4
F İ L M F İ C T İ O N
Filmlər heç
bir şeyi
dəyişdirə
bilməz, amma
insanların bir
çox şeyi başa
düşməsinə kömək
edə bilər, dünyanı
dəyişdirəcək olan
şey filmlər deyil,
o fimləri izləyən
insanlardır.
Bir çıxışında Kieslowski’dən ən sevdiyi rejissorun kim olduğu
barəsində sual soruşurlar. O da cavab olaraq Dostoyevski, Kafka,
Şekspir deyə cavab verir. Jurnalistlər təəccüblənir və ondan bu
saydıqlarının rejissor olub-olmadığını soruşurlar. Kieslowski “Xeyr,
onlar yazıçıdırlar və bu da mənim üçün bir filmdən daha üstündür”
cavabını verir. Mənə də ən sevdiyim şair kimdir deyə sual versələr,
Kieslowski deyə cavab verərəm. Çünki onun sənəti mənim üçün
kitabdan daha üstündür. Kieslowski kinonun şairidir. Gəlin kinonun
şairi olan bu insanı bir az yaxından tanıyaq...
27 iyun 1941-ci ildə Varşavada dünyaya gələn Kieslowski atasının
vərəmdən əziyyət çəkməsi səbəbilə Polşada bir çox şəhəri gəzmək
məcburiyyətində qalmışdı. Atası bir sanatoriyadan digərinə
göndərilərkən, Kieslowski demək olar ki, bir mühacir həyatı
yaşamışdı. Buna görə də bu böyük rejissor Polşada yaşadığı
qədər, Polşanı da yaşamışdır deyə bilərik. Uşaq yaşlarında
yanğınsöndürən olmaq istəyən, sonradan Lodz Film Akademiyasına
2 dəfə müraciət edən Kryzstof qəbul ola bilmədi. Bir müddət sonra
rəsm akademiyasında oxuyan Kryzstof, nəhayət, 1965-ci ildə Film
Akademiyasına qəbul oldu. Akademiyada gənc Kryzstofla bərabər
təhsil alanların arasında Roman Polanski, Andrzej Wadja, Jerzy
Skolimowski və Krzystof Zanussi tanış insanların adlarını çəkə
bilərik. Belə bir mühitdə özünü inkişaf etdirən Kryzstof özünün
“Tramvay” adlı ilk qısametrajlı filmini də çəkmək imkanı əldə etdi.
Bu film ağ-qara formatda olub, tramvayda yalnız bir kişinin bir
qadından xoşu gəlməsi və tovlamaq cəhdlərindən bəhs edir. Bu
filmdən sonra gənc Kryzstof çəkdiyi “Ofis” filmi ilə o dövrdə ölkədə
olan kommunist rejmini tənqid edir. 1970-ci ildə “Fabrik”, 1970-ci ilin
ortalarında isə “İlk məhəbbət” adlı filmlərini bitirir. Polşada “əxlaqi
narahatlıq” adı verilən 1970-ci illərin sonunda rejissor özünün
“Kamuflaj” və “Mərmər adam” adlı növbəti qısametrajlı filmlərini
ekranlaşdırır.
Daha sonra çəkdiyi “Tərcümeyi-hal” filmində hökuməti
tənqid etməsini deməsinə baxmayaraq, öz məsləkdaşları tərəfindən
hökumətlə əməkdaşlıq etməsi ilə günahlandırıldı. Ümumiyyətlə,
Kieslowski yaradıcılğını qısametrajlı sənədli filmlər və uzun-
KRZYSZTOF
KIEŚLOWSKI
K
İNO ESTETİKASINI DƏYİŞƏN REJİSSOR
5
F İ L M F İ C T İ O N
metrajlı filmlər kimi iki hissəyə
ayıra bilərik və o, 1981-ci
ildə çəkdiyi “Stansiya” filmi
məhkəmədə əleyhinə sübut
kimi göstərildikdən sonra
yaradıcılığının qısametrajlı
sənədli filmlər olan ilk hissəsini
burda dayandırdı. Rejissorun
ilk uzunmetrajlı filmi “Yara”dır.
1979-cu ildə “Kamera düşgünü”
filmini lentə almışdır. Bir
müsahibəsində “Film çəkmək
əsəblərinizi korlayan bir şeydir
və yeri gəldiyində ailənizi,
emosiyalarınızı, şəxsi həyatınızı
və başqa hər şeyi ikinci plana
atmağa məcbursunuz” deyən
Kieslowski, bu filmdə adi bir
işçinin bir kameraya sahib
olmasından sonra rejissorluğa
gedən yolu, necə bir kamera
düşkününə dönməsindən bəhs
edir. Çoxlarının iddia etdiyi kimi
bu filmdə Kieslowski məhz
öz portretini təsvir etmişdir.
Polşada “Ümid və Məyusluq”
(1980-ci illər sonrası) adı
verilən və kütləvi tətillər, işdən
ayrılmalar ilə yaşanılan bir
dövrdə rejissor “Kor Tale” adını
verdiyi filmini bitirmişdir. Daha
sonra ekranlaşdırdığı “Sonsuz”
adlı filmində isə Kieslowski
simvolik olaraq hərbi vəziyyət
sonrası dönəmdəki Polşanı
təsvir etmişdir.
Nəhayət, 1988-ci ildə Polşa
televiziyası üçün planlaşdırılan,
rejissorun şah əsərlərindən
sayılan Krzysztof Piesiewicz ilə
senarilərini yazdıqları, 10 filmdən
ibarət “Dekalog”u çəkməyə
başlayır. Hər bölümün təqribən
1 saat davam etdiyi “Dekalog”
da Hz.Musa’nın “10 əmri”
mövzusuna toxunulmuşdur.
Sonradan “Öldürməyəcəksən”
maddəsinə çəkilmiş seriya –
“Ölüm haqqında qısa film”, “Zina
etməyəcəksən” maddəsinə
çəkilmiş seriya isə “Məhəbbət
haqqında qısa film” adları ilə
ayrıca bədii film halına gətirildi.
İlk baxışdan toxunduğu mövzu
baxımından Kieslowski dindar
hesab oluna bilər, lakin verdiyi
müsahibələrdə özünü heç bir
dinə aid hesab etmədiyini, öz
içində dindar biri olduğunu
bildirmişdir. Kieslowski öz
içindəki yaradıcıya inanırdı
və başqa hər hansı bir dinin
boyunduruğu altına girməkdən
imtina edirdi.
Kieslowski’ni məşhurlaşdıran
“Veronikanın İkili Yaşamı”dır.
1991-ci ildə ekranlaşdırdığı
bu filmin ana mövzusu,
Kieslowski’nin öz sözləri
ilə desək, “Daha diqqətlə
yaşayın, çünki elədiklərinizin
nəticəsini özünüz də bilm-
irsiniz, tanıdığınız və ya
tanımadığınız insanların nələr
edə biləcəyini bilmirsiniz”dir.
Nələr yaşayacağımız etdiy-
imiz seçimlərin nəticəsində
müəyyən olunması və ya bəzən
təsadüflərin (Kieslowskiy’ə görə,
bu təsadüflərdə tanımadığımız
milyonlarca insanın təsiri vardır)
istiqamətləndirmiş olması
Kieslowski yaradıcılığının əsas
dayaq nöqtəsidir. “Veronikanın
ikili yaşamı” filmində hakim
olan sirli atmosfer (həyatın
gizli, görünməyən üzü)
eyni zamanda həyatın özü
ilə kəsişmişdir. Kieslowski
həyatın kəsişmələrdən ibarət
olduğunu, elədiklərimizin
qarşılığını ödəyəcəyimizi və
nəticə etibarilə məsuliyyət
daşıdığımızı bildirir. Kieslowski
bu filmdə Polşada yaşayan
Weronika ilə Fransada yaşayan
Veronique’nin hekayələrini
bəlkədə ola biləcək ən maraqlı
bir şəkildə tamaşaçılara təqdim
edir.
1990-cı illərin ortalarında çəkdiyi
“Üç rəng” trilogiyası Kieslowski
yaradıcılığının zirvəsi hesab
olunur. Trilogiyanın filmləri
“Mavi”, “Bəyaz”, “Qırmızı”
adlanır. Adlarını Fransa
bayrağında olan rənglərdən
alan filmlərdə müvafiq olaraq
azadlıq, bərabərlik, qardaşlıq
mövzularına toxunur. Bu üç
filmdə bəzi ortaq səhnələr
mövcuddur. Bunlardan ən
təsirlisi əlindəki şüşəni təkrar
emal üçün ayrılmış zibil qutu-
suna atmağa çalışan yaşlı
qadının olduğu səhnədir. Bu
qadın, mavidə şüşəni qutuya
ata bilmir, bəyazda bir az
çətinlik çəkir, ama ata bildiyini
görürük, qırmızıda isə filmin baş
qəhrəmanı Valentin, yəni İrene
Jacob, yaşlı qadının yanına
gedib, ona şüşəni zibil qabına
atmağa yardım edir. “Qırmızı”da
baş qəhrəman olaraq qarşımıza
İrene Jacob, “Mavi”də Juliette
Binoche, “Bəyaz”da isə Julie
Delpy çıxır. Bu trilogiyada
bu üç – azadlıq, bərabərlik,
qardaşlıq məfhumlarına günlük
həyatda onların həqiqətən necə
işlədiyi barəsində düşünərək,
tamamilə həyati və şəxsi
pəncərələrdən baxırıq. Bu
məfhumlar insan təbiəti ilə
təzadlıdır və insan həyatda
onlarla tək-tək qarşılaşdığı
zaman necə yaşayacağını
bilmirik. İnsanlar həqiqətənmi
azadlığı, bərabərliyi, qardaşlığı
bu qədər çox istəyirlər deyə
soruşan Kieslowski, eynilə
“Dekalog”dakı kimi mövzu-
lara tək-tək yanaşmış, bu üç
rəngin insan həyatındakı rolu,
həyatımızda nə qədər var
olduğu və bizim bu anlayışlar
qarşısında həyatımızı necə
istiqamətləndirib, onlarla
haralarda qarşılaşdığımız
kimi nüanslara toxunmuşdur.
Kieslowski’nin bu trilogiyasında
çox həssas, emosional səhnələr
var. Amma Kieslowski bunla-