36
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
Kürdəmir rayonunun xəritəsi. Mənbə: Azərbaycan Respublikası Milli
Atlası. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi. Bakı - 2014
37
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
12 minlik bolşevik-daşnak ordusu 10 iyun 1918-ci il tarixdə Hacıqa-
bulu işğal etdikdən sonra, 11 iyunda Sığırlı stansiyasında olan milli qo-
şun bölmələri üzərinə hücum etdilər. Bu hücum zamanı ciddi bir müqa-
vimətə rast gəlməyən düşmən hissələri iyunun 11-də axşam çağı Sığırlı
stansiyasını işğal etdilər. Bu xəbəri S.Şaumyan çox böyük sevinclə qarşı-
ladı və o, dərhal Moskvaya, V.Leninə teleqram göndərdi: “Yelizavetpol
istiqamətində hərbi əməliyyatlar başlamışdır, ilk məlumatı göndərirəm.
Məlumat bu gün, iyun ayının 11-də axşam saat 9-da alınmışdır. Bizim
qoşunların ön dəstələri Sığırlı stansiyasını tutmuşdur. Bizim kəşfiyyat
qatarımız Karrar stansiyası istiqamətindən düşmən topları vasitəsiylə
atəşə tutulmuşdur. Qoşunlarımız irəli hərəkət edir...”(38,s.79-95)
Sığırlıda baş verənlərlə bağlı, əslən həmin kənddən olan Azərbaycan
Turizm və Menecment Unifersitetinin rektoru, s.ü.f.d., dosent Eldar As-
lanov şahidlərdən eşitdiyi faktları deyir:
“Göyçay qəzasının Sığırlı kəndi 1918-ci ildə çox böyük strateji əhə-
miyyətə malik idi. Çünki o zaman indiki yol infrastrukturu, o cümlədən
Bakı-Şamaxı, Bakı-Gəncə və Ağsu-Kürdəmir magistral yolu olmadı-
ğından Ağsu, Şamaxı istiqamətində getmək istəyən hər bir şəxs ya də-
mir yolu ilə Sığırlı və ya Kürdəmir stansiyalarından istifadə edir, ya da
ənənəvi at arabası yolu ilə gedirdi. Sığırlının Bakı-Tiflis dəmir yolunun,
Şamaxı-Sabirabad araba yolu üstündə yerləşməsi onun əhəmiyyətini
daha da artırırdı. Bu zaman uzaq yol gedən şəxslərin gecələməsi üçün
Sığırlıda iki mərtəbəli mehmanxana da fəaliyyət göstərirmiş. Bu faktın
özü sübut edir ki, o zaman bölgə insanları əsasən Sığırlı yolundan isti-
fadə edir və çox zaman burada gecələməyə üstünlük verirdilər. Bütün
bunlara görə də 1918-ci ilin iyun ayında bolşevik-daşnak qüvvələri Şa-
maxı, Göyçay istiqamətində hücuma keçərkən strateji cəhətdən böyük
əhəmiyyət kəsb edən Sığırlını tutmağa can artırdı. Düşmən hissələrinin
1918-ci il iyunun 11-də axşam çağı Sığırlı stansiyasını işğal etməsini S.Şa-
umyanın çox böyük sevinclə qarşılayaraq, dərhal V.İ.Leninə xəbər ver-
məsi faktının özü də sübut edir ki, düşmən Sığırlının işğalına necə əhə-
38
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
miyyət verirdi. Bolşevik-daşnak qüvvələri tərəfindən Sığırlı tutularkən
əhalinin çox hissəsi (əsasən qadınlar və uşaqlar) indiki kənddən şimala
doğru çəkilərək kilometrlərcə uzanan düzənlik, azsaylı yulğunluq əra-
zilərdə, kiçik həcmli çökəkliklərdə gizlənərək canını qurtara bilmişdi. Sı-
ğırlının yerləşdiyi ərazi düzən ərazi olduğundan, dağ, dərə, təpə, meşə
olmadığından insanlar yulğunluqlarda, düzənlikdə olan ərazidəki kiçik
çuxurların içində günlərlə gizlənməklə, döyüşlərin nəticəsini ac-susuz
gözləməklə, insanlıq dramı yaşamışlar. Yaşlı insanların dediklərinə görə
açıq havada səhərə qədər bu çuxurlarda gizlənərkən körpə uşaqların
bələkləri səhər şehində islanır, məsum körpələr aclıqdan, susuzluqdan,
soyuqdan ağlamaq istəyəndə, yaxınları səsləri çıxmasın deyə onları zor-
la sakitləşdirirdilər...
Sığırlıdan sonra düşmən Karrar istiqamətində hücuma keçdi. Karar,
Qarabucaq işğal olunduqdan sonra Müsüslü istiqamətində düşmənin
qarşısını almaq mümkün oldu. Qaraməryam-Kürdəmir xətti üzrə gedən
qanlı döyüşlərin qalibi olan Azərbaycan Xalq Cümhuriyyətinin qoşun-
ları və Qafqaz İslam Ordusu düşməni Bakıya doğru geri oturda bildi və
qısa müddət sonra hətta Bakı da azad olundu.”
Kürdəmir qəsəbəsində məscid. Mənbə: Solmaz Rüstəmova – Tohidi “1918-ci il
Azərbaycan Qırğınları Şəkil və Sənədlərdə” fotoalbomu, Bakı 2013
39
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
Bolşevik-daşnak qüvvələri 12 iyun 1918-ci il tarixində Kürdəmiri və
onun qərbindəki bir neçə kəndi, о cümlədən Qarabucaq stansiyasını işğal
edərək yandırmışlar. Son nəticədə Kürdəmir kəndində 56 ev və dükan,
127 mülk, 2 məscid binası tamamilə yandırılır, qalan bütün ev və mülk-
lər dağıdılır, talan və qarət edilir. Kürdəmirdən başqa Göyçay qəzasının
Çaylı, Qaravəlli, Qarabucaq, Mustafalı, Xəlil-Qasımbəy, Ərəb-Mehdi-
bəyli, Dədəli və digər kəndləri də erməni hücumlarına məruz qalır və
insan tələfatı ilə üzləşirlər. Məsələn, Ərəb-Mehdibəyli kəndində 84 ev
dağıdılıb yandırılmış, kəndin 83 sakini, o cümlədən 78 kişi, 4 qadın və
1 oğlan uşağı qətlə yetirilmişdi. (49, 31 mart 2017) 1918-ci ilin iyun-iyul
aylarında Göyçay qəzasının Kürdəmir və ətraf kəndlərində düşmənlər
4017 nəfər soydaşımızı qətlə yetirmiş, 35 kənd yerlə-yeksan olunmuşdu.
(43,s.12)
Digər məlumatda qeyd olunur ki, 1-12 iyun 1918-ci il tarixlərində
S.Lalayanın və T.Əmiryanın başçılıq etdikləri daşnak-terrorçu qrupları
Pənah Bakir oğlunun mehmanxanası. Mənbə: Solmaz Rüstəmova – Tohidi “1918-ci il Azər-
baycan Qırğınları Şəkil və Sənədlərdə” fotoalbomu, Bakı 2013
40
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
Hacıqabul-Kürdəmir, Göyçay ərazilərinə soxularaq yeddi min əliyalın,
dinc sakini qətlə yetiriblər. 11-20 iyun 1918-ci il tarixlərində Göyçay əra-
zisinə daxil olan daşnak terror qruplaşmaları Cəngi kəndində 5 mülkü
yandıraraq, burun-qulaqlarını kəsərək, kəllə sümüklərini əzərək 20 nəfə-
ri, Qaravəlli kəndində 30 evi yandıraraq, 2 nəfəri, Qarabucaq kəndində
121 evə od vuraraq, 7 nəfəri, Ərəb-Mehdibəy kəndində 84 mülkü yandı-
raraq, 83 nəfəri qəddarcasına qətlə yetirmiş, Mustafalı, Sadalı kəndlərini
talan etmişlər. (14,s.24)
1918-ci ilin 10 iyununda bolşevik-daşnak qüvvələri Hacıqabul stan-
siyası istiqamətində hücuma keçən zaman onların qarşısında polkovnik
Maqalovun komandirlik etdiyi müsəlman və gürcü korpuslarının müş-
tərək qüvvəsi dayanmışdı.
14 iyun 1918-ci il tarixdə Nazim bəy Kürdəmir yaxınlığında yerləşən
Müsüslü stansiyasına gələrək burada olan Qafqaz İslam Ordusu hissələ-
Göyçay qəzası Kürdəmir nahiyəsinin Çaylı kəndində Fərman Rüstəm oğlunun-malikanəsi. Mənbə:
Solmaz Rüstəmova – Tohidi “1918-ci il Azərbaycan Qırğınları Şəkil və Sənədlərdə” fotoalbomu,
Bakı 2013
Dostları ilə paylaş: |