KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə8/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

22 
 
“ – Dövlət və xoşbəxtlik! Bunlar lap əzəldən əkiz yaranmışdır. Sərmayəsiz 
insanın  həyatı  ilə  heyvan  güzəranı  arasında  fərq  axtarmaq,  mənim  əqidəmcə,  ən 
böyük  axmaqlıqdır.  Səadəti  dövlət  daima  yedəyinə  alaraq  öz  arxasınca  çəkib 
gətirmişdir.  Cibi  boş  yaşamaq,  ağır  əzab  yüklərinin  altında  çabalamaq  deməkdir. 
Mənə  bu  dünyanın  hər  cür  gözəlliklərini,  şirin  nemətlərini  bəxş  edən  mənim 
milyonlarımdır. Onlar olmasaydı, zamanın ayaqları altında xırda bir qarışqa təkin 
tapdalanıb yer üzündən silinmişdim, getmişdim. Şan-şöhrət, məslək, əqidə, rütbə, 
məhəbbət...  Hər  nə  varsa,  hamısı  puldur!  Bir  azdan  gözlərində  nəvaziş,  dilində 
mehribanlıq,  dodaqlarında  şəhvət  gətirərək,  ətir  saça-saça  içəri  girəcək 
mademauzelin  ürəyində  mənə  qarşı  sevgimi  vardır?  Xeyr!  Bizim  aramızda 
məhəbbət yaradan bax, bunlardır!..” 
Avropalı  zadəgan  ovcunda  oynatdığı  qızılları  gərəksiz  bir  matah  kimi 
qarşısındakı alçaq mizin üstünə atıb, ayağa durcaq, bəzəkli bir xanım özünü əsdirə-
əsdirə içəri daxil olur. 
“ – Müsyö, elə bilirəm vədələşdiyimiz vaxtdan tez gəlməyimi heç də başqa 
cür  qiymətləndirməzsiniz.  Sizə  təslim  olan  ürəyimin  məni  narahat  edən 
çırpıntılarını sakitləşdirmək üçün yanınıza tələsməyə məcbur idim...” 
İkinci şəklin ortasında: 
“ – Ey italiyalı gözəl şansanetka!.. 
−Sərxoşların ruhunu oxşayan çevik rəqqasə!.. 
−“Tarantello”  üçün  kalvados  gətirin!..”  –  deyə  yerbəyerdən  fransalıların 
sərxoş səsləri ucalanda, pərişan saçları çiyinlərinə dağılmış, girdə sifətli, cazibədar 
gözlü, sarıpaltar qaraçı qızı qəhqəhə çəkə-çəkə səhnəyə atıldı. 
“Odur!..  Özüdür!..”  –  Əkrəm  dünən  lojada  onlarla  mübahisəyə  girişən  qızı 
həmin  dəqiqə  baxışlarından  tanıdı.  “Tarantello”  qabarıq  sinəsini  qabağa  verərək, 
stolların  arasında  gəzindi,  sonra  kafedəkilərdən  birinə  yaxınlaşıb  dayandı;  razılıq 
almadan  qarşısındakı  şərab  dolu  qədəhi  götürüb  başına  çəkdi.  Onun  bu 
hərəkətindən qeyzlənən fransalı yumruğunu stola çırpdı və: “Sən kimsən?!” – deyə 
çımxıranda, Yeganə əllərini əda ilə belinə qoyub çiyninin üstdən etinasız baxışlarla 
kişini süzərək cingiltili səslə cavab verdi: “ – Mən hələ cocuq ikən Romada atadan-
anadan  yetim  qalmış  ərköyün  qaraçı  qızıyam.  “Tarantello”  rəqsi  ilə  şəhərlər, 
ölkələr  adlayaraq  Fransaya  gəlmişəm.  İndi  isə  Parisin  küçələrində,  kafelərində, 
kabarelərində sərxoş kişiləri əyləndirən kimsəsiz, şıltaq bir şansanetkayam!..” – O, 
ətəklərini  qaldırıb  sağ  ayağını  zərblə  döşəməyə  vurdu  və  yerində  fırlanaraq 
“Tarantello” italyan rəqsinə başladı... 
Cavan  aktrisa  qaraçı  qızının  rolunu  elə  məharətlə  ifa  edirdi  ki,  adam  bir 
anlığa  səhnədə  tamaşaya  baxdığını  unudurdu.  Gah  barmaqlarının  ucunda  yüngül 
downloaded from KitabYurdu.org


23 
 
sıçrayışlarla tullanan, gah ilan kimi sağa-sola qıvrılan, gah da çılpaq çiyinlərini tül 
kimi əsdirən şansanetkanın təkcə bədəni, əlləri, ayaqları deyil, bütün əzaları, hətta 
gözləri, qaşları, baxışları belə rəqsə qoşulmuşdu. 
Bu dəfə “Tarantello”ya zaldan yağdırılan alqışlar daha uzun çəkdi... 
Tamaşadan  sonra  Əkrəm  teatrın  qabağında  gəzinərək  ürək  döyüntüsü  ilə 
Yeganəni  gözlədi.  Bayırda  sakit,  mülayim  hava  vardı.  Buludsuz  səma  nəhəng  bir 
aynanı xatırladırdı. Dəniz tərəfdən sərin yel əsirdi. 
Teatrdan  dəstə-dəstə  çıxıb  evlərinə  dağılışan  adamlar  tamaşadan, 
aktyorlardan danışır, hərə öz fikrini deyirdi: 
“ – Mənim, milyonçu zadəganın oyunu çox xoşuma gəldi”. 
“ – Sən öləsən, Ələsgər Ələkbərovdan olmaz. Zalım oğlundan bir dənədir!” 
“  –  Afərin  o  cavan  aktrisaya,  adını  da  bilmirəm,  “Tarantello”da  qiyamət 
qopardı”. 
Əkrəmi  də  düşündürən  həmin  cavan  aktrisa  idi.  “Görəsən,  dünən  o  məni 
bugünkü  oyununa  baxmağa  adi  bir  tamaşaçı  kimi  dəvət  elədi,  yoxsa...  ürəyində 
başqa niyyəti vardı? Ancaq, hər halda, sayıb gəlməkdə yaxşı iş gördüm. Bir dəstə 
gül də alıb gətirsəydim, lap yerinə düşərdi; indi teatrdan çıxanda ona yaxınlaşıb iki 
kəlmə  danışmağa  da  dilim  gödək  olmazdı.  Nə  isə,  keçib...  Ağıllı  qızdırsa,  elə 
şeylərə fikir verməz. Əcəb də adı var: Yeganə”. 
Əkrəm asta addımlarla gəlib səkinin başına çatanda yenə geri döndü. Teatr 
binasının tinindəki dəyirmi saatda beşə az qalırdı. 
“Belə  baxıram,  daha  gözləməyin  mənası  yoxdur,  −  deyə  Əkrəm  tərəddüd 
elədi. – Mən getməliyəm. Bəlkə o, heç tək olmayacaq...” 
Teatrın  aktyorlara  məxsus  arxa  qapısından  danışa-danışa  üç  nəfər  –  iki 
qadın, bir kişi çıxdı. Əkrəm qıraqda gələni o dəqiqə tanıdı: Yeganə idi. Qara saçları 
çiyinlərinə  tökülmüşdü. Uzaqdan  girdə, göyçək  sifəti  apaydın  görünürdü;  gözləri, 
dodaqları  fərəhlə  gülümsəyirdi.  Yanındakı  yaşlı  aktyorun  qoluna  girmiş  qadın 
qucağında  gül  dəstəsi  tutmuşdu.  Tinə  yetişəndə  dayandılar.  Deyəsən, 
ayrılacaqdılar.  Əlini  sinəsinə  qoyub  Yeganənin  qarşısında  təzim  edən  aktyor, 
astadan nə pıçıldadısa, ucadan qəhqəhə çəkdilər. Əkrəm həyəcanlanmışdı. Ona elə 
gəlirdi ki, özünü çıxılmaz bir vəziyyətdə qoymuşdur. “Axı, burada məndən savayı 
heç kəs heç kimi gözləmir”, − deyə fikirləşdikcə bədənini isti tər basırdı. İndi daha 
yayınmaq  da  mümkün  deyildi;  Yeganə  gülə-gülə  bu  səkiyə  tərəf  addımlayırdı. 
Əkrəm  utana-çəkilə  qabağa  çıxcaq,  qız  köhnə  tanışı  ilə  görüşürmüş  kimi  şən  bir 
səslə dilləndi: 
− Düzü, mən heç inanmırdım ki, siz bu gün də teatrda olarsınız. 
Hər ikisi yavaşıdı, üz-üzə dayandılar. 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə