Kriptovalyuta: iqtisadi və hüquqi aspektlər Kriptovalyuta ifadəsi, xüsusi ilə onun ilk



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix20.09.2018
ölçüsü5 Mb.
#69889
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

H

İFƏ



21

Coin  adlanır.  Coinin  emissiyası  yalnız  qabaqcadan 

müəyyən olunmuş alqaritm əsasında məhdud sayda 

ola bilər. Coinin hər birində şifrələnmiş informasiya 

mövcuddur  və  istənilən  növ  saxtalaşdırmadan 

mühafizə  olunur.  Onun  saxtalaşdırılmasının  demək 

olar ki, mümkünsüzlüyü onu daha da cəlbedici edir. 

Onun elektron ödəniş vasitəsi kimi mükəmməlliyinin 

göstəricisi  kimi  çıxış  edir.  İlk    yaranan  və    bitcoin   

adlanan  kriptovalyuta  bu gün də öz papulyarlığını 

saxlamaqdadır.  Bitcoin  -  pul  kisəsinin  ilk  versiyası 

9  yanvar  2009-cu  ildə  buraxılmışdır.  2012-ci  ildən 

başlayaraq  bitcoin    layihələrinə  Bitcoin  Foundation 

adlı Amerika şirkəti nəzarət edir. Şirkətin  sahibi Qevin 

Andresen  internet  şəbəkəsində  sabit,  təhlükəsiz 

“nəğd pul” yaradılmasını özünün  əsas vəzifəsi hesab 

edir.  Bir  sıra  market  və  servizlərin  bitcoini    ödəniş 

vasitəsi  kimi  qəbul  etməsi  ilə  onun  populyarlığı 

artmaqdadır. 

Kriptovalyuta  ilə  qazanmağın  üç  variantı 

mümkündür. 

Mayninq, 

investisiya 

və 


treydinq.  Mayninq  haqqında  az-çox  söhbət 

etdik. 


Kriptovalyutaya 

investisiya 

qoyuluşu 

kriptovalyutadan  qazanmağın  ikinci  mənbəyi  kimi 

çıxış edir. Virtual aləmdə valyuta əməliyyatları həyata 

keçirənlər  kriptovalyutaya    investisiya  qoyuluşuna 

çox  gəlirli  sahə  kimi  baxırlar.  Kriptovalyutanın 

mübadilə  məntəqələrindən  (kriptovalyutalarla 

əməliyyatlara icazə verilən ölkələrdə, bir sıra ölkələrdə 

kriptovalyuta ilə əməliyyatlara icazə verilmir, Rusiya 

Federasiyasında  ölkə  prezidenti  səviyyəsində 

kriptovalyutadan  istifadə  məsləhət 

görülmür) əldə etmək olar.  

Kriptovalyuta 

bazarının 

genişlənməsi  ilə  ona  olan  tələb  

artır və onun dəyəri yüksəlir. 

Birjalardan  birinin  bitcoinin 

məhdud  miqdarda  da  olsa  real 

pula dəyişdirilməsinə icazə verməsi 

bitcoinin inkişafında əhəmiyyətli rol 

oynamışdır.  Gizli  ticarətlə  məşğul 

olanlar  bitcoinlərə  xüsusi  fikir 

verməyə  başladılar.Nəticədə  onun 

dəyəri  kəskin  şəkildə  yüksəlməyə 

başlamışdır.

Belə  ki,  2013-cü  ildə  bitcoin 

marketmeykerləri  kursun  yüksək 

səviyyəsinə nail ola bilmişlər. O, vaxt 

bir ay ərzində İBTC-nin dəyəri 200 

dolardan 1000 dollara yüksəlmişdir.

Bu 


günə 

ən 


populyar 

kriptovalyuta  bitcoindir.  Onun 

kapitallaşma  səviyyəsi  3,2  mld. 

dollardır.

Brokerlər  adətən  ticarət  üçün 

kriptovalyutaların ən populyarlarını 

təqdim  edirlər  (onların  sayı  92-dir). 

Məsələn, FXO-pen bizə Bitcoin, Littcoin, 

Namecoin  və  Peercoin-i  təklif  edirlər. 

Bu  zaman  kriptovalyutanın  amerikan 

dollarına,  avroya,  rus  rubluna  almaq 

mümkündür. Adətən kriptovalyutaların 

likvidliyi  nəhəng  “BTC”  onlayn  birjası 

ilə  təmin  edilir.  Başqa  sözlə  desək 

ECN  texnologiyası  ilə  həyata  keçirilir. 

Yəni  sövdələşmənin  ikinci  tərəfi  kimi 

brokerin  özü  deyil,  digər  treyderlər 

çıxış edir.

Özünü  treydinqdə  yoxlamaq 

istəyən  hər  kəs  üçün  bu    çox  yüksək 

gəlirdir.  Amma  bu  proses  çox  yüksək 

risklə müşayiət olunur.

Biz az da olsa oxucuya kriptovalyuta 

haqqında  icmal  məlumat  verdik  

və    onun  müsbət  tərəfləri  ilə  yanaşı 

çatışmazlıqlarını,  dünyadakı  mövcud 

vəziyyətini onun diqqətinə çatdırdıq.

Nəticədə bu qənaətə gəlmək olar 

ki,  kriptovalyuta  ilə  qazanmağın  əsas 

variantlarından  olan  kriptovalyutaya 

investisiya 

bu 


virtual 

aləmdə 


yığımı  aktuallaşdırır.  İnvestisiyanın 

əsas  mənbəyi  yığım  olduğundan 

kriptovalyuta gəlirlərinin də bu sahənin 

inkişafı  ilə  daimi  gündəmdə  olacağını 

gündəmə gətirir.

Kriptovalyutaların likvidliyi nəhəng “BTC” 

onlayn birjası ilə təmin edilir

Virtual aləmdə kriptovalyutaya investisiya qoyuluşu çox 

gəlirli sahə kimi qəbul edilir



H

İFƏ



22

QIZIL STANDARTDAN

  

kriptovalyutaya?



D

ünya  valyuta  sistemi  ayrı-ayrı 

ölkələrin  iqtisadiyyatlarını  vahid 

dünya  iqtisadiyyatına  birləşdirən 

bir  mexanizmdir.  Buna  görə  dünya 

valyuta sistemində yaranan pozuntular 

ölkələrin  və  ümumiyyətlə  dünya  iqtisadiyyatının 

inkişafında mühüm problemlər yaradır.  

Məlumdur  ki,  dünya  valyuta  sistemi  öz 

inkişafında  dörd  mərhələ  keçib  və  sistemdən  - 

sistemə keçid prosesi dünyada mövcud olan iqtisadi 

və  siyasi  vəziyyəti  ilə  əsaslandırılıb.  Paris  valyuta 

sistemin (1867-1920-ci illər) xarakterik xüsusiyyəti 

qızıl  standartının  və  sabit  məzənnə  rejiminin 

qəbul  edilməsi  idi.  Qızıl  standartın  mövcudluğu 

inflyasiyanın  qarşısını  alırdı  və  ölkələrin  ödəniş 

balanslarının tarazlığını təmin edirdi. 

Növbəti Genuya valyuta sistemində yalnız bəzi 

valyutalar  (təxminən  30)  o  cümlədən  də  İngilis 

funt sterlini və ABŞ dolları qızıl ekvivalentləri kimi 

qəbul  edilmişdir.  Böyük  Depressiya  (1929-1933) 

dünya valyuta sisteminə mənfi təsir göstərmişdir 

və nəticədə, demək olar ki, bütün ölkələr öz milli 

valyutalarının qızıla çevrilməsindən imtina etmişdir. 

İkinci  Dünya  Müharibəsinin  sonunda,  dünyada 

mövcud  olan  iqtisadi  və  siyasi  vəziyyətə  uyğun 

olaraq,  yeni  bir  valyuta  sisteminin  formalaşması 

məsələsi yenə də gündəmə çıxdı.

1944-cü  ildə  ABŞ-ın  və  onun  pul  vahidinin 

dünya  valyuta  sistemində  aparıcı  rolunu 

möhkəmləndirən Bretton – Vuds valyuta sistemi 

qəbul olundu, bu da ABŞ-ın müharibədən sonrakı 

iqtisadi və siyasi qüdrəti ilə birbaşa bağı idi. Yalnız 

ABŞ  dolları  digər  ölkələrin  mərkəzi  banklarının 

xahişi  ilə  qızıla  mübadilə  edilirdi.  1971  -ci  ildə 

Bretten-Vuds sistemin dağılması müşahidə olundu 

və  bu  sisteminin  dağılmasına  bir  çox  amillər 

təkan  verdi,  məsələn,  Qərbi  Avropa  ölkələrinin 

və  Yaponiyanın  artan  iqtisadi  gücü,  ABŞ-ın  qızıl 

ehtiyatlarının  azalması,  Vyetnam  müharibəsi 

və  digər  problemlər.  Bretton-Vuds  valyuta 

sisteminin  dağılması  nəticəsində  sabit  valyuta 

məzənnələri üzən məzənnə ilə əvəz olundu, bu da 

öz  növbəsində  iqtisadi  və  maliyyə  böhranlarının 

artmasına səbəb oldu. Beləliklə  yeni bir valyuta 

sisteminin  formalaşmasında  ehtiyac  yarandı  və 

hal-hazırda mövcud olan Yamayka valyuta sistemi 

yenə də dərin böhran yaşayır. 

Qloballaşan dünya iqtisadiyyatında və müasir maliyyə-iqtisadi böhran (2007-

2011-ci illər) şəraitində mövcud olan Yamayka valyuta sisteminin əsas prinsipləri 

qlobal  iqtisadiyyatda  olan  yeni  tendensiyalara  artıq  uyğun  gəlmir.  Müasir 

dünya valyuta sistemi iki valyuta, ABŞ dolları və Avronun fəaliyyətinə əsaslanır. 

Lakin,  təəssüf  ki,  bu  aparıcı  valyutaların  tez-tez  dəyişən  məzənnələri,  digər 

ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. Aşağıda göstərilən şəkildə bir həftə 

çərşivəsində olan Avro/Dollar kursunun dinamikası bunu təsdiq edir.  

Dolların məzənnəsi son dərəcə dəyişkəndir ki, bu da dünya iqtisadiyyatında 

onun dəyərinin ölçüsü olan funksiyasını pozur və dünya pul sistemindəki mövqeyini 

tədricən  zəiflədir.  Dünya  Bankı  2025-ci  ilədək  dolların  dominant  mövqeyini 

itirəcəyini proqnozlaşdırır. Hal-hazırda dünya iqtisadiyyatının qarşısında bir vacib 

məsələ durur: hansı valyuta, yaxud da bir qrup valyutalar dolları yaxın gələcəkdə 

əvəz edə bilərmi?  

Proqnozlara əsasən yaxın gələcəkdə bir çox valyuta sistemi hal-hazırda mövcud 

dos. İNARA RZAYEVA



Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə