Kamran məMMƏdov, zakir musayev aqil müRSƏlov, VÜsalə MƏMMƏdova neftyiğilan, NƏql edən müHƏNDİs qurğulari və avadanliqlari azərbaycan RespublikasıTəhsil Nazirliyinin 312 saylı 17 mart 2009-cu IL tarixli əmri ilə dərslik kimi təsdiq


Neft-qaz qurğularında metalın korroziyasına təsir edən amillər



Yüklə 1,18 Mb.
səhifə55/57
tarix27.12.2023
ölçüsü1,18 Mb.
#162411
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   57
C fakepath lav v sait

5.2.Neft-qaz qurğularında metalın korroziyasına təsir edən amillər.
Metalın korroziyası – onun ətraf mühitin təsiri ilə dağılma prosesidir. Neft- qaz qurğularının korroziyası onların vaxtından əvvəl sıradan çıxmasına, texnoloji proseslərin pozulmasına səbəb olur.
Ümumiyyətlə, metalın korroziyası kimyəvi və elektrokimyəvi olmaqla iki yerə ayrılır.
Kimyəvi korroziya zamanı metal ilə aqressiv kimyəvi komponentlər arasında gedən reaksiya nəticəsində metalın aşınması və ya dağılması baş verir. Məsələn, neft çənlərinin və ya boru kəmərlərinin korroziyası kükürdlü neft və qazın saxlanıması və nəqli zamanı baş verir.
Kimyəvi korroziyadan fərqli olaraq elektrokimyəvi korroziya zamanı metalın səthində müxtəlif dərinlikli və formalı ləkə və kəha şəkilində lokal (yerli) dağılmalar əmələ gəlir. Bu halda korroziya prosesi mikro və makro korroziya proseslərinə ayrılır.
Metal konstruksiyanın korroziyası havanın oksigeni və atmosferin nəmliyi nəticəsində baş verirsə, buna atmosfer korroziyası deyilir. Bu növ korroziya boru kəmərlərinin yerüstü və ya hava keçidlərində, həmçinin yerüstü neft çənlərində yaranır.
Yeraltı qurğuların (çənlərin, boru kəmərlərinin və s.) korroziyadan mühafizə vasitəsində və metodunda mühitin və torpağın korroziya qabiliyyətləri nəzərə alınmalıdır.
Torpağın elektrik müqaviməti nə qədər yüksək olarsa, cərəyan da bir o qədər az olacaq və bununla əlaqədar metalın korroziyası – dağılması azalacaqdır. Torpağın korroziya fəallığı onun xüsusi elektrik müqaviməti üzrə aşağıdakı göstəricilərlə xarakterizə olunur.




Torpağın



















xüsusi elek-

< 5










> 100




trik

5 ⎟ 10

10 ⎟ 20

20 ⎟ 100










müqaviməti,



















Om.m



















Torpağın

Çox
















korroziya

Yüksək

Artırılmış

Orta

Aşağı




yüksək




fəallığı































Torpağın xüsusi elektrik müqavimətini təyin etmək üçün müxtəlif metod və cihazlardan istifadə olunur. Bu metodlar içərisində dörd elektrodlu metod daha geniş yayılmışdır. Bu metodla xüsusi elektrik müqavimətini ölçmək üçün MS-08 tipli potensiometrdən istifadə olunur.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə