18
iyun-insan
hüquqları günüdür
insan hüquqlarının qorunması demokratik
inkişafın ayrılmaz hissosidir
Faiq QURBANOV,
Ədliyyd Nazirliyi İnsan hüquqları
və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi
III dərəcəli dövlət ədliyyə müşaviri
M
üasir və qloballaşan dünyada ən aktu
al və əhəmiyyətli məsələlərdən biri
insan hüquq və azadlıqlarının təmin
olunmasıdır. İnsan hüquqları bütün insanların
malik olduğu hüquqlardır. Bu hüquqlar insan
anadan olan andan yaranır. Yaşamaq, azadlıq, təh
lükəsizlik, mülkiyyət, şəxsiyyətin ləyaqəti, şəxsi
və ailə sirrini saxlamaq hüquqları insanın ayrıl
maz və toxunulmaz hüquqlarıdır. İnsan hüquqları
ideyasının tarixi kökü çox qədimdir. Bəşəriyyət
yaranandan dünyanın ən ağıllı varlığı olan insan
hər zaman öz hüquqları və azadlıqları uğrunda
fədakarlıqla mübarizə aparmışdır. Bu mübarizə
ən qəddar rejimlərdə də, ən liberal cəmiyyətlərdə
də həmişə aktual olmuşdur.
İnsan hüquqlarının rüşeymiəri hələ o zamanlar
Afinada və Romada meydana gəlməyə başlamış, ilk
demokratlardan olmuş afmah Periklin xalqın xeyri
nə həyata keçirdiyi islahatlar və ya Qədim Romada
plebeylərlə patrisilər arasında gedən mübarizə
məhz insan hüquqlarının təmin olunması m əqsədi
ni daşıyırdı.
Cəmiyyət inkişaf etdikcə insanlar öz hüquqları
uğrunda daha m ütəşəkkil mübarizə aparmağa
başlamışlar. 1215-ci ildə İngiltərədə dünya tarixində
insan hüquqlarına dair ilk sənəd olan "Böyük
Azadlıqlar Xartiyası"nm (Maqna Carta), 1689-cu il
də isə "Hüquqlar haqqında Bill"in qəbul olunması
ilə bəşəriyyət bu sahədə nailiyyətə imza atmışdır.
Lakin insan hüquqları ilk dəfə XVIII əsrdə öz
elmi izahını tapmış, bu dövrün böyük mütəfəkkirlə
ri Monteskyö, Russo, Hobbs, Lokk və digərləri insan
ların ayrılmaz, təbii hüquqlarının olduğunu göstər
mişlər. Məsələn, insan haqları ideyasının inkişafına
əhəmiyyətli töhfə vermiş görkəmli ingilis filosofu
C.Lokk insanların hüquq və azadlıqlarının müdafiə
sini dövlətin ən ümdə vəzifəsi olduğunu və insan
ların da dövləti bu məqsədlə yaratdıqlarını
əsaslandırır, hakimiyyət bölgüsünün aparılması prin
sipini önə çəkərək hakimiyyət qollarının bir-birinə
nəzarət etməsini və bir-birini qeyri-qanuni hərəkət
lərdən çəkindirməsini vacib sayırdı. "Azadlıqlar
qanunlarla icazə verilən hər bir şeyi etmək
hüququndan ibarətdir" fikrini irəli sürən məşhur
fransız mütəfəkkiri Ş.L.Monteskyö C.Lokkdan fərqli
olaraq insanların hüquq və azadlıqlarının təmin
olunması üçün hakimiyyətin qanunvericilik, icra və
məhkəmə hakimiyyəti olaraq, üç qola bölünməsi və
bir-birindən müstəqil şəkildə fəaliyyət göstərməsi
nin zəruriliyini vurğulamışdır.
İnsan hüquqları özünün tarixi inkişaf prosesinin
kulminasiyasına 1776-cı ildə Amerika Birləşmiş
Ştatlarında "İstiqlaliyyət Bəyannaməsi'nin, 1789-cu
ildə isə Fransada İnsan və vətəndaş hüquqları
Bəyannaməsi'nin qəbul edilməsi ilə çatmışdır. İs
tiqlaliyyət Bəyannaməsində insan hüquqlarının
müdafiəsi dövlətin başlıca vəzifəsi kimi təsbit olun
muşdur. Orada göstərilirdi ki, xalq yalnız o hakimiy
yətə tabedir ki, həmin hökumət xalqın azad inkişa
fını təmin etməyə səy göstərir. Digər Bəyannamə
nin ən mühüm xüsusiyyəti isə onun universal
xarakter daşımasıdır. Yəni o, yalnız fransız xalqının
deyil, bütün bəşər övladlarının təbii hüquqlarını
bəyan edirdi.
Sonrakı dövrlərdə dövlətlərarası münasibətlərin
inkişafı beynəlxalq hüququn rolunu artırsa da, hələ
də biri digərinə güzəştə getmək istəməyən dövlət
lər tez-tez müharibələr edirdilər. Həmin müharibə
lər nəticəsində kütləvi surətdə günahsız insanlar öl
dürülür, mülki əhalidən kölə kimi istifadə edilir,
hərbi əsirlər işgəncələrə məruz qalırdı. XIX əsrdə
Avropa və Amerika ölkələrində artıq köləlik rəs-
m ən qadağan edilmiş, 1899-cu il və 1907-ci il Haaqa
konvensiyalarının bağlanması ilə m üharibələrin
aparılma qaydaları xeyli humanistləşdirilmişdir.
XIX əsrin ikinci yarısından Avropada milli, dini
və ya irqi müstəsnalığa əsaslanan ideologiyalar yayıl
mağa başlamışdır. Bunun qarşısını almaq məqsədilə
XX əsrin 20-ci illərində Millətlər Liqası çərçivəsin
də milli, etnik və dini azlıqların hüquqlarını müda
fiə etmək vəzifəsini müəyyən edən bir sıra anlaş
malar imzalanmışdır. Lakin bütün bu tədbirlər o
QANUNÇULUQ
№ 06 İYUN 2017
zaman artıq geniş yayılmış irqçi, faşist ideologiyası
nın dövlət siyasətinə çevrilməsinə mane ola bilmə
miş və nəticədə İkinci Dünya müharibəsi
başlanmışdı.
Məhz İkinci Dünya müharibəsi zamanı törədil
miş vəhşiliklər mütərəqqi dövlətləri ümumdünya
ədalət meyarını müəyyən etməyə sövq etmişdir.
Hələ 1945-ci ildə yaradılmış Birləşmiş Millətlər Təş
kilatının Nizamnaməsinin müqəddiməsində insan
hüquqlarına, insan şəxsiyyətinin ləyaqətinə, kişi və
qadının, böyük və kiçik millətlərin hüquq bərabər
liyinə inam ifadə olunmuşdu. 1946-cı ildə çıxarılmış
Nürnberq tribunalının qərarlarında isə müəyyən
edilmişdi ki, insan hüquqları artıq heç bir dövlətin
müstəsna daxili məsələsi deyil və heç bir dövlət
suverenliyini bəhanə gətirərək vətəndaşları ilə istə
diyi kimi rəftar edə bilməz. Lakin bütün bunlar nə
qədər vacib olsa da, kifayət etmirdi. İnsan
hüquqlarının ümumbəşəri dəyərə çevrilməsi üçün
vahid yazılı sənədə çox böyük ehtiyac var idi.
İkinci Dünya müharibəsinin törətdiyi dəhşətli
nəticələrə cavab olaraq 1948-ci ilin dekabr ayının
10-da BMT-nin Baş Assambleyası tərəfindən qəbul
olunmuş Ümumdünya insan hüquqları Bəyannamə
si insan hüquqları sahəsində miqyasına və əhəmiy
yətinə görə ilk sənəd hesab olunur. Məhz 1948-ci il
Bəyannaməsi
insanın
beynəlxalq
hüququn
obyektindən subyektinə çevrilməsinə ilk işarə idi.
Bəyannamənin məqsəd və məramları, həmçinin
"Mülki və Siyasi hüquqlar haqqında" və "İqtisadi,
sosial və mədəni hüquqlar haqqında" paktlarda,
Avropa Şurası tərəfindən qəbul olunmuş İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqın
da Konvensiyada və digər beynəlxalq sənədlərdə
özünün gələcək inkişafını tapmışdır.
Ümumdünya insan hüquqları Bəyannaməsi
qəbul ediləndə Azərbaycan, o zaman müstəqil döv
lət olmadığından, ona səs verə bilməmişdi. Yalnız
müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan
Respublikası insan hüquqları və demokratiyaya
sadiq qalacağını bəyan etmiş, bu yolda Azərbaycan
dövləti mürəkkəb dövr keçərək bütün sınaqlardan
mətinliklə çıxmış və demokratiyanın dönməzliyini
bir daha təsdiq etmişdir.
1995-ci ildə ümummilli lider Heydər Əliyevin
müəllifi olduğu ümumxalq səsverməsi yolu ilə
qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli
Konstitusiyasında dövlətimizin ali məqsədlərindən
biri kimi məhz insan haqlarının qorunması təsbit
edilmiş. Konstitusiyanın maddələrinin üçdə bir his
səsi insan hüquq və azadlıqlarına həsr edilmiş və
Bəyannamənin müddəalarını özündə əks etdirmiş
dir. 2002, 2009 və 2016-cı illərdə referendum yolu
18
iyun - insan
hüquqiarı günüdür
ilə Əsas Qanuna bir sıra mühüm əlavə və dəyişik
liklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla
insan və vətəndaş hüquq və azadlıqlarının, və
təndaşların layiqli həyat səviyyəsinin təmin edilmə
sinə, insan ləyaqətinin qorunması və ona hörmət
edilməsinə, hüquqlardan sui-istifadənin yolveril
məzliyinə, hər kəsin hüquq və azadlıqlarının inziba
ti qaydada və məhkəm ədə müdafiəsinə təminat
verilməsinə xidmət etmişdir.
Qeyd olunmalıdır ki, insan hüquqlarının təmina
tı məsələsi hər bir dövlətin ən ümdə vəzifəsi
olmaqla onun fəaliyyətinin əsas prioritetini təşkil
edir. Bu fəaliyyət isə özünü insan hüquqlarına dair
milli qanunvericilik bazasının yaradılmasında, bu
sahədə beynəlxalq sənədlərin ratifikasiyası və orada
nəzərdə tutulan beynəlxalq hüquq normalarının
milli hüquqi implementasiyasmda, bu istiqamətdə
fəaliyyət göstərən beynəlxalq təşkilatlarla sıx
əməkdaşlığın qurulmasında və bu hüquqların təmin
olunması üzrə işlək institusional mexanizmlərin tə
sis edilməsində büruzə verir.
İnsan hüquq və azadlıqlarına verilən böyük əhə
miyyətin təzahürü olaraq Ulu Öndər tərəfindən
1998-ci ildə xüsusi Fərmanın və onun əsasında
insan hüquqlarının müdafiəsi sahəsində mühüm
fundamental sənəd olan Dövlət Proqramının qəbul
olunması bu sahədə qanunvericilik və institusional
islahatlara təkan vermişdir.
Respublikada hərtərəfli köklü islahatların aparıl
dığı bir dövrdə, ilk növbədə, mükəmməl qanunveri
cilik bazasının formalaşdırılması məqsədilə qısa
müddət ərzində ölkəmizin bu günü və gələcəyi
naminə son dərəcə vacib və əhəmiyyətli, xüsusilə
insan hüquqlarının etibarlı təminatına xidmət edən
tam yeni qanunlar və məcəllələr qəbul edilmişdir.
Qanunvericiliyin təkmilləşdirilməsi hər zaman
davam edən bir prosesdir və qəbul olunan yeni nor
mativ-hüquqi aktlar, o cümlədən "Gender (kişi və
qadınların) bərabərliyinin təminatları haqqında",
"Məişət zorakılığının qarşısının alınması haqqında",
"Uşaq hüquqları haqqında", "Həbs yerlərində
saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin
edilməsi haqqında" və s. yeni-yeni qanunlar məhz
əhalinin müxtəlif qruplarının hüquq və azadlıqları
nın qorunmasına xidmət edir.
Bu prosesin m əntiqi davamı olaraq insan
hüquqlarının müdafiəsinə dair 2006-cı ildə Milli
Fəaliyyət Planının və 2011-ci ildə Milli Fəaliyyət
Proqramının qəbul olunması ilə ölkəmizdə nor
mativ-hüquqi bazanın möhkəmləndirilməsi, insan
hüquq və azadlıqlarının təmini mexanizmlərinin
təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının
müdafiəsinin gücləndirilməsi və s. üzrə məqsəd-
18
iyun - insan
hüquqiarı günüdür
yönlü tədbirlərin davamlılığı təmin olunmuşdur.
Ötən dövrdə bu mühüm sənədlərin məqsədləri
nə uyğun olaraq demokratik, hüquqi dövlət və və
təndaş cəmiyyətinin formalaşmasına, insan hüquq
və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş
tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edil
mişdir. Ona baxmayaraq ki, həmin sənədlərdə bir
sıra tədbirlərin həyata keçirilməsi mütəmadi xarak
ter daşıyır, müasir çağırışlar, cəmiyyətimizin sürətli
inkişafı, yeni ictimai münasibətlərin, innovativ tə
şəbbüslərin meydana gəlməsi bu sahədə yeni pro
qramın qəbul olunmasını labüd edir.
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının başlıca məqsədi də insan hüquqları
amilini, mövcud imkan və resursları nəzərə almaqla
Azərbaycanda davamlı iqtisadi artım və yüksək
sosial rifah, səm ərəli dövlət idarəetm əsi və
qanunun aliliyinin inkişafının davamlılığına nail
olmaqdır.
Bütün bunlar onu göstərir ki, insan hüquq və
azadlıqlarının təminatı məsələsi Azərbaycan dövlə
tinin siyasi iradəsinin, bu sahəyə həssas münasibə
tinin təzahürüdür. Və bu məsələ ölkəmizin müəy
yən inkişaf prosesində və ya hansısa öhdəliklərdən
irəli gərən vəzifələrin icrası ilə əlaqədar meydana
gəlməmişdir. Əksinə, demokratiya və insan
hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlə
rə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda
inamla irəliləyən ölkəmiz, həmçinin bu sahədə bü
tün əsas beynəlxalq konvensiyalara qoşulmuş, nüfu
zlu beynəlxalq təşkilatlara sıx inteqrasiya nəticəsin
də Avropa Şurasına üzv qəbul edilmiş, eyni zaman
da, İnsan Hüquqları haqqında Avropa Konvensiyası
nı ratifikasiya etməklə Azərbaycan Avropa İnsan
Hüquqları Məhkəməsinin yurisdiksiyasmı öz ərazi
sinə şamil etmişdir. Bu da insan hüquqlarının təmin
olunmasının işlək mexanizmlərindən biridir.
Bununla
əlaqədar Avropa
M əhkəm əsinin
presedent hüququnun öyrənilməsi işinin təşkili və
onun m əhkəm ə təcrübəsində nəzərə alınması
məqsədilə hakimlər və digər hüquqşünaslarla keçi
rilən tədris kurslarının proqramlarında bu mövzuya
xüsusi diqqət yetirilir, həmçinin Avropa Şurasının
Hüquqşünasların insan hüquqları üzrə tədrisinə
dair Proqramının (HELP) imkanlarından geniş is
tifadə olunur, Avropa Şurası ilə birgə "Avropa İnsan
Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları
Məhkəməsinin presedent hüququnun tətbiqi" layi
həsi həyata keçirilir.
Ümumiyyətlə, zaman keçdikcə Avropa M əhkə
məsinin özünün də islahatına ehtiyac yaranmış, son
illər Avropa Məhkəməsinə edilən şikayətlərin sayı
həddindən çox olduğundan bu problemin həlli
yollarının araşdırılması məqsədilə bir neçə konfrans
keçirilmiş və M əhkəmənin işinin effektivliyinin artı
rılmasına, üzv dövlətlərdə məhkəm ə sistemlərinin
təkm illəşdirilm əsinə
dair
müvafiq
fəaliyyət
planlarını nəzərdə tutan Bəyannamələr qəbul olun
muşdur ki, bu mühüm sənədlərin implementasiya-
smda Azərbaycan da öz dəyərli töhfəsini vermişdir.
Yeri gəlmişkən, Avropa Məhkəməsinin statis
tikasına diqqət yetirsək görərik ki, həm m əhkəm ə
yə edilən şikayətlərin, həm də çıxarılan qərarların
sayma görə Azərbaycan digər dövlətlərlə müqayisə
də müsbət göstəricilərlə xarakterizə olunur. Ölkə
mizdən Avropa Məhkəməsinə daxil olan şikayətlə
rin sayı ümumavropa göstəricisindən demək olar ki,
2 dəfə azdır. Eyni zamanda, Azərbaycana qarşı
Avropa Məhkəməsi tərəfindən çıxarılan qərarların
sayı ötən il cəmi 16 təşkil etmişdir. Əhalisinin sayı
ölkəmizlə təxminən eyni olan Bolqarıstana qarşı 33,
Macarıstana qarşı 40, Yunanıstana qarşı isə 41 qərar
çıxarılmışdır. Bütövlükdə isə, çıxarılan bütün qərar
ların təxm inən yarısı yalnız 4 ölkəyə: Rusiya,
Ukrayna, Türkiyə və Rumıniyaya qarşı olmuşdur.
Eyni zamanda, digər nüfuzlu Avropa strukturları,
o cümlədən Avropa İttifaqı ilə qarşılıqlı hörmət və
tərəfdaşlıq prinsipləri əsasında tərəqqiyə nail olun
ması istiqam ətində m ühüm addımlar atılır,
Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığa
dair yeni saziş üzrə danışıqlara başlanılmış və bu
danışıqlar konstruktiv ruhda davam edir.
Bununla yanaşı, İşgəncələrin qarşısının alınması
üzrə Avropa Komitəsi (CPT), BMT-nin eyni adlı Alt
Komitəsi (SPT) və Özbaşına Saxlanma üzrə İşçi
Qrupu və digər ixtisaslaşmış beynəlxalq strukturlar
la əhalinin həssas təbəqələrinin, xüsusilə azadlıq
dan məhrum edilmiş şəxslərin hüquqlarının təmin
edilməsi sahəsində səmərəli əməkdaşlıq qurularaq
həyata keçirilir. Nüfuzlu xarici ekspertlərin, həmçi
nin bilavasitə məhkumların özlərinin iştirakı ilə
Azərbaycanın penitensiar müəssisələrində tədbirlə
rin təşkil olunması, o cümlədən ilk dəfə olaraq "İş-
gəncəsiz cəmiyyət" mövzusunda dəyirmi masanın
keçirilməsi insan hüquqlarının qorunmasına göstə
rilən həssas münasibəti təcəssüm etdirir.
ö n u da qeyd etmək lazımdır ki, beynəlxalq kon-
vension öhdəliklərin yerinə yetirilməsinə dövlət sə
viyyəsində olduqca ciddi münasibət bəslənilir,
bununla əlaqədar ölkəmiz tərəfindən insan
hüquqları, qadın hüquqları, uşaq hüquqları, əlillərin
hüquqları, irqi-ayrı seçkilik ilə bağlı və digər
dolğun, hərtərəfli, əsaslandırılmış şəkildə hazırlan
mış dövrü hesabatlarının BMT-nin aidiyyəti komitə
lərində dinlənilməsində, eyni zamanda, ölkədə
insan hüquqlarının bütün sahələri ilə bağlı vəziyyə-
QANUNÇULUQ
№ 06 İYUN 2017
tin qiym ətləndirilm əsinə dair BMT-nin İnsan
Hüquqları Şurasının Universal Dövrü İcmal
Mexanizmi çərçivəsində Azərbaycanın milli m əru
zələrinə baxılmasında fəal iştirak edilir.
Lakin bir faktı unutmaq olmaz ki, bütün bunlara
baxmayaraq Azərbaycan həm də vətəndaşlarının bir
qisminin hüquqlarının pozulduğu bir ölkədir. Ermə
nistanın həm azərbaycanlıları deportasiya etməsi,
həm də torpaqlarımızın bir hissəsini işğala məruz
qoyması
nəticəsində
1
milyondan
artıq
azərbaycanlının mülkiyyət, təhlükəsiz yaşamaq
hüququ pozulmuşdur. XXI əsrdə Avropanın qonşu
luğunda yerləşən, Avropa Şurasının üzvü olan bir
dövlətin vətəndaşlarının bu cür ağır və mənəvi iz
tirablara səbəb olan hüquq pozuntusuna məruz qal
ması yolverilməzdir.
Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfin
dən qəbul edilən müvafiq dörd qətnam ənin icrası
na məhəl qoymadan hələ də torpaqlarımıza hərbi
təcavüzünü, cəbhə xəttində təxribatlar törətməklə
mülki əhalini və mülki obyektləri hədəfə almaq
siyasətini davam etdirməsi, dinc sakinlərin, o cüm
lədən qadınların, uşaqların öldürülməsi insanlıq
əleyhinə ən ağır hərbi cinayətdir, beynəlxalq
hüququn və insan haqlarının, 1949-cu il Cenevrə,
həmçinin BMT-nin Uşaq hüquqları haqqında kon
vensiyaların və digər sənədlərin kobud şəkildə
pozulmasıdır.
Bu hərbi təcavüz faktı, həmçinin həyata keçirilən
hərtərəfli islahatların, beynəlxalq konvension öhdə
liklərin icrasının bütün ölkə üzrə tətbiq olunmasın
da ən ciddi maneədir.
Ona görə də beynəlxalq birlik Ermənistanın
işğalçılıq və terror siyasətinə son qoymaq üçün daha
təsirli tədbirlər görməli, günahsız insanların qətlə
yetirilməsinə, bütövlükdə Dağlıq Qarabağ münaqi
şənin beynəlxalq hüquq norm alarına uyğun
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə
laqeyd və susqun münasibət bəsləməməlidir.
Azərbaycan hər zaman öz ərazisində hər bir və
təndaşının konstitusion hüquq və azadlıqlarına, təh
lükəsizliyinə təm inat verməklə m üxtəlif kon
fessiyalara və millətlərə məxsus insanların dinc
yanaşı yaşamasını təmin etmiş və bu gün də təmin
etməkdədir. Müasir dünyada getdikcə dərinləşən si-
vilizasiyalararası toqquşmalar və ziddiyyətlər fonun
da insanların hüquq və azadlıqlarının, etnik-milli
dözümlülüyün, habelə tolerantlıq və multikultur-
alizm kimi dəyərlərin bəşəriyyət üçün daha önəmli
olduğunu göstərir. İnsan hüquqları ilə vəhdət təşkil
edən
multikulturalizm
dəyərləri
olmadan
humanizm, yüksək fərdi və beynəlxalq münasibət
lər mədəniyyəti, insanlar arasında^ qarşılıqlı anlaş-
18
iyun - insan
hüquqları günüdür
m a dostluq və əməkdaşlıq mümkün deyil. Təsadüfi
deyil ki, bu gün dünyada hərbi toqquşmaların,
terrorizmin, dini ekstremizmin, islamafobiyanm,
ksenofobiyanm tüğyan etdiyi bir dövrdə yüksək
tolerantlığın və multikulturalizmin bir həyat tərzinə
çevrildiyi Azərbaycan bütün dini və siyasi baxışlara
sahib, müxtəlif mədəniyyətlərə mənsub xalqların
vahid dialoq mərkəzinə çevrilmişdir.
Bütün bunlar bir daha onu göstərir ki,
Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin
mərkəzində vətəndaş dayanır. İnsana qayğı, insan
ləyaqətinə hörmət, layiqli həyat səviyyəsi, vətəndaş
məmnunluğu ölkədə həyata keçirilən köklü iqtisadi,
sosial və hüquqi islahatların təməl prinsipləridir.
Həyata keçirilən demokratik islahatlar çərçivə
sində, həmçinin institusional mexanizmlərin, o
cüm lədən
İnsan
hüquqları
üzrə
Müvəkkil
(Ombudsman) institutunun təsis olunması da məhz
insan hüquqlarının etibarlı müdafiəsinə xidmət
etmişdir.
Eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafı,
açıq hökumətin və ictimai iştirakçıhğm geniş təşvi
qi, korrupsiyaya qarşı qəti mübarizə, müasir İKT-lə-
rin, elektron və innovativ xidmətlərin tətbiqi sahə
sində əldə olunan nailiyyətlər, habelə dövlət ida
rəetməsinin təkmilləşdirilməsi, ciddi struktur dəyi
şiklikləri, idarəçilikdə şəffaflığın artırılması bilavasi
tə insanlara layiqli xidmətlər göstərilməsinə, və
təndaş-məmur münasibətlərinin sağlam zəmində
qurulmasına hesablanmışdır. M öhtərəm Prezidenti
mizin təşəbbüsü ilə yaradılmış və Azərbaycan
brendi olan "ASAN xidmət" bu gün korrupsiyaya
qarşı mübarizə və dövlət orqanlarının transparentli-
yinin təm in edilməsi sahəsində uğurlu islahat
nümunəsidir. Təsadüfi deyil ki, ASAN sosial infras
trukturu beynəlxalq aləmdə nadir, innovasiyalı və
korrupsiyadan uzaq sistem adlandırılaraq, digər
dövlətlərə nüm unə kimi tövsiyə edilir.
Həmçinin, hər bir demokratik cəmiyyətdə insan
hüquqlarının təmin olunmasında müstəqil m əhkə
mə hakimiyyətinin müstəsna rol oynadığı nəzərə
alınaraq son illər bu sahədə ardıcıl və məqsədyönlü
islahatlar aparılır, məhkəmə fəaliyyətini tənzimlə
yən qanunvericilik daim təkmilləşdirilir, müstəqil
məhkəm ə özünü idarə orqanı olan Məhkəmə-
Hüquq Şurasının səlahiyyətləri genişləndirilir,
hakimlərin Avropada örnək kimi dəyərləndirilən
ən şəffaf seçimi aparılmaqla hakim korpusu
komplektləşdirilir. Eyni zamanda. Dünya Bankı ilə
birgə məhkəmə hakimiyyətinin yüksək statusuna
uyğun infrastrukturunun müasirləşdirilməsi, yeni
məhkəmə bina və komplekslərinin tikilib istifadəyə
verilməsi, müasir İKT-lərin və "Elektron məhkəmə"
18
iyun - insan
hüquqları günüdür
informasiya sisteminin tətbiqi məhkəm ə fəaliyyəti
nin daha səmərəli təşkil olunmasına, ədalət müha
kiməsinə çatımhhğm asanlaşdırılmasma, onun sə
mərəsinə və keyfiyyətinə əsaslı təsir göstərir, insan
lara daha əlverişli və rahat şərait yaradır.
Ədliyyə və məhkəm ə-hüquq islahatları çərçivə
sində cəmiyyətin həssas təbəqələrindən olan
azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarının
etibarlı müdafiəsi istiqamətində də mühüm tədbir
lər həyata keçirilir.
Təsadüfi deyil ki, dövlətimizin humanizm siyasə
ti ulu öndər Heydər Əliyevin müəyyən etdiyi möh
kəm təməl əsasında uğurla inkişaf etdirilir, m öhtə
rəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən
imzalanmış əfv sərəncamları, Azərbaycanın birinci
xanımı. Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın təşəbbüsü ilə elan olunmuş
amnistiya qərarları ilə on minlərlə şəxsin müxtəlif
cəzalardan, o cümlədən azadlıqdan məhrum etmə
cəzasından azad olunması insanların azadlıq
hüququnun təmin olunmasına xidmət etmişdir.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-
prezidenti kimi M ehriban xanım Əliyevanın
çoxşaxəli və əzmkar fəaliyyəti ölkəmizin hərtərəfli
tərəqqisinə, cəmiyyətin müxtəlif təbəqələrinin -
qadınların, uşaqların, məcburi köçkünlərin sosial
vəziyyətinin yaxşılaşdırılmasına, elmin, təhsilin və
səhiyyənin inkişafına hesablanmış mühüm layihələ
rin müvəffəqiyyətlə icrasına, humanizm, tolerantlıq
ideya və prinsiplərinin, bu sahədə dövlət siyasətinin
həyata keçirilməsinə mühüm töhfələr verir.
Cari ilin fevralında ölkə Prezidentinin cəza siya
sətinin humanistləşdirilməsi ilə bağlı imzaladığı
mühüm Sərəncam bu sahədə islahatların daha
intensiv davamına rəvac verməklə yeni yanaş
maların tətbiqinin əsasını qoymuşdur. Bu, həm də
humanizm ideyalarına daim sadiq qalan dövlətimi
zin siyasi iradəsinin təzahürü olaraq cəza siyasətinə,
cinayət qanunvericiliyinə baxışın yenilənməsi və bu
sahədə dünyada mövcud olan mütərəqqi təcrübələ
rin tətbiqi məqsədini daşıyır.
Dövlət başçısının Sərəncamı ilə yaradılmış ölkə
miz üçün yeni olan Probasiya xidm əti məhz
məhkumların cəmiyyətdən tam təcrid etmədən
cəzasını çəkməsində mühüm institut olmaqla bu is
tiqamətdə hazırda mühüm tədbirlər görülür, o
cümlədən bu sahədə beynəlxalq təcrübələr öyrəni
lir, həmçinin Avropa İttifaqı ilə birgə layihə çərçivə
sində Probasiya xidmətinin fəaliyyətinin əsasları,
qanunvericiliyin təkmilləşdirilməsi, təlim kursları
nın və səfərlərinin, maarifləndirmə tədbirlərinin
təşkili ilə bağlı pilot layihələr həyata keçirilir. Eyni
zamanda, Avropa İttifaqı ilə mediasiya sahəsində də
ayrıca layihənin təşviqinə dair razılığa gəlinmiş və
bu il layihənin icrasına başlanılması nəzərdə tutulur.
Bu yaxınlarda ölkə Prezidenti tərəfindən
qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə
Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə
edən qanun layihəsi göndərilmişdir ki, burada da
bir sıra əməllərin dekriminallaşdırılaraq cinayət
kateqoriyasından inzibati xəta kateqoriyasına keçi
rilməsi, məhkumu cəmiyyətdən tam təcrid etm ə
dən azadlığın məhdudlaşdırılması ilə bağlı yeni növ
cəzanın müəyyən edilməsi, bir çox cinayətlərə görə
müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzası
nın hədlərinin azaldılması, mülkiyyət əleyhinə və
iqtisadi fəaliyyət sahəsində törədilən bir sıra cina
yətlərə münasibətdə qanunvericiliyin liberallaşdı-
rılması, zərərçəkmiş şəxslə barışma institutunun
təkmilləşdirilməsi, narkotik vasitələrin əldə edilmə
si və saxlanılması cinayəti törətmiş şəxslərə qarşı
münasibətin dəyişdirilməsi və s. nəzərdə tutulur.
İnsan hüquqları sahəsində tədris və maariflən
dirmə tədbirləri də xüsusilə önəmlidir. Bu m əqsəd
lə əhalinin hüquq düşüncəsinin və hüquq mədəniy
yətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolveril
məzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqı
mızın milli-mənəvi dəyərlərinin, tolerantlıq və
multikulturalizmin təbliği istiqamətində mütəmadi
maarifləndirmə işi aparılır.
Dövlət başçısının 2007-ci ildə imzaladığı Sə
rəncamla ilk Dövlət Proqramının qəbul olunduğu
günün - 18 iyun tarixinin ölkəmizdə İnsan
Hüquqları Gününün elan olunması dövlətimizin
insan hüquqlarına həssas münasibətinin bariz təza
hürüdür və bu il həm in tarixin təsis olunmasının 10
ili tamam olur. Bu münasibətlə respublikamızın
müxtəlif yerlərində, ictimaiyyətin, vətəndaş cəmiy
yəti institutlarının nümayəndələrinin iştirakı ilə
dövlət və hüquq-mühafizə orqanları tərəfindən
əhalinin müxtəlif təbəqələrini əhatə etməklə insan
hüquq və azadlıqlarının təmin olunmasını, hüquq
bərabərliyi üzərində qurulmuş multikultural dəyər
ləri təbliğ edən silsilə tədbirlərin keçirilməsi ölkə
mizdə insan və vətəndaş hüquq və azadlıqlarının
təmin olunmasına hər zaman yüksək diqqət və
qayğı ilə yanaşılmasını əyani təsdiq edir.
Əminliklə söyləmək olar ki, insan hüquqlarının
təmin olunmasında möhkəm iradə nümayiş etdirən
dövlətimizin müasirləşən cəmiyyətimizdə təşəkkül
tapmış və ardıcıl olaraq davam etdirilən məqsəd
yönlü tədbirlər nəticəsində bundan sonra da müs
bət nəticələrə nail olunacaq, ədliyyə orqanları da
insan hüquqlarının qorunması, demokratik hüquqi
dövlət quruculuğu prosesində fəal iştirak etməklə
öz layiqli töhfələrini verəcəkdir.
QANUNÇULUQ
№ 06 İYUN 2017
Dostları ilə paylaş: |