İyunun 23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Tu rizm Nazirliyinin təşkilatçılığı ilə



Yüklə 217,57 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix23.10.2017
ölçüsü217,57 Kb.
#6414
1   2   3   4

2

    Şərur  rayonunun  Danyeri  kənd

sakini,  yaxın  günlərdə  43  hektar

taxıl sahəsindən məhsul tədarükünə

başlayacaq  Ramiz  Əliyevə  el  ağ-

saqqallarının  bu  qənaətini  xatırla-

danda üzünə təbəssüm qondu:

    – Ağsaqqallar  onu  da  deyiblər

ki, taxılın toxumu torpağa səpilən-

dən  məhsul  tədarükünə,  məhsulu

dəyirmana  aparana  qədər  halallıq

olmalıdır.

    Müsahibim  söhbəti  bu  günə

gətirir:


    – Deyirlər ki, yüksək reproduk-

siyalı  toxum.  Düzdür,  bol  məhsul

üçün başlıca amillərdən biridir. Başqa

amillər  də  var  axı.  Şum  dərindən

aparılmalıdır, taxıl iki yay görməlidir,

sudan doymalıdır.

    ... Muxtar diyarımızda taxıl əkib-

becərənlər  bu  amillərə  ciddi  əməl

edirlər.  Neçə  illərdir  ki,  regionun

taxılçılıqla məşğul olan yaşayış mən-

təqələrini, necə deyərlər, qarış-qarış

gəzirəm, torpaq mülkiyyətçiləri ilə

görüşürəm. Onlarla söhbətlərdə əmin

olmuşam  ki,  taxıl  əkib-becərmək,

bəzilərinin düşündüyü kimi, heç də

digər əkinçilik sahələri ilə bir deyil.

Xüsusilə  də  vegetasiya  dövründə

taxılçının işi bir qədər də artır. Bə-

ziləri düşünürlər ki, payızda sahəni

şumlatdın, toxumu səpdin, bir neçə

dəfə suvardın, bununla da iş bitdi.

Elə deyil. Burada təcrübəli təsərrü-

fatçı Tofiq Abutalıbovun sözləri ya-

dıma düşür: – Taxıl əkib-becərmək

limona və ya bal arısına qulluq kimi

çətindir. Muxtar respublikada bu çə-

tinliyin  öhdəsindən  gələn  yüzlərlə

taxılçı yetişib. Bu sahənin inkişafına

maraq isə ildən-ilə artır. 

    Bu günlər muxtar respublikamızın

taxılçılıqla məşğul olan torpaq mül-

kiyyətçilərinin,  sahibkarlarının  se-

vincinin həddi-hüdudu yoxdur. Daha

bir taxıl tədarükü mövsümü uğurla

davam etdirilir. Bu isə o deməkdir

ki, süfrələrimiz yenə də öz taxılımızın

çörəyi ilə bol olacaq. Belə bolluğa

isə asanlıqla nail olmamışıq. 

    Bunun təməlində ümummilli lider

Heydər Əliyevin müəyyənləşdirdiyi

uzaqgörən  aqrar  siyasət  dayanıb.

Bu  siyasətin  muxtar  diyarımızda

uğurla davam etdirilməsi nəticəsində

böyük nailiyyətlər əldə olunub. Di-

gər  sahələrə  toxunmadan  muxtar

respublikanın  torpaq  mülkiyyətçi-

lərinin aqrar sahədə, konkret olaraq,

taxılçılıqda  qazandıqları  uğurları,

bu sahənin inkişafı üçün göstərilən

diqqət və qayğını göz önünə gətirsək,

tarix  üçün  qısa  zaman  kəsiyində

böyük irəliləyişlərə nail olunduğunu

görərik.  Sevindirici  haldır  ki,  bu

gün bir qarış torpağımız əkilməmiş

qalmır, dövlətimiz bu qiymətli sər-

vətdən  səmərəli  istifadə  olunması

üçün hərtərəfli şərait yaradır. Zəh-

mətdən qorxmayan, torpağa daimi

iş yeri kimi baxan insanlarımız bu

şəraitdən səmərəli istifadə edir, ölkə -

mizin iqtisadiyyatının güclənməsinə

çalışırlar. 

    Muxtar respublikanın ən böyük

rayonlarından biri olan Şərurda da

taxıl tədarükü sürətini gündən-günə

artırır. 

    Rayon İcra Hakimiyyətinin İqti-

sadiyyat şöbəsinin müdiri Asif Hü-

seynovla  söhbətimiz  bölgədə  taxıl

biçininin başlandığı ərəfədədir. 

    –  Taxılçılıq  şərurluların  ata-ba-

badanqalma məşğuliyyət sahəsidir.

Sovet dönəmində bu sahə ilə ictimai

təsərrüfatlar məşğul olsa da, camaat

bu  işdə  xeyli  təcrübə  qazanmışdı.

İndiki dövrdə şərurluların taxılçılıqda

qazandıqları uğurların təməlində bir

tərəfdən davamlı dövlət qayğısı da-

yanırsa,  digər  tərəfdən  qazanılmış

təcrübə də az rol oynamır. Bu il ra-

yonda 7637 hektar sahədə taxıl əkilib

ki, bunun 7321 hektarı buğda, 316

hektarı arpadır. Bu günədək  torpaq

adamlarına,  ümumilikdə,  174  min

manat  kredit  verilib  ki,  bunun  da

böyük  hissəsindən  taxılçılıq  üçün

istifadə edilib. Bundan başqa, taxıl-

çılıqla  məşğul  olan  hər  bir  torpaq

mülkiyyətçisinə 1 hektar üçün sürtkü

yağı alınmasına görə 50 manat, biçin

üçün 40 manat vəsait ödənilib. Sa-

hələrə  herbisid  verilməsi  diqqətdə

saxlanılıb, hər hektara 10 manatlıq

dərman səpilib.

    Taxılçılar yüksək reproduksiyalı

toxumla  təmin  ediliblər.  Şərur  ra-

yonunda fəaliyyət göstərən “Aqro-

texservis”  Səhmdar  Cəmiyyətinin

toxumçuluq  təsərrüfatı  bu  sahədə

mühüm rol oynayır. Artıq bir neçə

ildir ki, bəzi taxılçılar özlərinin is-

tehsal etdikləri toxumlardan da isti-

fadə edirlər. 

    Müsahibim  deyir  ki,  rayonun

Yaycı  kənd  sakini  Kamil  Bağırov

42, Düdəngə kənd sakini Faiq Ağa-

yev  30,  Xanlıqlar  kənd  sakinləri

İsa Salmanov 38, Musa Salmanov

17,  Oğlanqala  kənd  sakini  Madar

Abdullayev 17 hektar sahədə taxıl

əkiblər.  Sahələrdə  bol  məhsul  ye-

tişib. Bir neçə gündür ki, taxıl tə-

darükünə  başlanılıb.  Hələlik  20

kombaynın gücündən istifadə olunur

ki, bunun 10-u fiziki şəxslərə, 10-u

isə  “Naxçıvan  Aqrolizinq”  Açıq

Səhmdar Cəmiyyətinin Şərur rayon

bazasına məxsusdur.

    Hazırda rayonun Qorçulu, Oğuz-

kənd, Xətai kəndlərində elin sərvəti

toplanılır.

*     *     *

    Üz tuturuq Qorçulu kəndinə. Bu

Arazqırağı  yaşayış  məntəqəsində

bu  mövsümdə  30  hektar  sahədən

taxıl tədarük ediləcək. Budur, Malik

Qurbanovun taxıl zəmisində kom-

bayn sonuncu şırımı başa vurub ya-

xınlıqda  dayanmış  yük  maşınına

yaxınlaşır, məhsulu boşaldır. Məh-

suldarlıqla maraqlanırıq: 40 sentner.

Malik Qurbanov deyir ki, neçə il-

lərdir, taxılçılıqla məşğul olur. Bu

sahə  üçün  dövlətimiz  tərəfindən

müəyyən  edilmiş  güzəştlərdən  tə-

yinatı  üzrə  istifadə  edib.  Çəkdiyi

zəhmət də hədər getməyib.

    Torpaq  mülkiyyətçisini  yüksək

nəticə münasibətilə təbrik edirik.

    Kombayn  Fətulla  Əliyevin  sa-

həsinə üz tutur. Fətulla 5 hektar sa-

hədə taxıl əkib. Onun zəmisində də

yaxşı məhsul yetişib...

    Fətulla dayı bir qədər həyəcanlı-

dır.  Ancaq  mexanizator  sahəyə

girmə miş  bir  neçə  sünbülü  əlində

ovaraq  razılıqla  deyir  ki,  onun  sa-

həsinin  də  məhsuldarlığı  yüksək

olacaq. 

    Fətulla Əliyevin söhbəti: – Sovet

dönəmində ümidimizi bağlamışdıq

dükanlara  gətirilən  una.  Bu  gün

dövlətimiz  öz  qapımızda  bizə  hər

cür şərait yaradıb. Torpaq verib, su

verir, gübrə verir, texnika verir, yar-

dım edir, dəyirman da nə qədər is-

təsən... Daha nə lazımdır? Qalır ki,

zəhmətə qatlaşasan, əziyyət çəkəsən

ki, süfrən də bol olsun. Kim ki zəh-

mətdən  qorxmur,  canına  cəfa  ver-

məyi bacarır, onun gün-güzəranı da

istədiyi kimidir, kimsə ələbaxımlılıq

xəstəliyinə  tutulub,  özündən  küs-

sün... Bu gün Şərurun hansı kəndinə

üz  tutsaq,  taxılçılığa  böyük  önəm

verildiyini  görərik.  Bu  da  onunla

bağlıdır ki, insanlar öz istehsalları

olan məhsuldan istifadəyə üstünlük

verirlər. 

*     *     *

    Beləcə, taxıl tədarükünün ilk gün-

lərinin nəticələri, sözün həqiqi mə-

nasında, yüksəkdir. Bu da yuxarıda

bəhs etdiyimiz amillərlə bağlıdır və

prosesin sonuna kimi daha da yüksək

məhsuldarlığa nail olunacağı qənaəti

yaradır.



Muxtar MƏMMƏDOV



elin sərvəti toplanılır

Bu il Şərur rayonunda 7637 hektar sahədən məhsul götürüləcək

    Torpaqla ünsiyyət qurmağı ba-

caran,  necə  deyərlər,  onun  dilini

bilən  sahibkarlar  haqqında  yazı

hazırlamaq  məqsədilə  üz  tutdum

Kəngərliyə. Rayon mərkəzində söh-

bətləşdiyim adamlar, – belə sahib-

karlar  çoxdur,  ancaq  Xaləddin

daha  təcrübəlidir,  işgüzarlığı  ilə

seçilir, – deyib onunla görüşməyi

məsləhət  gördülər.  Söhbətimizə

qulaq asan Dostəli onun mobil te-

lefon  nömrəsini  tapıb  əlaqə  sax-

lamağa köməklik etdi. 

    – Sahədəyəm, taxıl biçininə baş-

lamışıq.  Kəndə  günortadan  sonra,

daha dəqiq desəm, saat 5-də dönə-

cəyəm. Görüşərik. 

    Biz  də  eləmədik  tənbəllik,  elə

Dostəlinin bələdçiliyi ilə getdik Xa-

ləddinin “iş yerinə” – taxıl zəmisinə.

Xok  kəndindən  Araz  çayına  tərəf

irəlilədikcə  gözəl  bir  mənzərənin

şahidi olduq. Bir vaxtlar susuzluqdan

cadar-cadar olan, əkilib-becərilməyən

torpaqlar  indi  əkilib-becərilib,  ya-

şıllıqlar salınıb. Bolluq, bərəkət rəmzi

olan, qızılı rəngə boyanmış sarı kəh-

rəba  zəmiləri  sərin  meh  əsən  kimi

sanki yırğalanır, insana xoş təsir ba-

ğışlayırdı. Elə  insan zəhmətilə ərsəyə

gətirilən  bu  təbiət  gözəlliyini  seyr

edə-edə çatdıq  Xaləddin Zeynalovun

əkin keçirdiyi “Şəşəm” deyilən əra-

ziyə. Artıq arpa zəmisində biçin başa

çatmaq üzrə idi. 

    – Bərəkətli olsun, – deyib hün-

dürboy, qarabəniz olan Xaləddinlə

salamlaşıb görüşdük. Əlim daş kimi

əlinin  içində  itdi.  Bir  az  da  bərk

sıxsaydı, barmaqlarım həkimlik ola-

caqdı.  Amma  üzümdəki  ifadədən

oxudu ki, səmimi görüşün axırı is-

tehsalatda qəza ilə nəticələnə bilər.

Barmaqlarını boşaldıb: – Xoş gəl-

misiniz. Qardaş, çox narahat olma-

dın? – dedi. 

    – Xeyr. Yaxşı qurtardım. Bir az

da  gec  tərpənsəydin,  müsahibəni

sol əlimlə yazmalı olacaqdım. 

    Xeyli güldü.

    Gücünə heyrətləndim. Marağımı

da gizlətmədim: 

    –  Neçə  yaşınız  var?  –  deyə

soruşdum. 

    – 1960-cı il təvəllüdəm. 

    – Maşallah, gümrah qalmısınız.

Elə bil 20-22 yaşında gənc oğlansınız. 

    – Maşallah gününüz olsun, güm-

rah  qalmağımın  bir  səbəbi  var,  o

da  zəhmətdir,  torpağa  bağlılıqdır.

Gənc yaşlarımdan torpağa bağlan-

dım, bəhrəsini də gördüm. Özümə

yaxşı gün-güzəran qurdum. Uşaq-

larımı böyüdüb yerbəyer etdim. Bü-

tün  bunlar  zəhmətin  və  dövlətin

göstərdiyi qayğı sayəsində mümkün

olub.  1998-ci  ildə  “Xok”  kəndli-

fermer təsərrüfatını yaradıb ildən-

ilə əkin sahələrini genişləndirdim.

Bu ilin məhsulu üçün ötən ilin pa-

yızında 60, bu ilin yazında isə 20

hektar sahədə taxıl əkmişəm. 

    – Texnika, suvarma suyu sarıdan

problem olmur ki? – deyə soruşdum. 

    –  Xeyr.  Suvarma  suyu  vaxtlı-

vaxtında verilir. Bir də ki mən eh-

tiyatlı adamam. Zəmilərin kənarın-

dakı balaca gölü göstərib: – Suvarma

suyuna ehtiyac olmayan mövsüm-

lərdə ehtiyat yaradıram.  Bir də ki

suvarma suyundan səmərəli istifadə

olunmasında,  məhsuldarlığın  artı-

rılmasında və torpağın şoranlaşma-

sının qarşısının alınmasında mühüm

rol  oynayan  şırım  üsulu  ilə,  məh-

suldar  toxum  sortlarına  üstünlük

verməklə əkin keçirirəm. Bu da öz

bəhrəsini verib. Qaldı ki, texnikaya,

bu  sarıdan  da  heç  bir  problemim

yoxdur. “Naxçıvan Aqrolizinq”dən

“Belarus”  markalı  traktor,  kotan,

şırımaçan, gübrəsəpən və kipvuran

almışam. 2014-cü ildə lizinqin şərt-

lərində dəyişiklik edilərək texnika-

ların ümumi dəyərinin 40 faizi həc-

mində dövlət tərəfindən güzəşt olun-

du.  Bütün  torpaq  mülkiyyətçiləri

kimi,  mən  də  bu  qayğıdan  bəhrə-

ləndim.  Bu,  ailə  büdcəmizə  xeyli

kömək  etdi.  Həmin  texnikalarla

əkin-səpin işlərimi görürəm. Hətta

digər  torpaq  mülkiyyətçilərinə  də

köməklik edirəm. Qaldı ki, biçinə,

onu  da  “Naxçıvan  Aqrolizinq”in

Kəngərli rayon bazasında olan müa-

sir  kombaynlarla  vaxtında  aparır,

məhsulu  itkisiz  toplayırıq.  Topla-

dığımız  məhsulun  alıcısı  da,  necə

deyərlər,  başının  üstündədir.  Hər

kiloqramını 30 qəpikdən “Naxçıvan

Taxıl  Məmulatları  Sənaye  Kom-

pleksi”nə  təhvil  verib,  pulunu  da

nağd alırıq. Elə əkin üçün də hər-

tərəfli köməklik olunur. Əkilən hər

hektar sahə üçün sərf olunan yana-

cağa görə dövlət tərəfindən 40 manat

ödənilir. Məhsuldarlığın artırılma-

sında mühüm rol oynayan gübrələr

ötən ildən 70 faiz güzəştlə verilir.

Yəni kəndlinin torpağı əkib-becər-

məsində,  istehsal  etdiyi  məhsulun

satılmasında heç bir problem yoxdur.

Bundan yaxşı nə olar? 

    –  Bəs  hektardan  məhsuldarlıq

nə qədər olur? 

    – Orta hesabla 25 sentner. 

    – Şərur rayonunda göstərici bun-

dan yüksəkdir, – dedim.

    –  Elədir,  –  deyib  təsdiqlədi  və

nə  isə  xatırlayaraq  sözünə  davam

etdi: 

    –  Şərurda  bir  sahibkar  dostum



var. Həmişə zarafatla deyər ki, ay

Xaləddin, yazda yadıma sal Şərur-

dan torpaq verim gətir Kəngərlidə

gübrə kimi əkin sahələrinə səp ki,

məhsulun daha bol olsun. Dostumun

zarafatla  dediyi  bu  sözdə  böyük

həqiqət var. Şərur rayonunda məhsul

qara torpaqda, Kəngərlidə isə gəcin

üstündə  yetişdirilir,  –  deyib  əlinə

bir  ovuc  torpaq  götürüb  göstərdi:

– Amma bu, o demək deyil ki, biz

əlimizi əlimizin üstünə qoyub otur-

malıyıq. Xeyr, hər birimiz torpağın

münbitləşdirilməsi üçün əlimizdən

gələni  əsirgəmir,  mineral  və  üzvi

gübrələrdən istifadə edirik. 

    – Jurnalist qardaş, gedək kəndə

söhbətimizi süfrə başında, çay içə-

içə davam etdirək, – deyib maşına

tərəf yönəldi. 

    Əvvəlcədən  xəbər verdiyi üçün

çayı  çox  gözləmədik.  Xaləddinin

texniki park adlandırdığı yerdə, ar-

tezian  quyusunun  yanında  süfrə

açıb,  samovar  qaynadılmışdı.  Elə

söhbətimizə də arteziandan başladıq. 

    – Xaləddin, bu artezianı nə üçün

vurdurmusan? 

    – Həm içməli, həm də təsərrüfat

suyu kimi istifadə edirəm, – deyib

sözünə  ara  verdi.  Sonra  da  əlavə

etdi  ki,  mən  tək  taxılçı  yox,  həm

də yaxşı bağbanam. Bu marağımın

həyata keçirilməsində həmişə olduğu

kimi, bu dəfə də dövlət dəstək oldu.

2013-cü ildə Sahibkarlığa Kömək

Fondundan 40 min manat güzəştli

kredit  ayrıldı.  Elə  bu  vəsaitlə  də

“Xanın  çayı”  adlanan  ərazidə  6

mindən çox ting əkib-becərdim. 10

hektar sahədə meyvə bağı saldım.

Bu il bəzi tinglər nubarına məhsul

da gətirib. 

    – Hər  bir  insan  kimi  mən  də

çəkdiyim  zəhmətin  bəhrəsini  gör-

düyümə görə çox sevinirəm, – deyib

süfrəyə  düzülmüş  meyvələri  gös-

tərərək, – öz bağımızdandır, buyurun

dadına baxın, – dedi. 

    Beləcə, bir zəhmət adamı ilə ke-

çirdiyimiz birgünlük zaman da başa

çatdı.  Xudahafizləşib  ayrıldıq.  Üz

tutduq  Naxçıvan  şəhərinə.  Naxçı-

van-Sədərək magistralının kənarın-

da sıralanan yaşıllıqların, Xok, Yeni

Kərki, Böyükdüz kəndlərindəki qu-

ruculuq ərməğanlarının, Böyükdüz

massivində salınmış sənaye şəhər-

ciyinin, dağların köksünə sığınmış

Duzdağın  yaratdığı  ecazkar  mən-

zərəni seyr edə-edə.



Kərəm HƏSƏNOV



“Xok” kəndli-fermer təsərrüfatında bir gün

  Çörək müqəddəsdir, heç nə ilə əvəz olunmayan ən qiymətli ərzaq

məhsulu, süfrələrimizin şahıdır. Çörəyin hazırlandığı taxılı əkib-be-

cərməyin özü də müqəddəs bir iş sayılır. Bu iş halallıq sevir, düzlük

sevir. Elə buradaca bir el ağsaqqalının sözlərini xatırlayıram: əkəcəyin

taxıl toxumu halallıqla əldə edilməlidir. Toxuma haramlıq qatılarsa,

əziyyət  çəksən  də,  məhsulun  məhsul  olmayacaq,  çəkdiyin  zəhmət

hədər gedəcək.

  Müasir  dövrdə  sığortanın

əhəmiyyəti  artmaqdadır.  Belə

ki, “İcbari sığortalar haqqında”

Azərbaycan  Respublikasının

Qanununa əsasən vətəndaşla-

rın daşınmaz əmlakının icbari

sığortası aparılmaqla müxtəlif

hadisələr  nəticəsində  onlara

dəymiş  maddi  zərərlərə  qarşı

təminat verilir. 

  Vətəndaşlara məxsus daşın-

maz əmlaka yanğın, partlayış,

elektrik naqillərində baş verən

qısaqapanma,  su  borularının

partlaması,  avtonəqliyyat  va-

sitələrinin dəyməsi, təbii fəla-

kətlər  – zəlzələ,  fırtına,  dolu,

sel, güclü külək və digər hadi-

sələr  nəticəsində  dəymiş  zə-

rərlər sığorta orqanları tərəfin-

dən ödənilir. Mövcud qanuna

əsasən,  vətəndaşlar  Naxçıvan

şəhərindəki  yaşayış  evi  üçün

40 manat, muxtar respublika-

mızın  digər  yerlərində  isə  30

manat  ödəməklə  belə  sığorta

hadisələrinə qarşı təminat əldə

edirlər. 

  Naxçıvan  Muxtar  Respubli-

kası Dövlət Baş Sığorta Agent -

liyindən  aldığımız  məlumata

görə,  cari  ilin  iyun  ayının  əv-

vəlində baş vermiş güclü külək

nəticəsində Naxçıvan şəhərində

13  nəfərin,  Babək  rayonunda

isə  15  nəfərin  yaşayış  evinin

çardaq hissəsinə dəymiş zərərlər

ödənilib.  Belə  ki,  baş  vermiş

güclü külək həmin vətəndaşların

yaşayış  evlərinin  çardağının

şifer  və  taxta  materiallarına

ciddi zərər verib. 

  Vətəndaşların Dövlət Baş Sı-

ğorta Agentliyinə müraciətləri

əsasında  hadisə  yerinə  baxış

keçirilərək dəymiş zərər məb-

ləğləri  hesablanıb  və  zərərçə-

kənlərə ödənilib. Sığortalı və-

təndaşlar dəymiş zərərlərin ödə-

nilməsinə görə dövlətimizə min-

nətdarlıq ediblər. 

-

Əli CABBAROV

Təbii fəlakət nəticəsində

evlərinə zərər dəymiş

vətəndaşlara sığorta

ödənişləri verilib



Yüklə 217,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə