MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
47
QAYĞIKEŞ BABA, SEVİMLİ ATA VƏ ETİBARLI AİLƏ BAŞÇISI
Səmədov Faiq Əlövsət oğlu
Mən M.Əzizbəyov adına Azərbaycan Neft
və Kimya institutunda oxuduğum müddətdə ixti-
sas dərslərimizin çoxu əsas binanın həyətində
yerləşən laboratoriyada olurdu. Orada böyük
preslər, müxtəlif kəsici dəzgahlar və alətlər var
idi.
Həmişə oraya dərsə gələndə gənc bir oğlanın plastik materiallardan nə isə
hazırladığının, sonradan onları müxtəlif sınaqlara uğratdığının şahidi olurdum.
Onun gördüyü işlər məndə böyük maraq yaradırdı. Onunla birlikdə tədris ustası da
çalışırdı. Onun adı Altay idi. Tələbələrlə xoş münasibəti vardı. Bir dəfə mən
Altay müəllimdən soruşdum: Bu oğlan kimdir və nə ilə məşğul olur? O cavab
verdi ki, aspirantdır, adı Faiqdir və elmi-tədqiqat işi ilə məşğuldur. Hər dəfə onun
işlərini gördükcə məndə də elmi-tədqiqat işləri aparmaq arzusu güclənirdi.
Faiq Əlövsət oğlu Səmədov 5 yanvar 1941-ci ildə Bakı şəhərində ziyalı
ailəsində dünyaya göz açmışdır. Onun atası dövrünün tanınmış təhsil işçisi
olmuşdur. İxtisasca bioloq olan Əlövsət müəllim Azərbaycanda bu sahədə elmi
ad almış alimlərdəndir. O, Azərbaycan Dövlət Universitetində (indiki BDU)
dosent vəzifəsində çalışmışdır.
Anası Lumu xanım İsmayıl qızı evdar qadın idi. Ailədə uşaqların tərbiyəsi
və tədrisi, eləcə də digər problemlər bu xanımın üzərində idi. Müharibə və ondan
sonrakı illərdə üç oğlan uşağını nizam-intizam, səliqə-səhman içində saxlamaq
olduqca çətin missiyalardan biri idi.
Ailənin böyük övladı olan Tofiq 1938-cı ildə anadan olub.Tofiq müəllim
texnika elmlər doktorudur. Uzun illər ADNA-nın «Qazneftmədən» fakültəsinin
dekanı vəzifəsində çalışıb. Hal-hazırda həmin fakültənin ixtisas kafedralarından
İbrahim Həbibov
48
birinin - «Qaz və kondensat yataqlarının işlənməsi və istismarı» kafedrasının
müdiridir. Faiq müəllimin kiçik qardaşı Namiq də böyük qardaşlarının yolunu
təkrarlayaraq Azərbaycan Neft və Kimya institutunu bitirib. İxtisasca neftçidir və
uzun müddət neft mədənlərinin birində mühəndis vəzifəsində işləyib.
Faiq 1949-cu ildə orta məktəbə getmiş və 1960-cı ildə məktəbi bitirərək,
sənədlərini Azərbaycan Politexnik institutuna vermişdir. 1965-ci ildə institutun
«Neft mexanika» fakültəsini «Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar
və alətlər» ixtisası üzrə bitirmişdir.
Ali məktəbdə oxuduğu illəri yada salan Faiq müəllim böyük hörmət və
ehtiramla ona dərs deyən müəllimləri - Q.Qarayevi, N.Məlikaslanovu,
A.Məmmədovu, E.Ağayevi və F.M. Yaroşevskini xatırlayır.
Ali məktəbin ictimai-mədəni həyatında fəal iştirak etməyindən, futbol və
basketbol yarışlarından həvəslə danışır. Qrup yoldaşları arasındakı mehribanlıqdan
söz salarkən institutun əsas binasının fonunda yadigar çəkdirdikləri şəkildəki
dostlardan bircə-bircə mənə danışdı.
Faiq müəllim tələbə dostları ilə
Həmin illər ali məktəb tələbələri istehsalat təcrübələrini SSRİ-nin qabaqcıl
müəssisələrində keçirdilər. Mühəndis hazırlığında bu olduqca faydalı bir iş idi.
Belə bir təcrübə Faiq müəllimin həyatında da baş tutmuşdu. «Maşınqayırma
texnologiyası» kafedrasının müdiri Fedor Markoviç Yaroşevski belə təcrübə
MÜHƏNDİS QRAFİKASI KAFEDRASI:
80
illik şərəfli yolun tarixi
49
qruplarının birinin tərkibinə 3-cü kurs tələbəsi Faiqi də daxil etdi. Təcrübə Moskva
şəhərində yerləşən məhşur Lixacov adına avtomobil və 1 saylı podşipnik
zavodlarında keçirdi. Təcrübədən səmərəli istifadə edən Faiq müəllim sonradan
diplom işini də podşipniklərin hazırlanma texnologiyası ilə əlaqələndirmişdi.
1965-ci ildə institutu bitirdikdən sonra
onu ordu sıralarına çağırırlar. Hərbi xidməti ba-
şa vurduqdan sonra qısa bir müddətdə Bakıdakı
Kondisioner zavodunda aparıcı mühəndis
vəzifəsində çalışır. 1967- ci ildə Azərbaycan
Neft və Kimya institutunun «Maşınqayırma
texnologiyası» kafedrası üzrə aspiranturaya
qəbulla bağlı elan edilmiş müsabiqədə iştirak
edir və kafedranın əyani aspirantı olur.
«Plastik kütlələrin neftmədən avadanlıqlarında tətbiqi» mövzusunda
dissertasiya işi üzərində çalışmağa başlayır. 1970-ci ildə dissertasiya işini davam
etdirmək məqsədi ilə ony Leninqrad şəhərinə (indiki Sankt-Peterburq) ezamiyyətə
göndərirlər.1971-ci ildə dissertasiya işinin istiqamətinin Tribologiyaya yaxın
olduğunu nəzərə alaraq institutun elmi şurası prof. S. M. Mustafayevin həmin işə
rəhbər təyin edilməsi haqda qərar verir.
Faiq müəllim 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə edir və 1974-
cü ilin mart ayının 1-də SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə ona texnika
elmlər namizədi alimlik dərəcəsi verilir.
1970-ci ildə müsabiqə yolu ilə Azərbaycan Neft və Kimya institutunun
«Rəsmxət» kafedrasına assistent vəzifəsinə seçilir. Həmin kafedrada tərcübəli
müəllimlərlə: Y.Fərzanə, Ə.B. Hacıyev, İ.P.Çernikova, Z.Hasımmədova, F.Sulta-
nova, S.Məlikova, Q.A.Fukson, B.M.Qutman, C.Camalov və başqaları ilə birgə
çalışır və onlardan müəllim olmağın sirlərini öyrənməyə başlayır.
İbrahim Həbibov
50
Kafedra seminarlarının birində
1978-ci ildə Rumıniyanın paytaxtı Buxarest şəhərində Politexnik insti-
tutunda elmi məzuniyyətdə olur.
Faiq müəllimin ADNA-da böyük hörməti vardır. Kafedranın əməkdaşları və
tələbələr arasında nüfuz sahibidir.
Faiq müəllim 1975-ci ildə ailə həyatı qurmuşdur. Gənclik illərində klassik
musiqiyə, teatra olan məhəbbət onun qarşısına Məlahət xanım kimi incə zövqlü bir
qadın çıxarmışdır. Məlahət xanım Azərbaycan Dövlət Konservatoriyasını
fortepiano ixtisası üzrə bitirib. Hal-hazırda V.Mustafazadə adına uşaq incəsənət
məktəbində fortepiano şöbəsinin rəhbəri vəzifəsində işləyir. Bakıda keçirilən bir
çox mədəni tədbirlərə mənim qatılmağıma köməklik edir.
Bu gözəl cütlüyün və səmimi ailənin iki qızı vardır:
İlhamə və Ülkər.
Hər ikisi bizim akademiyada tədris keçiblər və mühəndisdirlər. İlhamə artıq anadır.
Onun bir övladı var.
Dostları ilə paylaş: |