Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə8/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   4   5   6   7   8   9   10   11   ...   96

 
 
23 
4.  Bölgədə  aşıqlar  əsasən  çögür  çalırlar.  Onlar  “saz”  sözünü 
əsasən  musiqi aləti anlamında  işlədirlər. Onlar çöür, çöqür, çögür 
kimi  tələffüz  etdikləri  musiqi  alətinə  tək-tək  hallarda  saz  da  de-
yirlər.  Ehtimal  ki,  Əfrasiyab  Bədəlbəylinin  «Musiqi  lüğəti»  kita-
bında  yazdığı:  «çoğor-beş  simli  qədim  Azərbaycan  musiqi  alə-
ti»
8
nin izahı da çögürə aiddir.  
Azərbaycanda geniş  yayılmış qoltuq sazdan azacıq böyük olan 
çögürün qolu nisbətən uzun, sinə taxtası isə bizdə olduğu kimi nis-
bətən qabarıq yox, düzdür. Əsasən səkkiz simlidir. 
5. Bölgənin aşıqları bizlərdə olduğu kimi, sazın kökünü tez-tez də-
yişmirlər.  Havaların  əksəriyyətini  şur  kökü  üstündə  oxuduqlarından 
ritmi  dəyişməklə  effekt  yaradırlar.  Buna  görə  də  dastanda  şeirlərin 
əksəriyyəti gəraylıdır, qoşmaya az-az rast gəlinir. Divani, müxəmməs, 
təcnis və b. şeir növlərinə isə demək olar ki, rast gəlinmir. 
6. Aşıq  misralardakı  heca  fərqini  musiqinin ahəngilə tənzimlə-
yir.  Buna  görə  də  bəzi  misralar  özündən  əvvəl  və  ya  sonra  gə-
ləndən nəinki bir-iki heca, bəzən dörd-beş heca fərqli olur. 
Çapa hazırladığımız mətnlərdə Koroğlunun nəsli və qohumları ilə 
bağlı maraqlı faktlar var. Belə ki, «Dastani- Koroğlu və Nigar xanım» 
qolunda evində qonaq qaldığı qarı Koroğlunu hədələyəndə deyir:  
Yedigün boynuna almaz, 
Heş kim belə qılıc çalmaz, 
Əmisi Şabannan qalmaz, 
Bir utanmaz vardur üzi. 
 
 Zöörə deyər baxsın süzə,  
Əbəs qonax oldu bizə, 
Dədəsi miləxor Mirzə, 
Qırat üssə çıxdı gözi. 
«Koroğlunun Türkmən səfəri» qolunda da deyilir: 
Yalan sözündən utanmaz, 
Yedigün boynuna almaz, 
 
                                                
8
 Bədəlbəyli Əfrasiyab. Musiqi lüğəti. «Elm» nəşriyyatı, Bakı,1969, səh.79. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
24 
Əmisi Şəbannan qalmaz, 
Heş yoxdur utanan üzü. 
 
Mən qurbanam ala gözə, 
Xəşm eyləyüb baxdı bizə, 
Atasıdur Xacə Mirzə, 
Qırat üstə çıxdı gözü. 
  
Koroğlıdur, Rouşən xanay, 
Mənim bu cismimə canay, 
Qeys qızı Səlbidür anay, 
Qırat vurub sınıb dizi. 
Dedi:  –Koroğlı,  mən  səni  kamilən  tanudum.  Sən  Rouşən  Əli 
xan  Xacə  Mirzənün  oğlu  və  nəsəbi  Səlbi  xanum  Qeysəri-  Rumin 
qızı və əmisi adı Şəban xan. Qırat vurub nənəsün dizi çatılub». 
Belə faktların sayını artırmaq olar. Variantlarda Ərəb Reyhanın, 
Mustafa bəyin də tərcümeyi-hallarına, Koroğlu və Eyvazla qohum-
luqlarına  diqqət  yetirilir.  Azərbaycanda  çap  olunan  variantlarda 
Koroğluya darda  yardım  edən, qarşılaşdıqda  isə  “Koroğlunu çaya 
basan”  Gizir  oglu  Mustafabəy  haqqında  Əli  Kamali  arxivindəki 
variantlarda da maraqlı bilgilər var. Belə ki, Təkə Türkmən elindən 
olduğu söylənilən qəhrəman Mustafa bəy Qəcər kimi tanıdılır. Ko-
roğlu adıyla məşhurlaşan Rövşən isə sadə bir ilxıçı oğlu deyil, əsil-
zadə bir nəslin-Əli xan Xacə Mirzənin və Qeysəri- Rumun qızı Sə-
lbi xanımın övladı olduğu haqqında maraqlı fikirlər söylənilir.  
Dastançılıq  ənənələrimizdə  qəhrəmanlar  sadə  xalqdan  deyil, 
əsilzadələrdən seçilir. Qəhrəman hətta kasıb bir ailənin övladı kimi 
təsvir edilsə də, sonda onun hansısa bir əsilzadədən olduğu, müxtə-
lif səbəblərdən kasıb ailəyə düşdüyü təsvir edilir. Bu baxımdan Əli 
Kamali arxivindəki «Koroğlu» dastanının variantlarında qəhrəma-
nın əsilzadə kimi göstərilməsi təbii görünür. 
Nəşrə  hazırladığımız  variantarda  sinfi  mübarizə  özünü  göstər-
mir.  Koroğlunun  dostları  arasında  xanlar,  paşalar, tacirlər  də  var, 
kasıb-kusub da. Yəni Koroğlu bir orta əsr cəngavəridir. Onun dost-
ları və düşmənləri var. Onlar da hər təbəqədən ola bilər. İnsanlara 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
25 
sinfi  münasibətə  görə  deyil,  şəxsi  münasibətə  görə  qiymət  verir. 
Hətta Koroğlunun qorxusundan Çənlibeldən qaçmış Aşıq Cünunu 
geri qaytaranda Türkmənbaşı ərklə ona deyir: “Əgər sənə çəb baxa 
(yəni  Koroğlu-Ə.Ş.)  gözdərin  çıxardaram.  Və  bəd  Koroğlu  heç 
vədə mənsiz Çamlibeldə dura bilməz”. 
Əli  Kamali  arxivində  ciddi  araşdırma  aparmağa  imkanımız  ol-
mayıb. Ola bilsin ki, orada başqa mətnlər də vardır. Aşığın söylə-
diyi «Koroğlunun durna səfəri payama çatır» qolundakı bir gəray-
lıda «Topu tüfənglər atuldu» misrası var. Bu da Koroğlunun tüfəng 
çıxdıqdan sonra meydandan çəkilməsi fikrilə uyğun gəlmir. 
Əli  Kamali  arxivindən  alınmış  materialları  çapa  hazırlayarkən 
üç fəslə ayırdıq. 
Birinci fəsildə Aşıq Əliəkbər Qurbaninin lentə söylədiklərini ol-
duğu kimi kağıza köçürməyə çalışdıq. 
İkinci fəslə müxtəlif xətlə yazılmış əlyazmaları əski əlifbadan latın 
əlifbasına  çevrilmişləri  daxil  etdik.  Bunlar  ləhcələrdə  yazıldığından 
bir-birindən  xeyli  fərqlənirdi. Biz  dialektoloji  mətn hazırlamağı qar-
şımıza  məqsəd  qoymadığımızdan  “Koroğlu”  dastanının  Təbriz  va-
riantını çapa hazırlamış E.Tofiq qızı onları ortaq bir məxrəcə gətirdi. 
Mətnşünaslıqla  və  dialektologiya  ilə  məşğul  olan  araşdırıcılar  lazım 
gəlsə folklor institutunun arxivindən istifadə edə bilərlər. 
Üçüncü  fəslə  Ə.Kamalinin  rəhbərliyi  ilə  H.M.Güneylinin  çap 
üçün hazırladığı iki qolu – əski əlifbadan latın əlifbasına çevrilmiş 
mətni daxil etdik. Bu da müasir ədəbi dilimizə uyğun olduğundan 
elə bir izahlara ehtiyac olmadı. 
Çalışmışıq ki, aşığın dastanı necə söylədiyi, mətnin necə yazıya 
alındığı və çapa necə hazırlandığı haqqında təsəvvür yaradaq. 
«Koroğlu»  dastanının  yeddi  kasetə  söylənmiş  qollarını  yazıya 
köçürərkən  tanış  olmayan  ləhcəni  anlamaqda  çətinlik  çəkdik. 
Lentə bir neçə dəfə qulaq asdıqdan sonra söyləyicinin səs ahənginə 
alışdıq.  Amma  bəzi  səsləri  yazarkən  problemlə  rastlaşdıq.  Çünki 
əlifbamızda  bu səslərin  işarələri  yoxdur. Odur ki, səs əlifbamızda 
hansı hərfə daha yaxın səslənirdisə, o cür yazdıq. 
Söyləyicinin özü də səsləri iki, bəzən üç şəkildə deyir. Məs: mə-
gər-məyər,  ayax-ayaq,  ağıl-əqil,  cavannığ-cavannık-cavannıx, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə