Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə9/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   5   6   7   8   9   10   11   12   ...   68

26 
 
      əmək kitabçasının notarial qayda təsdiq olunmuş surəti
       lisenziyanın  müddətinin  uzadılmasına  görə  rüsumun  ödənilməsini  təsdiq  
edən sənədin surəti. 
     b) Auditor təşkilatları: 
      təşkilatın rəhbəri və orada işləyən auditorlar haqda məlumat; 
       təsdiq  olunmuş  formada  auditor  fəaliyyətinin  göstərilməsi  haqqında 
məlumat; 
       lisenziyanın  müddətinin  uzadılmasına  görə  rüsumun  ödənilməsi  haqqında  
sənədin surəti. 
     Zərurət  yarandıqda  lisenziyanın  müddətinin  uzadılmasının  mümkünlüyünü 
müəyyən etmək üçün digər sənədlər də tələb oluna bilər. 
Bir  qayda  olaraq  audit  fəaliyyətinin  lisenzıyalaşdırılması  qaydalarına  əsasən 
lisenziya verilməsində aşağıdakı hallarda imtina edilə bilər: 

 
 nəzərdə  tutulmuş  sənədlər  tam  təqdim  edilmədikdə,  iddiazının  ərızəsinə 
əlavə  edilmiş  sənədlərdə  məlumatlar  təhrif  olunduqda  və  ya  qeyri-dürüst 
göstərildikdə; 

 
 iddiaçının təqdim etdiyi sənədlər «Auditor Xidməti haqqında», «Sahibkarlıq 
fəaliyyəti haqqında» AR Qanunlarına; 

 
 audit  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  qanunverıcılikdə  müəyyən 
olunmuş şərtlər, o cümlədən ixtisas hazırlığı, təhsil, staj və s. təmin olunmadıqda,; 

 
iddiaçının  əvvəllər  audit  fəaliyyəti  göstərmək  üçün  aldığı  lisenzıyanın 
müvafiq  qaydaları  pozduüuna  görə  ləğvindən  2  il  vaxt  keçməmişsə  və  qanun-
vericilikdə nəzərdə tutulmuş  digər tələblər ödənilmədikdə 
  
AR-dа  audit  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  hüquqi  və  fiziki  şəxslərə, 
habelə xarici vətəndaşlara verilmiş lisenziyalar aşağıdakı hallarda ləğv edilə bilər: 

 
lisenziya sahibi tərəfindən audit xidməti göstərməsindən rəsmi olaraq imtina 
edildikdə və bu barədə yazılı ərizə təqdim etdikdə; 

 
lisenziya  sahibi  tərəfindən  normativ  hüquqi  aktların  tələblərinə  əməl 
edilmədikdə və yaxud AR qanunverıciliyinə uyüun olaraq müvafiq dövlət orqanları 


27 
 
tərəfindən ərizəzinin fəaliyyəti dayandırıldıqda; 

 
AR  qanunvericiliyi  ilə  müəyyənləşdırılmiş  qaydada  audit  fəaliyyəti  ilə 
məşüul olan hüquqi subyektin müflisləşməsi faktı təsdiq edildikdə; 

 
xarici  auditor  təşkilatının  filialları  və  nümayəndəlikləri  fəaliyyətə  baş-
ladıqdan  sonra  tərkibində  üçdən  artıq  auditor  olarsa,  müəyyən  olunmuş  vaxt 
ərzində üç auditorun olmasını təmin etmədikdə; 

 
auditor təşkilatlarının və müstəqil auditorların müəyyən olunmuş forma üzrə 
hesabatları xəbərdarlıq edildikdən sonra belə vaxtında təqdim edilmədikdə

 
AR qanunvericiliyində nəzərdə tutulmuş dıgər hallarda. 
 
3.
 
Аuditоrlаrın və аudit təşkilаtlаrının hüquq və vəzifələri 
 
 
Hər  bir  xidmət  növü  öz  fəaliyyətini  təşkil  etmək  üçün  müvafiq  hüquqi 
səlahiyyətlərə,  vəzifələrə  və  öhdəliklərə  malik  olmalıdır.  Audit  fəaliyyəti 
sahibkarlıq  fəaliyyətinə  aid  edilməklə,  onların  hüquq  və  vəzifələri  «Auditor 
Xidməti haqqında» Azərbaycan Respublikasının Qanunun III fəslinin 12-ci və 13-
cü  maddələri  ilə  və  Azərbaycan  Respublikası  Auditor  Palatasının  digər  normativ 
sənədləri ilə tənzimlənir. 
Auditorun  və  auditor  təşkilatlarının  əsas  vəzifəsi  təsərrüfat  subyektləri  ilə 
bağlanmış  müqavilələrə  uyğun  olaraq  vaxtında  və  keyfiyyətlə  auditor  yoxlama-
larının aparılmasıdır. Həmin vəzifələrə aşağıdakılаr dахildir: 
  аuditin  aparılmasında  Azərbaycan  Respublikası  qanunvericiliyinin  tələb-
lərinə hökmən riayət etmək; 
  аuditor  yoxlamalarını  və  digər  auditor  xidmətlərini  keyfiyyətli  həyata 
keçirmək; 
  bu  Qanunun  18-ci  maddəsində  göstərilmiş  hallara  görə  auditin  apa-
rılmаsındа  iştirakının  qeyri  mümkünlüyü  barədə  dərhal  sifarişçiyə    (səlahiyyətli 
dövlət оrqanına) xəbər vermək; 
 sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü,  
qüvvədə olan qanunlara və normativ aktlara uyğunluüunu yoxlamaq


28 
 
  аuditin  aparılması  zamanı  aşkar  edilmiş  bütün  pozuntular,  mühasibat 
uçоtunun  aparılması  və  hesabatların  tərtibi  ilə  baülı  nöqsanlar  haqqında  
sifаrişçinin rəhbərliyinə məlumat vermək;   
 sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı (məhkə-
mə orqanlarının tələb etdiyi hallar istisna olmaqla) məxfi saxlamaq
  yoxlama  gedişində  alınmış  və  ya  tərtib  edilmiş  sənədlərin  qorunub 
saxlаnmаsını təmin etmək; 
  təsərrüfat subyektinin tələbi ilə оnа аuditin аpаrılmаsınа dаir qаnunveri-
riciliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun rəyində olan irad 
və nəticələr üçün əsas olan normativ aktlar barəsində ətraflı məlumatlar vermək; 
  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  vergi  hesabatına  dair  auditor 
rəyi vermək. 
Öz  vəzifələrini  müvəffəqiyyətlə  yerinə  yetirmək  üçün  auditorların  və  audit 
təşkilatlarının aşaüıdakı hüquqları  vardır: 
 bu Qanuna və sifarişçi ilə baülanmış müqavilənin şərtlərinə uyüun olaraq 
auditin forma və metodlarını sərbəst müəyyənləşdirmək; 
  sifarişçinin  maliyyə-təsərrüfat  fəaliyyətinə  dair  bütün  sənədlərlə  (o 
cümlədən  kənar  hüquqi  şəxslərdə  saxlanılan  sənədlərlə)  tanış  olmaq  və  yoxlama 
üçün  onlаrı  almaq,  pul  məbləülərinin,  qiymətli  kağızların,  maddi  sərvətlərin 
mövcudluğunu yoxlamaq və audit üçün lazım olan digər məlumatları almaq; 
 sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq; 
  səlahiyyətli  dövlət  orqanlarının  sifarişi  ilə  auditor  xidməti  göstərərkən 
müəyyən  etdikləri  pozuntu  və  nöqsanlar  haqqında  onlar  qarşısında  məsələ 
qaldırmaq; 
 аuditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb etmək; 
 yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlərin 
təqdim edilməməsi halında audit yoxlamasını keçirməkdən imtina etmək. 
Auditorlar  və  auditor  təşkilatları  auditor  fəaliyyətini  həyata  keçirərkən 
Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinin və bağlanmış 
müqavilənin şərtlərinin pozulmasına görə məsuliyyət daşıyırlar. "Auditor xidməti 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə