İstifadəçi ssenarisi nədir?



Yüklə 5,61 Mb.
səhifə6/7
tarix11.01.2022
ölçüsü5,61 Mb.
#82786
1   2   3   4   5   6   7
İstifadəçi ssenarinin yaradılması

Konseptual ssenarilər

  • Konseptual Ssenarilər, sadələşdirmə yolu ilə istifadəçi hekayələrindən yaradılır. Konseptual ssenaridə, potensial alıcıların bir neçə oxşar hekayəsi və personajları birləşdirilir. Bu zaman, əhəmiyyətsiz və lazımsız hissələr kəsilib atılır. Son təsvir texniki detallardan demək olar ki, tamamilə məhrumdur.
  • Bu mərhələ ideyalar yaratmaq və əsas tələbləri müəyyən etmək üçün lazımdır. Konsepsiyanın müzakirəsi prosesində istifadəçinin qarşılıqlı əlaqədə olduğu müəyyən sistem yarandıqda, ideya konkret ssenariyə çevrilir. Bu yanaşma bir çox istifadəçi hekayələrini müxtəlif ssenarilərdə ümumiləşdirir.
  • Məsələn: "İstifadəçi əvvəlcədən alış büdcəsini planlaşdırır, axtarış forması vasitəsilə axtarış aparır, məhdud büdcəyə malikdir - dərhal filtrlərdən istifadə edir, uzun müddət qərar verir, səbətə bir neçə dəfə daxil olur və məhsulları müqayisə edir. Sonra o, ən uyğun ödəniş variantını və çatdırılma üsulunu seçərək sifariş verir. "

Məhdudiyyət əlavə etmək - sifariş saytın mobil versiyası vasitəsilə ediləcək.

Müştəri X bu həftə həmkarına hədiyyə olaraq saat almaq istəyir. Brendin keyfiyyəti digər alıcıların rəyləri və populyarlıq filtrinə görə təstiqlənmiş olmalıdır. Təbrik edərkən həmkarını heyran etmək üçün məhsulun gözəl qablaşdırması olmalıdır.

Müştəri X telefonundan saatı seçir. Sifarişi saytda Apple Pay vasitəsilə ödəmək daha yaxşıdır, çünki o, demək olar ki, yanında nağd pul daşımır.

Hədiyyəni qərarlaşdırdıqdan sonra müştəri, qablaşdırmanı və saat 20:00-dan sonra çatdırılmanı seçəcək. Evə saat 19:45-də çatacağı və saat 20.30-da görüşə gedəcəyi üçün malların dəqiq müəyyən edilmiş vaxtda çatdırılması onun üçün vacibdir.


  • Bu mərhələdə auditoriyanı seqmentləşdirmək, hər kateqoriya üçün personaj yaratmaq və beləliklə hədəf kütlənin ortalama xarakteristikasına əsaslanaraq hədəfə/məqsədə çatmaq üçün yolları müəyyənləşdirmək vacibdir.
  • Burada daha az abstraksiya və daha çox spesifiklik olur. Bir personaj hər bir hədəf kütləsi qrupu ilə müqayisə edilir, ardınca isə məqsədə çatmaq üçün onun yolu təyin olunur.
  • Məhdudiyyətlər də əlavə edilə bilər: məsələn, istifadəçi sifarişi kompüterdən, saytın mobil versiyasından və ya proqramdan verir.
  • Bu ssenarilərə artıq layihənin icrası təfərrüatları və texniki detalları daxildir. Xüsusi ssenarilər üçüncü şəxs tərəfindən yazılır.

Xüsusi ssenarilər

Alıcı ilə sayt arasındakı bütün qarşılıqlı əlaqə prosesini hazırlamaq üçün bir neçə personaj yaratmaq, hər biri üçün hekayə, konsepsiya və xüsusi ssenari üzərində düşünmək vacibdir. Bundan sonra, xüsusi ssenarilər əsas meyara görə birləşdirilir - bizim nümunəmizdə bu, saytın mobil versiyası vasitəsilə sifarişdir. Belə inteqrasiyadan sonra ortaya çıxan son versiya istifadə halı və ya vəziyyəti adlanır(use case or case).



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə