Iyun 2018-ci IL, bazar “Cümhuriyyətin şəkli”nin təqdimatı



Yüklə 386,73 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü386,73 Kb.
#76158


7

3 iyun 2018-ci il, bazar

“Cümhuriyyətin 9 şəkli”nin təqdimatı 

 

ˆ

“Nizami” kino mərkəzində “Veysəloğlu” 



Şirkətlər Qrupunun təşəbbüsü ilə ərsəyə gələn 

“Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filminin təqdimat 

mərasimi olub. 

Filmin senari müəllifi 

Əməkdar incəsənət xadimi, 

yazıçı Orxan Fikrətoğlu bildirdi 

ki, biz tarixçi deyilik. Ona 

görə də filmdə konkret tarixi 

faktların ardıcıl izlənməsinə 

deyil,  daha çox tamaşaçıya 

çatdırmaq istədiyimiz ideyanın 

bədii həllinə üstünlük verilib. 

Filmin sujet xətti Qafqaz İslam 

Ordusunun əsgəri və fotoqrafı 

olmuş şəxsin çəkdiyi şəkillər 

əsasında oğluna danışdığı 

xatirələr üzərində qurulub. Bu 

ekran əsəri ilə bir insanın, bir 

ailənin taleyində dövlətin ya-

ratdığı sevgini, vətənpərvərliyi, 

vətəndaşlıq konsepsiyasını önə 

çəkməyə çalışmışıq.

Filmin quruluşçu rejis-

soru, Əməkdar incəsənət 

xadimi Elxan Cəfərov dedi ki, 

Cümhuriyyətlə bağlı filmin 

çəkilişində iştirak etdiyinə 

görə qürur duyur: “Biz çəkiliş 

prosesində təkcə sujetin bədii 

həlli deyil, bir vətəndaşlıq, 

dövlətçilik mövqeyini önə 

çəkməyə çalışmışıq”. 

“Veysəloğlu” Şirkətlər 

Qrupunun biznesə dəstək üzrə 

baş direktoru İlqar Nuri diqqətə 

çatdırdı ki, təmsil etdiyi şirkət 

iqtisadi fəaliyyəti ilə yanaşı, 

korporativ məsuliyyətini də 

hər zaman uğurla icra edir. Bu 

günlər tariximizin ən parlaq 

səhifələrini yaşayırıq. Həm 

Cümhuriyyətimizin 100 illik 

yubileyini qeyd edir, həm də 

müstəqil Azərbaycanın iqtisa-

diyyatının yüksəlişi dövründə 

yaşayır, fəaliyyət göstəririk. 

“Veysəloğlu” Şirkətlər Qrupu-

nun təşəbbüsü ilə “Cineallian-

ce” kinoşirkətinin çəkdiyi film 

inanırıq ki, tamaşaçıların böyük 

marağına səbəb olacaq.

Xalq artisti Nurəddin 

Mehdixanlı isə xalqı birliyə 

səsləyən, tarixinə sahib çıxmağa 

çağıran filmin əsas qayəsinin 

öz keçmişini dərindən bilməyə 

səslədiyini vurğuladı. Qeyd 

edildi ki, yaradıcı heyət maraqlı 

sujet xətti ilə bizi bir daha 100 

il əvvəl baş verənlərə qaytarır. 

Düşünməliyik ki, 23 ay ömür 

sürən Cümhu riyyətimizin 

 süqutunda buraxılan səhvlər 

bir daha təkrarlanmasın, 

Azərbaycanın müstəqilliyi əbədi 

olsun.


Dövlət və hökumət 

nümayəndələri, Milli Məclisin 

deputatları, müxtəlif ictimai 

təşkilatların təmsilçilərinin işti-

rakı ilə keçən təqdimat mərasimi 

filmin nümayişi ilə başa çatdı. 

Filimdə baş rolları Xalq ar-

tisti Rasim Balayev və İbrahim 

Laçın ifa ediblər. 

Qabil YUSIFOĞLU, 

“Xalq qəzeti” 

“Doğumun təntənəli 

qeydə alınması”

 

ˆ

Binəqədi Rayon Icra Hakimiyyəti, Ədliyyə 



Nazirliyi Qeydiyyat və Notariat Baş Idarəsi rayon 

şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq 

Cümhuriyyəti və 1 Iyun – Uşaqların Beynəlxalq 

Müdafiəsi Günü münasibətilə “Doğumun təntənəli 

qeydə alınması” adlı  tədbir keçirilib. 

Mərasimdə rayon qeydiy-

yat şöbəsinin müdiri Tahirə 

Əsgərova ölkəmizdə uşaqların 

yüksək qayğı ilə əhatə olunma-

ları, onların əlverişli mənəvi 

və sosial mühitdə böyümələri 

üçün hər cür şəraitin yaradılması 

barədə ətraflı danışıb.  

Ə.Məlikov adına 6 saylı 

Birləşmiş Şəhər Xəstəxanasının 

baş həkiminin müavini İs-

rail Qasımov ölkəmizdə 

uşaq hüquqlarının müdafiəsi 

istiqamətində mühüm tədbirlər 

həyata keçirildiyini diqqətə 

çatdırıb.

Rayon icra hakimiyyəti 

başçısının müavini Aygün 

Əliyeva bildirib ki, ölkəmizdə 

uşaqların yüksək qayğı ilə 

əhatə olunmalarının əsası 

ümummilli lider Heydər 

Əliyev tərəfindən qoyulmuş 

dövlət uşaq siyasətinin prioritet 

istiqamətlərindən biridir. Bu gün 

Azərbaycanda uşaqlara xüsu-

si qayğı var. Prezident İlham 

Əliyev daim uşaqlara diqqət 

və qayğı göstərir. Azərbaycan 

Respublikasının Birinci vitse-

prezidenti, Heydər Əliyev 

fondunun prezidenti Mehriban 

Əliyeva, Fondun vitse-prezi-

denti Leyla Əliyeva tez-tez uşaq 

evləri və internat məktəblərində 

olur, onların gündəlik qayğıları, 

təlim-tərbiyəsi, təhsili, asudə 

vaxtlarının təşkili ilə maraqla-

nırlar.  

Tədbir iştirakçıları daha 

sonra xəstəxanada yeni dünyaya 

gələn körpələri  ziyarət ediblər, 

analara körpələrin doğum haq-

qında  şəhadətnamələri təqdim 

edilib. 


Azərbaycan Xalq 

Cümhuriyyətinin 100-cü 

ildönümü günündə anadan olan 

körpələrin valideynlərinə isə 

xatirə olaraq Azərbaycan Res-

publikasının dövlət bayraqları 

verilib. 

Sonda rayon icra 

hakimiyyəti və  Ədliyyə 

Nazirliyi Qeydiyyat və 

Notariat Baş idarəsinin ra-

yon şöbəsi tərəfindən Xalq 

Cümhuriyyətinin ildönümü və 

Uşaqların Beynəlxalq Müdafiəsi 

Günü ərəfəsində dünyaya göz 

açan körpələrə məktublar ün-

vanlanıb. Məktublarda  müstəqil 

Azərbaycan Respublikasının 

qüdrətinin daha da artmasında 

onların da imzalarının ola-

cağına əminlik ifadə olunub, 

dövlətimizə və ailələrinə laiqli 

övladlar olmaları arzu edilib.

“Xalq qəzeti”

Ermənistan sutka ərzində  

atəşkəs rejimini 83 dəfə pozub

 

ˆ

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif 



istiqamətlərində sutka ərzində atəşkəs rejimini 83 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat 

xidmətindən bildiriblər ki, Ermənistan 

Respublikasının Noyemberyan rayonu 

ərazisindəki adsız yüksəkliklərdə və İcevan 

rayonunun Berkaber kəndində yerləşən 

mövqelərdən Azərbaycan Respublikasının 

Qazax rayonunun Quşçu Ayrım və Qızılhacılı 

kəndlərində, Berd rayonunun Çinari kəndində 

yerləşən mövqelərdən Tovuz rayonunun 

Ağdam kəndində, Krasnoselsk rayonunun 

ərazisindəki adsız yüksəkliklərdə yerləşən 

mövqelərdən Gədəbəy rayonu ərazisindəki 

adsız yüksəkliklərdə yerləşən mövqelərimiz 

atəşə tutulub.

Tərtər rayonunun işğal altındakı Çiləbürt, 

Ağdam rayonunun Nəmirli, Tağıbəyli, 

Cəvahirli, Novruzlu, Mərzili, Xocavənd rayo-

nunun Kuropatkino, Füzuli rayonunun Aşağı 

Veysəlli, Qaraxanbəyli, Qorqan, Kürdlər, Ho-

radiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili 

kəndləri yaxınlığında, həmçinin Goranboy, 

Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları 

ərazisindəki adsız yüksəkliklərdə yerləşən 

mövqelərdən də ordumuzun mövqelərinə atəş 

açılıb.


AZƏRTAC

 

ˆ

Bu yazıda teatr sənətimizin inkişafında məxsusi xidmətləri olan, 



Xalq artisti Kamal Xudaverdiyevin həyat və yaradıcılığına qısa nəzər salmaq 

istədik. Səbəb də budur ki, bu il onun 80 illik yubileyidir.

Kamal Xudaverdiyev ömrünün ən gözəl 

çağlarını teatrda, kinoda keçirib. Qazandığı 

isə tamaşaçı alqışları, fəxri adlar, bir də 

sənət dostları olub. Onu sevirdilər, oynadığı 

tamaşalara dönə-dönə baxırdılar, bu isə ona 

zövq, yaradıcı güc verirdi. 

Bu görkəmli aktyor şərəfli bir ömür 

yolu keçmişdi. 1938-ci Bakıda doğulmuşdu. 

Babası Hacı Məmmədhəsən bəy vaxtilə 

Bakıda neft mədənlərinin sahibi idi. Kamal 

müəllimin doğulub boya-başa çatdığı, ha-

zırda isə 10 ailənin yaşadığı bina onun ata-

baba mülkü olub. Bakıda sovet hakimiyyəti 

qurulandan sonra onların da var-dövlətlərini 

əllərindən almış, atasına isə 13 kvadratmetr-

lik mənzil vermişdilər. Kamal da burada 

dünyaya göz açmışdı. Atası Ağahüseyn kişi 

bir il sonra dünyasını dəyişmiş, Kamalın üç 

yaşı olanda isə müharibə başlamışdı. 

Məktəbdə oxuya-oxuya işləyir, ailəni 

dolandırmaqda anasına kömək edirdi. Bir 

müddət qazanc əldə etmək üçün Qazaxıs-

tana işləməyə gedir. Zavodda çilingər kimi 

çalışır. Ancaq 1961-ci ildən teatr və kino 

onun həyatını ovsunlayır. Teatr İnstitu-

tunun aktyorluq fakültəsinə daxil olur. 

Özü də görkəmli rejissor və aktyor Adil 

İsgəndərovun kursuna. İnstitutda görkəmli 

sənət ustalarından – Mehdi Məmmədovdan, 

Rza Təhmasibdən sənətin incəliklərini 

öyrənir. 

İnstitutu bitirdikdən sonra rejissor Tofiq 

Kazımovun dəvəti ilə Milli Dram Teatrının 

truppasına qəbul edilir. Teatrın səhnəsində 

ilk dəfə Sabit Rəhmanın “Yalan” əsərində 

Fərman obrazını yaradır. Bununla da onun 

sənət karyerası başlayır. “Kəndçi qızı” ta-

maşasında Aslan, “Almaz”da İbad, “Yollara 

iz düşür”də Loğman, “Söz yarası”nda Lətif 

və başqa maraqlı rolları ilə geniş tamaşaçı 

rəğbəti qazanır.

Sənət aləmində düşdüyü mühit onu 

yaradıcılıq axtarışlarına ruhlandırır. İsmayıl 

Osmanlı, Möhsün Sənani, Hökumə Qur-

banova, İsmayıl Dağıstanlı, Ağasadıq 

Gəraybəyli və başqa müqtədir sənətkarlarla 

tərəf-müqabil olur, onlarla çiyin-çiyinə çalı-

şır. Tapşırılan rollar üzərində günlərlə məşq 

edir, onların ifası üçün xarakterik cizgilər 

tapırdı.

Demək olar ki, bütün yaradıcı həyatını 

Akademik Dram Teatrına həsr etmişdi. 

Bəzən ona kiçik rollar həvalə olunurdu. 

Məsələn, “Kral Lir” tamaşasında bir kəlmə 

danışmadan səhnənin 

bir küncündə oturan 

süpürgəçi kimi. Böyük 

rolları isə kifayət 

qədər idi. 

 Dram Teat-

rının səhnəsində 

“Şah Edip”də Şah 

Edip, “Sokratı anma 

gecəsi”ndə Çingiz xan, 

“Kral Lir”də Kral Lir, 

“Mesenat”da Murtuza 

Muxtarov və başqa 

qəliz xarakterli, zəngin 

mənəviyyatlı, dünyagörüşlü personajları 

oynayıb. Bundan əlavə, 10-dan artıq televi-

ziya tamaşasında koloritli obrazlar yaradıb. 

“Atayevlər ailəsi” televiziya tamaşasında 

yaratdığı İldırım, “Şərqin səhəri”ndə Cavan-

şir bəy, “Alov”da Qaşqay, “Yurd yeri”ndə 

Mahal kişi və başqa rollarının təfsirində 

azərbaycançılıq mövqeyini dəqiq çatdı-

rıb, ictimai eybəcərlikləri ifşa edən insan 

xarakterlərini, amalını yüksək səviyyədə 

təbliğ edib. 

 Kinoda ilk dəfə görkəmli kinorejis-

sor Əlisəttar Atakişiyevin çəkdiyi “İstin-

taq davam edir” macəra filmində (1966) 

polkovnik Çingizov rolunu oynayıb. Yazıçı 

Cəmşid Əmirovun “Sahil əməliyyatı” 

povestinin motivləri əsasında çəkilən bu 

filmdə Azərbaycan çekistlərinin və milisinin 

fəaliyyətindən danışılır. Filmin çəkilişlərinə 

başlayanda rejissor Ə.Atakişiyev həmin 

illərdə kinostudiyada direktor vəzifəsində 

çalışan A.İsgəndərova xaricdən aktyor 

dəvət etmək istədiyini bildirib. Milli 

kadrların yetişməsinə və istehsal edilən 

filmlərdə əsasən baş və ikinci planlı rollarda 

azərbaycanlı aktyorların çəkilməsinə daim 

şərait yaradan A.İsgəndərov teatrda böyük 

nailiyyətlər qazanan Kamalı həmin rola 

təklif edir. 

Kinoda ilk böyük rolu olmasına bax-

mayaraq, Kamal polkovnik Çingizovun 

həyat mövqeyini, iş prinsipini dəqiq çatdırır, 

filmin ideya-məzmununu tamamlayan ifası 

ilə ekran əsərinə uğur qazandırır. İstedadlı 

aktyor 16 filmdə irili-xırdalı rol yaradıb, 10 

filmi amiranə və koloritli səsi ilə səsləndirib, 

“Mozalan” satirik kinojurnalında çəkilib. 

Onun “Nəsimi” filmində yaratdığı 

Yusif, “Dağlarda döyüş”də baş leytenant, 

“Dədə Qorqud”da Bəybecan, “Ən vacib 

müsahibə”də Həsənov, “Otel otağı”nda Erol 

bəy, “Vulkana doğru” filmində Usta Əli 

və başqa rolları milli kinomuzun sevilən, 

unudulmayan personajlarıdır. 

Azərbaycan dublyaj sənətinə uğur 

gətirən səs sahiblərindən biri idi Kamal 

Xudaverdiyev. Onun səs artikulyasiyası 

dublyaj sənətinin vacibliyini, monumen-

tallığını təsdiqləyir. Maraqlıdır ki, digər 

aktyorlardan fərqli olaraq Kamal müəllimin 

dublyaj fəaliyyəti çəkildiyi filmlərdən azdır. 

“Birisigün gecəyarısı” filmində Pçelintsev, 

“De ki, sevirsən məni” filmində sürücü, 

“Gözlə məni”də Kanuryov, “Qanlı zəmi”də 

Tunc Vəli, “Od içində vahə”də İlyaşeviç və 

başqa personajlar ifaçılarla yanaşı, Kamal 

Xudaverdiyevin səsinin xüsusi rəng çalarları 

ilə sevilən, unudulmayan obrazlardır. 

Kamal Xudaverdiyevin sənət dünyası 

hər birimiz üçün dəyərlidir. Onun səhnəyə 

yaraşıq verən xarici görünüşü, şax qaməti, 

əzəməti, daxili məğrurluğunu ifadə edən 

bariton səsi teatr və kino sənəti üçün 

bir tapıntı, örnək timsallı şəxsiyyəti isə 

ətrafındakılara nümunə idi. Onun səhnəni 

lərzəyə salan, tamaşaçını diqqətlə dinləməyə 

vadar edən, böyük şövq və coşqu dolu 

möhtəşəm yaradıcılığı orijinallığına görə 

seçilir, personajları həmsöhbətimizə çevri-

lirdi. Kamal müəllim tamaşaçısı ilə gülməyi, 

dərdləşməyi, həmfikir olmağı, səhnədə 

onlarla canlı ünsiyyət qurmağı bacarırdı.

Kamil aktyorluq fəaliyyətinə və sənətdə 

göstərdiyi xidmətlərə görə Kamal Xudaver-

diyev 1982-ci ildə Əməkdar artist, 1991-ci 

ildə isə Xalq artisti fəxri adlarına layiq 

görülüb. 

Onun nurlu xatirəsini xalqımız heç 

zaman unutmayacaq.



M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

“Sumqayıt sənayetikinti avtonəqliyyat” ASC-nin 

2017-ci il dekabrın 31-nə mühasibat balansı

AKTİVLƏR


2017-ci il

2016-cı il

Uzunmüddətli aktivlər

 

Qeyri-maddi aktivlər



Torpaq, tikili və avadanlıqlar

108480,41

109336,73

Daşınmaz əmlaka investisiyalar

10225,10

550,00


CƏMİ UZUNMÜDDƏTLİ AKTİVLƏR

118705,51

109886,73

Qısamüddətli aktivlər

Ehtiyatlar

2089,88


2094,49

Qısamüddətli debitor borcları 

254311,00

254311,00

Pul vəsaitləri və onların ekvivalentləri

41,24


3,55

Sair qısamüddətli aktivlər

2520,18

11075,57


CƏMİ QISAMÜDDƏTLİ AKTİVLƏR

259162,30

267484,61

CƏMİ AKTİVLƏR

377867,81

377371,34

KAPİTAL VƏ ÖHDƏLİKLƏR

Kapital


Ödənilmiş nominal (nizamnamə) kapital

214881,20

214881,20

Kapital ehtiyatları

79630,31

79630,31


Bölüşdürülməmış mənfəət (ödənilməmiş zərər)

1027,26


-13632,99

CƏMİ KAPİTAL

295538,77

280878,52

CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR

Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

31013,43

30964,12


Qısamüddətli kreditor borcları

50988,64


65201,73

Qısamüddətli öhdəliklər

326,97

326,97


CƏMİ QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR

82329,04


96492,82

CƏMİ ÖHDƏLİKLƏR

82329,04

96492,82


CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR

377867,81

377371,34

 Mənfəət və zərər haqqında hesabat 

(xərclərin xüsusiyyəti üzrə)

Satış


84075,00

16165,00


Sair əməliyyat gəlirləri

1630,00


3694,61

İşçi heyəti üzrə xərclər

10370,00

9567,91


Amortizasiya xərcləri

16430,72


38,08

Sair əməliyyat xərcləri 

57877,02

23886,61


Əməliyyat mənfəəti (zərəri)

Vergiqoymadan əvvəl mənfəət (zərər)

1027.26

-13632,99



Mənfəət vergisi

205.45


Hesabat dövründə xalis mənfəət (zərər)

821.81


-13632,99

Bazis hər bir səhmin mənfəəti

0,007649

 Qeyd: 2017-ci il yanvarın 1-dən dekabrın 31-dək olan dövr üzrə maliyyə 

hesabatlarının düzgünlüyünün auditi 2017-ci il fevralın 10-da sərbəst auditor 

tərəfindən aparılmış və müvafiq rəy verilmişdir. Əlaqə telefonu: 051-271-32-45.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 

MDB iştirakçısı olan dövlətlərin gənclərinin “Yaradıcılıq emalatxanası” 

Beynəlxalq düşərgəsinin keçirilməsinin satınalınması üçün 

AÇIQ   TENDER   ELAN   EDIR

Tender iştirakçılarına təklif olunur ki, 

“Dövlət satınalmaları haqqında” Azərbaycan 

Respublikasının Qanununa uyğun öz tender 

təkliflərini möhürlənmiş, imzalanmış şəkildə 

ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağı-

dakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, 

müqavilənin vaxtında yerinə yetirilməsi, ana-

loji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedurla əlaqədar əlavə məlumat 

almaq üçün maraqlananlar 4658415 nömrəli 

telefona (faks: 4656438) müraciət edə bilərlər 

(əlaqələndirici şəxs Kərimov Kənan Elman 

oğlu).


 İddiaçılar 100 (yüz) manat məbləğdə 

iştirak haqqını aşağıda göstərilən hesaba 

ödədikdən sonra Azərbaycan dilində tərtib 

olunmuş əsas şərtlər toplusunu Azərbaycan 

Respublikası Gənclər və İdman Nazirliyindən 

(Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, 

yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili 

sektorundan) ala bilərlər.



Bank: Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

M/h: AZ41NABZ 

01360100000000003944

VÖEN: 1401555071

SWIFT: CTREAZ22

Alan müştəri: Azərbaycan Respubli-

kasının Gənclər və İdman Nazirliyi

H/h: AZ50C-

TRE00000000000002147771

VÖEN: 1500171121

Büdcə səviyyəsinin kodu 7

Təsnifat kodu 142340

 İştirak haqqı heç bir halda geri qayta-

rılmır.

İddiaçılar prosedurda iştirak etmək üçün 



aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə 

bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, 

qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-Azərbaycan Respublikasında vergilərə 

və digər icbari ödənişlərə dair yerinə 

yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma-

ması haqqında müvafiq vergi orqanlarından 

arayış; 

-iddiaçının bir il ərzində (əgər daha az 

müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti 

dövründə) maliyyə vəziyyət barədə bank 

tərəfindən verilmiş arayış;

- təklif (zərflərin açıldığı gündən azı 30 

bank günü müddətində qüvvədə olmalıdır);

- təklifin təminatı (zərflərin açıldığı 

gündən azı 60 bank günü müddətində 

qüvvədə olmalıdır);

- son bir il ərzində (əgər daha az 

müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti 

dövründə) yerinə yetirdiyi analoji işlər haq-

qında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib 

olunmalıdır.

İddiaçılar tender prosedurunda işti-

rak etmək üçün yuxarıda göstərilən ixtisas 

sənədlərini 9 iyul 2018-ci il saat 18.00-a qədər 

tender komissiyasına təqdim etməlidirlər. 

İddiaçılar tender təkliflərini və təklifin 1 faizi 

məbləğində bank təminatını 17 iyul 2018-ci 

il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə 

iki nüsxədə tender komissiyasına təqdim 

etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan 

zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri iddiaçıların iştirakı ilə 

18 iyul 2018-ci il saat 10.00-da Azərbaycan 

Respublikası Gənclər və İdman Nazirliyində 

açılacaqdır. 



Tender komissiyası

Kamal Xudaverdiyev – 80

O, sənətə müqəddəs 

varlıq kimi baxırdı

Azərbaycandan İrana elektrik 

enerjisinin ixracına başlanılıb

 

ˆ

Azərbaycan Irana elektrik 



enerjisinin ixracına başlayıb. Bu 

barədə AZƏRTAC-a “Azərenerji” 

ASC-nin ictimaiyyətlə əlaqələr və 

mətbuat xidmətinin rəisi Yəhya Babanlı 

məlumat verib. 

Y.Babanlı qeyd edib ki, cari il aprelin 

12-də Azərbaycan nümayəndə heyətinin 

İrana səfəri çərçivəsində İranın Energetika 

Nazirliyində keçirilən görüşdə iki ölkə 

arasında elektrik enerjisinin alqı-satqısının 

təmin olunması, Azərbaycan-İran-Rusiya 

enerji sistemlərinin birgə fəaliyyətinin 

tənzimlənməsi və üçüncü ölkəyə elektrik 

enerjisinin tranziti məsələləri müzakirə 

edilib. Bu çərçivədə, “Azərenerji” ASC 

şirkəti ilə İranın Enerjinin İstehsalı, 

Ötürülməsi və Paylanmasını İdarəetmə 

Şirkəti  “TAVANIR” arasında elektrik 

enerjisinin alqı-satqısı üzrə 

müqavilə imzalanıb. Sənədi 

“Azərenerji” ASC-nin prezidenti 

Etibar Pirverdiyev və “TAVA-

NIR” şirkətinin idarə heyətinin 

sədri Araş Kordi imzalayıblar: 

“Müqaviləyə əsasən, iyunun 

1-dən etibarən “Azərenerji” ASC 

tərəfindən təcrid olunmuş ada 

rejimində pik gücü 80 meqavat 

olmaqla, İranın Muğan və Astara 

bölgələrinə elektrik enerjisinin 

ixracına başlanılıb. Gələcəkdə 

bu rəqəmin artacağı istisna deyil. 

Çünki müqavilədə 180 meqavat generasiya 

gücünün ixracı barədə razılığa gəlinib”.



Yüklə 386,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə