 

Milli  Məclis




səviyyəsinə  yüksəlməsi  uğrunda 

mübarizə aparır. Və əgər milli döv­

lət müstəqilliyinə nail olmaq qeyri- 

mümkündürsə,  həmin  mübarizə­

dən imtina etməyib xalqın gücünü, 

yaradıcılıq  enerjisini  təmərküzləş­

dirməklə  onu  gələcəyə  hazırlayır. 

Azərbaycanda  millət  quruculuğu­

nun XIX əsrin əvvəllərindən başla­

yan, XIX əsrin sonu XX əsrin əvvəl­

lərindən  etibarən  geniş  vüsət  alan 

zəngin bir tarixi vardır ki, onu aşa­

ğıdakı  dövrlərə  bölmək  mümkün­

dür:


1)  XIX  əsrin  əvvəllərindən  son­

larına qədər;

2)  XIX  əsrin  sonu  XX  əsrin  əv­

vəlləri;


3)  XX əsrin 20-ci  illərindən 60-cı 

illərinə qədər;

4)  XX  əsrin 60-a  illərindən  son­

larına qədər;

5)  XX  əsrin  sonlarından bugünə 

qədər.


Birinci  dövr  Abbasqulu  ağa  Ba­

kıxanov,  İsmayıl  bəy  Qutqaşınlı, 

Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, 

Mirzə  Fətəli  Axundzadə,  Seyid 

Əzim  Şirvani;  ikinci  dövr  Əli  bəy 

Hüseynzadə,  Mirzə  Ələkbər  Sabir, 

Cəlil  Məmmədquluzadə,  Nəriman 

Nərimanov, Məhəmməd Əmin Rə­

sulzadə,  Mirzə  Cəfər  Topçubaşov, 

Fətəli xan Xoyski, Əhməd bəy Ağa­

yev;  üçüncü  dövr  Hüseyn  Cavid, 

Cəfər Cabbarlı,  Üzeyir Hacıbəyov, 

Səməd Vurğun, Süleyman Rüstəm, 

Rəsul Rza, Mirzə İbrahimov... kimi 

ziyalılarla təmsil olunur.

Heydər  Əliyevin  bir  millət  qu­

rucusu olaraq fəaliyyəti  (və müba­

rizələri!)  biri  digərinin  bilavasitə 

davamı  olan  dördüncü  və  beşinci 

dövrləri əhatə edir ki, həmin dövr­

lərdə  Ziya  Bünyadov,  İsa  Muğan- 

na, İsmayıl Şıxlı, Bəxtiyar Vahabza­

də,  Məmməd  Araz,  Nəriman  Hə­

sənzadə,  Xəlil  Rza,  Anar,  Elçin...

kimi  ziyalılar  da  milli  özünüdərk 

(və  özünü təsdiq!)  uğrunda  müba­

rizə aparmış, böyük xidmətlər gös­

tərmişlər.

Keçən  əsrin  ortalarından,  xüsu­

silə  60-a  illərdən  Sovetlər  Birliyi­

nin ictimai-siyasi  həyatında özünü 

göstərən  "mülayimləşmə"  prosesi 

ölkənin  (özünəməxsus  imperiya­

nın)  hər  yerində  olduğu  kimi, 

Azərbaycanda da milli təəssübkeş­

lik hisslərinin bu və ya digər dərə­

cədə  açıq təzahürü  üçün müəyyən 

şərait  yaratdı.  Və  həmin  şəraitdən 

düzgün,  məqsədyönlü  və  məhsul­

dar istifadənin əsas qarantlarından 

biri  (əslində,  birincisi)  Heydər Əli­

yevin  şəxsində  güclü  milli  liderin 

hakimiyyətə gəlməsi idi.

Ümumiyyətlə,  böyük tarixi  şəx­

siyyətin  millət  quruculuğu  prose­

sindəki  mübarizədə  uğurlarını  tə­

min edən cəhətlər ən azı aşağıdakı­

lardan ibarətdir:

may-iyun 2017 

71



LİDER

h E J IW -   *»*-•'

ia n r -  AtjflıiP!

1)  mənsub olduğu etnosa, xalqa, 

millətə, ümumən etnik-mədə- 

ni  sistemə  təbii,  tərəddüdsüz 

bağlılıqdan  irəli  gələn  milli 

təəssübkeşlik;

2) xalqın  tarixini,  düşdüyü  icti­

mai-siyasi  vəziyyəti,  sözün 

geniş  mənasında  yaradıcılıq 

potensialını  yüksək  intellekt­

lə dərindən dərk edib tərəqqi

təkamül üçün real, həyata ke­

çirilməsi  mümkün  proqnoz­

lar,  perspektivlər  müəyyən

etmək istedadı;

3) özünəqədərki  (və  müasir) 

milli  ictimai-siyasi,  ideoloji 

maraqları  təhlil  edib  ümumi­

ləşdirmək,  tarixdən  gələn  bu 

və ya digər  səviyyədə forma­

laşmış  milli  ideologiyanı 

özündə ehtiva edib inkişaf et­

dirmək məharəti;

4)  tarixin təcrübəsini rəhbər tut­

maqla  hakimiyyətin  verdiyi 

imkanlara  əsaslanaraq  milli 

strateji  maraqların  həyata  ke­

çirilməsi üçün düzgün taktika 

yürütmək,  keçmişin  səhvlə­

rindən imtina edib uğurlarını 

daha  da  təkmil  formada  təq­

dim etmək bacarığı;

5)  milli,  mənəvi-ideoloji  enerji­

nin 


təmərküzləşdirilməsi, 

müzakirələrə  geniş  meydan 

açılması,  ictimai  şüurdakı  (və 

həyatdakı) qorxu, ətalət və tə­

rəddüd simptomlarının müm­

kün qədər aradan qaldırılma­

sı,  millətin  mütərəqqi  şəxsiy-

72 

Milli  Məclis




yətlərinin  nüfuzunu  güdən- 

dirmək,  yeni  (gənc)  nəslin 

mənəvi sağlamlığım təmin et­

mək  üçün  ardıcıl,  inamlı  təş­

kilatçılıq  tədbirlərinin  görül­

məsi.


Ümummilli  lider  müstəqillik 

dövründə  müəyyən  münasibətlər­

də  Azərbaycanın  ən  yeni  tarixinə 

dair  ölkə  idimaiyyətini,  ziyalıları 

düşündürən bir sıra suallara cavab 

verməli olurdu ki, onlardan biri də 

belə idi:  "Nə üçün 60-cı,  70-d illər­

də  Azərbaycandan  sona  qədər  tə­

qib  olunan  bir  dissident  -  millətçi 

çıxmadı?  Halbuki  Sovetlər  Birliyi­

nin  digər  respublikalarında  onlar 

kifayət qədər olmuşdular..." Cavab 

olduqca  yığcam  (və  mükəmməl) 

idi:  "Çünki  ən  böyük  dissident 

mən özüm idim..."

Heydər  Əliyevin  millət  qurucu­

luğu siyasətinin, fikrimizcə, üç əsas 

prinsipi mövcuddur:

1)  millətin  özünü  özünə  tanıt­

maq;


2)  milləti,  xüsusilə  onun  ziyalı­

larının,  böyük  şəxsiyyətləri­

nin  timsalında  hər  hansı  təh­

lükədən  xilas  (və  müdafiə) 

etmək;

3) milləti  dünyaya  (eləcə  də 



dünyanı millətə) tanıtmaq.

Tarixin  təcrübəsi  göstərir  ki, 

millət  quruculuğu  prosesi  o  za­

man uğurlu və ya məhsuldar olur 

ki,  həmin  proses  tədricən,  funda­

mental  dəyərlərə  əsaslanaraq  get­

sin...  Və  hər  cür populizmdən,  tə- 

ləskənlikdən,  "millət  xadimlə­

ri" nin  liderlik  iddialarının  doğur­

duğu münaqişələrdən,  mənsəbpə- 

rəstlikdən  uzaq  olsun.  Heydər 

Əliyevin  təmənnasız  xalq,  millət 

sevgisi  imkan verdi  ki,  o,  mənsub 

olduğu xalqı, milləti ən yüksək sə­

viyyədə  irəli  apara  (yüksəldə!), 

qarşıya  çıxan  kifayət  qədər  güclü 

maneələri cəsarətlə aradan qaldıra 

bilsin. Ümummilli lider yaxın keç­

mişin  təcrübəsindən  çox  yaxşı  bi­

lirdi  (və  bunu  bir  neçə  dəfə  qeyd

etmişdi)  ki,  millət  quruculuğunda 

ən təhlükəli hallardan biri  liderlik 

konyukturudur ki, bunun acı nəti­

cələrini  Azərbaycan  xalqı  az  gör­

məmişdir.

Liderlik konyukturları isə elə bir 

mürəkkəb  sosial-psixoloji  hadisə­

dir  ki,  onu  nəzərə  almadan,  əslin­

də,  müəyyən  mənada,  idarə  etmə­

dən  millət  quruculuğu  prosesini 

uğurla  aparmaq,  demək  olar  ki, 

mümkün  deyil.  Buraya  (liderlik 

konyukturuna):  a)  ölkənin  uzun 

əsrlər müxtəlif xanlıqlara parçalan­

ması  nəticəsində  hər  regionun  öz 

liderlərini  yaratmaq  iddialarından 

(və tarixi təcrübəsindən) irəli gələn 

münaqişəlilik; b)  mərkəzin  (Mosk­

vanın) biri  digərini əvəz  edən süni 

liderlər  hazırlayıb  onların  şişirdil­

miş  (və  mübahisəli)  "nüfuz"u  ilə 

ölkəni  idarə  etməyə  çalışması; 

c)  ardıcıl  olmayan,  bir  növ  impul- 

siv  "qəhrəmanlıq'Tarın  ortaya  çı­

xardığı  təsadüfi  liderlik  iddiaları­

nın  doğurduğu  problemlər  və  s. 

daxildir ki, bunların hər biri,  prak­

tik  olaraq,  hamısı  bir  yerdə  Azər­

baycan  xalqının  təmərküzləşməsi 

qarşısında həmişə böyük maneələ­

rə çevrilmiş, millət quruculuğunun

lazımi (təbii) sürətlə getməsini pro­

vokasiya xarakterli metod və üsul­

larla ləngitmişdir.

Millət,  yaxud  dövlət  quruculu­

ğunda  bir  lider  səviyyəsində  işti­

rak  etməyin  təməl  şərti,  əlbəttə, 

ümumi  (universal)  xarakterə  ma­

likdir  ki,  bu  da  mənsub  olduğun 

etnosun (xalqın) hər hansı bir sahə­

də  (elmi,  mədəni,  hərbi,  idarəçilik 

və  s.)  və  ya bu  sahələrin  bir  neçə­

sində nüfuzunu qazanmaqdan iba­

rətdir.  Bundan sonra isə  milli  lide­

rin millət, yaxud dövlət müstəqilli­

yi  uğrunda  mərkəzi  hakimiyyətlə 

"dialoq"u  başlayır  ki,  Azərbayca­

nın  Heydər  Əliyevə  qədərki  siyasi 

tarixində  bunun,  əsasən,  üç  təcrü­

bəsi mövcud olmuşdu:

1)  müstəqillik tələbi ilə bu və ya 

digər  şəkildə  mərkəzi  haki­

miyyətə qarşı çıxmaq;

2)  mərkəzi  hakimiyyətin  bütün 

tələblərini  yerinə  yetirməklə 

uzun  müddət  hakimiyyətdə 

qalıb,  nəticə  etibarilə,  ekzotik 

və ya dekorativ bir liderə çev­

rilmək;

3) milli  mənafeləri  gözləmək, 



müdafiə etmək və millətin ar­

dıcıl tərəqqisini təmin edəcək

may-iyun 2017 

73



LİDER

real  işlər  görməklə  yanaşı, 

mərkəzi  hakimiyyətdən  asılı­

lığı  tədricən  minimuma  en­

dirmək.

Ən çətin (ancaq perspektivli) yol 



üçüncüsü  idi.  Və  Heydər  Əliyev 

Azərbaycanda siyasi  nüfuz  qazan­

dıqdan  sonra  məhz  bu  yolla  get­

di...  O,  mərkəzi  hakimiyyətə  qarşı 

üsyan  etmədi,  əksinə,  müxtəlif 

üsullarla  mərkəzi  hakimiyyəti 

məcbur  etdi  ki,  Azərbaycanla  ma­

raqlansın,  onun  barəsində  qərar­

laşmış  "Rusiyanın  ucqarları"  (Nə­

riman  Nərimanov)  -  periferiya  tə­

səvvüründən əl çəksin.

Dünyagörüşü  etibarilə  milli 

kommunist  olan  Heydər  Əliyev 

milli müstəqillik uğrunda mübari­

zəsində əsas  prinsip kimi,  mənsub 

olduğu  xalqın  hər  hansı  iddia  ilə 

özünə  qapanmasmı,  özünü  təcrid 

etməsini yox, ən azı Sovetlər Birliyi 

miqyasında  dünyaya  açılmasını 

seçdi.  O,  yaxşı  bilirdi  ki,  xalq  iste­

dadlı  nümayəndələrinin  timsalın­

da  dünyaya  açılarsa,  özünü  başqa 

xalqlarla  müqayisə  etmək  imkan­

ları  qazanacaqdır ki,  bu  da müstə­

qillik  (və  mütəşəkkillik)  üçün mü­

hüm şərtdir. Və bu, müdafiə deyil, 

hücum taktikası idi.

Heydər  Əliyev  mənsub  olduğu 

(və  artıq  demək  olar  ki,  yeganə  li­

deri  olaraq  həm  daxildə,  həm  də 

xaricdə məşhurlaşdığı) xalqın dün­

ya  miqyasına  çıxanda  o  qədər  də 

mükəmməl  (və  müasir)  görünmə-

yəcəyindən çəkinmədi. Və tədricən 

Moskvaya, ümumən Sovetlər Birli­

yinə  konkret  işlə  sübut  etdi  ki, 

azərbaycanlılar  zəhmətkeş,  mədə­

ni,  hər sahədə uğurlar qazana bilə­

cək istedadlı bir xalqdır. Xalqı yük­

səltməyin,  özünə  (və  dünyaya)  ta­

nıtmağın  elə  bir  üsulu,  forması 

qalmadı  ki,  Heydər  Əliyev  ondan 

tam  gücü  ilə  istifadə  etməmiş,  sı­

naqdan  keçirməmiş  olsun.  İqtisa­

diyyat, mədəniyyət, dövlət idarəçi­

liyi  kimi  fundamental  sahələrdəki 

uzun  illərin  gerilikləri,  ətaləti  və 

hərc-mərcliyi  tezliklə  nəinki  ara­

dan  qaldırıldı,  respublikanın  icti­

mai həyatında elə bir canlanma ol­

du  ki,  insanlar  milli  mənsubiyyət­

ləri  ilə  qürur  duymağa  başladılar.



HlWAT  JOJiyMfc/3-

* A


nrUNNSb* mrrAMI 

KƏrwoe BflMP.



W f 'if jf 't f f *

*aı:u.ip

tQ

74 

Milli  Məclis




Və hakimiyyətə gəldiyi ilk illərdən 

hamıya məlum  idi  ki,  Heydər  Əli­

yev tarix yaradır.

İstər  Azərbaycanda,  istərsə  də 

Azərbaycandan  kənarda  elə  "azər- 

baycanşünaslar",  yaxud  "soveto- 

loqlar"  tapılır  ki,  Heydər  Əliyevin 

sovet  dövrü  fəaliyyətini,  rəhbərlik- 

idarəçilik  üslubunu  "təntənələrə 

daha çox meydan açmaq"da tənqid 

etməyə  çalışırlar.  Bununla  heç  cür 

razılaşmaq olmaz... Hər şeydən əv­

vəl  ona  görə  ki,  bu  təntənələr,  sö­

zün  böyük  mənasında,  xalqa  ruh 

verirdi,  onu  təhsilə,  intellektə,  icti­

mai fəallığa, əməyə səfərbər edirdi.

Heydər  Əliyev  Azərbaycanda 

sovet  dövlət  idarəçiliyi  sistemini 

Azərbaycan  xalqının  xidmətinə 

verməklə onu (dövlət idarəçiliyini) 

mərkəzi  hakimiyyətin  "canişinli­

yi" ndən  çıxardı.  Və  bunun  nəticə­

sidir ki,  azərbaycanlılar yalnız ida­

rə  olunan yox,  həm  də  idarə  edən 

xalqa çevrildilər.

Sovetlər  Birliyinin  dağılması, 

Azərbaycanda milli müstəqillik (və 

dövlət müstəqilliyi) uğrunda hərə­

katın güclənməsi illərinin sosial-si­

yasi mənzərəsi göstərdi ki, Heydər 

Əliyev  Azərbaycan  xalqını  doğru 

yolla  aparmış  həqiqi  milli  lider ol­

muşdur.  Çünki  xalq  müxtəlif  xa­

rakterli  provokasiyaları,  nəticə eti­

barilə,  dəf edərək:

1)  milli  müstəqillik  ideallarına 

sadiq  qalıb  heç  bir  siyasi  hi- 

mayəçilik  iddiasını  qəbul  et­

mədi;

2)  ərazi  bütövlüyünü  ən  kəskin 



(və  güclü)  təzyiq  qarşısında 

belə güzəştə getmədi;

3)  ona  müxtəlif  liderlər  "təklif 

olunduğu"  halda,  aldanma­

yıb öz həqiqi (və tarixi) lideri­

nə sədaqət nümayiş etdirdi.

Hakimiyyətə  gələn  Heydər  Əli­

yev  başladığı  millət  quruculuğu 

prosesini  yeni  tarixi  şəraitdə  daha 

inamla davam etdirərək ən tenden­

siyalı  və ya  qısqanc tarixçinin belə 

etiraf etməli olduğu, həqiqətən, ca- 

hanşümul  işlər  gördü  ki,  buraya 

aşağıdakılar xüsusilə aiddir:

a) milli mütəşəkkilliyin müstəqil 

dövlətçilik  səviyyəsində  tə­

min olunması;

b)  dünya  azərbaycanlılarının 

mədəni,  ictimai-siyasi  birliyi­

nin gücləndirilməsi;

c) türk dünyasının etnik-mədəni 

birliyinin  siyasi  birlik  səviy­

yəsinə yüksəldilməsi.

Bütün  bunlar  isə  Azərbaycan 

xalqının  dünya  miqyasında  özünə 

get-gedə daha möhkəm mövqe tut­

masını  təsdiq  etməklə  böyük  milli 

inkişaf perspektivləri müəyyənləş­



dirir.

may-iyun 2017 



75

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə