KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə14/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

39 
 
kim isə, çox varlı adamdır. Bəxtəvər arvadının başına! Yəqin qulluqçusu da əlinin 
altındadır.  Sən  bir  otağın  böyüklüyünə,  təmtərağına  bax!  Elə  bil  muzeydir.  Kaş 
saxlayaydı  məni  beş-on  gün  burda  qalaydım.  Doyunca  yeyib,  yatardım.  Yorğan-
döşəkdə yox, lap elə orda, qapının ağzında, xalça üstə uzanardım. 
Sərxan gəldi. O, əl-üzünü yumuşdu; seyrək çal saçlarını odekalonla isladıb, 
yana  daramışdı.  Əynində  qırmızı-göy  zolaqlı  pijama,  ayaqlarında  yumşaq  qara 
məst vardı. Qoltuğunda ağ qətfəyə bükülü pal-paltar tutmuşdu. 
−Adın  yenə  fikrimdən  yayındı,  −  deyə  qızın  qarşısında  dayanıb  gözlərini 
marıtladı: 
−Anjella. 
−Hə!  Yadıma  düşdü!  Ənjillə,  dur,  keç  duşun  altına,  bir  az  sərinlən.  Al, 
yüngül dəyişək də hazırlamışam sənin üçün. Çıxandan sonra öz paltarlarını geymə, 
istidir. Elə bunu keçir əyninə, vəssalam. 
Sərxan  o  biri  evdən  tapıb  gətirdiyi  kiçik  qızının  qolsuz,  nimdaş  xalatını 
qətfənin arasında qıza uzatdı. 
Anjella dəhlizə keçəndə kişi onu qucaqlayıb üzündən öpərək, hamamxanaya 
ötürdü. “Rahathulqumdur, zalım balası!” – deyə əllərini bir-birinə sürtə-sürtə yenə 
yataq otağına girdi; çarpayısının qalın döşəyi altından nəsə çıxarıb ovcunda sıxaraq 
zala  keçdi.  Kreslolardan  birini  ayağının  altına  çəkdi,  üstünə  qalxıb,  əlindəki  şeyi 
fotoşəklin dalında gizlətdi... 
Yarımca saat sonra köhnə dəllal təzə məşuqə ilə yemək stolunun arxasında 
üz-üzə  oturmuşdu.  Anjella  daha  da  gözəlləşmişdi.  Əynindəki  qırmızı  güllü,  ağ 
qolsuz  xalat  boyuna  gödək,  bədəninə  dar  gəldiyindən  onu  çox  balaca  göstərirdi. 
Atlas  parlaqlı  qara  saçları  aşağı  axaraq  sifətinin  yarısını  örtmüşdü.  Yaxşı 
qurulanmamış qollarında su damcıları şəffaf muncuq təkin işıldayırdı. 
Ailəsini  yola  saldığı  gündən,  belə  bir  vüsalın  arzusu  ilə  yaşayan  çopur  kişi 
indi  gördüyünə  inanmırdı.  Qarşısında  əyləşən  cavan  qaraçı  qızın  gözəlliyindən 
vəcdə  gələrək,  boşalan  qədəhlərə  şərab  süzür,  alma-armud  soyur,  şokolad, 
marmelad, peçenye qutularını ona tərəf çəkir, xətri istəyən təamlardan dadmasını 
xahiş  edirdi.  Özünü  onsuz  da  tam  sərbəst  aparan  Anjella  ev  sahibinin 
canfəşanlığından təəccüblənsə də, danışmır, hətta bundan bir növ həzz alırmış kimi 
fərəhlənirdi.  Arada  fürsət  tapdıqca  qızın  belindən,  boynundan  yapışan  Sərxan 
yerində rahat otura bilmirdi. Gözləmədən nail olduğu bu xoş təsadüfün ləzzəti onu 
şərabdan artıq xumarlandırırdı: 
−Eh... Adın yenə yadımdan çıxdı!.. – deyə qədəhini çiyni bərabərinə qaldırıb 
beşinci kərə sağlıq söyləməyə hazırlaşan çopur dəllal qaraçıya baxdı. 
Qız ucadan qəhqəhə çəkdi. 
downloaded from KitabYurdu.org


40 
 
−Eyib olsun səninçün, pəhləvan kişi! Nə huşsuz adamsan? Bir dənə Anjella 
da deyə bilmirsən?.. 
−Məni  qınama,  göyçək  bala,  yaddaşım  yaman  xarablaşıb.  Çox  vədə  evdə 
arvad-uşağımın  da  adını  unuduram.  Bəzən  öz  əlimlə  qoyduğum  bir  şeyi  saatlarla 
axtarıram...  Qərəz...  Ənjillə  xanım,  pərvərdigar  dövlət  barədən  səni  də  məğmum 
eləməyib.  Bəli,  bəli,  təəccüblənmə.  Mən  hələ  keflənməmişəm.  Nə  danışdığımı 
yaxşı  anlayıram.  Sənin  dövlətin  –  gözəlliyindir!  Maşallah,  bu  dəqiqə  hamamdan 
təzə çıxmış məlaikəyə oxşayırsan. Sağ ol! Heç vaxt solmasın gözəlliyin. 
−Canım  canına  qurban,  pəhləvan  kişi!  Mən  ömrümdə  bu  qədər 
təriflənməmişdim. 
−Paho!.. Eşitməmisən, zər qədrini zərgər bilər?! İç!. İç mənim... 
Sərxan badəsini butulkanın dalında gizlətdi. 
−Daha  mənə  vermə...  başım  gicəllənir...  –  deyə  Anjella  neçənci  kərə 
boşaltdığı qədəhi stolun üstünə  qoymaq  istəyəndə salıb  sındırdı; ixtiyarsız olaraq 
gözləri yumuldu... və o özünü qəribə bir aləmdə hiss etdi... 
Anjella  gözlərini  açanda  özünü  çılpaq  halda,  çopur  kişi  ilə  bir  yataqda 
uzanmış  gördü.  Bədənində  ağrı,  döşlərində,  dodaqlarında  gizilti  duydu...  Bayırda 
qaranlıq idi. Qucaq-qucaq ulduz səpələnmiş lacivərd göylərdə ətrafına halə salmış 
ay pəncərənin tül pərdəsi arxasından içəri baxırdı. Otaqda gecə lampası – mərmər 
bayquşun gözləri atəş böcəyi kimi işıldayırdı. 
Anjella  dikəldi,  ikiəlli  başını  tutdu.  Beyni  sancırdı,  hələ  sərxoşluqdan 
ayılmamışdı. Gözləri dumanlanırdı. 
Qız yan-yörəsinə baxdı, əyninə geyməyə bir şey axtardı. Lakin heç nə tapa 
bilmədi. Qalxıb pəncələri üstə pişik kimi səssiz addımlarla zala keçdi və ara qapını 
yavaşca  örtərək  çilçırağı  yandırdı.  Burada  ertədən  gördüyü  səliqədən  əsər-əlamət 
qalmamışdı.  Anjellanın  oturduğu  yerdə  xalça  zibillənmişdi.  Stolun  al  şərabla 
ləkələnmiş  süfrəsi  üstündə  boş  butulkalar,  bulaşıq  qədəhlər,  meyvə  qabığı,  şüşə 
qəlpələri,  konfet,  şokolad  qırıntıları  bir-birinə  qarışmışdı.  Qızın  paltarı  kreslonun 
başından asılmışdı, tuflilərinin hər tayı bir tərəfə tullanmışdı. Anjella tənbəl-tənbəl 
geyindi. Hamamxanaya keçib əl-üzünü yudu, saçlarını daradı, özünü qaydaya saldı 
və yenə zala qayıtdı. O, çopur kişi ilə bura gəlməzdən əvvəl aralarında olan söhbəti 
xatırladı: 
“...Sən nə dilbilməz uşaqsan! Başa düş, təklifimdən boyun qaçırmasan, sən 
gəlib  mənim  evimdə  qalacaqsan...  Yeyəcəksən,  içəcəksən,  sonra  da  ipək  yorğan-
döşəkdə xumarlanacaqsan. Anladın?.. 
−Pul da verəcəksən mənə? 
downloaded from KitabYurdu.org


41 
 
−Ondan  arxayın  ol.  İtə-qurda  ağız  açıb,  neçə  aya  topladığını  bircə  gecədə 
qazanacaqsan...” 
Anjellaya bu cür təkliflər dəfələrlə edilmişdi, sonrasına da hərə bir mükafat 
boyun  olmuşdu.  Ancaq  heç  kəs  onu  əvvəlcədən  belə  şirnikləndirməmişdi.  Fürsət 
düşdükcə  ürəyinə  yatan  oğlanlarla,  kişilərlə  vaxt  keçirməyi,  əylənməyi  isə  özü 
üçün qəbahət sanmamışdı. Həmişə də ilişdiyi tilsimdən bir bəhanə ilə yaxa qurtarıb 
salamat qaçmışdı. Anjella çopur kişiyə də kələk gəlib asanlıqla aradan çıxacağına 
əmin  idi.  Lakin  acqarına  içdiyi  güclü  şərab  qızın  iradəsini  zəiflətmiş,  ixtiyarını 
əlindən almışdı. Sonra nələr olduğundan o, əsla xəbərsiz idi... 
“Səni görüm bu evdən meyitini qaldırsınlar! Çopur şarlatan!”  – deyə kişini 
qarğıdı. 
Əslində Anjella itirdiyinə o qədər də heyfsilənmirdi. Bu əhvalat gec-tez bir 
gün olacaqdı. Onu başqa nigarançılıq narahat edirdi. Əgər uşağa qalarsa... 
Bayaqdan  cansız  təki  hərəkətsiz  dayanmış  qaraçı  qız  fikirləşirdi.  İndi 
neyləsin?  Getsinmi?  Yoxsa...  Yoxsa,  ismətinin  qabaqcadan  vəd  olunan  haqqını 
almaq üçün ev sahibinin yuxudan oyanmasını gözləsin? 
Anjella saata baxdı. Hələ səhərin açılmasına çox qalmışdı. Xorultusu otağı 
başına götürmüş çopur kişi yəqin ki, günortaya qədər yatacaqdı. 
Qız  möhkəm  susamışdı,  dil-dodağı  qurumuşdu.  Stol  üstündəki  limonad 
butulkaları  isə  boş  idi.  O,  qədəhlərdən  birini  şərabla  ləbələb  doldurub  qurtum-
qurtum  içəndə  nəzərləri  yenə  qarşı  divardakı  şəklə  sataşdı.  Sərxan  qalın  haşiyəli, 
zərli  çərçivədən  baxaraq  gülümsəyirdi.  Anjella  boşaltdığı  qədəhi  var  qüvvəsi  ilə 
ona çırpmağa qəlbində ehtiyac duydu. Ancaq çəkindi. Sonra vazadakı almalardan 
birini, ən irisini götürüb dişlədi. Başı gicəllənirdi. Əzgin halda yaxındakı kresloda 
əyləşdi. Anjella qəşş edib gülmək istəyirdi. O, şəklə göz vurdu və tək otaqda öz-
özü ilə danışmağa başladı: 
−Ey,  qoca  kaftar,  şit-şit  hırıldama.  Düzünü  de,  mənə  nə  verəcəksən?  Bax, 
xəsislik  eləsən,  səs-küy  salıb,  səni  biabır  edəcəyəm.  Niyə?  Ona  görə  ki,  sən 
çopursan,  iyrəncsən!..  Bəs  bunu  nəzərə  almırsan?  Əməlli-başlı  səxavət  göstərsən, 
gəbərməzsən ki! Çaqqal!.. 
Anjella  əlindəki  almanı  axırıncı  kərə  dişləyib,  puçalını  tolazlayaraq  şəklin 
şüşəsinə çırpdı. Bununla da ürəyi soyumadı. Stoldan götürdüyü şokolad parçasını 
qədəhin dibində qalmış şəraba batıraraq islatdı. 
−Dayan...  dayan,  gör  indi  sənə  neyləyəcəyəm!  –  deyə  yaxındakı  kreslonu 
təpiyi  ilə  vuraraq  divara  sarı  itələyib,  onun  üstünə  qalxdı.  –  Sən  eybəcər,  çopur 
olduğun  halda,  şəkildə  nə  üçün  belə  yaraşıqlısan?..  Hə?..  Eşidirsən?  Mən 
kiminləyəm?.. Cavab versənə?! Niyə susursan?.. 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə