K qoca arxet



Yüklə 62,46 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü62,46 Kb.
#8429


Motif Akademi Halkbilimi Dergisi / 2011-2 (Temmuz-

Aralık) (Azerbaycan Özel Sayısı

-II), s.187-193 

Müdrik Qoca Arxetipinin Dərviş Paradiqması / H. QULIYEV

 

 

187 



MÜDRİ

K QOCA ARXET

İ

P

İ

N

İ



DƏRVİŞ PARADİ

QMASI 

Paradigm of an Image Dervish in an Archetype of the Wise Old Man  

 

Hikmət QULIYEV



*

 

 

Özet: Makalede bilge kişi arketipinin izleri araştırılmıştır. Derviş paradigmasının 



metinlerde karşılaştığımız örnekleri göz önünde bulunduruluyor.  

Anahtar kelimeler: arketip, bilge kişi, paradigma, derviş karakteri 

 

Abstact: In the article is considered archetype of the wise old man and it features. 

In this context the paradigm of an dervish image, meeting in texts, is in the research centre.  

Key words: archetype, wise old man, paradigm, dervish image 

 

 

K.  Q.  Yunq  arxetiplər  haqqında  ilkin  təcrübələrini  yazarkən  arxetipik 



keyfiyyətlərin  simvollarda  meydana  çıxdığını  vurğulayırdı  (2,  30).  Eyni  zamanda 

K. Q. Yunq müdrik qoca ilə bağlı tədqiqatlarında trikster  – qəhrəmanın kölgəsinə 

də diqqət yetirir. (1, 203)  

Müdrik  qoca  arxetipinin  əsasında  duran  mahiyyət  onun  yaşlılıq 

semantemindən  doğan  qazanılmış  təcrübənin  ifadəsi  olmasıdır.  Yunq  bu  obrazın 

əsas xüsusiyyəti kimi müdrikliyi irəli sürür.  

Müdrik qoca arxetipi mifoloji mətnlərdə, eləcə də yuxu ilə bağlı mətnlərdə 

nurani,  ağsaqqal  kimi  özünü  göstərir.  Bu  tipli  mətnlərdə  müdrik  qoca  yardımçı, 

qeyri-adi  informasiya  verən,  yol  göstərən  kimi  funksiyalarında  çıxış  edir.  Müdrik 

qoca  arxetipinin  bu  enerjisi  digər  mətnlərdə  də  şüurlu  və  ya  qeyri-şüuri  şəkildə 

özünü  qoruyub  saxlamaqdadır.  Belə  ki,  folklor  mətnlərində  bu  arxetipin  obraz 

səviyyəsi kimi, ata, baba, dədə, övliya, dərviş və s. paradiqmaları mövcuddur.  

Müdrik  qoca  arxetipinin  mahiyyətini  qocanın  arxaik  şüurda  yaşayan 

enerjisi təşkil edir. Mədəniyyətdə qoca semantemi iki mənanı özündə birləşdirir:  

 

                                                 



*

 AMEA Folklor İnstitutu 




 

Motif Akademi Halkbilimi Dergisi / 2011-2 (Temmuz-

Aralık) (Azerbaycan Özel Sayısı

-II) 

 

188 



1.

 

Təbiətlə harmoniyada;  



2.

 

Cəmiyyətlə harmoniyada.  



 

Təbiətlə  harmoniyada  qoca  bioloji  əlamətlərinə  əsasən  bitkinliyi, 

törəməzliyi,  bir  sözlə  xaosu  işarə  edir.  Təsadüfi  deyildir  ki,  “Kitabi  Dədə 

Qorqud”un  birinci  boyunda  övladı  olmayan  Dirsə  xan  qara  çadırda  oturdulur. 

Diqqətlə  baxdıqda  burada  onun  övladsızlıq  təlaşlarının  qocalmağa  doğru 

getməsindən  doğduğunu  görmək  olar.  Bu  isə,  oğuz  cəmiyyətində  qəbulolunmaz 

faktdır. Bu, Azərbaycan nağıllarında bir gün güzgüyə baxarkən saç-saqqalına dən 

düşüdüyünü  görən  padşahın  qəm-qüssəyə  qərq  olması  ilə  eyni  semantik  mənanı 

daşıyır. Deməli, burada mahiyyət qocalığın təbiətin ölməsini ifadə etməsindədir.  

Qoca  obrazının  ikinci  mahiyyəti  cəmiyyətlə  harmoniyada  müəyyənləşir. 

Belə  ki,  qoca  qazanılmış  təcrübənin  daşıyıcısı  olmaqla,  həmin  cəmiyyətin 

mövcudluğunun bütün tərəflərini özündə ehtiva edir. Bu mənada qoca cəmiyyətdə, 

öyrədici,  təbliğedici,  xalq  həkimi  və  s.  kimi  funksiyaları  daşıyır.  Qocanın  bu 

semantikasından onun mədəni qəhrəman statusu da meydana çıxır. O, bu statusda 

ilkin  əşyalara,  qəhrəmanlara  ad  qoymaqla  təcrübələrin  ötürülməsinə  xidmət  edir. 

Məsələn, Azərbaycan nağıllarında qəhrəmana buta verən dərviş (müdrik qoca) eyni 

zamanda  ona  ad  verir.  Yaxud  müxtəlif  həyat  hadisələrini  başa  düşməyən  şəxsə 

qoca  həyatın  mahiyyətini  başa  salır.  Bizim  arxivimizdə  olan  mətnlərin  birinin 

məzmununda  deyilir  ki,  bir  şəxs  tanrının  niyə  həmişə  yaşlı  adamları  öldürməsi 

sualına  cavab  almaq  üçün  Tanrı  ilə  görüşməyi  qət  edir.  Tanrı  bir  qoca  cilidində 

onun qarşısısına çıxaraq onun bu qəliz sualına müdrikcəsinə cavab verir və bildirir 

ki,  insanları  ağacın  ən  yaxşı  meyvəsini  dərib  yediyi  kimi,  Tanrı  da  ən  gözəl 

bəndələrini yanına aparır. Bu mənada mətnlərdə Tanrı, övliya kimi çıxış edən yaçlı, 

ağ saçlı qəhrəmanlar özündə məhz müdrik qocaya məxsus cizgiləri daşımaqdadır. 

Demək, qoca cəmiyyətdə müdrikliyi simvolizə edir.  

Dərviş  obraz  paradiqması  öz  təbiətində  müdrik  qoca  arxetipinin  hər  iki 

mahiyyətini  yaşadır.  Belə  ki,  folklor  mətnlərində  dərviş  ikili  mahiyyətdə  ortaya 

çıxır. O, bir tərəfdən yardımçı, ilahi informasiyanın ötürücüsüdürsə, digər tərəfdən 

oyunbazlıq  edib  insanları  bəlaya  düçür  edir.  Yəni  onun  genezisində  həm  mədəni 

qəhrəman, həm də trikster fazaları vardır.  

Dərviş obraz paradiqması Azərbaycan nağıl və dastan mətnlərində mühüm 

rola malik olan və böyük bir kompleks əmələ gətirən obrazlardan biridir. Mətnlərdə 

bu  kompleksə  daxil  olan  obrazlar  müxtəlif  adlarla  gedir:  dərviş,  Həzrət  Əli, 

Şəhmərdan, Ağa, göy atlı, Xızır, Nurani qoca, qoca pirani kişi, abid və s.  




 

Müdrik Qoca Arxetipinin Dərviş Paradiqması / H. QULIYEV

 

 

189 



Göründüyü kimi, dərviş obrazı həm mənfi, həm də müsbət xarakterə malik 

olmaqla iki tipli fəaliyyəti özündə birləşdirir. Bu mənada dərviş bütün qalan obraz 

paradiqmalarını əhatə edən invariant obrazdır. Müdrik qoca arxetipinə münasibətdə 

isə, o qoca arxetipinin obraz paradiqmasını təşkil edir.  

Dərviş  obrazı  müdrik  qoca  arxetipinə  məxsus  keyfiyyətləri,  əski  şamanın 

bir  sıra  xüsusiyyətlərini,  müxtəlif  təriqətlərə,  o  cümlədən  xalq  sufizminə  məxsus 

cəhətləri,  islam  dinin  müqəddəslərinə  aid  sifətləri,  həmçinin  xalq  təfəkküründə 

yaşlılıq semantikası  ilə  bağlı  müəyyənləşmiş  detalları  ozündə  birləşdirməklə  epik 

mətnin  həm  struktur,  həm  də  məzmun  laylarının  mürəkkəb  sxemini 

formalaşdırmışdır.  Bütün  bunların  müdrik  qoca  arxetipi  aspektindən  öyrənilməsi 

vacib və səmərəlidir.  

Azərbaycan  epik  mətnləri  üzərində  apardığımız  araşdırmalara  əsasən 

dərviş obrazının aşağıdakı funksiyalarını müəyyənləşdirmişik:  

 

1.



 

Övladvermə funksiyası;  

2.

 

Yolgöstərmə funksiyası;  



3.

 

İnformasiyavermə funksiyası;  



4.

 

Sehrli vasitəvermə funksiyası;  



5.

 

Çevirmə funksiyası;  



6.

 

Yalançı dərvişliketmə funksiyası;  



7.

 

Advermə funksiyası;  



8.

 

Bəxtvermə funksiyası.  



 

Müdrik 


qoca 

arxetipinin 

dərviş 

paradiqmasının 



ən 

mühüm 


funksiyalarından  biri  olan  övladvermə  funksiyası  özündə  müdrik  qoca  arxetipinin 

bəxşetmə xarakterini ifadə edir.  

Övladvermə  funksiyası  digər  funksiyalar  kimi  süjeti  irəliyə  aparan, 

həlledici  rol  oynayan  funksiyadır.  Nağıl  mətnlərində  bu  detal  özünü  iki  şəkildə 

göstərir:  

 

1.



 

Dərviş obrazının verdiyi övladla dərviş arasında baş verən hadisələr.  

2.

 

Dərviş  obrazı  və  onun  verdiyi  övladın  mənsub  olduğu  nizamlı  dünya 



ilə nizamsız dünya və obrazları arasında gedən hadisələr.  

 



 

Motif Akademi Halkbilimi Dergisi / 2011-2 (Temmuz-

Aralık) (Azerbaycan Özel Sayısı

-II) 

 

190 



Bu  isə  dərviş  invariantının  yuxarıda  da  qeyd  etdiyimiz  genezis 

mürəkkəbliyindən  doğmaqla  zaman-zaman  cilalanaraq  formalaşmasından  irəli 

gəlir.  

Müxtəlif  vasitələrlə  həyata  keçirilməsinə  baxmayaraq  (alma,  tüpürcək, 

dərman)  bu  funksiya  bir  mahiyyət  daşıyır  ki,  o  da  övladvermədən  ibarətdir.  Bu 

funksiyada dərviş obrazının iki cəhəti özünü göstərir:  

 

1.  Verdiyi  övladın  müqabilində  heç  bir  şey  istəməmək.  Bunlar  daha 



konkret desək, «pay verib, pay almayan dərvişlər»dir.  

2.  Verdiyi  övladın  müqabilində  müəyyən  şərt  kəsmək.  Bunlar  isə  «pay 

verib pay uman dərvişlər»dir.  

 

Ümumiyyətlə,  götürdükdə  bu  funksiya  konkret  olaraq  nə  nağıla,  nə  də 



dastana  aiddir.  Bu  məhz  epik  təfəkkür  üçün  xarakterik  olmaqla  epik  janrlar  üzrə 

təzahür edir.  

Azərbaycan  epik  düşüncəsində  müdrik  qoca  arxetipinin  dərviş  obraz 

paradiqmasının  daşıdığı  funksiyalardan  biri  də  yolgöstərmədir.  Bu  funksiya 

mətnlərdə  məqsədə  doğru  gedən  qəhrəmanın  iddia  və  imkanları  arasında  kəskin 

ziddiyyətin  yaranması  anında  həyta  keçirlir.  Belə  ki,  artıq  nağıl  dinləyicisi  üçün 

hadisələr son məqama – qəhrəmannın məğlubiyyətinə çatsa da, nağıl söyləyicisi bu 

funksiyanı «aktivləşdirməklə» nağılda yeni inkişaf istiqamətini yaradır.  

Azərbaycan  nağıllarında  ən  geniş  yayılmış  olan  bu  funksiya  bir  çox 

xüsusiyyətləri  ilə  türk  xalqları  folklorunda  mühüm  rola  malik  olan  yol  tanrısının 

funksiyaları  ilə  üst-üstə  düşür.  «Ala  atlı  yol  tanrısının  funksiyalarını  daha  öncəki 

dönəmlərdə türklərdə qutsal sayılan boz rəngli qurd yerinə yetirərkən, islamiyyətin 

qəbulundan sonra boz atlı Xızır öz üzərinə götürmüşdür» (4).  

İnformasiyavermə 

funksiyası 

qəhrəmanın 

yeni 

obyekt 


barədə 

məlumatlandırılması,  mətn  kontekstində  isə  süjetin  inkişafına  təsir  edən  bir 

funksiyadır. Dərviş obraz paradiqmasının yolgöstərmə funksiyasından fərqli olaraq 

informasiyavermə funksiyası qəhrəmanın qarşılaşacağı obyekt və hadisələr barədə 

informasiyanın verilməsinə xidmət edir.  

Azərbaycan  nağıl  və  dastanlarında  bu  funksiya  daha  çox  digər 

funksiyalarla  (yolgöstərmə,  informasiyavermə)  yanaşı  təqdim  olunur.  Belə  ki,  bu 

üç funksiya mətndə əvvəlcə informasiyavermə, sonra yolgöstərmə, daha sonra isə 

sehrli  vasitəvermə  şəklində  reallaşır.  Digər  funksiyalardan  fərqli  olaraq,  bu 



 

Müdrik Qoca Arxetipinin Dərviş Paradiqması / H. QULIYEV

 

 

191 



funksiya  qəhrəmanın  gedəcəyi  obyektdəki  qüvvələrlə  mübarizə  aparmaq  üçün 

konkret sehrli vasitənin təqdim olunmasına xidmət edir.  

Yeni  vasitə  ilə  təchiz  olunmuş  qəhrəman  statusunu  dəyişir,  mübarizə 

apardığı və aciz olduğu vəziyyətdən daha güclü və hazırlıqlı bir vəziyyətə keçmiş 

olur.  

Çevirmə  funksiyasının  əsasında  dərviş  paradiqmasının  fəaliyyəti 



nəticəsində  müəyyən  obyektin,  varlığın  bir  haldan  digər  bir  hala  keçirilməsi 

dayanır  ki,  bu  da  çevirmənin  məqsədindən  və  yaxud  da  formasından  asılı 

olmayaraq  funksiya  kimi  özünü  göstərir.  Bu  funksiyanın  genezisində  xalq 

təfəkkürünün  cadugər  və  oyunbaz  dərvişlər  barədə  olan  təsəvvürləri  dayanır. 

Müdrik  qoca  arxetipinin  dərviş  obraz  paraqdiqmasında  özünü  göstərən  bu 

funksiya  əslində  müdrik  qocanın  ikili  təbiətindən  –  qəhrəman  və  trikster 

cəhətindən  doğur.  Trikster  isə  bəzən  ən  ağıllı,  bəzən  isə  ən  axmaq  və  kələkbaz 

rolunda özünü göstərir.  

Əslində  bu  funksiyanın  belə  adlandırılması  şərti  xarakter  daşıyır.  Biz 

yalançıdərvişliketmə  dedikdə  dərviş  olmayıb,  sadəcə,  öz  məqsədinə  nail  olmaq 

üçün  dərvişlibas  olaraq  fəaliyyət  göstərən  obrazları  nəzərdə  tuturuq.  Belə  ki, 

nağıllarda  qəhrəmanın  və  yaxud  da  hər  hansı  digər  bir  obrazın  öz  cildində  gedə 

bilməyəcəyi  məqamda  bu  funksiya  (yəni  yalançı  dərvişliketmə)  «işə  düşür».  Bu 

məsələnin tarixi kökləri də vardır. Professor F. Köprülü yazır: «Bizim qənaətimizə 

görə Əhməd Yəsəvi zühur elədiyi zaman türk aləmi uzun bir zamandan bəri, hər 

halda  IV  əsrdən  bəri  təsəvvüf  fikirlərinə  alışmış,  təsəvvüflərin  mənqəbə  və 

kəramətləri  yalnız  şəhərlərdə  deyil,  köçəbə  türklər  arasında  belə  az-çox 

yayılmışdı. İlahilər, şeirlər oxuyan allah rizası üçün xalqa bir çox yaxşılıqlar edən, 

onlara  cənnət  və  səadət  yollarını  göstərən  dərvişləri  türklər  əskidən  dini  bir 

qüdsiyyət  verdikləri  ozanlara  bənzədərək  hərarətlə  qəbul  edir,  dediklərinə 

inanırdılar» (5, 19).  

Yalançı  dərvişliketmə  funksyası  arxaik  semiotikaya  malikdir.  Əski 

inisiasiya  ritualları  ilə  bağlıdır.  Bu  şamanların  cilddəyişməsi  ilə  eyni  semantika 

daşıyır. Bu funksiyada maskalanma özünü göstərir ki, qəhrəman da bunun vasitəsi 

ilə öz cildini dəyişir.  

Qeyd etmək lazımdır ki, dərviş paradiqmasının advermə funksiyası obrazın 

ən  əski  struktur qatları  ilə bağlı  olub  müəyyən  qanunauyğunluğa  malikdir.  Çünki 

dərvişin  advermə  funksiyası  təsadüfi  fəaliyyət  aktı  olmayıb  özünəməxsus  magik 

əhəmiyyət daşıyır. Bu da ilk növbədə adın sakral mahiyyəti ilə qırılmaz əlaqədədir: 

«Əski  mifoloji  düşüncədə  gerçəkliyin  sözlə,  adla  adlandırma  ilə  yaradıldığına 




 

Motif Akademi Halkbilimi Dergisi / 2011-2 (Temmuz-

Aralık) (Azerbaycan Özel Sayısı

-II) 

 

192 



inanılırdı. Çünki bu düşüncə adla əşya və ya şəxsiyyət arasında eyniyyət görürdü. 

Adın doğru-düzgün seçilməsi nizamsızlığın qaynağı olub xaosa, qarışıqlığa da yol 

aça bilərdi. Ad və varlıq iç-içə idi. Ad varlığın ifadəsi, mahiyyəti olmuşdu, varlıq 

özü də onda və onunla yaşayırdı. Adla tale arasında qırılmaz bir bağlılıq olduğuna 

da bu üzdən inanılmışdı. Ona görə də bir kimsənin adı vasitəsilə ona xeyirxahlıq və 

ya bədxahlıq edilə biləcəyi mümkün sayılırdı» (3, 14). Təsadüfi deyildir ki, sakral 

mahiyyət  daşıyan  ad  məhz  dərviş  paradiqmasının  bir  üzvü  və  ya  digər  magik 

qüvvəyə  malik  olan  obrazlar  tərəfindən  verilir.  Bu  da  hər  üç  komponentin  –  ad 

verənin,  advermə  funksiyasının  və  adın  sakral  xarakterli  olduğunu  göstərir.  Təbii 

olaraq bu sakral mahiyyət süjetin sonrakı mərhələlərində özünü qəhrəmanın (sakral 

mahiyyət daşıyanın) fəaliyyətində aydın şəkildə reallaşdırır.  

Nağıllarımızda çox da rast gəlinməyən, lakin müstəqil funksiya kimi özünü 

göstərən  funksiyalardan  biri  də  bəxtvermə  funksiyasıdır.  Bu  funksiyanın  digər 

funksiyalar  kimi  konkret  təzahür  forması  yoxdur.  Belə  ki,  əgər  övladvermə 

funksiyası  konkret  olaraq  övladsızlıq  zəminində  təzahür  edirsə,  bundan  başqa 

yolgöstərmə,  məlumatvermə,  sehrli  vasitəvermə  müəyyən  bir  məqsəd  uğrunda 

mübarizə  aparan  qəhrəmana  kömək  lazım  olan  anda həyata  keçirilirsə,  bunlardan 

fərqli  olaraq  bəxtvermə  funksiyası  situativdir  və  sabit  reallaşma  formuluna  malik 

deyildir.  

Azərbaycan  nağıllarında  dərviş  invariantının  funksional  strukturunun 

öyrənilməsi bir sıra qənaətlərə gəlməyə imkan verir.  

Mətnlərdən  aydın  olur  ki,  genezis  baxımından  fərqli  olan  bəzi  obrazlar 

funksiya  cəhətdən  eyni  fəaliyyət  semantikasına  malikdir.  Belə  ki,  bu  obrazları 

(Dərviş  –  Xızır  –  Nurani  Qoca  –  Əli  –  Şahi-mərdan  –  Abid  –  Pirani  kişi)  eyni 

semantik  sırada  birləşdirmək  vacibdir.  Başqa  sözlə,  bunlar  xalq  təfəkküründə 

fəaliyyət  baxımından  eyniləşdirilmişdir.  Bu  isə  təbiidir.  Çünki  obrazın  əsasında 

müdrik qoca arxetipi dayanır ki, epik təfəkkürün müxtəlif laylarında da bu özünü 

müxtəlif paradiqmatik keyfiyyətlərdə göstərmiş olur.  

Müdrik  qoca  arxetipi  özündə  müdrikliyi  daşıdığı  kimi,  trikster 

keyfiyyətlərini  də  göstərməkdədir.  Dərviş  obraz  paradiqmasının  funksiyalarını 

araşdırarkən  məlum  oldu  ki,  bu  obrazın  təbiətində  iki  qütb  birləşib:  müsbət  və 

mənfi.  Məlum  oldu  ki,  dərviş  obrazı  kompleksinin  bütün  obrazlarının  fəaliyyəti 

xalq təfəkküründə məhz bu qütblər əsasında müəyyənləşmişdır.  

 

 




 

Müdrik Qoca Arxetipinin Dərviş Paradiqması / H. QULIYEV

 

 

193 



ƏDƏBİYYAT 

1.

 

Azərbaycan dastanları. Beş cilddə. I-V cildlər. Bakı, «Lider nəşriyyat», 

2005.  

2.

 

Azərbaycan nağılları. Beş cilddə. I-V cildlər. Bakı, “Şərq-Qərb”, 2005.  



3.

 

Bəydili C. Türk mifoloji sözlüyü. Bakı, «Elm», 2003, 418 s.  



4.

 

Gökdağ B. A. Türk kültüründe yol tanrısı ile ilgili inanclar. «Ortaq türk 

keçmişindən  ortaq  türk  gələcəyinə»  III  uluslararası  folklor  konfransının 

materialları. Bakı, “Səda” nəşriyyatı, 2005, 521 s.  



5.

 

Köprülü F. Türk edebiyyatında ilk mutasavvıflar. Ankara, 1991, 415 s.  



6.

 

The Trickster: A Study in Native American Mythology. (Commentaries 

by Karl Kerenyi and C. G. Jung), New York: Schocken Books, 1956, 214 p.  

7.

 

Критичeский слoваръ аналитичeскoй психoлoгии К. Юнга. 175 стр.  



8.

 

Юнг  К.  Г.  Oб  архeтипe  Трикстeра  http:  //  majorov.  ru/analytical-



psychologhy/ trickster/6/ 

Yüklə 62,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə