İxtisas: 5301. 01 Daxili fiskal siyasət və dövlət maliyyəsi İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya


Cədvəl 1. Azərbaycanda monetizasiya səviyyəsi



Yüklə 1,05 Mb.
səhifə2/13
tarix26.09.2017
ölçüsü1,05 Mb.
#1695
1   2   3   4   5   6   7   8   9   ...   13

Cədvəl 1.

Azərbaycanda monetizasiya səviyyəsi

Göstəricilər

2011

2012

2013

2014

UDM(Mln.AZN)

50069

53995

57708

58978

M2(Mln.AZN)

10997

13806

16435

17436

Monetizasiya səviyyəsi(%)


22


26


28


30



Mənbə: AMB materialları əsasında müəllif tərəfindən hazırlanmışdır.

1 saylı cədvəl Azərbaycan iqtisadiyatının monetizasiya səviyyəsininn otra stabil artımından xəbər verir. Lakin bu, inkişaf etmiş ölkələrlə və inkişaf etməkdə olan bazarlara malik ölkələrlə və ilk növbədə Şərqi Avropa, özəlliklə Baltik Ölkələri ilə müqayisədə aşağıdır.

Bu göstəricinin aşağı səviyyəsi fonunda ÜDM-nin monetizasiya səviyyəsinin yüksəlməsi iqtisadi inkişafın müsbət amili kimi qiymələndirilməlidir.

Azərbaycanda monetizasiya stabil olaraq artıma meyllidir, və monetizasiya əmsalı 2014-ci ildə özünün ən maksimum həddi- 30 %-ə çatdı.

Qeyd etmək lazmıdrı ki, 2011-2014-ci illər ərzində pul kütləsinin artımı beynəlxalq (qızıl valyutası) ehtiyatların artım templəri ilə müəyyən olunurdu ki, bu da bazar iqtisadiyyatı üçün səciyyəvi deyil, çünki bazar iqtisadiyyatında pula olan tələb və müvafiq olaraq pul kütləsinin həcmi faiz stavkasının səviyyəsi və kreditə olan tələblə müəyyən olunur.

Iqtisadiyyatın monetizasiyasının səviyyəsini qiymətləndirərkən nəzərə almaq lazımdır ki, müxtəlif ölkələr (ümumi metodoloji yanaşmada) müxtəlif aktivlər dəstini daxil edirlər (məsələn, AFR-də M2 pul aqreqatımım tərkibinə M0 daxil edilmir) ki, bu müxtəlif ölkələr üzrə bu göstəriciləri müqayisə etmək imkanı vermir.

2015-ci ilin əvvələrində dünya bazarindan neftin və neft məhsullarının qiymətinin düşməsi AMB məzənnə siyasətinin tətbiqi xarici valyutaya tələbin artması şəratində keçdi. Yəni manatın məzənnəsindək dəyişiklik neftin qiymətinin düşməsi ilə düz mütənasiblik təşkil edir.

Valyuta bazarında yaranmış qeyri-sabit vəziyyəti nəzərə alaraq AMB–ın idarə heyətinin qərarı ilə 21 fevral 2015 ci il tarixində ABŞ dolları manata qarşı məzənnəsini 1.05 manat müəyyən etdi. Qərarın alınmasında əsas məqsəd:

1. Milli iqtisadiyyatına şaxələnməsinə əlavə avantajlarla təmin etmək;

2. Milli iqtisadiyyatın beynəlxalq rəqabət qabilliyyətliyini təmin etmək;

3. Milli iqtisadiyyatın ixrac potensialını gücləndirmək.

Bu əsasda AMB ölkənin tədiyyə balansını və beynəlxalq ödəmə qabiliyyət-liyinin strateji dayanığlığını təmin etmək planları dururdu.

Maliyyə təhlükəsizliyinin təminatı sahəsində (hansı ki iqtisadi sistemin ən mühüm keyfiyyət xarakteristikalarından biridir) maliyyə münasibətlərinin nizamlanmasını xüsusən vurğulamaq lazımdır. Bu, həmçinin maliyyə münasibətlərinin iştirakçıları arasındakı təzadlar əsasında formalaşan maliyə təhlükələrinin və risklərinin dövlətin sabitliyinə və inkişafın mümkünlüyünə təsiri ilə əsaslanır. Məhz buna görə də maliyyə sisteminin davamlı inkişafı məqsədilə maliyyə təhlükəsizliyinin təhditlərinin müəyyən edilməsi və monitorinqi, maliyyə resurslarının paylaşması vasitəsilə təkrar istehsalatın, müstəqilliyin və rəqabətə davamlılığın lazımi səviyyəsini dəstəkləmək üçün bank sektorunun maliyyə təhlükəsizlik sisteminin yaradılması məsələsi aktual olaraq qalır.

2007-2009-cu illərin qlobal maliyyə böhranından sonra başlayan diskussiya-ların gedişində ilk mərhələlərdə ekspertlər və praktiklər maliyyə təhlükəzliyi anlayışına müxtəlif mövqelərdən yanaşırdılar. Ümumilikdə mövcud fikirləri iki yanaşmaya ayırmaq olar:

Birinci yanaşmanın tərəfdarları hesab edirdilər ki, maliyyə təhlükəzliyi dedikdə, milli maliyyə sisteminin xarici şoklara davamlılığı başa düşülməlidir.

Ikinci yanaşmanın nümayəndələri sübut edirdlər ki, maliyyə təhlükəzliyini dəstəkləmək üçün ilk növbədə maliyyə stresslərinin daxili mahiyyətini nəzərə almaq lazımdır.

Eyni zamanda hər iki yanaşmanın tərəfdarları bir fikirdə yekdil olurdular ki, səmərəli pul siyasəti sistemli böhranların risklərini və cəmiyyətin məsrəflərini məhdudlaşdırmalıdır. Lakin nəşrlərdə və sənədlərdə istifadə olunan təriflərdə müxtəlif məqamlar önə çəkilir [133]:

1. Makrotənzimləmə maliyyə vasitəçiləri tərəfindən pik dövründə risklərin yetərincə qiymətləndirilməməsinə, müvafiq olaraq onların tənəzzülü dövründə həddindən artıq qiymətləndirilməsinə qarşı əks təsir göstərməli, yəni kontrtsiklik xarakter daşımalıdır;

2. Makrotənzimləmə işgüzar tsiklin bütün fazalarında maliyyə vasitəçiliyi xidmətlərinin (ödəmə-hesab, kredit və risklərdən sığortalanma) stabil şəkildə təklif olunmasını təmin etməlidir (İngiltərə Bankı);

3. Makrotənzimləmə aktivlərin qiymət köpüklərini, ardınca da partlayış və kredit sıxılmalarını şişirdən kredit bumlarının formalaşmasına yol verməməyi hədəf götürməlidir (Fransa Bankı);

4. Makroprudensial tənzimləmənin məqsədi sistemli stress riskini məhdudlaşdırmaqdır (Beynəlxalq Hesablaşmalar Bankı);

5. Makroprudensial siyasətin məqsədi “bütün maliyyə təsisatları ilə maliyyə sisteminin protsiklikliyi arasındakı əlaqələrə birbaşa cavab verməklə sistemli riski azaltmaqdır” (Beynəlxalq Hesablaşmalar Bankı);

6. Makrotənzimləmə maliyyə vasitəçiliyinin doğurduğu neqativ eksternalilərə əks təsir göstərməlidir;

7. Makrotənzimləmə maliyyə sistemində aktivlərin ümumi azalmasının sosial məsrəfləri üzərində nəzarəti təmin etmək məqsədini güdməli, yəni böhranın materiallaşmasından sonra maliyyə sisteminin normal fəaliyyətinə çəkilən mümkün büdcə xərclərini məhdudlaşdırmalıdır.

Baxışların müxtəlifliyi milli tənzimləyicilərin və Mərkəzi Bankların praktikasına təsir göstərirdi. Lakin ümumilikdə mütəxəssislər bu fikirlər razılaşırdılar ki, maliyyə təhlükəzliyi siyasəti maliyyə tsiklini hamarlamaqdan çox maliyyə bazarındakı uğursuzluqları korreksiya etməlidir[136, p.2].

Uzun müddət davam edən diskussiyalardan sonra Beynəlxalq Hesablaşmalar Bankı maliyyə təhlükəzliyi siyasətin konsensus əsasında müəyyən edilən aşağıdakı tərifini təklif etdi: « maliyyə təhlükəzliyi siyasəti sistemli riskin, yəni daxili bazarda real iqtisadiyyata neqativ təsir göstərən maliyyə xidmətlərinin təklifindəki pozuntuların yayılma riskinin azaldılmasını hədəf götürməlidir. Bu zaman maliyyə təhlükəzliyi siyasətin əsas diqqəti maliyyə təsisatları, bazarları, infrastruktur təşkilatları və iqtisadiyyatın real sektoru arasındakı qarşılıqlı əlaqələr üzərində cəmləşməlidir».

Maliyyə təhlükəzliyi siyasətin bir çox məqsədləri arasında Beynəlxalq Hesablaşmalar Bankı aşağıdakı 2 əsas məqsədi qeyd edir[142]:

1) Milli maliyyə sisteminin neqativ aqreqasiya etmiş şoklara və iqtisadi tənəzzülə (həm daxili, həm də xarici) qarşı davamlılığını möhkəmləndirilməsi;

2) Sistemli maliyyə risklərinin identifikasiyası və onların formalaşmasının məhdudlaşdırılması.

Beləliklə, adı çəkilən sistem maliyyə təhlükəsizliyini o zaman təmin etməyə qadirdir ki, aşağıdakı problemləri həll edə biləcək:



  • milli iqtisadiyyatın maliyyə təhlükəsizliyinin mümkün təhlükələrini aydınlaşdırmaq;

  • Onların qarşısınıın alınması üzrə tədbirlər hazırlayacaq.

Maliyyə təhlükəsizliyinin təminat sahəsində idarəetmənin məqsədi – maliyyə sahəsində təhlükələrin yaranma riskinin qarşısını almaq və münasib səviyyəyə endirməkdir.

Beləliklə, milli iqtisadiyyatın maliyyə təhlükəsizliyinin təminat sistemi – maliyyə münasibətlərinin nəzarəti və təhlilinə, həmçinin monetar orqanlar tərəfindən müəyyən funksiya və məsələlərin yerinə yetirilməsi üçün lazım olan kifayət qədər maliyyə resurlarının formalaşması üçün belə münasibətlərin neqativ təsirinin təzahürlərinin neytrallaşması və qarşısının alınmasına yönəlmiş tədbirlər, alətlər və prosedurlar kompleksidir.

Azərbaycanın maliyyə təhlükəsizliyinin təminat sisteminin məsələlərinə aid edilə bilər:


  • Maliyyə sektorunda dövlət maraqlarının müdafiəsi;

  • Maliyyə və iqtisadi münasibətlərinin maliyyə-iqtisadiyyat sisteminə neqativ təsirinin müxtəlif təzahürlərinin müəyyən edilməsi üçün vacib olan informasiyanın yığımı, işlənməsi və analizi;

  • maliyyə təhlükəsizliyinə dair təhdidlərinin neytrallaşması və qarşısının alınması üçün qərarların qəbul edilməsi və tədbirlərin yerinə yetirilməsi.

Ümumiyyətlə, bank sisteminin maliyyə təhlükəsizliyinə təsir edən amillər şəkil 1. -də təqdim edilmişdir.





Bank sisteminin maliyyə təhlükəsizliyi

Xarici kapitalın hərəkətindən asılılıq

Bankların xarici kapital ilə ekspansiyası

Bank sisteminin nizamlanmasında və nəzarətindəki çatışmazlıqlar

Bank kapitalının dayanığlığı

Belə ki, Macarıstanda Avropanın ən böyük TMB-nin aktivlərinin payı birgə bank aktivlərinin 92%-nə çatır, Baltika ölkələrində 100%-ə yaxınlaşır (cədvəl 2). Eyni zamanda Amerika bank sistemi ilə sıx əlaqədə olan Meksika bank sistemi ABŞ TMB-nin aktivlərindən yalnız 50% asılıdır.


Cədvəl 2

Bəzi inkişafda olan ölkələrin bank aktivlərində qlobal bankların payı (%-lə)

Meksika

48

Braziliya

38

Argentina

35

Peru

63

Macarıstan

92

Polşa

69

Bolqarıstan

72

Çexiya

67


Mənbə: Foreign Banks: Trends, Impact and Financial Stability. Table I cont-d – Percentage of Foreign Banks among Total Banks, by Country. IMF Working Paper. WP/12/10. IMF. 2012. January.

2014-cü ildə Azərbaycan bank sisteminin xarici investorlar üçün cəlbediciliyi qorunub saxlanmışdır. İl ərzində fəaliyyət göstərən xarici kapitallı bankların sayı 23-ə çatmış və bank sektoruna xarici kapital investisiyalarının həcmi 105,2 mln. manat (23%) artaraq 566,8 mln. manata çatmışdır.

2008-ci ildə başlanmış dünya maliyyə böhranı, bütün ölkələrin, həmçinin də Azərbaycan hökümətini böhrandan çıxmağın yeni mexanizmlərini axtarmağa vadar edir. Azərbaycan iqtisadiyyatının müasir inkişaf cizgiləri, bir tərəfdən, dünya bazarında yaranmış təbii ehtiyatların konyukturası şəraitində milli iqtisadiyyatın yeni keyfiyyət xüsusiyyətlərinin əldə etməsinə, bununla belə, qlobal böhran və onun fəsadları müasir iqtisadi arxitekturada mütləq depressiv ssenarilərə qarşı qoruyucu mexanizmlərin yaradılmasını və gücləndirilməsini gündəmə gətirir. Ənənəvi xilas təyinatlı maliyyə fondları ilə yanaşı, bu sırada iqtisadiyyatın dövlət tənzimləməsində istifadə olunacaq antiböhran xarakterli xüsusi tədbirlər, həmçinin milli iqtisadiyyatın strukturunun şaxələndirilmiş olması və yeni şəraitə çevik uyğunlaşmaq qabiliyyəti xüsusi əhəmiyyət kəsb edir.

Bank sistemi təhlükəsizilyinin dörd mərhələ şəklində mərhələli nailiyyət prosesini təfsir etməyə şərait yaradır:



  • Qanunvericiliyin və Mərkəzi Bankın normativ aktlarının normativ tələblərinə riayət olunması;

  • Bank sisteminində maliyyə sabitliyinin reallaşdırılması;

  • Bank sisteminin investisiya tipli fəaliyyətinin reallaşdırlması;

  • Əhalinin bank sisteminə inamını gücləndirmək.

Bank sisteminin maliyyə təhlükəsizliyin analizi üçün göstəricilər siyahısı, pul-kredit nizamlanmasının, bank əməliyyatlarının hüquqi nizamlanmasının, bank nəzarətinin effektivliyinin və yetərliliyinin və ödəniş sisteminin işləmə effektivliyinin təşkil edilməsini xarakterizə edən indikatorları daxil etməlidir.

Nəticədə bank sisteminin maliyyə təhlükəsizliyinin mahiyyəti meyarlar və göstəricilər sistemində həyata keçirilir. Bank sistemi təhlükəsizliyinin meyarları –bank sisteminin vəziyyətinin iqtisadi təhlükəsizliyinin mahiyyətini əks etdirən mühüm proseslər baxımından qiymətləndirilməsi deməkdir. Təhlükəsizliyinin kriterial qiymətləndirilməsi ehtiyat potensialının və onun inkişaf imkanlarının, ehtiyatların istifadə effektivliyinin səviyyəsinin qiymətləndirilməsindən ibarətdir.

Bank sistemi təhlükəsizliyinin qiymətləndirilməsinə kompleks yanaşma aşağıdakı tələblərə müvafiq olmalıdır: bank böhranlarına qarşı durmaq; fəaliyyəti genişləndirmək, inkişaf etdirmək imkanını qiymətləndirmək; inkişafını ölkənin iqtisadiyyatında cəmləşdirərək, bank sisteminin təhlükəsizliyini qiymətləndirmək; “bank təhlükəsizliyi” anlayışının çoxcəhətliliyini və dinamikliyini nəzərə alaraq, inkişafın əsas oriyentirlərini göstərən vektor istiqamətlənməsini müəyyən etmək; göstəricilər sisteminin köməyilə bank təhlükəsizliyinin vəziyyətinin müntəzəm monitorinqini keçirmək.

Bank sisteminin təhlükəsiziliyinin qiymətləndirilməsinə kompleks yanaşma aşağıdakı tələblərə cavab verməlidir:

1. Bir tərəfdən, bank böhranlarına qarşı durmanın mümkünlüyü, digər tərəfdən fəaliyyətin inkişafı, genişləndirilməsi mümkünlüyünü qiymətləndirməlidir.

2. Bank sektorunun təhlükəsizliyini qiymətləndirməlidir, onun inkişafını regionun iqtisadiyyatına yönəldərək.

3. Yuxarıda sadalanan tələblərin zəruriliyini və yetərliliyini nəzərə alaraq, bank sisteminin maliyyə təhlükəsizliyinin qiymətləndirilməsini təmin edən üç yanaşmanı tətbiq etmək laızmdır:

3.1.Dualistik yanaşma, hansının ki əsasında antikrizis potensialının – artım potensialının analizi dayanır;

3.2. Sistem-məqsəd yanaşması, bu zaman təhlükəsizliyə son nəticənin –sosial-iqtisadi inkişafı səviyyəsinin yüksəldilməsinə istiqamətlənmiş çoxpilləli sistem kimi baxılır;

3.3. Kriterial yanaşma, hansı ki bank sektorunun iqtisadi təhlükəsizliyinin səviyyə və dinamikasının qiymətləndirilməsinə əsaslanıb.

Azərbaycan iqtisadiyyatı və ona xidmət göstərən bank sistemi qarşısında innovativ inkişaf yoluna keçidə dair ciddi məsələlər durur ki, bu da iqtisadi artımın keyfiyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur. Bu, əhəmiyyətli maliyyə yatırımlarını və yaranmış neqativ tendensiyaların dəf edilməsi, bank iqtisadiyyatın zəruri struktur yenidən qurulması və bank sektorunun inkişaf paradiqması üçün onlardan daha effektiv və məqsədyönlü istifadəni tələb edəcəkdir.

Beləliklə, biz hesab edirik ki, Mərkəzi Bankın maliyyə təhlükəzliyi siyasəti - onun makroiqtisadi hədəflərə nail olmaq üçün yürütdüyü monetar siyasət və ayrı-ayrı maliyyə institutlarının sabitliyini təmin etmək, onların kreditorlar, müştərilər və investorlar qarşısında öhdəliklərinin icrasına nəzarət məqsədilə həyata keçirilən tədbirlər məcmuasıdır.

Biz hesab edirik ki, maliyyə təhlükəzliyi siyasətinin məqsədlərini müəyyənləşdirərkən tənzimləyicilər makromaliyyə stabilliyinin bir çox təzahürlərini nəzərə almalıdırlar. Bunlar aşağıdakılardır:

1. Yetərli maliyyə vasitəçilyi hesabına iqtisadi artıma dəstəyin təmin edilməsi.

2. Maliyyə aktivlərinin qiymətlərində mühtəkirliyin qarşısının alınması.

3. Fundamental amillərdə zamanlararası dəyişikliklərin uçotu üçün kredit şərtlərinin və qeyri-qiymət siqnallarının bir qədər variasiyasına yol verilməsi (məsələn, ayrı-ayrı kredit məhsullarının artım templərinin normalaşdırılması.

4. Son dərəcədə mühüm maliyyə xidmətlərinə fasiləsiz çıxışı təmin etməklə iqtisadi aktivliyin dəstəklənməsi.

5. Investorların maliyyə məhsulları üzərində mülkiyyət hüquqlarının müəyyənliliyinin təmin edilməsi.

6. Kreditorların qanuni maraqlarının müdafiəsi.

7. Vergi ödəyiciləri hesabına bankların qurtarma əməliyyatına son vermək.

8. Milli maliyyə vasitəçilərinin maliyyə xidmətlərinin beynəlxalq rəqabət qabiliyyətliliyinin təmin edilməsi.

Bank sisteminin maliyyə təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyəti onun mənası və cəmiyyətin bütünlüklə həyat fəaliyyətinə hərtərəfli təsiri ilə müəyyən edilir. O, pul kapitalının təhlükəsiz və effektiv sahələrarası və regionlararası bölüşdürülmə mexanizmini təmin edir, ölkənin hesablaşma və ödəmə sisteminin açar elementi sayılır.

Milli valyutanın dayanıqlığı, onun alış qabiliyyəti dövlətin bank sisteminin vəziyyətindən asılıdır, bu da dövlət suverenliyi üçün birinci dərəcəli əhəmiyyətə malikdir. Dövlət orqanlarının və müəssisələrinin davamlı və effektiv işləməsi, suveren dövlətin bütövlükdə inkişaf etməsi həmçinin ölkənin bank sisteminin vəziyyətindən, onun dayanıqlığı və etibarlılığından asılıdır. Bank sisteminin maliyyə təhlükəsizliyinin lazımi səviyyəsini təmin etmədən dövlət iqtisadi, sosial, siyasi-hüquqi və digər proqram və lahiyələri yerinə yetirmək mümkün deyil.

Beləliklə, iqtisadiyyatın struktur modernləşdirmə problemi ölkənin rəqabətə davamlılığının və maliyyə təhlükəsizliyinin təmin edilməsində birinci növbəli problemlər siyahısına daxil edilir.

Hal hazırda, Azərbaycan qarşısında dayanan sürətləndirimiş inkişaf üzrə strateji məqsədlərlə əlaqədar, bank sisteminin təhlükəsizliyi məsələləri xüsusi əhəmiyyət kəsb edir Qarşıda duran məqsədlərə çatmaq üçün ölkənin bütün imkanlarından dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin maliyyə potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir və qeyd edilən bütün xüsuslar “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyasında öz əksini tapmışdır.

Konsepsiyanın əhatə etdiyi dövrdə görüləcək tədbirlər Azərbaycanda maliyyə xidmətləri bazarının əsas seqmentlərinin (bank sektoru, qeyri-bank kredit təşkilatları, sığorta bazarı, lizinq bazarı, qiymətli kağızlar bazarı və faktorinq bazarı) tarazlı inkişafını təmin edəcəkdir. Bank nəzarəti alətləri təkmilləşdiriləcək, bank sisteminin sabit və təhlükəsiz inkişafının təmin olunması üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir. Bank sektorunda konsolidasiya tədbirləri və struktur islahatları davam etdiriləcək, rəqabətin stimullaşdırılması, bank-maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, o cümlədən elektron ödəniş sistemləri infrastrukturunun təkmilləşdirilməsi və onun əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzində saxlanılacaqdır. Bank sisteminin kapitallaşması davam etdiriləcək, regionlar üzrə bank şəbəkəsinin genişlənməsi təşviq olunacaq, tikinti- əmanət banklarının yaradılması dəstəklənəcək, ipoteka kreditləşdirilməsi mexanizmi təkmilləşdiriləcəkdir. E-ödəniş, poçt-əmanət sistemləri inkişaf etdiriləcək, bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi gücləndiriləcəkdir.

Beləliklə, bank sistemində maliyyə təhlükəzliyi siyasəti - Mərkəzi Bankın makroiqtisadi hədəflərə nail olmaq üçün yürütdüyü monetar siyasət və ayrı-ayrı maliyyə institutlarının sabitliyini təmin etmək, onların kreditorlar, müştərilər və investorlar qarşısında öhdəliklərinin icrasına nəzarət məqsədilə həyata keçirilən tədbirlər məcmuasıdır.

1.2. Pul və maliyyə sabitliyi siyasətinin əsas məqsəd və vəzifələri
Mərkəzi Bankın müstəqilliyi - pul siyasəti sahəsində qərarların qəbul edilməsində əsas meyar kimi çıxış edir. Mərkəzi Bankın fəaliyyət məqsədləri onun xüsusi iqtisadi institut, fəaliyyəti pul-kredit münasibətləri ilə məhdudlaşan və maddi istehsala və qeyri-maddi xidmətlərə şamil olunmayan xüsusi bank olması ilə müəyyən olunur. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir.

Mərkəzi Bankın fəaliyyətinin məqsəd və vəzifələri sadə və birdəfəlik həll olunmuş məsələ deyil. Bütövlükdə iqtisadiyyatın kökləndiyi pul-kredit sferasının tənzimləyicisi kimi Mərkəzi Bankın fəaliyyəti dövlətin iqtisadi inkişafının ümumi gedişində özünə yer alır. Əgər Mərkəzi Bankı dövlətin pul və maliyyə sabitliyi siyasətini həyata keçirən və pul və maliyyə sabitliyi sferasını tənzimləyən orqan kimi nəzərdən keçiririksə, onda onun qarşısında qoyulmuş məsələlər ümumiqtisadi dövlət siyasətinin məqsəd və vəzifələrindən ayrılmamalıdır.

Son illər müasir iqtisadiyyatda Mərkəzi Bankın fəaliyyət məqsədləri haqqında müzakirələr Azərbaycan və digər ölkələrin həm elmi dairələrində, həm də dövlət orqanı və bank birliyi səviyyəsində ən çox müzakirə olunan məsələlərdən biridir. Bu məsələ niyə birdən-birə belə bir aktuallıq kəsb etməyə başladı?

Mərkəzi Bankın fəaliyyət məqsədləri məsələsinin qoyuluşu və müzakirəsinin aktuallığı bununla şərtlənir ki, Mərkəzi Bankın fəaliyyəti birbaşa pablik hüquqi statusa malikdir. Mərkəzi Bankın fəaliyyəti bir çox hallarda bütövlükdə iqtisadiyyatın vəziyyətindən, iqtisadi tsiklin fazasından, maliyyə bazarlarının infrastrukturundan və tutumluluğundan, dövlət maliyyəsinin durumundan asılı olur. Mərkəzi Bankın iqtisadiyyata təsir metodları və alətləri spesifikdir.

Bununla belə, Mərkəzi Bankın fəaliyyətinin tənqidi üçün subyektiv səbəblər qismən onun qarşısında qoyulan məqsəd, vəzifə və funksiyalardan dərk olunmamasından irəli gələ bilir. Öz növbəsində bu cür anlamama bir tərəfdən Mərkəzi Bankın fəaliyyətindəki “qeyri-şəffaflıqdan”, digər tərəfdən də əhalinin böyük bir hissəsinin maliyyə cəhətdən savadsızlığından irəli gəlir. Əhalinin bir hissəsi inanır ki, Mərkəzi Bank doğrudan da pul buraxma dəzgahını işə salır, (müasir pulların təbiətini dərk etmədən) boş, heç nə ilə təmin olunmayan pullar çap edir və elə bu da inflyasiyaya gətirib çıxarır (baxmayaraq ki, inflyasiyanın səbəbləri iqtisadiyyatınn monetar sferasından kənarda da ola bilir).

Əksər müəlliflər qeyd edirlər ki, Mərkəzi Bankın üç əsas məqsədi var: qiymətlərin stabilliyinin təmin edilməsi; bank sisteminin sabitliyinin təmin edilməsi; likvidlik böhranı dövründə maliyyə vasitəçilərinin fəaliyyətinin dəstəklənməsi [134].

Qeyd edək ki, Beynəlxalq Hesablamalar Bankı tərəfindən müxtəlif ölkələrin Mərkəzi Banklarının fəaliyyətinin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, böhrana qədərki dövrdə monetar nəzəriyyə və praktikada bu banklar yuxarıda göstərilən bu üç məqsədə nail olmaq üçün məsuliyyət daşıdıqları fikrindən çıxış edirdilər [144].

Maliyyə böhranı milli maliyyə sistemlərinin tənzimləyicisi olan milli Mərkəzi Bankların fəaliyyətinin nəzəriyyə və praktikasında bir çox problemləri üzə çıxardı. Bu, Mərkəzi Bankların fəaliyyətinin məqsəd və funksiyalarında dəyişikliklərin edilməsi məsələləri, onların makromaliyyə və makroiqtisadi stabilliyin dəstəklənməsi proseslərində gələcək rolu ilə bağlı elmi diskussiyaları aktivləşdirdi. Müasir elmi-praktiki debatlarda millətlərüstü təsisatlarla milli tənzimləyicilər arasında, milli hökumətlə Mərkəzi Bank arasında qarşılıqlı təsirlərin yeni təsisat çərçivələri probleminin müzakirəsi xüsusi yer tutur.

Dünya maliyyə sistemində baş verən dəyişikliklər, dünyanın bir çox ölkəsində qeyri-sabit vəziyyətin mövcudluğu iqtisadi sistemlərin, onları destabilləşdirən amillərin vəziyyətinin daimi monitorinqinə və parametrlərinin analizinə (hədələrin, onların indikatorlarının aydınlaşdırılması və risklərin qiymətləndirilməsi) kompleks yanaşma tələb etdi.

Böhran zamanı Mərkəzi Bankların qeyri-ənənəvi siyasət tədbirləri (maliyyə sektoruna və real iqtisadiyyata geniş miqyaslı likvidlik dəstəyi, dövlət qiymətli kağızların alınması və s.) ABŞ və digər ölkələrdə iqtisadi aktivliyin artmasını dəstəkləməklə yanaşı bir sıra gözlənilməz fəsadlarla da nəticələnmişdir. Belə ki, qeyd olunan tədbirlər bəzi inkişaf etməkdə olan ölkələrə arzuolunmaz kapital axınına və əmtəə bazarlarında qiymətlərin artmasına təkan vermişdir.

Aktivlərin qiymətində hərarətlənmə yaratmaqla yanaşı Mərkəzi Bankların bu siyasəti maliyyə bazarları və Mərkəzi Bankların özləri üçün təhlükələr yaradır. Dəstək məqsədilə iqtisadiyyata iri həcmli likvidliyin verilməsi kredit risklərinin artması ilə bağlıdır ki, bu da Mərkəzi Bankların zərərlərinin artmasına səbəb ola bilər. Mərkəzi Bankın dəstəyinə əminlik bazar iştirakçılarını (maliyyə təsisatlarını) daha riskli qərarları qəbul etməyə sövq edə, əməliyyatların riskliliyini artıra bilər. Digər tərəfdən, Mərkəzi Bankın pul bazarına iri həcmdə likvidlik təklif etməsi böhran zamanı etimadın aşağı olması şəraitində bazar iştirakçılarının bir-biri ilə əqdlərin bağlanması meylini azalda bilər. Bu da banklararası pul bazarlarının daralmasına, bazar infrastrukturunun zəifləməsinə səbəb ola bilər.

Pul siyasətinin siyasətin maliyyə təhlükəzliyinin təminatında əsas məqsədləri:

• tənəzzül və xarici şokları da nəzərə almaqla maliyyə sisteminin məcmu şoklara qarşı dayanıqlığının dəstəkləməsi;

• maliyyə sisteminin bütövlükdə üzərinə götürdüyü risklərin məhdudlaşdırılması;

• maliyyə tsiklinin hamarlaşdırılması: maliyyə sisteminin sabitliyi və ya iqtisadiyyat üçün potensial təhlükə ola biləcək “köpüklərin” yaranmasının qarşısının alınması.

Azərbaycan iqtisadiyyatı və onun bank sektoru qlobal maliyyə fonunda maliyyə təhlükəzliyini kifayət qədər hazırlıqlı olmuş, böhran dövründə investisiya risklərinin yüksək olmasına, qonşu ölkələrdəki devalvasiya dalğasının təsirinə baxmayaraq2, beynəlxalq investisiya mövqeyindəki xalis profisit və manatın məzənnəsinin sabitliyi qorunmuşdur. Bu, böhrandan öncəki dövrdə ölkədə həyata keçirilmiş rasional makroiqtisadi və monetar siyasət, yaradılmış valyuta ehtiyatları, maliyyə risklərinin qabaqlayıcı rejimdə idarə edilməsi sayəsində, yəni maliyyə sabitliyinin təminatı hesabına mümkün olmuşdur.

Mərkəzi Bankın maliyyə təhlükəzliyi siyasətin dörd səciyyəvi xüsusiyyəti vardır:

• maliyyə sisteminin ümumilikdə dayanıqlığına görə məsuliyyət;

• sistem risklərinin minimallaşdırılması;

• spesifik alətlər toplusunun istifadəsi;

• digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq.

İnkişaf etmiş ölkələrin və inkişaf etməkdə olan bazara malik ölkələrin əksəriyyətində Mərkəzi Bankların fəaliyyətində əsas məqsəd qiymət stabilliyinin nəticəsi kimi pul vahidinin davamlılığının təmin edilməsidir. Bu məqsəd prioritet kimi səciyyələndirilir.

Maliyyə stabilliyinin müxtəlif ölkələrin qanunvericiliyində və ya normativ aktlarında təsbit olunmuş məqsədləri cədvəl 3-də gətirilmişdir.

Maliyyə stabilliyinin məqsədlərinin müəyyənləşdirilməsini mürəkkəbləşdirən üç problemi qeyd etmək olar:



  1. Terminin özünün dərki;

  2. Maliyyə stabilliyinin məqsədlərinin kəmiyyət baxımından ölçülməsinin mümkünlüyü;

  3. Maliyyə stabilliyinin çoxsaylı təzahürləri arasında birinin seçilməsi ziddiyyətli xarakter daşıya bilməsi.

Maliyyə sabitliyininə mənfi təsir edən amillərin xarakteristikalarına aşağıdakıları qeyd edə bilərik: a) aktivlərin qiymətlərinin funamental göstəricilərdən kənara çıxması; b) bazarların fəaliyyətində və kreditə çıxış imkanlarında ciddi pozuntuların olması; c) məcmu tələbin uzunmüddətli potensial səviyyədən xeyli kənara çıxması (və ya kənara çıxma təhlükəsinin olması) [138].

Belə ki, maliyyə stabilliyi haqqında hesabatda (2003-cü il) Norveçin Mərkəzi Bankı göstərirdi ki[139], stabil maliyyə sistemi dəyişkən maliyyə şəraitinə davamlı olur. Buna görə də o, maliyyələşdirmə təklif etmək, ödəmələri həyata keçirmək və hətta stress şəraitində belə riskləri məqbul şəkildə paylamaq iqtidarında olur. T.Padoa-Şioppa AMB-ın icraçı Şurasının üzvü olarkən buna oxşar mövqedə olmaqla maliyyə stabilliyini maliyyə sisteminin əmanətləri investisiyalara təhrifedici şəkildə yerləşdirmədən və ya iqtisadiyyatda ödəmələrin aparılmasında pozuntulara yol vermədən şoklara qarşı davam gətirə bildiyi şərait kimi səciyyələndirirdi[143].

Maliyyə stabilliyinə verilən bəzi təriflərdə diqqət maliyyə sisteminin başlıca elementlərinin hamar fəaliyyətində və onların şoklara qarşı davamlılığında cəmləşdirilir. Almaniyanın Bundesbankı, məsələn, maliyyə stabilliyini elə bir sabit durum kimi səciyyələndirirdi ki, bu zaman maliyyə sistemi özünün resursların yerləşdirilməsi və risklərin paylaşdırılması, ödəmələrin aparılması kimi əsas iqtisadi funksiyalarını səmərəli şəkildə yerinə yetirir və bunu hətta şoklar, stresslər və mühüm struktur dəyişiklikləri şəraitində belə etməyə qadirdir[131].

İngiltərə Bankı maliyyə sisteminin davamlılığı ilə onun fəaliyyətini və iqtisadi nəticələrini bir-biri ilə əlaqələndirirdi. Onun fikirlərinə görə, maliyyə stabilliyinin dəstəklənməsi siyasətinin məqsədi bütün kredit tsikli boyu iqtisadiyyata maliyyə xidmətlərinin– ödəmə, kredit təkliflərinin, risklərdən sığortalanmanın davamlı təklifini təmin etmək üçün maliyyə sisteminin davamlılığının təmin edilməsi olmalıdır [145].

Göstərilən yanaşmalarda milli maliyyə sistemlərinin fəaliyyətinin açıq siyasətdə mühüm əhəmiyyət kəsb edən müəyyən aspektləri, o cümlədən, ödəmə xidmətlərini, kreditin təklif edilməsini və riskin yenidən bölüşdürülməsi qeyd edilir.

Məqsədlər çoxluğu nöqteyi-nəzərdən yanaşmanın tərəfdarları hesab edirlər ki, maliyyə stabilliyini dəstəkləmək üçün eyni zamanda bir neçə məqsədlərə can atmaq lazımdır. Belə ki, Böyük Britaniyanın banklar haqqında qanununda (2009) aşağıdakı 5 məqsəd qeyd edilmişdir: fasiləsiz olaraq maliyyə xidmətlərini təklif etmək üçün maliyyə sisteminin stabilliyi; maliyyə sövdələşmələrinin konfidensiallığının təmin edilməsi; əmanətçilərinn qanuni hüquqlarının müdafiəsi; büdcə vəsaitlərinin müdafiəsi; xüsusi mülkiyyət hüquqlarının müdafiəsi. Eyni zamanda qanunda sadalanan bu məqsədlərin hansının prioritet olduğu göstərilmir.

Bir sıra hallarda maliyyə stabilliyinin dəstəklənməsi ilə bağlı siyasətin yuxarıda göstərilən bu 5 təzahürlərindən başqa, məqsədlər siyahısına aşağıdakılar da daxil edilə bilər:

- Maliyyə sisteminin neqativ şokların örtülməsi üçün yetərli dərəcədə davamlı olması;

- kreditorların (maliyyə xidmətləri istehlakçılarının) müdafiəsi:

- Məlumatlandırılmış investorların itkilər riskindən qaçmasına yol verilməməsi;

- Mənəvi riskin məhdudlaşdırılması;

- Qeyri-rezidentlərin qanuni hüquqlarını müdafiəsi.


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə