Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə4/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   2   3   4   5   6   7   8   9   ...   56

12
Əhməd Sami Elaydi
nöqtəsində tam görünməsi zamandan asılı olur, yəni uzaqlaşdıq-
ca görünən hadisə konsepti bu roman mətnlərində də ifadəsini 
tapır. Əlbəttə, bunun obyektiv və subyektiv tərəfl əri var. 
İsmayıl  Şıxlının ömrünün son dəmlərində yazdığı “Ölən 
dünyam” romanı bu baxımdan xarakterik səciyyə daşıyır. 
Müəllifi n özünün də qeyd etdiyi kimi, daha əvvəllər bu əsəri 
«Qanlı təpə» adı altında qələmə almaq istəsə də, sonra ictimai- 
siyası rejim ucbatından bu fi krindən daşınıb. Cünki anlayıb ki, 
həmin  şəraitdə bu əsəri yazsa, tarix qarşısında sadiqlik duy-
ğusunu itirəcək, digər tərəfdən roman öz məramına çatmamış 
olacaq. Lakin istiqlaliyyət dövründə qadağalar aradan götürül-
dükdən sonra müəllif bu əsəri yazmaq qərarına gəlir və «Ölən 
dünyam» romanını yazır. Bu anlar artıq ömrünün son çağları 
idi, o, yaxınlarının da köməyi ilə son missiyasını yerinə yeti-
rib məramını tamamlayır. Tədqiqatçının da qeyd etdiyi kimi, 
yazıçı «Ölən dünyam» romanında cümhuriyyət dövrünün ağ-
rı-acılarını, bu yoldakı məhrumiyyətləri, faciələri tarixi faktlar 
əsasında canlı boyalarla ifadə edə bilmişdir. Digər əsərlərin-
dən fərqli olaraq, konkret süjet xətti və baş obrazı olmayan 
bu  əsər yazıçının xəstəliyi səbəbilə bitkinlik qazanmasa da, 
cümhuriyyət tariximizin əsl həqiqətlərini özündə  əks etdirən 
dəyərli mənbə mahiyyətini hər zaman qoruyub saxlayacaqdır. 
Tədqiqatçı kitabın «Sosial-siyasi və fəlsəfi -psixoloji prob-
lemlər bədii düşüncə aynasında» başlıqlı fəslində müstəqillik 
dövründə yaranan müasir ruhlu romanları qoyulan problemlə-
rin daha çox sosial-psixoloji mahiyyətinə diqqəti çəkərək təhlil 
edir. Demək lazımdır ki, bir zamanlar milli ədəbiyyatda möv-
cud olan insanın psixoloji dünyasına nüfuz, problemlərə fəlsə-
fi  yöndə baxış, metafi zik dəyərlərin üstünlük təşkil etdiyi mət-
nlərə meyil 90-cı illər ədəbiyyatında yenidən baş qaldırmışdır. 
Bu cəhdlərin nəticəsi olaraq Sabir Əhmədlinin «Axirət sev-
dası», Anarın «Ağ qoç, qara qoç», Əkrəm Əylislinin «Ətirşah 
Masan», Seyran Səxavətin «Nekroloq», Vaqif Sultanlının 


Müstəqillik dövrü Azərbaycan romanı
13
«İnsan dənizi», Afaq Məsudun «Azadlıq», Səfər Alışarlının 
«Maestro», Elçin Mehrəliyevin «Doxsanıncı illər», Elçin 
Hüseynbəylinin «Yovşan qağayılar» kimi məna və əhatə da-
irəsi baxımından eyni qatda birləşə biləcək romanlar meydana 
gəldi. Təbii ki, həmin dövrdə baş verən ictimai-siyasi olaylar 
və onların insan ruhuna təsiri-mənəvi aşınmalar, inamsızlıq, 
tənhalıq, itirilmişlik duyğusu və s. kimi mövzular bu əsərlərin 
baş leytmotivinə çevrilir. 
Vaqif Sultanlı  «İnsan dənizi» romanında  ən ali mənəvi 
dəyərlərə sahib insanı cəmiyyətin necə bir canavar xislətli var-
lığa çevirdiyi prosesi addım-addım anladır. Bu elə bir sosial 
sferadır ki, burada insanlığın ali qanunları cəmiyyətin yırtıcı 
maşınında üyüdülür. Və insan bütün varlığı ilə ən acınacaqlı 
şəkildə anlayır ki, yüksək mənəvi dəyərləri onu məhvə apa-
rır. Bu, bilinən şeylərin əksinə döndüyü, tarazlıqların tərsinə 
işlədiyi məqamdır. Bu, ruhi mənada həm yerdən, həm də göy-
dən üzülmə anıdır. Bu, həm yoxolma, həm də sıfır nöqtəsin-
dən geriyə hərəkət – yenidən doğuluşdur. Əhməd Saminin də 
geniş analizlərindən göründüyü kimi, yazıçı qəhrəmanının bu 
təbəddülatlarında onu daban-dabana izləmə istedadını nüma-
yiş etdirir. Göstərir ki, sosial mühitin ağır fəsadları insanın iz-
diham içindəki təkliyi kimi ağır mənəvi ifl asını şərtləndirir. Bu 
mənada yazıçı Anarın  şərti-metoforik üslubda qələmə aldığı 
«Ağ qoç, qara qoç» romanında bəhs edilən problemlərin bədii 
həlli inkişaf etdirilmiş formada qarşımıza çıxır. Bilindiyi kimi, 
roman «Məlikməmməd» nağılının bəzi motivlərindən istifadə 
olunaraq yazılmışdır. Bir-birinə alternativ iki nağıldan ibarət 
əsərdə folklor elementlərinin istifadəsi yazıçı məramının ifa-
dəsindən uzağa gedən məqsədə xidmət eləmir. Hər iki nağılın 
əvvəlindəki xarakterik epiqraf əsərin bütün ruhunu ifadə edir. 
Romanın ikinci hissəsi birinci hissənin alternativi olduğu qə-
dər həm də məntiqi davamıdır. Bir-biri ilə kəsişən süjet və və-
ziyyətlər bunun isbatıdır. Birinci nağılda qəhrəmana ağ qoçu 


14
Əhməd Sami Elaydi
yaxud qara qoçu seçmək imkanı verilir. Bu hissədə qəhrəman-
lar öz seçdikləri, arzuladıqları həyatı yaşayırlar, normal mən-
tiqlə mümkünsüz deyilənlər burada asanlıqla reallaşır. Utopik 
cəmiyyət atmosferi bura hakimdir. Məlik arzuladığı ölkədə 
yaşayan, hər  şeydən nəsibini almış  qəhrəman kimidir. Lakin 
mətnin alt qatlarında yazıçı Məliklə bağlı bəzi sirləri də pıçıl-
dayır, zahiri təminat effektinin altında dayanan mənəvi təklik, 
yoxluq, heçlik duyğusunun siqnallarını verir. İkinci hissədə 
isə artıq seçim şansı yoxdur- ağ, ya da qara qoçu seçməsin-
dən asılı olmayaraq, qəhrəmanın nəsibi qara qoç, yəni qaranlıq 
dünyadır. Bu hissədə hadisələrin axarı  Məliyi qaranlıq dün-
yaya aparmağa hesablanıb; həm də onun tutduğu mövqedən 
asılı olmayaraq... Romanın əvvəlində qurulan utopik cəmiyyət 
modeli reallığın sərt divarlarına çırpılaraq dağılır. Əhməd bəy 
bu qurğunu özünəməxsus şəkildə mənalandırır, mənanın açıl-
masında detalların vacibliyini vurğulayır. Qeyd edək ki, «Ağ 
qoç, qara qoç» romanındakı bir roman iki hekayə prinsipindən 
istedadlı yazıçı Kamal Abdullanın «Yarımçıq  əlyazma»  əsə-
rində bir qədər fərqli istiqamətdə istifadə olunmuşdur. 
Müharibə gerçəkləri, mühacirlik taleyi («Nekroloq»), in-
san, ruh, ölüm və nəhayət, şəhidlik qisməti ilə bağlı metafi zik 
axtarışlar («Axirət sevdası») gərgin hadisələrin məngənəsində 
sıxılan insanın dərin ruhi böhranının xəbərçisidir. Tədqiqatçı 
Sabir Əhmədlinin timsalında bəhs etdiyi ağrıları sadəcə müşa-
hidəçi, təhkiyəçi kimi deyil, şəhid atası kimi min qat öz için-
dən keçirib yazma məqamına diqqəti yönəldir. Ümumiyyətlə
o, öz araşdırması çərçivəsində Sabir Əhmədli və onun son dövr 
yaradıcılığına geniş yer ayırır. Bu da təsadüfi  deyil. Əvvəla, 
Sabir  Əhmədli yaradıcılığının bütün mərhələlərində aktual 
problemləri qaldıraraq  ədəbi tənqidin diqqətini çəkməyi ba-
carmışdır. Digər tərəfdən yazdığı mətnlərin mündəricəsi, bəhs 
etdiyi sosial-siyasi hadisələrin birbaşa öz taleyinə  təsiri və 
yazıçının bunu təsvirə çalışması onu maraqlı edirdi. Xüsusilə 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə