İstifadəçi ssenarisi nədir?



Yüklə 5,61 Mb.
səhifə7/7
tarix11.01.2022
ölçüsü5,61 Mb.
#82786
1   2   3   4   5   6   7
İstifadəçi ssenarinin yaradılması

Use case

  • Use Case- istifadəçilər və sistem arasındakı qarşılıqlı əlaqənin addım-addım təsviridir. Bu, texniki plandır, mərkəzində hisslər və düşüncələr deyil, funksiyalar var. Caselər insanın sistemlə qarşılıqlı əlaqəsi zamanı hərəkətlərinin siyahısıdır. Bu, ən ətraflı və texniki cəhətdən inkişaf etmiş variantda olmalıdır. Bu mərhələdə user experienceni addım-addım təsvir etmək lazımdır: bunu kim, necə və hansı ardıcıllıqla edir.
  • İstifadəçilərin əsas motivlərini və ya müştərinin dünyasını anlamaq üçün istifadəçi hekayələri və konseptual ssenarilərə ehtiyyac var. Xüsusi ssenarilər və Use case artıq informasiya arxitekturası və interfeyslərin dizaynı, həmçinin, testing və istismar tədqiqatları üçün istifadə oluna bilər.
  • İstifadəçi ssenarilərinin hazırlamaq üçün vahid forma yoxdur. Buna görə də, son nəticələr müxtəlif ola bilər.
  • Məhsulunuzu ictimaiyyətə təqdim etməzdən əvvəl onu test etmək lazımdır. Testerlər sizin ilk müştəriləriniz olmalıdır.
  • Məhsulunuz bir çox insan tərəfindən istifadə olunacaq. Məhsul və ya xidmətdən istifadə etməyin bir çox yolu var və siz bütün mümkün ssenariləri hazırlamalısınız. Ssenarilər sizə problemlərə mükəmməl həll yolları tapmağa və faydalı məhsullar yaratmağa kömək edir.

Komandanın hər bir üzvü özünü istifadəçi kimi təqdim etməlidir. Bir istifadəçi deyil, bir çox fərqli istifadəçi. Daha sonra növbəti addımlara keçin:
  • İstifadəçilərinizi, onların vərdişlərini və ehtiyaclarını araşdırın.
  • Məhsulunuzu,sizin website və ya applicationdan istifadə etməyə çalışan müştəri kimi hər cür şəkildə ilk növbədə özünüz istifadə etməyə başlayın.
  • Prosesi bir neçə hissəyə bölün.
  • Hər bir ssenarini müsbət və mənfi ssenarilərə bölün. Məsələn, Müsbət hal: İstifadəçi adı və şifrənin istifadəçi tərəfindən daxil edilməsi, uğurlu girişlə nəticələnir. Mənfi: İstifadəçi istifadəçi adını unutdu və daxil ola bilmədi.
  • Mümkün qədər çox neqativ hallar tapın. Bu yanaşma daha çox boşluqları aşkar etməyə imkan verir
  • Bütün komandanı birləşdirin. Bütün həmkarlarınız bir araya gəlsin, ssenariləri sadalayın. Müxtəlif nöqteyi-nəzərlərə sahib olmaq gələcək inkişafa kömək edəcəkdir.
  • Ssenari xəritəsi yaradın - təkrarlanmaların qarşısını almaq üçün bütün ssenarilərinizin olduğu sənəd.
  • İstifadəçilərin ssenarinizin addımlarımı izləməsinə necə kömək edə biləcəyinizi düşünün. Yəni, istifadəçi saytda öz məqsədinə mümkün qədər səmərəli nail ola bilməli və ssenarinin addımlarını tamamlaya bilməlidir.

İstifadə olunmuş mənbələr

  • https://ru.experrto.io/blog/2019/06/19/polzovatelskie-scenarii-v-ux-dizajne/
  • https://netology.ru/blog/users-scenarios
  • https://l-a-b-a.com/blog/2651-polzovatelskie-scenarii-chto-eto-kak-i-dlya-chego-ih-nuzhno-stroit

Diqqətiniz üçün təşəkkürlər


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə