Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə5/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   2   3   4   5   6   7   8   9   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
15
fanilik duyğusu, «Qurani-Kərim» motivlərindən geniş istifadə 
onun son dövr yaradıcılığını ifadə edir. Lakin Əhməd Sami 
«Qurani-Kərim»in izahıyla bağlı hissələrdə yazıçı yanaşma-
sını qüsurlu hesab edir, bunu onun müqəddəs kitaba dərindən 
bələd olmaması ilə izah edir. Eləcə də, müəllif müasir roman 
yaradıcılığında fəlsəfi -psixoloji problemlərin məqbul  şəkildə 
öz  əksini tapdığı Mövlud Süleymanlının «Günah duası» ro-
manını yüksək qiymətləndirir və geniş təhlilə cəlb edir. Qeyd 
edək ki, yazıçı əvvəlki illərdə bu romanı «Səs» adlandırmış, 
sonrakı illərdə təkmilləşdirərək «Günah duası» kimi oxuculara 
təqdim etmişdir. Romanda bir-birinə zidd qütb və anlayışlar 
orijinal obrazlar vasitəsilə ifadə olunur. Tədqiqatçı istiqlaliy-
yət dövründə tez- tez rast gəlinən yuxu faktorundan şərti-me-
toforik elementlərin işlənmə tezliyi yüksək olan bu romanda 
da istifadə olunmasına diqqəti yönəldir və eyni motivin üs-
tünlük təşkil etdiyi Əzizə Cəfərzadənin «Eşq sultanı», Kamal 
Abdullanın «Yarımçıq əlyazma» və Vaqif Sultanlının «İnsan 
dənizi» romanları ilə analoji müqayisələr aparır. 
Monoqrafi yada  xalqımız üçün vaciblik qazanan milli 
özünəqayıdış problemi kontekstində İsa Muğannanın «İsahəqq, 
Musahəqq, yaxud Anadil ötən yerdə», Elçin Hüseynbəylinin 
«Tut ağacı boyunca», «Balıq adam», «Metro vadisi», «Yovşan 
qağayılar» romanlarını təhlil edir. Hər iki yazıçının yaradıcılı-
ğının ortaq cəhəti kimi mövcud məsələnin bədii həllini vermək 
yolunda milli elementlər, motivlərdən geniş istifadə göstərilir. 
Xüsusilə qeyd edir ki, Elçin Hüseynbəylinin son dövr yara-
dıcılığı milli özünəqayıdış problemi üzərində qurulmuşdur. 
Onun «Yovşan qağayılar» romanında milli yaddaş məsələsinə 
fantaziya üslubu ilə yanaşmasını maraqlı manevr hesab edir. 
Həmçinin, tədqiq olunan nümunələr içərisində Afaq Məsudun 
«Azadlıq» romanı ilə bağlı bəzi fi kirləri ifadə etməyi özümüzə 
borc bilirik. Orijinal üslubu ilə  fərqlənən yazarın «Azadlıq» 
romanı Qabrial Qarsia Markesin «Patriarxın payızı» romanı 


16
Əhməd Sami Elaydi
ilə müəyyən paralelliklər təşkil edir. Özünəməxsus axıcı təh-
kiyə dili ilə seçilən Afaq Məsud bu roman çərçivəsində  də 
dilin imkanlarından geniş istifadə edir. Onun burada konkret 
bir qəhrəmanın izinə düşmək kimi məcburiyyətinin olmaması, 
romanın süjetsizliyi bu imkanı yaradır. 
Müəllif məzmun-ideya baxımından təsnif etdiyi müstəqillik 
dövrü romanlarının sənətkarlıq xüsusiyyətlərini, estetik çərçi-
vəsini, süjet yaradıcılığı stixiyasını müəyyən etməyə çalışır. 
Əslində tədqiqatın bu hissəsi daha ağır məsuliyyət və nəzəri 
hazırlıq tələb edir. Y. M. Lotman mətn-yazıçı münasibətləri ilə 
bağlı deyir: «... bütün sistemin dəyəri mətnin hansı dərəcədə 
itkisiz və  təhrif olunmadan təhkiyəçidən adresata nəql olun-
ması ilə müəyyən olunur. Deməli, bütün sistem maksimum 
anlama istiqamətlənmişdir, danışanın və qulaq asanın kodu 
arasında hər bir uyğunsuzluq – anlaşılmazlığın mənbəyi – küy 
hesab olunacaq. Bu halda mətn içində yerləşdirilmiş mənanın 
passiv daşıyıcısı qismində özünəməxsus qab rolunu oynaya-
raq mücərrəd şəkildə mətnə qədər mövcud olması ehtimal olu-
nan hər hansı bir mənanı itkisiz dəyişikliyə  uğramadan (hər 
bir dəyişiklik itkidir) funksiyasını yerinə yetirir. Özünün bu 
aspektində  mətn struktur baxımından dilin maddiləşməsidir: 
dil üçün relevant olmayan hər bir şey mətndə  təsadüfi dir və 
məna daşıyıcısı ola bilməz. « Lakin istənilən halda dil bu «də-
yişikliyə» və «itirilməyə» məruz qalır. Bu proses biraz da tər-
cümə mətnlərilə tərcüməçi münasibətlərinə bənzəyir. Burada 
mətnin ötürülməsi prosesinin səviyyəsinin nisbi xarakterini 
nəzərə alsaq, ən mükəmməl mətnlərdə belə «itirilmə» faktının 
aydın izlərini görərik. Eləcə də, mətn-yazıçı münasibətlərində 
də vəziyyət oxşardır. Təhkiyəçinin fi krində qurduğu qurğu ən 
yüksək dəqiqliklə ifadə edilsə belə, orada məna itirir. Çünki 
tərcüməçi mətni oxuduğu kimi, təhkiyəçi də özünü oxuyur və 
heç bir oxuma halı, enerjisi orijinaldakı kimi deyil. Bu həqiqə-
tin fərqinə vararaq yazılan mətnlərə qiymət vermək ən qənaət-


Müstəqillik dövrü Azərbaycan romanı
17
bəxş çıxış yoludur. Bu mənada Əhməd bəyin də üzərinə ağır 
məsuliyyət düşür. Yuxarıda qeyd etdik ki, tədqiqatçı doğma 
dilimizi sonradan mənimsəyib. Bunu nəzərə alsaq, sənətkarlıq 
məsələləri ilə bağlı bəhs edilən bölmə daha çox maraq doğu-
rur və vaciblik qazanır. Lakin «Bədii sənətkarlıq xüsusiyyət-
ləri» fəsliylə tanışlıq bu nigarançılığa müəyyən mənada son 
qoyur. Onun mövzu seçimi, süjet və  bədii konfl ikt, eləcə  də 
bədii obraz, xarakter, tip və tipiklik problemi ilə bağlı yürütdü-
yü mühakimələr və mövcud romanları bu istiqamətdə  təsnif-
ləndirməyi bizdə yaxşı  mənada ümidlər oyandırır. Həmçinin, 
struktur, süjet quruculuğu qədər dilin axıcılığının önəmini də 
vurğulayır və konkret misallar əsasında bunu sübuta yetirir. İsa 
Hüseynov (Muğanna), Əzizə Cəfərzadə, Anar, Əkrəm Əylisli, 
Afaq Məsud, Vaqif Sultanlının xüsusi, axıcı dil xüsusiyyətlərini 
vurğulayır. Amma qeyd etmək lazımdır ki, əgər fi kir dili üstə-
ləmirsə, gözəl yazı dili də cox vaxt həlledici olmaya bilər. Bu 
mənada son zamanlarda bədii mətnlərlə bağlı maraq doğuran in-
tertekstuallıq məsələləri aktuallıq qazanır. Bütün bu məsələləri 
nəzərə alaraq inanırıq ki, Əhməd Sami Elaydinin «Müstəqillik 
dövrü Azərbaycan romanı» monoqrafi yası  ədəbiyyatşünaslıq 
elmi miqyasında dəyərli mənbə mahiyyətindədir. 
Sonda bir cəhəti qeyd edək:  Əhməd Sami Elaydinin mo-
noqrafi yası müəyyən mənada ədəbi prosesə kənardan və daxil-
dən baxışın vəhdəti olmaqla gələcəkdə aparılacaq araşdırmalar 
üçün də müəyyən mənada yol açır, çünki fərqli dünyagörüş 
və dünyaduyumun sərgilədiyi münasibət həmişə “mübahisəli-
dir”, həmişə düşünməyə sövq edir. 
Samirə Məmmədli,
fi lologiya üzrə fəlsəfə doktoru


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə