İxtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Fotoqrammetriya Müəllim: Məmmədova Aygül Mustafa qızı


Kosmik fotoplanalmanın aerofotoplanalmadan fərqi,kosmik



Yüklə 0,81 Mb.
səhifə4/12
tarix18.04.2018
ölçüsü0,81 Mb.
#39021
1   2   3   4   5   6   7   8   9   ...   12

Kosmik fotoplanalmanın aerofotoplanalmadan fərqi,kosmik

şəkillərin fotoqrammetrik işlənmə xüsusiyyətləri
Kosmik fotoplanalmanın həyata keçirildiyi şərait Yer səthinin aerofotoplanalma şəraitindən müəyyən dərəcədə fərqlənir. Bu baxımdan kosmik fotoşəkillər də aerofotoşəkillərlə müqayisədə bəzi fərqlərə malikdirlər.

İlk növbədə qeyd etmək lazımdır ki, kosmik fotoplanalma 100 və 1000 kilometrlərlə yüksəklikdən aparılır. Deməli, kosmik fotoşəkillər aerofotoşəkillərə nisbətən daha kiçik miqyaslıdır. Bundan başqa fotoqrafiya (şəkilçəkmə) yüksəkliyi plan-alma seansı zamanı trayektoriya və göy cisminin qarşılıqlı yerləşməsi hesabına bö-yük hədlər arasında dəyişir.

Şəkilçəkmə yüksəkliyinin böyük qiymətlər arasında dəyişməsi ilə əlaqədar fotoşəkillərin uzununa örtülməsinin gözlənilməsinə qarşı tələblər artır. Sabit intervallı şəkilçəkmə planalması zamanı uzununa örtülmə faizi şəkilçəkmənin böyük yüksəkliyində maksimal qiymətə yaxın olacaqdır. Bu kəmiyyətin fotokamera daşıyıcısının planetin səthinə yaxınlaşdıqca azalması və minimal yüksəklikdə ən aşağı qiymətə malik olması müşahidə edilir. Deməli sabit intervallı şəkilçəkmə zamanı fotoplyonkanın böyük miqdarda işləməsi tələb olunur. Bunun qarşısını almaq üçün kosmik fotoplanalma zamanı elektron komanda verici cihazdan istifadə etmək daha məqsədə uyğundur. Bu cihaz sürətin və yüksəkliyin göstəricilərinə uyğun olaraq şəkilçəkmə intervalını dəyişir və şəkillərin daimi uzununa örtülməsini gözləyir.

Kosmik fotoplanalma zamanı fotoşəkillərin eninə örtülməsi peyk orbitindən fotoqrafiya zamanı mümkündür ki, bu da daşıyıcının uçuşu zamanı planetin dön-məsi hesabına növbəti dönmədə səthin qonşu zolağının fotoqrafiyasından ibarətdir. Bu zaman ekvator yaxınlığında eninə örtmə minimum, qütb yaxınlığında isə maksimum olacaqdır. Eninə örtmənin ekvator yaxınlığında lazımi həddə çatdırmaq üçün daşıyıcının orbit boyu fırlanma dövrünü planetin fırlanma sürəti ilə uzlaşdırmaq lazımdır.

Kosmik fotoplanalmanın daha bir xüsusiyyəti ondan ibarətdir ki, böyük uzunluqlu səthlərin fotoqrafiyası zamanı günəşin yüksəkliyinin dəyişməsi ilə əlaqədar uçuş trassı boyu işıqlanmanın dəyişməsini nəzərə almaq lazımdır. Bunun üçün daşıyıcıda ekspozisiyanı tənzimləyən avtomat qurğu olmalıdır.

Aeroşəkillərlə müqayisədə mühüm fərqlərdən biri də kosmik şəkillərin planet səthinin daha böyük sahələrini əhatə etmələridir. Bundan başqa fotokameranın daşıyıcısının Kermetik bölməsində yerləşməsi və foto təsvirin həndəsi qurulması nailyuminatorun təsiri nəzərə alınmalıdır

Aerofotoşəkillərin fotoqrammetrik işlənməsi zamanı onların xarici cəhətlənmə elementləri Qauss-Kryuger proyeksiyasına yararlı olan düzbucaqlı geodezik koordinat sistemində yerinə yetirilir. Sferik səthin müstəvi səthlə əvəz edilməsi mümkün olduqca bu metoddan istifadə edilir. Kosmik fotoşəkillərin fotoqrammetrik işlənməsi zamanı isə nöqtəni planetin fiqurunu təyin edən referens ellipsoid səthinə proyektləndirmək lazımdır. Bunun üçün xarici koordinat sistemi kimi planetosentrik koordinat sistemini götürmək lazımdır.

Şəkillərin fotoqrammetrik işlənməsinin birinci mərhələsi

fotosxemin montajından ibarətdir. Məlumdurki, fotosxem qisa

zaman anında göy cisminin səthi haqqında məlumat ve

rir və sonrakı fotoqrammetrik və kartoqrafik işlərin

layihəsini hazırlamağa imkan yaradır.

Kosmik planalma zamanı fotosxemin montajı ərazinin

relyefi, şəkillərin meyl bucağı və müxtəlif miqyaslılığı və həmçinin səthin sferikliyi üzündən çətinləşir. Şəkillərin miqyaslarının dəyişdirilməsi və eyni miqyasa gətirilməsi fototransformator vasitəsilə həyata keçirilir. Qeyd edək ki, kosmik şəkillərin fototransformasiyası yalnız analitik fototransformatorlarda yerinə yetirilir ki, bu da eyni zamanda sistematik səhvləri nəzərə almağa imkan verir.



Kosmik planalmanın təsərrüfatda tətbiqi

Kosmik fəzanın mənimsənildiyi illər ərzində elm və texnikanın, habelə kənd təsərrüfatının müxtəlif sahələrində tətbiq edilmək üçün istər Yer səthinin istərsə də göy cisimlərinin böyük miqyasda kosmik planalması həyata keçirilmişdir. Yerin və onu əhatə edən atmosferin tədqiqi üçün orbital stansiyalardan, kosmik gəmilərdən və süni peyklərdən istifadə edilir. Bu uçuş aparat- larını bortlarında Yer səthinin müxtəlif spektr zonalarında planalması üçün televiziya və radiolokasiya sistemləri yerləşdirilmişdir.

Yer səthinin hər hansı bir sahəsinin eyni bir şəkli müxtəlif sahələrin mütəxəsislərində kosmik planalmanın əhəmiyyətinin artırır,onu rentabelli edir.

Kosmik fotoplanalmanın Yer səthi və göy cisimlərin kartoqrafiyası sahəsində əhəmiyyəti dəfələrlə qeyd edilmişdir. Əsasən kosmik planalmanın 1:1000.000 və daha kiçik miqyaslı xəritələrin tərtibində və yerləşdirilməsində rolu daha böyükdür. Kartoqrafiyada mövcud metod üzrə kiçik miqyaslı xəritələr iri miqyaslı xəritələrin əsasında, miqyasın kiçildilməsi və konturların generalizasiyası yolu ilə tərtib edilir.

Göy üzünün kosmosdan sistematik planalması metereoloqlara müxtəlif coğrafi rayonlarda meteoşəraitin dəyişməsinin fasiləsiz müşahidə etməyə və hava haqqında operativ proqnoz verməyə imkan verir.

Məlumdur ki, Dünya okeanının havanın formalaşmasına böyük təsiri vardır. Okean və dənizlərdə baş verən proseslərin öyrənilməsi, onların atmosferdəki proseslərlə əlaqəsi mühüm əhəmiyyət kəsb edir. Bu problemin həlli kosmik planalmadan istifadə etmədən qeyri mümkündür. Kosmik şəkillər əsasında su səthinin temperatur rejimi, çay sularının dənizlərdə yayılma məsafəsi, dəniz cərəyanlarının istiqaməti və s təyin edilir.

Buzlaqların televiziya və radiolokasiya planalması qütb dənizlərində gəmiçilik üçün geniş imkanlar açır. Belə şəkillər əsasında tərtib edilmiş fotoxəritələr üzrə buz massivlərindəki çatlar, gəmi karvanları üçün əhəmiyyətli olan şirin su sahələri təyin edilir.

Spektrin müxtəlif zonalarından alınmış kosmik şəkillər faydalı qazıntı yataq­larının proqnozlaşdırılması üzrə geoloji məsələlərin həllini sürətləndirir .Kosmik fotoplanalma həmçinin torpaq və bitki örtüyünün analiz və müşahidəsi işlərin vəziyyətini qiymətləndirilməsi ondan istifadə və s işləri olduqca yüngülləşdirir.

Kosmik planalmanın kənd təsərrüfatında və ətraf mühütün mühafizəsində də böyük əhəmiyyəti vardır. Şəkillərdə əkin sahələri, bağlar, otlaqlar müəyyən edilir və onların vəziyyəti qiymətləndirilir. Sənaye tullantıları ilə çikləndirilmiş yer və su səthi, atmosfer kosmik şəkillər əsasında öyrənilir və ekoloji proqnozlar veri­lir. Ümumiyyətlə isə kosmik planalma planetin kompleks öyrənilməsinə imkan verir.

Kadrın qurulmasının müddətindən və geometriyasından asılı olaraq planalma aparatlarını 3 tipə ayırırlar :

1.Kadr olanalma kameraları

2.Dəlikli planalma

3.Skayner planalma kameraları

Kadr planalma kameraları kadrın bütün nöqtələrinin fotoplyonkada eyni zaman anında çaxmağın işlənmə anında qeyd etməyə imkan verir. Alınmış şəkil vahid proyeksiya mərkəzinə və təsvirin düzgün həndəsi quruluşuna malik olur.

Dəlikli planalma kameralarında nöqtələrin təsviri fotoplyonka üzərinə ensiz dəlikdən keçməklə obyektiv tərəfindən proyektlənir.

Skayner planalması xüsusi kameralar vasitəsilə həyata keçirilir. Bu zaman təsvirin alınması ardıcıl həyata keçirilir , yəni hər bir nöqtə ayrı zaman anında qeyd edilir və ayrıca proyeksiya mərkəzinə malik olur. Skayner planalma növlərinə həmçinin televiziya və radiolokasiya planaalmasını da aid etmək olar.

.




Mövzu – 6.

Aerofotoşəkillərin deşifrə edilməsi
Plan:

1.Aerofotoşəkillərin fotoqrammetrik təhlili və deşifrlənmənin xüsusiyyətləri

2.Deşifrlənmə mərhələləri

3.Aeroşəkillərin deşifrə edilməsi



Ədəbiyyat
1.S.A.Muraşev Y.U.Qebqart A.S.Kisliçın Aerofotogeodeziya-Moskva“Nedra”1985 2.A.İ.Obiralov , A.N.Limanov, L.A.Qabrilova Fotoqrammetriya Moskva “KolosS”2004

3.Adil Əzizov Məsafədən zondlamanın fiziki əsasları Bakı -2011



Aerofotoşəkillərin fotoqrammetrik təhlili və deşifrlənməsinin xüsusiyyətləri

Aeroşəkillər , çöl şəraitində hər xəttin , nöqtənin və ayrı-ayrı şəkillərin nə olduğunu aydınlaşdırırlar ki, buna da deşifrə deyilir.Bütün aydınlaşdırılan bitkilər , yollar, çaylar, bulaqlar , dərələr, təpələr,və s öz şərti işarəsi ilə aeroşəkillər göstərilir.

İri miqyaslı planların tərtibi üçün istifadə olunan əsas aerofoto topoqrafik planalma metodu stereo topoqrafikkombinə metodudur. Fotoqrafiya edilərək ərazinin xarakterindən, planın miqyasından, mövcud fotoqrammetrik cihazlardan və işin aparılması müddətindən asılı olaraq bu metodların aşağıdakı variantlarından biri üzrə plan tərtib etmək mümkündür.

Stereotopoqrafik metodun birinci variantı fotoplan əsasında planın kontur hissələrinin tərtibindən, universal stereocihazlarda relyefin planaalmasından, çöl və kameral deşifrlənmədən ibarətdir.

Stereotopoqrafik metodun ikinci variantı universal stereocihazlarda planın kontur hissələrinin tərtibindən və relyefin planaalmasından, şəkil və fotosxem üzərində çöl və kameral deşirflənmədən ibarətdir.

Kombinə metodunun birinci variantı fotoplan əsasında planın kontur hissələrinin tərtibindən, menzula və taxeometrik planalmanın köməyi ilə relyefin çəkilməsilə fotoplanda təsvir olunmamış obyektlərin eyni zamanda deşifrlənməsindən ibarətdir.

Kombinə metodunun ikinci variantı universal cihazlarda planın kontur hissələrinin tərtibi ilə şəkildə təsvir olunmuş bütün obyektlərin eyni zamanda deşifrlənməsindən, yerüstü ölçmələr yolu ilə relyefin planaalmasından (bu zaman həmçinin kameral deşifrlənmənin nəticələridə yoxlanılır) ibarətdir. Relyefin yerüstü üsullarla planalması stereofotopqrafikplanalmanın aparılması mümkün olmayan sahələrdə həyata keçirilir. Topoqrafik planın əsası kimi isə fotoplandan istifadə edirlər. Topoqrafik planların tərtibi üçün ən effektli fototrianqulyasiya üsulu yüksək dəqiqlikli avtomatlaşdırılmış stereokomparatorların və elektron riyazi hesablama maşınlarının tətbiqinə əsaslanan analitik üsuldur. Ümumiyyətlə, stereotopoqrafik üsul zamanı analitik universal sterocihazlardan istifadə etmək daha məqsədə uyğundur.

Deşifrləmə-topoqrafik planların tərtib olunma texnologiyasının əsas proseslərdən biri olub, aerokosmik şəkillərdə obyektlərin tanınmasından və onların xüsusiyyətlərinin təyin olunmasından ibarətdir.

İri miqyaslı topoqrafik planalma zamanı və kameral deşifrlənmədən birgə istifadə edirlər. Bu zaman ərazinin topoqrafik öyrənilməsindən asılı olaraq çöl deşifrlənməsi kameral deşifrlənmədən əvvəl və yaxud sonra həyata keçirilir. Deşifrləmə prosesi hazırlıq mərhəsi ilə başlayır. Bu mərhələyə kartoqrafik materialların toplanılması və təhlili daxildir. Çöl deşifrləməsi yalnız aşağıdakı hallarda kameral deşifrləmədən əvvəl yerinə yetirilir;

-Kartoqrafik materiallarla məhdud məlumat

-Aeroplanalma materiallarının köhnəlməsi

-Bitki örtüyünün yüksəkliklərin lazımi dəqiqliklə fotoqrammetrik təyin olunmasına imkan verməməsi

-Kiçik obyektlərin çox sıx kompakt şəkildə yerləşməsi

Bütün digər hallarda isə çöl deşifrləməsi kameral deşifrləmədən sonra yerinə yetirilir.Deşifrləmə nəticələri üçün şərti işarələrlə qeyd edi-lir (əsas,xəritə və ya fotoplan üzərində).

Müasir dövrdə topoqrafik planların tərtibi və yeniləşdirilməsi prosesinin avtomatlaşdırılması məqsədilə ərazinin riyazi modeli yaradılır. Ərazinin riyazi modeli yer səthini müəyyən riyazi qanunlar üzrə vahid sistemdə birləşdirilən çox saylı nöqtələrin fəza koordinatları şəkilində təsvir edir. Ərazinin riyazi modelini qurmaq üçün EHM-lərdən istifadə edilir.

Aeroşəkillər , çöl şəraitində hər xəttin , nöqtənin və ayrı-ayrı şəkillərin nə olduğunu aydınlaşdırırlar ki, buna da deşifrə deyilir.Bütün aydınlaşdırılan bitkilər , yollar, çaylar, bulaqlar , dərələr, təpələr,və s öz şərti işarəsi ilə aeroşəkillər göstərilir. Aerofotoşəkillərin deşifrə edilməsi aero və kosmik şəkillər əsasında yer səthinin öyrənilməsi üsullarından biridir. Deşifrələmə fransız dechiffrer - sözündən götürülmüş , mənası aydınlaşdırmaq , açmaq deməkdir. Şəkillərin deşifrələnməsi yer səthi fotoşəkillərinin üzərində sahə elementlərinin , onların xüsusiyyətlərini müəyyən edir.

Aerofotoşəkillərin deşifrə edilməsi xəritə tərtibatında ən əsas və ən mürəkkəb prosesdir. Deşifrələmə bir neçə mərhələ üzrə aparılır:

1.Deşifrələnəcək ərazinin kartoqrafik materiallar üzrə öyrənilməsi və çöl tədqiqat işlərinin aparılmasına hazırılq.

2.Çöl tədqiqatı:

3.Marşutların və ya çöl deşifrələnməsinin planının hazırlanması.

4.Çöl,kameral,aero vizual və ya kombinlə deşifrələmə və son mərhələdə xəritələrin tərtibatı.

Deşifrələmə zamanı şəkillərin həm optik, həm də həndəsi xüsusiyyətləri nəzərə alınır. Fotşəkillərdə obyekti deşifrələyərkən həmin obyektlər müəyyənləşdirilir, təsnif olunur və interpolyasiya aparılır.

Müəyyənləşdirmə dedikdə fotoşəkillərdə elementlərin və ya obyektlərin bölgülərlə öyrənilməsi və ya mahiyyətinin göstərilməsidir. Təsnifatlaşdırmada isə ümumi individual obyektlər şəkildən qaldırılma və xüsusiyyətinə görə qruplaşdırmaqla yanaşı hər bir obyektə uyğun şərti işarələr seçilir. Aerofotoşəkillərin deşifrlənməsində interpritasiya işlərinin aparılması ilə qaldırılmış obyektlərin dinamiki inkişaf xüsusiyyətlərinin və dəyişkənliklərinin proqnozu verilir.

Obyektlərin aerokosmik şəkillərdə əksi bir-birindən rənglərinə görə fəerqlənir. Buna görə də tədqiqat aparılan zaman ilk növbədə fotoşəkillər üzərində əks olunan obyektləri deşifrə etmək üçün onların deşifrə əlamətlərindən istifadə edilir. Bütün deşifrələnmə işləri kartoqrafik materiallardan istifadə etməklə iki əlamətə görə :

1.Birbaşa deşifrələnmə əlaməti

2.Dolayı yolla deşifrələnmə əlamətinə görə aparılır.

I.Birbaşa aparılan deşifrlənmə obyektin forması, ölçüsü,rəngi, strukturası ,tekturası və obyektlərin əks olunmuş kölgələrinə görə aparılır.

Formalarına görə deşifrlənmədə obyektin əsas xüsusiyyətləri müəyyən edilir. Şəkilləri deşifrləyərkən ilk növbədə təsvir olunmuş obyektlərin formaları, görünüşü qaldırılır. Ərazidə obyektlərin planlı aerofotoşəkillərdə əksləri miqyasdan asılı olaraq konturlu təsviri saxlanılır. Bununla bərabər şəkillərin mərkəzində obyektlərin planlı tam şəkildə saxlandığı halda , yüksək obyektlər isə məsələn: fabriklərin durbinləri, açarlar və s. şəklin mərkəzinə doğru meylli olur.

Formalar həndəsi olaraq aydın və aydın olmayan formalara ayrılır. Aydın həndəsi formalar deşifrlənmənin etibarlı əlaməti olub süni salınmış tikililərdir. Məs: şəhər, əkin sahələri və s. Aydın olmayan həndəsi formaları isə təbii sahələr, məs; meşələr, çəmənliklər, səhralar və s. aiddir.

Deşifrələmə zamanı obyektləri daimi və daimi olmayan formalarına görə ayrılır. Daimi olan obyektlərə konturların uzun müddətli (1mm və daha çox) dəyişməyən obyektlər daxilidir. Daimi olmayan obyektlər isə öz konturlarını fəsillərə görə dəyişdirirlər.

Deşifrləmədə obyektlərin davam görə kontakt, xətti, əyri, yelpik şəkilli və sahəvi obyektlərə ayrılır. Xətti və əyri formalar daha kiçik miqyaslı fotoşəkillər üzrə müəyyənləşdirilir. Ölçüsünə görə deşifrləmə , formaya görə deşifrləmədən fərqli olaraq az dəqiqliyə malikdir. Obyektlərin həqiqi ölçüləri fotoşəkillərin miqyasına görə və ya məlum olan obyektlərin fotoşəkillərdə xüsusi ölçülərin miqyasına görə müəyyən olunur. Xətti obyektlərin ölçülərini göstərmək üçün onun uzunluğu, eni(diametrik), uzunluğunun eninə görə nisbətini və hündürlüyü müəyyənləşdirilir. Alınmış nəticə obyektin həqiqi ölçüsü ilə müqayisə olunmalıdır. Sahə tipli obyektlərin ölçüləri isə həmin obyektlərin sahəsi , perimetri, sahəsinin perimetrə görə və sahəsinin perimetr kvadratına görə nisbəti müəyyən edilməlidir. Bu alınmış nəticələri də yuxarıda qeyd olunduğu kimi obyektin sahələrinin analoqu ilə müqayisə olunmalıdır.

Rəng tonlarına görə deşifrləmədə fotomateriallarda əks olunan obyektlərin rənglərini açıqdan tündə doğru dəyişilməsi ilə aparılır. Təsvir olunmuş obyektlərin rəngləri fotoaparatlarda həssaslığından, yer səthi relyefinin hamarlılığından asılıdır.

Fotoşəkillərin rənglərə görə deşifrlənməsi zamanı 25 dərəcəlik rəng tonlarını ayırmaq mümkündür. Lakin vizual deşifrləmə zamanı 7 rəng tonlarından : ağ, açıq-boz, boz, tünd-boz, qaraya yaxın və qara rəng tonlarından istifadə etmək kifayətdir. Bu deşifrləmədə boz rəng tonunu gözə yarı 25 pilləsini ayırmaq olar. Adətən rəngli fotoşəkillərdə obyektlərin rəngi həqiqi rənglərinə uyğun gəlir. Bu cür rəngli fotoşəkillərdə ağ-qara fotoşəkillərdən fərqli olaraq daha çox rənglərə malik olur.Vizual deşifrləmə zamanı 15 rəng çalarları:qırmızı,qırmızı-narıncı,narıncı-sarı,sarı,sarı-yaşıl,yaşıl,yaşıl-mavi,mavi,göy,göy-bənövşəyi,bənövşəyi,tünd qırmızı, qırmızı götürülür. Rəng­lə­rin görə 3 tip: açıq, orta və tünd rənglər ayrılır.

Obyektlərin kölgələrinin əksi-deşifrləmənin əlaməti olub həmin kölgələr əsasən obyektlərin xüsusiyyətlərinin aşkar olunmasına kömək edir. Digər tərəfdən kölgələr obyektləri və ya onların elementlərini öyrənməklə mənfi təzahürdür. Kölgələr növünə görə xüsusi və düşən kölgələrə ayrılır. Xüsusi kölgələrə obyektinin şüaları ilə işıqlanmasından hissələrdə yaranır. Bu kölgələrə obyektin həcmi müəyyənləşir. Düşən kölgələrə isə hər hansı obyektin kölgələrinin yer səthinə və ya digər obyektlərin üzərinə düşməsidir. Bəzi obyektlərin kölgələri ilə dəqiq seçilər ki, onlar rəng çalarları ilə deşifrlənir. Məsələn:ağacın çəmənliyə düşən kölgəsi və.s. Obyektlərin xassəsini müəyyənləşdirərkən onun kölgəsinin formasını (konusvari, dairəvi, təpəli, düzbucaqlı,və s.) obyektin özü ilə uyğunlaşdırılmışdır.

Struktur əlamətlərə görə deşifrləmədə bir neçə tipə ayrılır. Bunlara aşağıdakılar aiddir:

Bir növlü struktur əlamətlərə mikrorelyef formaları-çay, bataqlıqlar, gilli səhralar, çay zonalarının düzənlikləri, dənizlərdə su səthi, buzlaq sahələr daxildir.

Struktursuz tipə isə elə müxtəlif tonlu formalar (sahə,xətlər) daxildir ki, şəkillərdə onlar dürüst qanunauyğunluqlar əks olunur.

Tala formalı strukturlu deşifrləmə arktik tundra zonaları üçün xarakterikdir.Bu qar sularının əriməsi ilə hündürlüyü 10 metr , eni 15 metrə qədər olan təpələrin formalaşması ilə həmçinin məxmər yosun bitki örtüyü ilə əlaqədardır.

Dənəvari struktur əlamətlərə meşə landşaft zonalarının fotoşəkilləri deşifrləməsi zamanı rast gəlmək olar. Buraya həmçinin bağ sahələrini də aid etmək olar.

Strukturlu əlamətlərin digər formalarına mozaik(müxtəlif bitki, torpaq örtüklərinin qarışması) , ləkəli(xüsusilə səhra , tundra zonalarında, meşəliklərdə karst formaları), kvadrat(meşə bataqlıqları, yamac meşələri), dalğalı və s. formalara görə deşifrə olunur



Mövzu – 7.

Deşifrələmənin növləri
Plan:

1.Dolayı yolla deşifrləmə .

2.Çöl deşifrələmə

3.Kameral deşifrələmə

4.Aerovizual deşifrələmə

5. Kombinəedici deşifrələmə

6.Avtomatik deşifrələmə


Ədəbiyyat
1.S.A.Muraşev Y.U.Qebqart A.S.Kisliçın Aerofotogeodeziya-Moskva“Nedra”1985 2.A.İ.Obiralov , A.N.Limanov, L.A.Qabrilova Fotoqrammetriya Moskva “KolosS”2004

3.Adil Əzizov Məsafədən zondlamanın fiziki əsasları Bakı -2011



Dolayı yolla deşifrləmə:- aerofotoşəkillərdə obyektlərin əks olunmayan və birbaşa əlamətlərlə müəyyənləşdirilməyin xüsusiyyətlərini aşkar edir. Onların köməyi ilə qeyri-müəyyən birbaşa əlamətləri çıxarmaq olar. Başqa sözlə desək dolayı yolla deşifrləmə vasitəsilə digər obyektlərlə örtülmüş və aerofotoşəkillərdə əks olunmayan obyektlərin xüsusiyyətini aşkarlamaq olar. Məs: meşə zonasında bitkilərin növünə və rənginə əsasən torpaq örtüyü haqqında , geoloji quruluşu haqqında məlumat toplamaq olar. Ümumiyyətlə dolayı yolla deşifrləmədə ərazinin elementləri növbəti 2 istiqamətdə təyin edilir.

Oxşarlıq dolayı yolla deşifrləmənin əsas əlamətləridir. Bu əlamətlərlə fotoşəkillərdə əks olunmayan elementlərin mövqeyi şəkillərdə təsvir olunmuş obyektlərə görə müəyyən edilir. Məs: yolların, körpülərin, gəmilərin və s. mövqeyini hidroloji obyektlərə görə , evləri-yollara görə və s. təyin etmək mümkündür. Bundan başqa yaşayış məntəqələrinin çaylara, çay dərələrinə, düzən sahələrinə, sənaye müəssisələrinin çay şəbəkələrinə, uçqunlar, sürüşmələr, bulaqlar, palçıq vulkanlar və vulkanlar- dağlıq ərazilərə yaxın olması bu əlamətlərə aiddir.

Aerofotoşəkillər olduqca zəngin məlumatlara malik olduğundan , coğrafi tədqiqatların məqsədindən və tərtib olunan tematik xəritələrin mövzusundan asılı olaraq deşifrləmə zamanı fotoşəkillərdə olan məlumatların hamısından deyil , yalnız lazım olan hissələrdən istifadə edilir. Bu səbəbdən də deşifrləmə həmişə bu və ya digər ölçüdə xüsusi olur. Deşifrləmə bu xüsusiyyətinə görə bir neçə növlərə: fiziki coğrafi, iqtisadi-coğrafi, geomorfoloji, hidroloji və s. ayırmaq olar. Bununla yanaşı bu əlamətlərlə bərabər deşifrləmənin region üzrə də aparılır. Beləliklə, deşifrləmə işləri ayrı-ayrı regionlar üzrə məs: səhra və digər quraq landşaft rayonlarına görə ,daimi donuqluq rayonları , çayları rayonlarına ,yaşayış məntəqə rayonlarına görə aparılır.

Dolayı deşifrləmənin metodlarının əsasında öz inkişaf qanunları olan ayrı-ayrı elementlərin qarşılıqlı əlaqəsindən ibarət sistemlərdir. Buna görə də dolayı deşifrləmə zamanı müəyyən coğrafi qanunauyğunluqlara əsaslanan analizindən istifadə etməklə qeydə alınmışdır. Dolayı deşifrləmə üçün aşağıdakılar daha çox əhəmiyyətlidir: a) landşaft komponentlərinin məkana yerləşməsi (yayıldığı ərazi, areal, zonallıq və ya azonallıq və s)

b)komponentlərin bir-biri ilə qarşılıqlı əlaqəsi. Bundan başqa dolayı deşifrləmədə müxtəlif vaxtlarda , zamanlarda çəkilmiş aero şəkillərin müqayisəsi mühümdür ki , bu da dinamik prosesləri öyrənmək üçün çox qiymətli materiallar verir.

Dolayı deşifrləmə şəklində öz əksini tapmayan bəzi elementlərini aşkar və təsnif etməyə imkan verən yeganə üsuldur. Məs, dolayı deşifrləmə yolu ilə bir obyekt digəri tərəfindən örtüldükdə , bağlandıqda həmin obyekti öyrənmək olar. Misal üçün üzəri bitki örtüyü ilə tutulmuş torpağın öyrənilməsi. Bəzən dolayı deşifrləmə ilə təbii hadisələr öz fiziki mahiyyətinə görə cürə şəkildə əks edilə bilməlidir. Məs, qumlu səhralarda barxanlara əsasən hakim küləklərin istiqamətini təyin etmək olar.

Dolayı deşifrləmənin mexaniki üsulları ondan ibarətdir ki, əvvəlcə birbaşa əlamətlərinə görə şəkildə aydın seçilən obyektlərin təsviri deşifrə edilir. Deşifrəyə məruz qalmış belə obyektlər indikator rolunu oynayır ki, bunların köməyi ilə də, həmin obyektlərin digər obyektlərlə qarşılıqlı əlaqəsindən istifadə etməklə tədqiqatın maraqlı halları aşkar və təsnif etmək olar. Deşifrləmənin belə indikasyon metodu zamanı elə indikatorlar seçmək lazımdır ki, onlar istifadə olunmuş obyektlə daha sıx olsun. Məs, əgər biz torpağı tədqiq ediriksə , indikator kimi relyefin və bitki örtüyünün seçilməsi daha məqsədə uyğundur. Çünki bu komponentlər torpaq əmələ gəlmə prosesində yaxından iştirak edirlər. Ərazinin hidroloji xüsusiyyətini öyrənmək üçün indikator kimi örtüyün seçilməsi daha əlverişlidir.

İndikatorlar və deşifrə edilmiş obyektlər bir-biri ilə yerlərini dəyişə də bilərlər. Məs, bitki örtüyü relyef üçün indikatordursa , əkin relyef və bitki örtüyünün öyrənilməsi üçün indikator ola bilər. Dolayı deşifrələmə tədqiqatından dərin coğrafi biliyə malik olmasını tələb edir.

Deşifrələmə işlərinə hazırlıq bir neçə mərhələdən ibarətdir :

Birinci mərhələdə müxtəlif xarakterli materialların (monoqrafiya , xəritə , iqtisadi arayışlar və s.) yayılması və istiqamətləndirilməsi. Bu materiallar əsasında tədqiq olunacaq ərazi haqqında ilkin coğrafi oçerk tərtib olunur. Bu mərhələdə həmçinin deşifrləmənin növü (çöl , kameral , kombinə ) planalmanın marşrutu müəyyən edilir.

İkinci mərhələdə deşifrələmə üçün şəkillərin seçilməsi və qiymətləndirilməsi işləri aparılır. Bu mərhələdə aşağıdakı göstəricilər əldə edilməlidir : a) şəklin miqyası b) örtülmə dərəcəsi c) şəkillərin fotometrik və sensiqometrik xarakteristikası d)plyonkanın növü e) planalmanın mövsümü ə) planalmanın ili.

Üçüncü mərhələ deşifrə üçün seçilmiş şəkillərin hazırlanmasıdır. Buraya şəkillərin böyüdülməsi , təzadları tarazlaşdırmaq üçün vasitələrdən istifadə etməklə şəkillərin nəşri və s işlər daxildir. Bu mərhələdə həmçinin şəkillərin montajı həyata keçirilir.

Sonuncu mərhələ deşifrə apararaq tədqiqatçının bilavasitə ərazidə məşq etməsi , hazırlanması

Məqsəd və vəzifəsindən asılı olaraq deşifrləmə bir neçə növlərə ayrılır:

1.Çöl deşifrləmə.

2.Kameral deşifrləmə.

3.Aerovizual deşifrləmə.

4.Kombinə edici deşifrləmə.

5.Avtomatik deşifrləmə.

I Çöl deşifrləmə .adındanda məlum olduğu kimi çöldə birbaşa fotoplan və ya fotosxemlər üzərində aparılır.Bu zaman ilkin materiallarda xəritələrdən istifadə olunur. Çöl deşifrləməsi çox dəqiq üsuldur. Bu üsulun çatışmayan cəhəti yanız ondan ibarətdir ki, çox zəhmət və xərc tələb edir. Çöl deşifrlənməsi tam (bütöv) və marşrut üzrə aparılır.

II Kameral deşifrləmə üsulu: - deşifrləmə işləri kameral şəraitdə aerofotoşəkillər üzrə obyektlərin xüsusiyyətlərini öyrənməkdir. Bu üsul birbaşa və dolayı yolla deşifrlənmə əlamətlərinə görə aparılır. Kameral deşifrləmə üsulu özüdə 2 növə: tam və çöl əlavə etmə işləri ilə aparılır. Tam kameral üsul deşifrləmə işləri fotoplan və fotosxemlər üzrə və onların miqyaslarına yaxın fotoşəkillərə əsasən aparılır. Burada redaksiya göstərişləri, ərazinin qısa coğrafi xüsusiyyətlərini, şəkillərə görə deşifrləmə əlamətləri və s. öyrənilir.

Kameral üsul deşifrləmə çöl əlavə etmələri zamanı ayrı-ayrı marşrutlar üzrə rayonların daha yaxın öyrənilməsi işləri aparılır. Bu zaman deşifrləmə işləri apararkən stereoskopik və geodezik qurğularla yanaşı, təsviri yüksək keyfiyyətdə və aydın seçilməsini anlamaq üçün xüsusi qurğulardan da istifadə olunmalıdır. Bundan başqa deşifrləmə şəkilləri daha çox məlumatlara malik olmalı və aerofotoşəkillərin çəkilməsini topoqrafik xəritələr hazırlanmasından maksimum 1 il əvvəl çəkilməlidir. Son nəticədə kameral deşifrələmə üsulu ilə aparılan illərin keyfiyyəti yoxlanılır.

III Aerovizal deşifrələmə üsulu. Fotoşəkildə olan obyektlərin müəyyənləşdirilməsi təyyarə və vertalyotlardan aparilir. Bu deşifrələmə haqqinda danişarkən qeyd etmək lazimdir ki, bu deşifrələmə ən aktual üsullardan biridir. Çünki mexaniki xəritələrin tərkibi üçün geniş imkanlar açır. Bu üsula iş aparmaq tədqiqatçidan yüksək hazırlıq və obyektlərin qısa zamanda mövqeyini müəyyənləşdirilməsi tələb edir.

IV Kombinə edici deşifrələmə - həm vizual həm də aerovizual deşifrələməni özündə birləşdirir. Bu üsulun iş prinsipi ondan ibarətdir ki, kameral şəraitdə öyrənilməsi mümkün olan obyektlər aerofotoşəkillərdə deşifrə olunur. Çöl və təyyarədən isə kameral şəraitdə öyrənilməsi mümkün olmayan obyektlərin xüsusiyyətləri öyrənilir və deşifrə olunur. Bu üsulda aşağıdakı ardıcıllıqla deşifrləmə aparılır.

a) Vizual -burada gözlə müşahidə oluna biləcək mexaniki qurğulardan istifadə etməklə deşifrləmə

b) Xüsusi maili qurğuları vasitəsi ilə deşifrləmənin bütün mərhələlərinin yerinə yetirilməsi.

v)Avtomatik olaraq obyektlərin tapılması, müəyyənləşdirilməsi və təsnifatlaşdırılması.

Vizual deşifrləmə zamanı müxtəlif böyüdücü ,ölçən, sterioskopik və s. qurğulardan istifadə olunur.

V) Avtomatlaşdırılmış deşifrləmə ən müasir üsul olmaqla istehsalatda ,elmdə istifadə edilir.Burada deşifrləmə işləri əsasən EHM-ni və steriofotoqrammetrik cihazların köməyi ilə aparılır.Buna; topokart, MSP-4 və s. kimi cihazları misal göstərmək olar.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə