İyunun 23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Tu rizm Nazirliyinin təşkilatçılığı ilə



Yüklə 217,57 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix23.10.2017
ölçüsü217,57 Kb.
#6414
1   2   3   4

3

    Çənnəb Düylün-Məzrə istiqamə-

tində Üstüpü ilə bitişik olan ikinci

kənddir. Naxçıvan şəhərindən, təq-

ribən, 60, rayon mərkəzi Ordubaddan

15 kilometr məsafədə yerləşir. Yo-

lunu ilk dəfə bu kəndə, ümumiyyətlə,

bu qola salan səyahətçini ilk baxışda

inandıra bilməzsən ki, Xarabagilan-

dan üzüyuxarı ucalan dağların ara-

sında bu qədər yaşıllığa qərq olmuş

kənd var. Bağ-bağata, meyvəçiliyə

bu qədər bağlı olan Ordubadda belə

yaşıllıqlara rast gəlməkdə isə qey-

ri-adi  heç  nə  yoxdur.  Ordubadlılar

lap qayada da olsa, meyvə ağacı ər-

səyə gətirməkdə çox səriştəlidirlər.

Bu rayonda hansı kəndlə, hansı hə-

yətlə  tanış  olsan,  hökmən  nəsə

qeyri-adi bir meyvə ağacı, yeni bir

meyvə sortu, yaxud meyvəçilik adət-

ənənəsi ilə tanış olarsan. 

    Çənnəblilər çox qonaqpərvərdirlər.

Şübhəsiz, turizm üçün qonaqpərvərlik

çox  üstün  keyfiyyətdir.  Çənnəbdə

də bunun şahidi olmaq mümkündür.

Qonağa  ilk  rast  gələn  yerli  sakin

istər tanıdığı, istərsə də tanımadığı

olsun, israrla onu evinə, nəfis Ordu-

bad limonu ilə çay süfrəsinə dəvət

edəcək.  Ordubad  limonu  isə  təkcə

muxtar respublikamızda deyil, ölkə -

mizdə  və  onun  hüdudlarından  kə-

narda brend ləşmiş bir nemətdir. Bu

mənada,  Ordubad  limonu  özünün

qeyri-mövsümiliyi və xüsusi çəkisinə

görə Naxçıvan göycəsinə bərabərdir.

Çənnəbdə də, demək olar ki, hər iki

həyətdən birində limon ağacları ye-

tişdirilir  və  çay  süfrəsində  onların

ətrindən doymaq olmur. 

    Çənnəblə bağlı ilk təəssürat bir

vaxtlar  çoxlarının  istirahət  məkanı

olmuş  Şəfa  bulağı  ilə  tanışlıqdan

yaranır. Kəndin girəcəyindəki Şəfa

bulağının  hansı  müalicəvi  keyfiy-

yətləri  olduğunu  deyə  bilmərəm,

amma bu bulağın başında, göy üzünü

qapamış ağacların altında bircə saat

əyləşib suyun zümzüməsini dinləmək

kifayətdir ki, on bir ay şəhərin səs-

küyündə beynimizdə yığılıb qalmış

neqativ enerji yox olsun. Uzaq yol-

dan gələnlər sərin bulağın nəğməsinə

dalıb dincəldikdən sonra uzun hörük

kimi qıvrılan kənd yolu ilə davam

edib Çənnəbə çatırlar. Şimal tərəfdən

Üstüpü, cənubdan Düylün, qərbdən

Ülüs, şərqdən Qarovulgədik dağları

ilə əhatə olunan Çənnəb kəndi dəniz

səviyyəsindən  1200  metr  hündür-

lükdə  yerləşir.  Kəndin  min  ildən

artıq məskunlaşma tarixi vardır. Yerli

sakinlərin dediyinə görə, Çənnəbdəki

Kəreyil və Pilləpan qalalarının yaşı

eramızın əvvəllərinədək gedib çatır.

Ümumiyyətlə, turizm həvəskarlarına

bu  yerlərin  tarixi,  yerli  sakinlərin

adət-ənənələri haqqında danışmağa

çox mövzu var. Amma yay fəslində

insanları ən çox özünə çəkən təbiət

guşələri bu gözəl diyarın bənzərsiz

gözəlliklərinə qarşı heç kimi biganə

qoymur. 


     Çənnəb  kəndinin  ərazisi,  onun

relyefi panoramik quruluşa malikdir.

Kənd haqqında ümumi təsəvvür al-

maq üçün ətrafdakı uca təpələrin bi-

rinin  zirvəsinə  qalxıb  ətrafı  seyr

etmək kifayətdir. Yeri gəlmişkən, bu,

kəndə gələn ekoturizm həvəskarları

üçün  də  yaxşı  bir  əyləncədir.  Bu,

müasir turizmdə yaxşı təəssürat almaq

üçün çox vacibdir. Misal üçün, Çən-

nəbdəki yaşını heç kimin bilmədiyi

qocaman çinar ağacının kölgəsində

oturub çay içməyin bir ləzzəti olduğu

kimi,  bu  çinarın  uzaqdan  necə  gö-

ründüyünü seyr etməyin ayrı ləzzəti

vardır.  Xülasə,  Çənnəbə  gəlmiş  tu-

ristləri  Şəfa  bulağı  ilə  yanaşı,  İpli

çeşmə,  Bədərək  çeşməsi  və  Yağlı-

dərənin ecazkar mənzərələri ilə tanış

etdikdə onlar doğma Naxçıvanımızın

hələ nə qədər kəşf edilməmiş gözəl-

likləri olduğuna öz gözləri ilə şahid

olacaqlar. Kənd həyatı elədir ki, bu-

rada iş günü, xüsusən yaz və yay fə-

sillərində səhər Günəşin çıxması ilə

başlayır.  Əgər  Çənnəbə  gəlmiş  tu-

ristlər bu ab-hava ilə tanış olub, kənd

işgüzarlığı haqqında bir təəssürat al-

maq  istəyirsə,  onda  kənddən  xeyli

aralıdakı Köydərə və Sərinçeşmə şə-

lalələrinə  tamaşa  etmək  üçün  sübh

tezdən  saat  6-dan  yola  çıxmağına

dəyər. Bu təbiət gözəllikləri ilə tanışlıq

turistlərdə həmişəlik bir təəssürat ya-

radacaqdır.  Amma  səhər  erkəndən

örüşə  çıxan  qoyun-quzunu  otaran,

əkin sahələrini suvaran, otbiçən kənd -

lilərin təsərrüfat işlərini canlı görməyin

özü də bir rekreasiyadır. Onda turist

özü görəcək ki, Naxçıvan bazarında

ucuzluq yaradan Ordubad nemətləri

hansı torpaqlarda yetişib, hansı bu-

lağın  suyundan  içib:  tam  ekoloji

təmiz, ziyansız. Təsərrüfata gəldikdə,

Çənnəb camaatı çox qoçaqdır. Müasir

villalara bənzəyən hər kəndli evinin

həyətində hansı meyvə ağacı istəsən

var. Mövsümdə alma, armud, cəviz,

ərik, göycə, gilas ağaclarının barını

yığıb-yığışdırmaq olmur. Hələ bostan

məhsullarını demirəm. Əgər turistlər

kirayə edib dincəldiyi evin isti təndir

lavaşlı,  bal-qaymaqlı  səhər  yemə-

yindən  sonra  bir  də  bulaq  başında

samovar çayı dəmləməyi arzu edər-

lərsə,  buyursunlar:  Çənnəbdə  hər

ağacın  kölgəsi  bir  tamaşadır.  Kənd

turizminin  mühüm  atributlarından

olan dağ və yüksəkliklərə yürüş üçün

də Çənnəbdə heç bir çətinlik yoxdur.

Ordubadlılara xas qoçaq və səmimi

cavanlar,  bir  də  Jeep  model  minik

maşınları  turistlərin  xidmətindədir.

Dağlara çıxmağına isə dəyər. Kənd

ziyalıları ilə söhbətimizdə bildirildi

ki,  Çənnəb  və  Üstüpü  kəndlərinə

məxsus Rumus yaylağında rast gəli-

nən nadir dərman bitkilərini tapmaq

üçün  hər  il  çox  həvəskarlar  buraya

gəlirlər.  Əgər  istəyənlər  varsa,  bu

yayda gəlib tətillərini Çənnəbdə keçirə

bilərlər.  Ucuz  və  keyfiyyətli.  Necə

deyərlər, gəzdim dağı-aranı, cənnət

gördüm Çənnəbi.



Əli CABBAROV

    Hidroloji abidələr ekoturizmdə,

əsasən,  təbiət  abidələri  sisteminə

daxildir.  Müasir  dövrdə  dünyada

turizmin  inkişafı  yönündə  atılan

addımlar  elə  bir  səviyyəyə  çatıb

ki, “təbii yoxdursa, oxşarını yarat”

məntiqi ekoturizmi də öz ağuşuna

alıb. Məsələn, hazırda bir çox ölkə -

lərdə ada turizmində süni adalardan

istifadə daha çoxluq təşkil edir və

yaxud isti ölkələrdə turistlərə “qış

fəsli kompleksləri” yaratmaq yeni

ideya deyil. Yəni demək istədiyimiz

odur ki, turistlər üçün mövcud şə-

raitin  yaradılması  heç  də  həmişə

təbiilik tələb etmir. Əsas odur ki,

turist  onun  istifadəsinə  verilmiş

şəraitdən yararlana bilir və ondan

razıdır. Bu nöqteyi-nəzərdən muxtar

respublikada  mövcud  olan  su  eh-

tiyatlarının əksəriyyəti turizm sek-

toru daxilində hidroloji abidə kimi

təqdim  oluna  bilər.  Bəs  bu  tipli

abidələr hansılardır və muxtar res-

publikada turizmin inkişafında han-

sı rola malikdir? 

    Şərur rayonu ərazisində yerləşən

Arpaçay Su Anbarı Azərbaycanda

iri irriqasiya qurğularından sayılır.

Bu su anbarı 1977-ci ildə istifadəyə

verilib. Araz çayının sol qolu hesab

edilən çayın üstündə 68 metr hün-

dürlükdə tikilmiş bənd anbara 150

milyon kubmetr suyun yığılmasına

imkan  verir.  Bu  su  ehtiyatından

Sədərək, Şərur və Kəngərli rayon-

larının əkin sahələrinin suvarılma-

sında istifadə olunur. Hidroloji abidə

yerləşdiyi mövqeyə görə (su anba-

rının qərb hissəsi dağ yamacları ilə

sərhəddir, əks tərəfdən isə Arpaçay

boyunca  yerləşən  kənd lərə  avto-

mobil  yolu  uzanır)  çox  cəlbedici

mənzərəyə sahibdir və burada müx-

təlif turizm növlərinin inkişafı üçün

əla  imkanlar  var.  Ən  əsası  isə  su

anbarının qərb hissəsi boyunca uza-

nan  yüksək  dağ  yamacları  günün

müəyyən hissəsindən sonra Günəş

şüalarının qarşısını kəsərək qızmar

yay günlərində ətrafa təbii sərinlik

bəxş edir.

    Muxtar  respublikanın  mühüm

hidroloji abidələrindən olan Qanlıgöl

Şahbuz rayonunun Kükü kəndi əra-

zisindədir.  Bu  rayondakı  Batabat

gölləri isə Naxçıvançayın hövzəsində

yerləşir. Bu hidroloji abidələr eyniadlı

3 su hövzəsindən ibarətdir. Ümumi

su tutumu, təqribən, 3 milyon kub-

metrdir. Məşhur üzən ada da burada

yerləşir. Üzən ada sfaqnum mamır-

larından və onun üzərində bitən ör-

tüklərdən formalaşıb. Küləyin isti-

qamətindən asılı olaraq ada öz yerini

dəyişir. 

    Muxtar respublikada əhəmiyyətli

su ehtiyatına malik hidroloji qurğu-

lardan  biri  də  Heydər  Əliyev  Su

Anbarıdır. Babək rayonunun Vayxır

kəndi yaxınlığında, Şahbuz rayonu

ərazisində yerləşən su anbarı dəniz

səviyyəsindən  1059  metr  hündür-

lükdədir. Ümumi həcmi 100 milyon

kubmetr olan su anbarı 2005-ci ildə

istifadəyə verildikdən sonra  Şahbuz,

Culfa və Babək rayonlarının suvarma

suyuna olan tələbatı xeyli yaxşılaş-

dırılıb. Anbar vasitəsilə bu gün 16

min 830 hektar əkin sahəsi suvarılır.

Son  illərdə  burada  müxtəlif  balıq

növlərinin  çoxaldılmasına  diqqət

artırılıb. 

    Babək rayonu ərazisində yerləşən

Uzunoba Su Anbarı isə son dövrlərdə

burada aparılan quruculuq tədbirləri

çərçivəsində  əsl  turizm  məkanına

çevrilib.  Belə  ki,  burada  əhalinin

istirahəti  üçün  çimərlik  kompleksi

yaradılıb, mağaza, kafe, yeməkxana

fəaliyyət göstərir. Muxtar respubli-

kada balıq ehtiyatlarının zənginləş-

dirilməsinə  öz  töhfəsini  verən  bu

su anbarının ətrafında əhalinin isti-

rahəti üçün yeni infrastrukturun ya-

radılması bu hidroqurğunun imkan-

larını daha da artırıb.

    Qədim diyarın hidroloji abidələ-

rinə Ordubad rayonu ərazisində də

rast  gəlmək  mümkündür.  Belə  ki,

Zəngəzur dağ silsiləsinin cənub ya-

macında, dəniz səviyyəsindən 3065

metr  yüksəklikdə  yerləşən  Göygöl

həm qədimliyinə, həm də yerləşdiyi

coğrafi  əraziyə  görə  digərlərindən

fərqlənir. “Kitabi-Dədə Qorqud”da

adıçəkilən  Göygölün,  deyilənlərə

görə,  əvvəllər  həcmi  böyük  olub,

ancaq  zaman  keçdikcə  onu  əhatə

edən dağların aşınması nəticəsində

gölün sahəsi kiçilib. Naxçıvan Mux-

tar Respublikasının ən hündür dağ

gölü  sayılan  Göygölün  uzunluğu,

təxminən,  211  metr,  eni  103  metr,

dərinliyi isə 7 metrdir. Buzlaq mən-

şəli olan bu gölü bəzən “dörd fəsil”

gölü də adlandırırlar. Çünki yay ay-

larında,  xüsusən  də  avqust  ayında

gölün  bir  tərəfində  qar  olanda  bir

tərəfində  çiçək  açır,  digər  tərəfdə

isə çiçəklərin ləçəkləri tökülür.  Ya-

radanın  Naxçıvana  bəxş  etdiyi  bu

gözəl təbiət nümunəsi dağ və piya-

da-yürüş turizminin inkişafında əvəz -

olunmaz imkanlara malikdir.

    Ordubad  torpağında  digər  əsra-

rəngiz hidroloji abidə Pəzməri kəndi

yaxınlığında yerləşən eyniadlı şəla-

lədir.  Şəlalə  Zəngəzur  silsiləsinin

Ordubad rayonu ərazisində yerləşən

Ayıçınqılı  aşırımından  3707  metr

hündürlükdən başlayan eyniadlı Pəz-

məri çayının üzərində yerləşən təbiət

abidəsidir. Yuxarı axarlarda kanyon-

varı dar, kaskadlı dərələrdən keçən,

əsasən bulaq və qar suları ilə qida-

lanan və Pəzməri çayının qolu olan

Ayıçınqılı  çayı  Vənəndçaya  tökül-

düyü  yerin  yaxınlığında  dəniz  sə-

viyyəsindən 2161 metr hündürlükdə

gur şəlalə yaradır. Pəzməri şəlaləsi

su sərfi, axının sürəti, enerji ehtiyatı

ilə  fərqlənir.  Karbonatlı  süxurlar

üzərində şəlalənin nisbi hündürlüyü,

təxminən, 30 metrdir. Pəzməri kən-

dindən 4-5 kilometr aralıda yerləşən

bu ecazkar təbiət abidəsini görmək

üçün Naxçıvanın bütün bölgələrindən

hər il buraya xeyli insan gəlir. Pəz-

məri şəlaləsi zəngin enerji ehtiyatına

malikdir. Şəlalənin orta illik su sərfi

saniyədə 1,34 kubmetrdir. Yayın əv-

vəllərində su sərfi saniyədə 25 kub-

metri  ötür.  Onu  da  qeyd  edək  ki,

Pəzməri çayının üzərindəki eyniadlı

böyük  şəlalədən  başqa,  bir  neçə

xırda şəlalə də mövcuddur. Həmin

şəlalələr  burada  olduqca  gözəl  bir

mənzərə yaratmaqla yanaşı, həm də

ərazinin turizm potensialından xəbər

verir.


Ümumiyyətlə, muxtar respubli-

kada ekoturizmin inkişafına imkan

verən  xeyli  sayda  hidroloji  abi-

dələr vardır. Hələ biz bura regi-

onda mövcud olan mineral su ya-

taqlarını, tarixi abidələrimiz sa-

yılan  kəhrizləri  aid  etmirik.  Bu

sadaladıqlarımızın hər biri turiz-

min  inkişafında  bu  və  ya  digər

istiqamətlər üzrə mühüm rol oy-

nayacaq obyektlərdir. Yetər ki, bu

obyektlərin imkanlarından turiz-

min, ümumilikdə isə Naxçıvanın

təbliğində istifadə edək.



Səbuhi HƏSƏNOV



N

axçıvanın turizm ehtiyatlarından bəhs edərkən ilk ağlagələn

bu regionun təbiəti və tarixi abidələridir. Buradakı tarixi

abidələrin  hər  biri  turizm  üçün  potensial  mənbə  sayılmaqla

yanaşı, diyarımızın təbiəti də özünəməxsusluğu ilə seçilir. Zəngin

ekoloji sistemə malik Naxçıvanda ekoturizmin onlarla yarımnövü

var  ki,  onlardan  hər  biri  turizm  üçün  maraqlı  obyekt  rolunda

çıxış edə bilər. Belə obyektlərdən biri də muxtar respublikamızda

mövcud olan hidroloji abidələrdir. 

Y

ay turizm mövsümünün qaynar çağında öz istirahətini muxtar

respublikamızın müxtəlif guşələrində keçirmək istəyən turistlər

üçün  Ordubad  rayonunun  Çənnəb  kəndi  özünün  bənzərsizliyi  ilə

seçilir. Ölkəmizin müxtəlif yerlərində, muxtar respublikamızın Nax-

çıvan,  Şərur,  Culfa  şəhərlərində,  habelə  Nehrəm  kimi  iri  kənd -

lərində  yaşayanlar  yayın  istisində  özünə  sərin-səfalı  yer  axtarmaq

istəsələr,  digər  kəndlərimizlə  bərabər,  Ordubadın  Çənnəb  kəndini

seçə bilərlər. Çənnəbin yayda öz gözəlliyi vardır. 

Turizm

Kənd turizmi

Hidroloji abidələr

Hidroloji abidələr

Naxçıvanın mühüm turizm potensialıdır

Naxçıvanın mühüm turizm potensialıdır


Yüklə 217,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə