Laboratoriya hesabatı



Yüklə 1,1 Mb.
tarix15.11.2018
ölçüsü1,1 Mb.
#79746





Laboratoriya hesabatı

Ad: Günel

Soyad: Mirzəyeva

Məktəb: A. S. Makarenko adına humanitar fənlər təmayüllü Respublika gimnaziyası

Fənn: Kimya

Tarix: 04.02.2016

Mövzu: “Elektroliz prosesinə təsir edən amillər”

Məqsəd: Şagird: Elektroliz prosesini əyani olaraq öyrənir.

Ona təsir edən amilləri ayrı-ayrılıqda təcrübə vasitəsilə müşahidə edir.

Onun ionların qatılılığından, mütəhərrikliyindən asılılığını visual şəkildə labdisk vasitəsilə fərqləndirir.

Metodologiya:

Təcrübə


Müşahidə

Ölçmə


Eksperiment

Alətlər və materiallar:

  1. Labdisk rəqəmsal laboratoriya cihazı

  2. Elektrod

  3. USB

  4. Kimya stəkanları

  5. Reaktivlər: NaOH, HCl, (NH4)2SO4, AlCl3 məhlulları və su

  6. Noutbuk

  7. Dəftər və qələm


Alətlərin qoşulma şəkli:

Elektrik keciriciliyini yolamaq üçün elektrodu Labdiskə birləşdiririk



c:\users\core\desktop\screenshot_2016-02-02-23-18-10.png

Nəticələri iri fonda və qrafik şəkildə görmək məqsədilə Labdiski USB vasitəsilə kompyuterə qoşaq



screenshot_2016-02-02-23-33-25-1

Sonra GlobiLab proqram təminatı açırıq və USB piktoqramı üzərində düyməni sixiriq.

Labdiski konfiqurasiya etmək üçün açılmış proqramın yuxarı hissəsindəki labdisk aparatına bənzər işarənin üzərində düymə sıxılır Logger Setup pəncərəsindən “elektrik keçiriciliyi” seçilir.

Tezlik-10 saniyə, ölçmə-100 seçilir.

Təcrübə zamanı ölçmə işinə başlanılır, proses başa çatdıqda labdiski kompyuterdən ayırıb söndürürük.

Prosedur-Qısa:

1. Elektrik keçiriciliyinə təsir edən amili müəyyən etmək üçün bir neçə təcrübəyə müraciət edək. Əvvəlcə KOH (kalium hidroksid) və HCl (hidrogen xlorid) məhlulları götürək. Onların ayrı-ayrılıqda elektrod vasitəsilə elektrik keçiriciliyini ölçək və dəftərə qeyd edək

2. Başqa bir təcrübə üçün isə CuSO4 (mis II sulfat) və AlCl3 (alüminium xlorid) duzlarının məhlullarını götürək. Yuxarıdakı prosesi təkrarlayaq, yəni, götürdüyümüz məhlulların elektrik keçiriciliyini ölçüb dəftərə qeyd edək.


Nəticələr:

Birinci təcrübə zamanı əvvəlcə KOH (kalium hidroksid) məhlulunun elektrik keçiriciliyini ölçüb dəftərə nəticəni qeyd edək. Nəticə 12-yə bərabər olur. Sonra HCl (xlorid turşusunun) elektrik keçiriciliyi olaraq dəftərə 327,7 yazaq. Deməli, təcrübənin nəticəsi olaraq deyə bilərik ki, xlorid turşusundakı H+ ionlarının mütəhərrikliyi kalium hidroksid məhlulundakı OH- ionlarının mütəhərrikliyindən dəfələrlə çoxdur. Buna görə də onun elektrik keçiriciliyi daha yüksəkdir.

İkinci təcrübəni aparmaq üçün isə CuSO4 və AlCl3 duzlarının məhlullarını götürək və hər birinin elektrik keçiriciliyini dəftərə qeyd edək. CuSO4 məhlulunun elektrik keçiriciliyi 3,8-ə bərabərdir. AlCl3 məhlulunun elektrik keçiriciliyi 327,8-ə bərabərdir. Təcrübənin nəticəsi olaraq deyə bilərik ki, AlCl3 məhlulundakı ionlarının sayı və qatılığı CuSO4 məhlulu ilə müqayisədə daha böyükdür. Bu səbəbdən də onun elektrik keçiriciliyi yuxarı qiymət alır.
Qrafiklər:


  1. Elektrik keçiriciliyi ilə ionların qatılığı arasındakı asılılıq qrafiki




  1. Elektrik keçiriciliyi ilə ionların yükü arasındakı asılılıq qrafiki


Elektrik keçiriciliyi Elektrik keçiriciliyi

a) b)

ion C (mol/l) ionun yükü Men+

Məlumatların təhlili:
Hər bir şagirdin əldə etdiyi nəticələr təhlil olunur və iş vərəqlərindəki boşluqlar doldurulur.
Yekun suallar

Sual1: Hansı metallar yüksək elektrik keçirmə qabiliyyətinə malikdir?

Cavab1: Hg, Pb, Fe, Zn, Mg, Al, Au, Cu, Ag bu istiqamətdə elektrik keçiriciliyi artır.

Sual2: Metalların elektrik keçiriciliyinə başqa hansı amil təsir edir?

Cavab2: Temperatur. Çünki temperaturu artırdıqda metal ionlarının rəqsi hərəkəti güclənir və bu da metaldakı sərbəst elektronların hərəkətinə mane olur və elektrik keçiriciliyi aşağı düşür.

Sual3: Elektroliz prosesində elektrik yükdaşıyıcıları rolunu hansı hissəciklər oynayır?

Cavab3: Kationlar yəni müsbət yüklü hissəciklər və anionlar yəni mənfi yüklü hissəciklər. Kationlara missal olaraq H+, NH4+ və bütün metal ionları. Anionlara isə misal olaraq turşu qalıqlarını HCO3 -, SO42- və başqalarını göstərmək olar.

Sual4: Elektrolizin prosesinin sürəti elektrolitin təbiətindən necə asılıdır?

Cavab4: Əgər götürülmüş elektrolit qüvvətli turşu vəya qüvvətli əsas olarsa bu zaman proses onların qarşılıqlı təsirindən əmələ gən duzlarla müqayisədə daha sürətli olar.



Laboratoriyahesabatı © Globisens Ltd.

Səhifə

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə