Iyun 2017-ci IL, cümə



Yüklə 84,49 Kb.
tarix25.06.2018
ölçüsü84,49 Kb.
#51860


9

23 iyun 2017-ci il, cümə

 

ˆ

Bu günlərdə Azərbaycan və Dağıstan ictimaiyyəti 



görkəmli hərbi və dövlət xadimi, artillerya general-leytenantı 

Hüseyn Rəsulbəyovun anadan olmasının 100 illiyini böyük 

təntənə və yüksək qədirbilənliklə qeyd edir. 1917-ci il 

iyulun 26-da Azərbaycanın qədim qala-şəhəri Dərbənddə 

dünyaya göz açmış soydaşımızın nəcib insani keyfiyyətləri, 

yüksək peşəkarlığı və dərin vətənpərvərliyi hər iki xalqın 

yeni nəsilləri üçün daim örnək kimi dəyərləndirilir, ibrətli 

bioqrafiya kimi xatırlanır.

Hüseyn Rəsulbəyovun Dərbənddən 

başlayan ömür yolu keçmiş SSRİ-nin 

müxtəlif ünvanlarından, Böyük Vətən 

müharibəsinin od-alovundan ötüb keçsə 

də, nəhayət, uşaqlıqdan qəlbində isti yuva 

qurmuş sevimli Bakıya gəlib çıxmış və 

bu şəhər həmişəlik taleyinin baş ünvanı-

na çevrilmişdir. Bu yerdə, ötəri də olsa, 

mistik bir mənalandırmadan yan keçə 

bilmirsən. Məsələ ondadır ki, Hüseyn 

Azərbaycan Xalq Cümhuriyyətinin Milli 

Ordumuzu təsis etdiyi 26 iyun günündən 

düz bir il əvvəl, özü də iki min ildən bəri 

Azərbaycan dövlətlərinin hərbi-strateji 

şəhəri, istehkam-qalası olmuş şəhərdə 

dünyaya göz açmışdı. 

Bəlkə, buna görədir ki, onun sonrakı 

bioqrafiyası da, əsasən, hərbi sahə və 

Azərbaycanla bağlı olmuşdu. Hüseyn 

müharibədən sonra sovet ordusu adla-

nan nəhəng hərbi qurumun onun tarixi 

vətənini əhatə edən Bakı Hava Hücu-

mundan Müdafiə Dairəsində xidmətini 

davam etdirmiş və məhz Azərbaycanda 

artilleriya general-leytenantı ali zabit 

rütbəsinədək yüksəlmişdi.

 Burası da diqqətçəkəndir ki, gənclik 

dövründə baş verən ciddi tarixi hadisələr 

Hüseynin dəmir yolunda rabitəçi olmaq 

arzusunu başqa səmtə yönəltsə də, illər 

keçəndən sonra tale onu həyatının əziz 

şəhərində, yüksək bir mövqedə əzəli 

istəyinə qovuşdurdu: o, ömrünün son 

10 ilində Azərbaycanın rabitə naziri 

olmuşdur. 

Bütün bu yozumlardan sonra 

burası yəqindir ki, biz bu gün xal-

qımızın görkəmli sərkərdə oğlunun 

100 illik yubileyini Milli Ordumuzun 

yaradılmasının 99-cu ildönümü ilə eyni 

vaxtda ikiqat bayram şəraitində qeyd 

edirik. Və o da əlamətdardır ki, Hüseyn 

Rəsulbəyovun doğulduğu Dərbənd 

şəhəri, tarixən, Azərbaycan və Dağıstan 

arasında qardaşlıq körpüsü olduğundan, 

şəhər bu rolu indi də yüksək səviyyədə 

gerçəkləşdirdiyindən iki diyarın 

yetirməsinin şanlı yubileyini hər iki xalq 

dostluq bayramı kimi qeyd edir.

Dərbəndin əsrlər boyu böyük Avrasi-

yanın Güneyi isə Quzeyi arasında dəmir 

qapı sayılan qala divarları uşaqlıqdan 

balaca Hüseyndə min bir duyğu yara-

dırdı. Məktəbdə tarixdən öyrəndiklərini 

təsəvvüründə canlandıranda isə gözləri 

önündən bir-birini əvəz edən qanlı 

savaşlar gəlib keçirdi. Pillələrlə “Narın 

qala”ya qalxıb onun ətrafında uşaqlarla 

“dava-dava” oynayanda, sanki, qulaqla-

rında ötənlərin qılınc-qalxan cingiltisi, 

top-tüfəng gurultusu əks-səda verərdi. 

O vaxt Hüseynin ağlına da gəlməzdi 

ki, onun qurub-yaratmaq arzulu yaxın 

gələcəyi tarixin ən böyük və dəhşətli 

dünya müharibəsindən keçəcək, dinc 

dəmiryolçu olmaq istəyini məsul və 

uzunmüddətli hərbi xidmət əvəz edəcək.

O ki qaldı Hüseynin əzəli dəmiryolçu 

olmaq arzusuna, bu da Avropa ilə 

Asiyanı birləşdirən ilk dəmiryol xəttinin 

Dərbənddən keçməsi, polad yolların 

bu şəhərin həyatında oynadığı üstün 

rolla bağlı idi. O dövrkü gənclik üçün 

dəmiryolçuluq nüfuzlu və çörəkli peşə 

sayılırdı. Dünyanın hər tərəfinə uzanan 

bu qoşa yollar onları arzuların min bir ün-

vanına səsləyirdi. Hüseyn də 15 yaşında 

ikən bu duyğu-düşüncələrlə, dəmiryolçu 

olmaq üçün çox da uzaqda olmayan 

Şimali Qafqazın Orconikidze şəhərindəki 

Yol Politexnikumuna üz tutmuşdu. 

Bu məktəbi əla qiymətlərlə bitirən 

gənc Hüseyn yol rabitəçisi ixtisası ilə 

Şimali Qafqaz Dəmir Yolunun Mineralnı-

ye Vodı stansiyasında distansiya mexani-

ki kimi işə başlamışdı. O, yol rabitəçisi 

peşəsini daha dərindən mənimsəmək 

üçün 1936-cı ildən təhsilini Leninqrad 

Siqnalizasiya və Rabitə Mühəndisləri 

İnstitutunda davam etdirmişdi.

Yaxınlaşmaqda olan müharibəyə 

hazırlıq tədbirləri ilə bağlı müdafiə 

sahəsinə yaxın olan rabitəçilər sırasından 

da bilikli və bacarıqlıları seçilib xüsusi 

hərbi məktəblərə göndərilirdi. Hüseyn 

Rəsulbəyov isə bu prosesdə Dzerjinski 

adına Moskva Artilleriya Akademiyasının 

dinləyicisi olmuşdu. Soydaşımız 1941-ci 

ilin mayında ali hərbi təhsilini bitirəndə 

Odessa Sahil Qoşun Qrupunun 15-ci 

hərbi hava hücumundan müdafiə briqada-

sında xidmətə başlamışdı. Baş leytenant 

Hüseyn Rəsulbəyov bir ay sonra SSRİ-yə 

gəlib yetişən II Dünya müharibəsini 

briqadanın cihazlar üzrə mühəndisi kimi 

ilk xidmət yerində qarşılamışdı.

Odessanın 73 gün davam edən 

qəhrəman müdafiəsi Böyük Vətən 

müharibəsinin tarixinə ən dəhşətli və 

şərəfli döyüş səhifələrindən biri kimi 

yazılmışdı. Həmin günlərdə qorxubilməz 

azərbaycanlı balası Hüseynin öz 

xidməti vəzifəsini yüksək peşəkarlıqla 

yerinə yetirməsindən əlavə, ekstremal 

vəziyyətlərdə göstərdiyi hünər də onun 

adını şəhərin qəhrəman müdafiəçilərinin 

sırasına həkk etmişdi. 

Hüseyn Rəsulbəyov qəhrəman şəhər 

Sevastopolda da mərdliklə vuruşmuşdur. 

Müharibənin üçüncü ilindən isə o, Qaf-

qaz uğrunda gedən döyüşlərə qoşulmuş, 

həmişə yüksək peşəkarlığı, cəsarəti və 

fədakarlığı ilə xalqımızın adına başucalı-

ğı gətirmişdir. Onun döyüş yolu Zaqaf-

qaziya Cəbhəsi 2-ci hava hücumundan 

müdafiə briqadasında davam etmiş və 

bu cəbhənin 99-cu hava hücumundan 

müdafiə divizionunun artilleriya təchizatı 

rəisi kimi başa çatmışdır.

Böyük Vətən müharibəsindən sonra 

Hüseyn Rəsulbəyov yeni başlayan “so-

yuq müharibə” illərinin ön cəbhələrindən 

sayılan SSRİ-nin cənub hava sərhədlərini, 

eyni zamanda, Azərbaycanın hava 

məkanını qoruyan Bakı Hava Hücumun-

dan Müdafiə Dairəsinə göndərilmişdi. O, 

1945-ci ilin oktyabrından 1949-cu ilin 

fevralınadək Bakı Hava Hücumundan 

Müdafiə Ordusu 1-ci divizionun artilleri-

ya təchizatı rəisi, 1950-ci ilin martınadək 

Bakı Hava Hücumundan Müdafiə Dairəsi 

təhcizat rəisi müavini və sonrakı 11 

ildə bu xidmətin rəisi olmuşdu. 1960-

1962-ci illərdə Hüseyn Rəsulbəyov 

dairənin mühəndis-texniki xidmət rəisi 

vəzifəsinədək yüksəlmiş, bu dövrdə ona 

general-mayor hərbi rütbəsi verilmişdi.

Taleyi birdəfəlik Bakı ilə bağlanmış 

general sonrakı 4 ildə Bakı HHMD-nin 

zenit-raket qoşunları komandanının 

müavini, 1966-cı ildən 1975-ci ilədək 

isə komandanı olmuşdu. 1968-ci ildə 

sovet hökumətinin qərarı ilə Hüseyn 

Rəsulbəyova general-leytenant rütbəsi ve-

rilmişdi. O, bu ali hərbi rütbəyə çatmış az 

sayda Azərbaycan generallarından biri idi.

Ümummilli lider Heydər Əliyev 

general Hüseyn Rəsulbəyovu yaxından 

tanımış, onun xidməti uğurlarını həmişə 

yüksək qiymətləndirmişdir. 1969-cu 

ildə Azərbaycan rəhbərliyinə gəlmiş 

ulu öndəri respublika rabitəsini öncül 

mövqelərə çıxarmaq hədsiz qayğılandır-

mışdır. Bir neçə illik kadr axtarışından 

sonra o, bu məsul vəzifəni yerinə yetirə 

biləcək ən layiqli namizəd kimi mahir 

hərbi rabitəçi Hüseyn Rəsulbəyovun 

üzərində dayanmışdı.

Beləliklə, generalın həyat yolunda 

yeni məsul cəbhə-- mülki rabitə meydanı 

açılmışdı. 1975-ci ildə Heydər Əliyevin 

xeyir-duası ilə ehtiyata çıxmış artilleriya 

general-leytenantı Hüseyn Rəsulbəyov 

Azərbaycanın rabitə naziri təyin edilmiş-

di. O, ömrünün sonuna kimi bu yüksək 

vəzifədə təşəbbüskarlıq və məsuliyyətlə 

çalışmış, respublikanın rabitə şəbəkəsində 

bir sıra ciddi yeniliklərə imza atmışdı. 

Hüseyn Rəsulbəyovun rəhbərliyi 

altında məsul vəzifələrdə çalışmış, rabitə 

naziri müavini vəzifəsinədək yüksəlmiş 

Ömər Hüseynov o dövrü belə xatırlayır-

dı: “1974-cü ildə respublikanın rəhbəri 

Heydər Əliyevin təşəbbüsü ilə telefon 

rabitəsi xidmətinin inkişaf etdirilməsi 

üçün xüsusi qərar verildi. Belə bir vaxtda 

Hüseyn Rəsulbəyov tam formalaşmış 

rabitəçi kimi nazirliyə rəhbərlik edirdi. 

O, rabitənin inkişafı ilə paralel olaraq, 

kadrların yetişdirilib yerləşdirilməsi ilə 

də ciddi məşğul olurdu.” 

Ömər Hüseynov daha sonra 

xatırlayırdı ki, həmin illərdə bütün 

sahələrdə gedən inkişaf rabitədə də öz 

əksini tapmışdı: “Nazir müavini kimi 

mən Hüseyn Rəsulbəyovla beş il bir 

yerdə işlədim. O illərdə həmin dövrün 

tələbləri baxımından rabitə ağlasığmaz 

dərəcədə inkişaf etməyə başladı. Axır 

vaxtlar ağır xəstəlik ondan əl çəkmirdi. 

Bir az yaxşı olan kimi işə gələrdi. 

Onun hər gəlişi bizim üçün toy-bayram 

idi. Amma görürdük ki, general şam 

kimi əriyir. Dərindən qüssələnir, 

kədərlənirdik. Axır ki, əcəl macal 

vermədi...” 

O vaxtlar SSRİ Nazirlər Soveti 

sədrinin birinci müavini Heydər Əliyev 

Moskvadan Bakıya gəlib dəfndə iştirak 

etmişdi. Böyük rəhbər general və nazir 

Rəsulbəyovun keçdiyi həyat yolundan 

danışaraq demişdi: “Belə ömür sürənlər 

ölmürlər, əbədi yaşayırlar.” 

Doğrudan da, nazir kimi Hüseyn 

Rəsulbəyov Azərbaycana yüksək 

xidmət nümunəsi qoyub getdi. Rabitəçi 

generalın yaratdığı müasir texniki-

xidmət bazası çox keçmədi ki, müstəqil 

Azərbaycan dövlətinə xidmət etməyə 

başladı. Bununla onun ən böyük arzusu 

həyata keçdi və ruhu şad oldu.

Hüseyn Rəsulbəyovun 

xidmətləri öz dövrünün ən yüksək 

dövlət təltiflərinə layiq görülmüş, 

adı Azərbaycanda və Dağıstanda 

əbədiləşdirilmişdir. Onun xatirəsi xal-

qımızın qəlbində həmişə Vətənə qeyrət 

və namusla xidmət etmiş, Azərbaycanın 

adını ucaltmış ali şəxsiyyət kimi yaşa-

yır.

Tahir AYDINOĞLU, 

“Xalq qəzeti” 

Hüseyn Rəsulbəyov – 100

Generalın tale yolu

ATU-nun insan anatomiyası kafedrası 

beynəlxalq əlaqələri genişləndirir

 

 

ˆ

Bu günlərdə Azərbaycan Tibb Universitetinin 



insan anatomiyası kafedrasının müdiri, Rusiya Elmlər 

Akademiyasının akademiki, Əməkdar elm xadimi, 

tibb üzrə elmlər doktoru, professor Vaqif Şadlinski 

və həmin kafedranın professoru, tibb üzrə elmlər 

doktoru Balakişi Hüseynov Rusiya Federasiyasının 

(RF) Voronej şəhərində keçirilən “İnsan anatomiyası 

fənninin tədrisinin aktual problemləri” mövzusunda 

beynəlxalq elmi konfransda iştirak etmişlər.

Onlar həmçinin Beynəlxalq 

Anatom, Histoloq və Embri-

oloqlar (BAHE) Elmi-Tibbi 

Cəmiyyətinin rəyasət və idarə 

heyətlərinin genişləndirilmiş 

plenum iclaslarında çıxış 

edərək, öz mülahizələrini 

söyləmiş, fikir mübadiləsi apar-

mışlar. Plenumun işində BAHE 

Elmi-Tibbi Cəmiyyətinin pre-

zidenti, A.İ.Uvdokimov adına 

Moskva Dövlət Tibbi-Stoma-

tologiya Universitetinin insan 

anatomiyası kafedrasının müdi-

ri, Rusiya Elmlər Akademiyası-

nın akademiki L.L.Kolesnikov, 

Beynəlxalq Morfoloqlar Assosi-

asiyasının fəxri prezidenti, Tver 

Dövlət Tibb Universitetinin 

anatomiya kafedrasının müdiri, 

Rusiya Elmlər Akademiya-

sının müxbir üzvi, professor 

D.V.Bajenov, BAHE Elmi-Tibbi 

Cəmiyyətinin vitse-prezidenti

Qidalanma, Biotexnologiya və 

Qida Təhlükəsizliyinin Federal 

Tədqiqat Mərkəzinin direktoru 

Rusiya Elmlər Akademiya-

sının müxbir üzvi, professor 

D.B.Nikityuk, N.N.Burdenko 

adına Voronej Dövlət Tibb Uni-

versitetinin rektoru, professor 

İ.E.Esaulenko, həmin universi-

tetin insanın normal anatomi-

yası kafedrasının müdiri, tibb 

elmləri doktoru N.T.Alekseyeva 

və digərləri iştirak etmişlər.

Elə həmin gün profes-

sor N.T.Alekseyeva Bakıdan 

gəlmiş həmkarı ATU-nun 

insan anatomiyası kafedra-

sının müdiri, Rusiya Elmlər 

Akademiyasının akademiki, 

professor V.B.Şadlinskinin 

həmmüəllifliyi ilə Voronejdə 

nəfis şəkildə çap olunan “Həzm 

və tənəffüs sistemi orqanlarının 

divarlarının çoxhüceyrələri 

vəziləri (Morfologiyanın 

funksional məsələləri)” adlı 

278 səhifəlik monoqrafiyanı 

həmkarı – Azərbaycan alimi, 

professor V.B.Şadlinskiyə 

təqdim etmişdir. Monoqrafiya-

da professor V.B.Şadlinskinin 

rəhbərliyi altında yerinə 

yetirilən Azərbaycan alimlərinin 

elmi-tədqiqat işlərindən profes-

sor N.T.Mövsümovun, profes-

sorlar M.Q.Allahverdiyevin, 

B.M.Hüseynovun, tibb 

üzrə elmlər doktoru 

G.A.Hüseynovanın, baş 

müəllim Z.R.Seyidovanın, baş 

müəllim Ü.T.Cəfərovanın, as-

sistent N.R.Cabbarovanın, assis-

tent T.M.Qasımovanın işlərinə 

geniş istinadlar edilibdir. 

Sonda müəllif çıxış edərək 

Azərbaycan Tibb Universiteti-

nin və Rusiya Federasiyasının 

Voronej şəhərindəki ali tibb 

təhsili müəssisəsinin insan ana-

tomiyası kafedraları arasındakı 

beynəlxalq əlaqələrin bundan 

sonra da möhkəmlənməsini 

arzulamışlar.



“Xalq qəzeti”

Makron-Putin müzakirələri:

 Çətin yolun başlanğıcında

 

ˆ

Fransada yeni prezidentin seçilməsi ilə rəsmi 



Parisin xarici siyasətdə dəyişikliklər edəcəyi barədə 

informasiyalar yayılmağa başladı. Qısa müddətdə aydın 

oldu ki, Emmanuel Makron həqiqətən də siyasətdə öz 

dəst-xətti olan adamdır. Onun Rəcəb Tayyib Ərdoğan və 

Donald Trampla olan görüşləri bu nəticəni çıxarmağa 

əsas verir. Son olaraq Fransa prezidenti Vladimir Putinlə 

üç saatlıq müzakirələr aparıb. Ekspertlər tərəflərin hansı 

razılıqlar əldə etdikləri ilə ciddi maraqlanırlar. Hələlik 

bununla bağlı konkret nəticə olmadığı barədə ortaq qənaət 

vardır. Lakin V.Putinin ciddi bir siyasi rəqiblə üzləşdiyini 

Rusiya KİV-i açıq yazır. Ekspertlər E.Makronun timsalında 

Avropanın yeni ruhlu və qətiyyətli bir liderə malik olduğu 

qənaətindədirlər. Lakin onun yolun hələ başlanğıcında 

olduğunu da unutmaq doğru deyil.

“Avropanın xilaskarı”: 

Makronun liderlik 

keyfiyyətləri və Putin

Fransanın yeni seçilmiş prezi-

denti siyasətçi imicini uğurla forma-

laşdırır. NATO ölkələri başçılarının 

və “G7” üzvü olan dövlətlərin 

rəhbərlərinin görüşündə davranışı 

və fikirləri ilə ekspertlərin diqqətini 

çəkib. E.Makronun sözün həqiqi 

mənasında Avropanın siyasi ümidi 

ola biləcəyi təəssüratı genişlənir. 

Bu cür obrazın Vaşinqtona da sərf 

etdiyini demək mümkündür. Çünki 

Amerika Almaniyanın liderlik 

ambisiyalarından ehtiyatlanmağa 

başlayıb. “G7”-nin İtaliyadakı 

görüşündə Donald Trampın özünü 

bir qədər qeyri-adi aparmasının 

səbəblərindən biri də budur.

Donald Tramp Angela Mer-

kel ilə söhbətində “almanlar çox 

pisdirlər” kimi ifadə işlədib. 

A.Merkel isə “uyğunsuz sözdür” 

deyə cavab verib, lakin bir gün 

sonra Münxendə “Almaniya artıq 

Amerika və Böyük Britaniyanın 

dedikləri ilə oturub durmayacaq” 

fikrini bəyan edib. Deməli, artıq 

Vaşinqton nəinki dünyaya, heç Av-

ropaya iradəsini diqtə edə bilmir.

Fransanın yeni prezidenti “G7”-

lərin görüşündə söz sahibi olduğu-

nu, gələcəkdə müstəqil davrana-

cağını nümayiş etdirdi. Avropada 

A.Merkelə alternativ ola biləcək 

yeni lidermi yetişir?

Məhz bu cür imicin fonunda 

Rusiya prezidenti Vladimir Putinlə 

Emmanuel Makronun görüşünə 

ekspertlər və siyasi dairələrdən 

maraq böyük idi. Fransanın 39 

yaşlı dövlət başçısının diploma-

tik danışıqlarda böyük təcrübəsi 

olan rus liderlə müzakirəsi necə 

keçəcəkdi? Artıq Rusiya KİV-i 

heyrətini gizlətmir. Doğrudan da 

E.Makron “tələbkar dialoq” qura 

bilib. Onun Putinlə görüşü təqribən 

üç saat davam edib! Görüşdən sonra 

jurnalistlərə verilən brifinqdə də 

Fransanın prezidenti kifayət qədər 

qətiyyətli, müstəqil mövqeli və 

dəqiq fikirlər ifadə edən lider təsiri 

bağışlayıb. 

Rusiya və Fransa 

prezidentlərinin müzakirə etdikləri 

mövzular da kifayət qədər geniş 

məsələlərə aid olub. Onlar Aİ-Rusiya 

münasibətlərini, Suriya, Ukrayna, 

Şimali Koreya və başqa aktual 

beynəlxalq problemləri müzakirə 

ediblər. Bu məsələlər üzrə hansısa 

konkret razılığın əldə edildiyindən 

bəhs edilmir. Əsas məqam tərəflərin 

fikir mübadiləsi aparmaq, öz 

mövqelərini aydın ifadə etmək və 

qarşılıqlı fayda verə biləcək qərarlar 

qəbul etməyə yaxınlaşmaqdan ibarət 

olub. Lakin real olaraq tərəflər öz 

mövqelərini saxlayıblar. Bu, nəyi 

ifadə edə bilər?

Hər şeydən öncə, Fransa 

Avropanın lider dövlətlərindən biri 

olduğunu sübuta yetirməyə çalışıb. 

Böyük Britaniyanın Aİ-dən çıxmaq 

istəyi fonunda Fransa-Almaniya 

tandeminin perspektivindən çox 

danışılır. Lakin, eyni zamanda, 

Berlin təkbaşına liderlik iddiasını 

açıq ifadə etməkdədir. Paris bununla 

qətiyyən razılaşmır. E.Makron Fran-

sanın əsas söz sahibi olduğu Avropa 

qurmaq fikrini seçki marafonunda 

vurğulayıb. Onun bir sıra şərtləri 

var ki, əməl edilməsə təşkilatın 

taleyi ilə bağlı məsuliyyət daşıma-

yacağını qeyd edib.

Bununla bağlı E.Makronu 

Avropanın xilaskarı kimi görürlər. 

Deməli, hansısa məqamlarda 

E.Makronun nüfuzunun yüksəlməsi 

Almaniyanın kölgədə qalmasına 

səbəb ola bilər. Bu o deməkdir ki, 

Makron-Merkel rəqabəti qızışa 

bilər. Görəsən, V.Putin bu fürsətdən 

yararlanmaq arzusuna düşübmü? 

Bizcə, gözlənilən haldır, çünki 

Moskva Aİ-də fikir ayrılığının və 

rəqabətin güclənməsində maraq-

lıdır. Hansı tərəf güclü olsa, onun 

Rusiyaya ehtiyacı çox olacaq. 

Kreml bunu bildiyindən həm Mer-

kel, həm də Makronla oynaya bilər.

Bu mənada Moskva üçün 

“MM” (Makron-Merkel) ayrıca 

hədəfdir. Versalda Putinin Mak-

ronla aktual beynəlxalq məsələləri 

uzun müzakirə etməsi bu 

kontekstdə təsadüfi deyil. Fransa 

prezidentinin “mən terrora qalib 

gələcəyəm” kimi ifadə işlətməsinə 

Rusiyanın dövlət başçısı da incə 

diplomatik münasibət bildirməklə 

reallığı unutmamağı diqqətə 

çatdırıb. V.Putin deyib ki, Fransa 

Amerikanın başçılıq etdiyi koa-

lisiyaya daxildirsə, nə dərəcədə 

müstəqil addım ata bilər? Bu o 

anlama gəlir ki, iki liderin təkbətək 

görüşündə Rusiya prezidenti Suriya 

məsələsində Moskva ilə birgə 

hərəkət etməyi təklif edib. Lakin 

E.Makron bunu qəbul etməyib. 

Əvəzində, Fransa ABŞ-dan da 

müəyyən məsafə saxlamaq fikrində 

olduğunu nümayiş etdirib.

Fərqli yanaşmalar: 

Ortaq mövqenin yoxluğu

Ancaq bu cür mövqe daha çox 

terrorla mübarizədə əngəllərin yara-

na biləcəyindən xəbər verir. Çünki 

böyük dövlətlər öz maraqlarını, 

ümumiyyətlə, terrorla mübarizə 

maraqlarından üstün tutmaqdadır-

lar. Həmin aspektdə Putin-Makron 

görüşməsindən terrorla mübarizədə 

yeni bir nəticənin alınmadığı 

qənaətinə gələ bilərik.

Eyni fikri Ukrayna ilə əlaqədar 

aparılan müzakirələr barədə demək 

olar. Paris və Moskva Minsk da-

nışıqlarının nəticələrini fərqli izah 

etməkdədirlər. “Normand dördlüyü” 

çərçivəsində Fransa Moskvanın 

müəyyən şərtlərə əməl etmədiyini 

vurğulayır. O cümlədən Şərqi Uk-

raynadakı və Krımdakı separatçılara 

dəstəyin kəsilməsini tələb edir. 

Moskva isə bunu qəbul etmir və 

söhbəti yerlərdəki siyasi qüvvələrlə 

aparmağı və rəsmi Kiyevi konstruk-

tiv mövqeyə gətirməyi tələb edir.

Belə çıxır ki, E.Makron Rusiya 

ilə münasibətlərdə Avropa İttifaqı-

nın maraqları çərçivəsində dav-

ranmaqdadır. Bu kontekstdə onun 

Rusiya KİV-i haqqında dedikləri 

də ekspertlərin diqqətindən yayın-

mayıb. O, Rusiya KİV-ini özünün 

seçki qərargahına buraxmamasının 

səbəbini belə izah edib: “Onlar 

yalan yazırlar”!

Bu, kifayət qədər ciddi itti-

hamdır və Moskvanın Fransadakı 

seçkiyə təsir göstərmək planının 

olmasını dolayısı ilə təsdiqləməkdir. 

Əslində, rəsmi Paris artıq bəyan 

edib ki, Kreml seçkiyə ciddi 

təzyiqlər etməyə çalışıb, lakin 

Fransa müdafiə oluna bilib. Təbii 

ki, vəziyyət təqdim olunduğu qədər 

sadə deyil. Hətta Fransa-Rusiya 

münasibətlərinin tarixi ilə bağlı 

liderlər mübahisə ediblər. E.Makron 

xatırladıb ki, 300 il bundan əvvəl 

I Pyotr Parisə “böyük krallığın 

dünyanı heyrətləndirən sirlərini 

öyrənməyə gəlmişdi”. Bundan 

istifadə edərək Rusiya dövlətçiliyi 

modernləşdi, inkişaf etdi. V.Putinin 

indi Versalda I Pyotra həsr edilən 

sərgidə iştirak etməsi bütün bunlara 

görə təsadüfi deyil.

Vladimir Putin bu fikrə dərhal 

reaksiya verərək, iki ölkə arasında 

münasibətlərin tarixinin 300 ildən 

çox olduğunu və I Henrixin həyat 

yoldaşının Yaroslav Mudrının qızı 

Anna olmasını vurğulayıb. Müasir 

mərhələdə də İspaniyada elitanı 

təşkil edən nəsillərdən birinin kökü 

Annaya gedib çıxır. Fransada da 

onlar uzun illər idarəetmədə olublar. 

Tarixlə bağlı bu cür mübahisələr fo-

nunda Makron-Putin görüşməsinin 

asan keçmədiyi haqqında ekspertlər 

fikir bildirirlər.

Beləliklə, V.Putinin Fransaya 

səfəri zamanı E.Makronla aktual 

beynəlxalq məsələlərlə bağlı apar-

dıqları müzakirələrdən ekspertlər 

müəyyən qənaət əldə edirlər. Belə 

məlum olur ki, Fransanın yeni 

prezidenti avropamərkəzçi siyasət 

aparacaq. O, ayrıca Fransanın 

Aİ-də rolunu daha da yüksəltmək 

fikrindədir. Ancaq bunun üçün 

Brüsselin ciddi islahatlar aparmasını 

şərt kimi irəli sürür. Bunların fonun-

da E.Makron hesab edir ki, ciddi 

qlobal geosiyasi məsələləri Mosk-

vanın iştirakı olmadan həll etmək 

imkansızdır. Bu səbəbdən Kremllə 

tələbkar səviyyədə dialoq aparmaq 

lazımdır. Son nəticədə Rusiyanı 

Qərbin maraqlarına uyğun mövqeyə 

gətirmək gərəkdir. Lakin Versalda 

aparılan danışıqlar göstərdi ki, buna 

nail olmaq asan deyil.

Eyni zamanda, Fransa Suriya 

məsələsində daha fəal olmaq-

da qərarlıdır. Bunun üçün Paris 

müstəqil addımlar da ata bilər. 

Həmin məqamı Fransanın Amerika 

ilə necə razılaşdıracağı aydın deyil. 

Çünki rəsmi Vaşinqton artıq Suriya 

və İraqda özünə bağlı silahlı qruplar 

formalaşdırır. Parisə belə bir imkan 

veriləcəkmi? Çətin ki, V.Putin də 

bu məsələyə isti yanaşsın. Deməli, 

Emmanuel Makron üçün çətin dip-

lomatik fəaliyyət hələ qabaqdadır.

Newtimes.az

2050-ci ilədək Yer kürəsinin 

əhalisi 9,8 milyard nəfərə çata-

caq, 2100-cü ildə isə bu göstərici 

11,2 milyard nəfər olacaq.

APA-nın TASS-a istinadən 

verdiyi məlumata görə, bu barədə 

BMT-nın İqtisadi və Sosial 

Məsələlər üzrə Departamentinin 

yaydığı hesabatda deyilir. Aparı-

lan tədqiqatlara əsasən əhalinin 

artımı dünyanın 47 az inkişaf 

etmiş ölkəsinin hesabına baş verir. 

Hazırda bu ölkələrdə yaşayan 

qadınların payına orta hesabla 

4,3 uşaq düşür. Həmin ölkələrdə 

yaşayan 1 milyard insan 2050-ci 

ilədək artaraq 1,9 milyard təşkil 

edəcək.

 Hesabatda deyilir ki, 26 



Afrika ölkəsinin əhalisi bu 

dövr ərzində iki dəfə artacaq. 

Ekspertlərin qənaətinə görə, 

doğuş göstəriciləri azalacağı 

təqdirdə belə, artma tendensi-

yası qalacaq. Doğuşun ümumi 

göstəricilərinin azalması Yer 

kürəsi sakinlərin qocal-

ması ilə əlaqədardır. Belə 

ki, 2100-cü ilədək 60 yaş-

dan yuxarı olan insanların 

sayı üç dəfə artaraq 3,1 

milyard təşkil edəcək.

 Tədqiqatda bildi-

rilir ki, 2024-cü ilədək 

Hindistanda əhalinin sayı 

Çini üstələyərək 1,4 mil-

yard nəfər təşkil edəcək. 

2050-ci ilədək ABŞ əhalinin sayı-

na görə tutduğu 3-cü yeri hazırda 

7-ci pillədə qərarlaşan Nigeriyaya 

verməli olacaq.

 Qeyd edək ki, hazırda dün-

yada 7,6 milyard insan yaşayır.



BMT: 2050-ci ilədək dünya 

əhalisinin sayı 9,8 milyarda çatacaq

Yüklə 84,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə