İstehsalat və məişət tullantıları haqqında



Yüklə 152,71 Kb.
Pdf görüntüsü
tarix16.11.2017
ölçüsü152,71 Kb.
#10639


 

İstehsalat və məişət tullantıları haqqında 

Azərbaycan Respublikasının Qanunu 

Bu qanun zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla, istehsalat 

və məişət tullantılarının (bundan sonra—tullantıların) insan sağlamlığına və ətraf mühitə 

zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə 

ekoloji tarazlığın təmin olunması, habelə belə tullantıların təkrar xammal mənbələri kimi 

təsərrüfat dövriyyəsinə cəlb olunması məqsədi ilə tullantıların idarə olunması sahəsində 

Azərbaycan Respublikasının dövlət siyasətini və hüquqi münasibətləri müəyyən edir. 

I f

ə

sil. Ümumi müdd

ə

alar 

Madd

ə

 

1. Əsas anlayışlar 

 

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir.  

 

istehsalat tullantıları—istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi 



prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən 

xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, 

habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə 

texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və 

maddələr;  

 



məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti 

nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar;  

 

təhlükəli tullantılar—tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma 



qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və 

ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya 

potensial təhlükə yaradan tullantılar;  

 



təhlükəsiz tullantılar — ətraf mühitə bilavasitə təhlükəli təsir göstərməyən 

tullantılar;  

 

təkrar xammal—texniki və ya texnoloji imkanlar, həmçinin iqtisadi səmərəlilik 



nəzərə alınmaqla təsərrüfat fəaliyyətində təkrar istifadə oluna bilən tullantılar;  

 



yararsız tullantılar — istifadə olunma xüsusiyyətləri məhdud olan, təkrar 

istifadəsi iqtisadi baxımdan səmərəli olmayan tullantılar;  

 

tullantıların emalı — onların toplanması, saxlanılması, çeşidlənməsi, daşınması 



və zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü fəaliyyət;  

 



tullantıların yerləşdirilməsi — tullantıların saxlanılması və ya basdırılması üzrə 

həyata keçirilən fəaliyyət 

 

tullantıların zərərsizləşdirilməsi — ətraf mühitə və insanın sağlamlığına təsirini 



azaltmaq məqsədilə tullantıların xüsusi qurğularda emalı (o cümlədən 

yandırılması) və ya basdırılması;  




 

tullantılar—qanunvericiliyin müddəalarına müvafiq olaraq kənarlaşdırılan, 



kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalar;  

 



tullantıların idarə olunması—tullantıların əmələ gəldiyi fəaliyyət prosesi, habelə 

tullantıların yığılması (toplanması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, 

emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə fəaliyyət;  

 



tullantıların yığılması (toplanması)—tullantıların sonradan istifadə edilməsi, 

utilizasiyası və ya basdırılması (məhv edilməsi) məqsədi ilə icazə verilmiş 

yerlərdə müvəqqəti yerləşdirilməsi;  

 



tullantıların çeşidlənməsi—tullantıların müəyyən əlamətlərinə (növünə, tərkibinə, 

xüsusiyyətinə və s.) görə toplanması;  

 



tullantıların daşınması—tullantıların əmələ gəldiyi, yerləşdirildiyi, istifadə və 

utilizasiya edildiyi, zərərsizləşdirildiyi, basdırıldığı və ya məhv edildiyi yerlər və 

obyektlər arasında daşınması;  

 



tullantıların utilizasiyası—tullantılardan lazımi materialların və enerjinin 

ayrılaraq təkrar istifadə üçün yararlı hala salınması;  

 



tullantıların basdırılması—sonradan istifadəyə yararlı olmayan tullantılardan 

ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədi ilə onların xüsusi ayrılmış 

yerlərdə müvafiq qaydada təcrid edilməsi;  

 



tullantıların istifadəsi—tullantılardan malların (məhsulların) istehsalında və ya 

enerji əldə edilməsində istifadə olunması;  

 



tullantıların yerləşdirilmə obyekti—tullantıların yerləşdirilməsi üçün nəzərdə 

tutulmuş xüsusi təchiz edilmiş qurğu (poliqon, şlam-anbar və başqaları);  

 



tullantıların sərhədlərarası daşınması—ən azı iki dövlətin mənafeyinə toxunmaq 

şərti ilə tullantıların bir dövlətin ərazisindən digər dövlətin ərazisinə və ya 

ərazidən keçməklə, yaxud hər hansı dövlətin yurisdiksiyası altında olmayan 

əraziyə və ya ərazidən keçməklə daşınması;  

 



tibbi tullantılar—səhiyyə və baytarlıq obyektlərində və tibbi manipulyasiya 

zamanı əmələ gələn tullantılar;  

 



təhlükəli tullantıların pasportları—təhlükəli tullantıların müvafiq tullantı növünə 

və təhlükəlilik dərəcəsinə aidiyyətini təsdiq edən, onların tərkibi barədə məlumat 

verən sənəd;  

 



tullantıların növü—tullantıların təsnifatı sisteminə uyğun olaraq ümumi 

əlamətlərə malik olan tullantılar;  

 



tullantıların istehsalçısı—fəaliyyəti nəticəsində təhlükəli və ya digər tullantıların 

əmələ gəlməsinə səbəb olan istənilən şəxs, yaxud bu şəxs məlum olmadıqda 

tullantıların sahibi olan və/və ya onlara nəzarəti həyata keçirən şəxs;  

 



tullantıların sahibi (mülkiyyətçisi)—tullantıların istehsalçısı, yaxud onların 

sahibi olan fiziki və ya hüquqi şəxs;  

 



texnoloji proses—istehsalat vahidinin işə salınmasının təsdiq edilmiş müddəti ilə 

texnoloji reqlamentə uyğun fəaliyyəti;  

 



istehsalat tullantılarının əmələ gəldiyi yerlər—onların əmələ gəldiyi texnoloji 

proses, yaxud istehsal sahələri (müəssisələr);  

 



tullantıların identifikasiyası—pasport məlumatları və ya yoxlama sınaqları 

əsasında konkret təhlükəli tullantıların hansı tullantı növünə və xüsusiyyətinə 

aidiyyətinin müəyyən edilməsi proseduru;  


 

az tullantılı texnologiya—ənənəvi üsullarla müqayisədə məhsulun alınması 



nəticəsində tullantıların nisbətən az həcmdə əmələ gəlməsinə imkan verən 

istehsalat prosesi.  

Madd

ə

 

2. Tullantıların idarə

 

olunması sahə

sind

ə

 Az

ə

rbaycan 

Respublikasının qanunvericiliyi 

 

Tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi bu 

Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 

Zərərli qazlar, çirkab suları və radioaktiv tullantıların idarə olunması Azərbaycan 

Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 

Madd

ə

 3. Qanunun t

ə

tbiq sah

ə

si  

Bu Qanun Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində tullantılar əmələ gələn və 



tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərə 

şamil olunur. 



Madd

ə

 

4. Tullantıların idarə

 

olunması sahə

sind

ə

 dövl

ə

t siyas

ə

tinin 

prinsipl

ə

ri  

Tullantıların idarə olunması sahəsində dövlət siyasətinin prinsipləri aşağıdakılardır: 

 



əhalinin sağlamlığının və ətraf mühitin ekoloji tarazlığının qorunması;  

 



ekoloji tarazlığın və iqtisadi maraqların təmin olunmasının elmi cəhətdən 

əsaslandırılması;  

 

tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən müəssisələrin 



yaradılması, bu məqsədlə dövlət və özəl müəssisələrin, habelə xarici investorların 

vəsaitlərinin cəlb edilməsi;  

 

təhlükəli tullantıların ekoloji baxımdan əsaslandırılmış idarəetmə sistemini 



yaratmaqla onların sərhədlərarası daşınmasının minimuma endirilməsi;  

 



təhlükəli və başqa tullantıların ekoloji cəhətdən özünü doğrultmuş üsullarla 

onların əmələ gəldiyi mənbənin mümkün qədər yaxınlığında istifadəsi və 

zərərsizləşdirilməsi;  

 



təhlükəli tullantıların yarandığı yerlərdə onların azaldılması və minimuma 

endirilməsi məqsədi ilə az tullantılı texnologiyaların yaradılması və tətbiqi;  

 



az tullantılı texnologiyanın yaradılması və tətbiqi;  

 



tullantıların təsərrüfat dövriyyəsinə daxil edilməsi məqsədilə iqtisadi və digər 

stimullaşdırma mexanizmlərindən istifadə olunması;  

 

təbiəti mühafizə tələblərinə, ekoloji tarazlıq normalarına, gigiyena normativlərinə 



və sanitariya qaydalarına əməl olunmasına nəzarət;  

 



Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, təhlükəli 

tullantıların təsnifatı və pasportlaşdırılması əsasında onların dövlət uçotunun 

aparılması;  


 

ictimai təşkilatların, maraqlı şəxslərin informasiya almasına təminat verilməsi;  



 

əhalinin mənafeyi ilə bağlı qərarlar qəbul edilərkən ictimai rəyin nəzərə alınması;  



 

tullantıların idarə olunması sahəsində çalışan işçilərin sosial müdafiəsi;  

 

tullantılarla əlaqədar beynəlxalq əməkdaşlığın həyata keçirilməsi zamanı ölkənin 



milli mənafelərinin nəzərə alınması.  

Madd

ə

 

5. Tullantıların idarə

 

olunması üzrə

 münasib

ə

tl

ə

rinin 

t

ə

nziml

ə

nm

ə

si sah

ə

sind

ə

 dövl

ə

t hakimiyy

ət orqanlarının və

zif

ə

l

ə

ri  

Tullantıların idarə olunması üzrə münasibətlərinin tənzimlənməsində dövlət hakimiyyət 

orqanlarının vəzifələri aşağıdakılardır: 

 

tullantıların idarə olunması sahəsində dövlət siyasətinin həyata keçirilməsi;  



 

qanunvericilik aktlarının və məqsədli proqramların hazırlanması, təsdiqi və 



onların yerinə yetirilməsinə dövlət nəzarəti;  

 



tullantıların toplanması və emal üçün qanunvericilikdə müəyyən edilən qaydada 

iqtisadi həvəsləndirmənin təmin olunması;  

 

müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla tullantıların 



yerləşdirilməsi, basdırılması və emalı üçün torpaq sahələrinin ayrılması;  

 



tullantıların aşkar edilməsi və onların təkrar emalı məqsədilə müəssisə və 

təşkilatların fəaliyyətinin əlaqələndirilməsi;  

 

tullantıların idarə olunmasında ətraf mühitə dəyən zərərin zərər yetirən tərəfindən 



ödənilməsinin təmin edilməsi;  

 



dövlət ekoloji ekspertizasının aparılması;  

 



Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tullantıların 

sərhədlərarası daşınması qaydalarının müəyyənləşdirilməsi;  

 



tullantıların idarə olunmasına xüsusi razılıq sisteminin tətbiq edilməsi;  

 



tullantıların idarə olunmasına dair dövlət standartlarının, normalarının və 

normativlərinin işlənib hazırlanması və tətbiq edilməsi;  

 



tullantıların əmələ gəlməsi anından tam kənarlaşdırılmasına qədər onların dövlət 

uçotunun və hesabatlarının aparılması;  

 



dövlət kadastrının aparılması;  

 



əhalinin məlumat almasının təmin olunması;  

 



faciə və bədbəxt hadisələrin aradan qaldırılması;  

 



tullantıların saxlanılması, istifadəsi və zərərsizləşdirilməsi ilə əlaqədar obyektlərin 

layihələşdirilməsi və tikintisi;  

 

tullantılardan tam istifadə və onların əmələ gəlməsinin azaldılmasında iqtisadi, 



sosial və hüquqi şərtlərin təmin edilməsi;  

 



tullantıların idarə olunmasının yerli özünüidarə orqanları tərəfindən 

qanunvericiliyə uyğun təmin edilməsi;  

 

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada 



tullantılarla bağlı fəaliyyət nəticəsində çirklənmiş sahələrin bərpa edilməsi;  

 



tullantıların emalı üzrə qurğuların sertifikatlaşdırılması və onların yerləşdirildiyi 

yerlərin qeydiyyata alınması, həmçinin təhlükəli tullantıların idarə edilməsi üzrə 

tələblərin həyata keçirilməsi;  


 

tullantıların idarə olunması ilə bağlı qaydaların (daşınma, saxlanma və s.) 



işlənilməsi və bu qaydaların icrasının təmin edilməsi mexanizminin hazırlanması;  

 



hər bir təhlükəli tullantı daşıyıcısının uçotunun aparılması və hər bir təhlükəli 

tullantı istehsalçısının hər il əmələ gələn, emal olunan, utilizasiya edilən və 

saxlanılan tullantıların növünü, miqdarını, eləcə də emal və basdırılma üsullarını 

göstərməklə uçotunun aparılması;  



 



qanunvericilikdə nəzərdə tutulan digər vəzifələrin həyata keçirilməsi.  

Madd

ə

 

6. Tullantılarla ə

laq

ə

dar mülkiyy

ə

t münasib

ə

tl

ə

ri 

 

Xammal, material, yarımfabrikat, digər əşya və ya məmulatların, habelə malların 

(məhsulların) istifadəsi nəticəsində əmələ gəlmiş tullantılar üzərində mülkiyyət 

hüququ onları əmələ gətirən mənbələrin mülkiyyətçisinə məxsusdur. Tullantılar 

üzərində mülkiyyət hüququ tullantıların özgəninkiləşdirilməsi haqqında alqı-satqı, 

mübadilə, bağışlama müqaviləsi və ya digər sövdələşmə əsasında başqa şəxsə 

verilə bilər. 

Mülkiyyətçi tullantılardan təkrar xammal kimi istifadə edilməsini və onların 

təkrar emal üçün digər müəssisələrə göndərilməsini təmin etməli, istehsal 

prosesində və xidmət sahələrində əmələ gələn, təkrar xammal kimi istifadə 

olunan, təkrar emal üçün digər müəssisələrə göndərilən, ləğv edilməsi məqsədi ilə 

müvəqqəti saxlanılan və ləğv edilməyə göndərilən tullantıların uçotunu aparır və 

bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat təqdim edir. 

Təhlükəli tullantıların ləğv edilməsi mövcud qanunvericiliyə əsasən müvafiq icra 

hakimiyyəti orqanlarının icazəsi və nəzarəti altında həyata keçirilir. 

Təhlükəli tullantıların mülkiyyətçisi təhlükəli tullantıları başqa şəxsin 

mülkiyyətinə keçirə, əgər həmin şəxsin təhlükəli tullantıların idarə edilməsi 

sahəsində fəaliyyəti həyata keçirməyə hüququ varsa, mülkiyyətçi kimi qalaraq 

təhlükəli tullantılara sahiblik, istifadə və ya sərəncam hüququnu ona verə bilər. 

Tullantıların üzərində mülkiyyət hüququndan imtina etmək məqsədi ilə onların 

mülkiyyətçi tərəfindən atıldığı, yaxud hər hansı başqa yolla saxlanıldığı təqdirdə 

mülkiyyətində, sərəncamında və ya istifadəsində atılmış tullantıların yerləşdiyi 

torpaq sahəsi, su tutarı və ya başqa bir obyektin olduğu şəxs onların istifadəsinə 

başlamaqla və ya mülki qanunvericiliyə uyğun olaraq onların şəxsi mülkiyyətə 

çevrilməsini təsdiq edən digər hərəkətləri etməklə onları öz mülkiyyətinə çevirə 

bilər. 

II f

əsil. Tullantıların idarə

 

olunmasına dair tə

l

ə

bl

ə



Madd

ə

 

7. Bina, tikili, qurğu və

 dig

ə

r obyektl

ə

rin layih

ə

l

ə

ndirilm

ə

si, 

tikintisi, yenid

ən qurulması, konservasiyası və

 l

əğvinə

 aid t

ə

l

ə

bl

ə

r

  


İstismarı zamanı tullantıların əmələ gəldiyi bina, tikili, qurğu və digər obyektlərin 

layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvi zamanı 

fiziki və hüquqi şəxslər: 

 



ətraf mühitin və insan sağlamlığının qorunması sahəsində Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ekoloji, sanitar və 

digər tələblərə əməl etməyə;  

 



əmələ gələn tullantıların istifadəsi, zərərsizləşdirilməsi barədə müvafiq 

icra hakimiyyəti orqanları tərəfindən müsbət rəy verilmiş texniki və 

texnoloji sənədlərə malik olmağa borcludurlar.  

Yaşayış binalarının, habelə istismarı zamanı tullantıların əmələ gəldiyi müəssisə, 

bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi zamanı tullantıların 

idarə olunması sahəsində müəyyən edilmiş qaydalara, normativlərə və tələblərə 

uyğun olaraq, belə tullantıların yığılması üçün yerlər (meydanlar) nəzərdə 

tutulmalıdır. 

Madd

ə

 

8. Tullantılarla bağlı istehsalat tə

l

ə

bl

ə

ri  

İstehsal prosesində hüquqi və fiziki şəxslər: 

 

ətraf mühitin qorunması üçün, müəyyən olunan standartları, normaları və 



keyfiyyət üzrə tələbləri nəzərə almalı;  

 



qanunvericiliklə nəzərdə tutulmuş hallarda təhlükəli tullantılarla bağlı fəaliyyəti 

xüsusi razılıq əsasında həyata keçirməli;  

 

az tullantılı texnologiyaları mənimsəməli;  



 

istehsal prosesində əmələ gələn tullantıları müvafiq icra hakimiyyəti orqanı 



tərəfindən müəyyən edilmiş qaydada inventarlaşdırmalı və bu barədə, eləcə də 

tullantıların dövriyyəsi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat 

verməli;  

 



tullantılarla bağlı istehsalat nəzarətini həyata keçirməli;  

 



qəza hallarının qarşısının alınması üçün tədbirlər görməli, ekoloji tarazlığın 

pozulmasına səbəb olan qəza təhlükəsi yarandıqda və ya baş verdikdə bu barədə 

müvafiq icra hakimiyyəti orqanına və əhaliyə məlumat verməlidirlər.  

Zərərsizləşdirilməsi mümkün olmayan təhlükəli tullantılar əmələ gətirən fəaliyyətin 

həyata keçirilməsi qaydası qanunvericiliklə müəyyən olunur. 

Madd

ə

 

9. Tullantıların emalı şə

rtl

ə

ri  

Tullantıların emalı zamanı aşağıdakılar təmin edilir: 

 

tullantıların həcminin azaldılmasına, onların emalına və zərərsizləşdirilməsinə 



yönəldilən texnoloji proseslərin ətraf mühit üçün təhlükəsizliyi;  

 



texnologiyada nəzərdə tutulmayıbsa, emal zamanı təhlükəli və təhlükəsiz 

tullantıların qarışmasına yol verilməməsi;  




 

tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması;  



 

tullantıların əmələ gəldiyi yerlərdə toplanması və onların texniki cəhətdən təchiz 



olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə 

saxlanılması;  

 

ətraf mühitin mühafizəsi məqsədilə emal ediləsi tullantıların yerləşdirildiyi xüsusi 



tutarların və ya sahələrin yararlı halda saxlanılması;  

 



yerləşdirildiyi, yaxud saxlanıldığı yerlərdə tullantıların ətraf mühitdən təcrid 

olunması;  

 



tullantıların əmələ gəldiyi və ya onların emal edildiyi müəssisələrdə tullantıların 

texnoloji prosesdə təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi;  

 



tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və 

zərərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər 

üsullarla həyata keçirilməsi.  

Madd

ə

 

10. Tullantıların emalı yerlə

rin

ə

 t

ə

l

ə

bl

ə

r  

Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi 

və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır. 

Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə 

ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti 

orqanlarının müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır. 

Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədilə ətraf 

mühitin monitorinqi aparılmalıdır. 

Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji 

məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə 

nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır. 

Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və 

zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində 

nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər 

əsasında həyata keçirirlər. 

Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq 

edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır. 

Madd

ə

 11. Tulla

ntıların yerləşdirilmə

sin

ə

 t

ə

l

ə

bl

ə

r  

Tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının icazəsi əsasında və 

normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. 

Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün 

yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə xüsusi (geoloji, hidroloji 

və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır. 




Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və 

rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar 

mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə 

içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su 

obyektlərinin sututar sahələrində, eyni zamanda, faydalı qazıntı yataqlarının olduğu 

yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı 

qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması 

qadağandır. 

Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi 

qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir. 

Müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən 

basdırılma yerlərinin monitorinqi aparılmalıdır. 

Tullantıların yerləşdirildiyi obyektlərin və ya sahələrin mülkiyyətçiləri bu obyektlərin və 

ya sahələrin istismar müddəti başa çatdıqdan sonra lazımi bərpa işləri aparmalıdırlar. 

Tullantıların toplanmasını səmərəli təşkil etmək məqsədilə qiymətli komponentlər 

(yeyinti və toxuculuq məhsullarının tullantıları, müxtəlif metallar, kağız və s.) ayrı-

ayrılıqda toplanmalıdır. 



Madd

ə

 

12. Şə

h

ə

rl

ə

rin v

ə

 dig

ər yaşayış mə

nt

ə

q

ə

l

ə

rinin 

ə

razisind

ə

 

tullantıların idarə

 

olunmasına dair tə

l

ə

bl

ə

r  

Zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu 

tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması 

qadağandır. 

Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati 

mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. 

Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət 

tullantılarından təmizlənməlidir; 



Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və 

ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti 

saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 



Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular 

olmadan yandırılmasına icazə verilmir. 

Madd

ə

 12-1. B

ə

rk m

əişət tullantıları poliqonlarına dair tə

l

ə

bl

ə




Bərk məişət tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün sahə şəhər və 

digər yaşayış məntəqələrinin və şəhərətrafı zonaların planlaşdırılması və tikilməsi üzrə 

təsdiq olunmuş baş planlara və ya layihələrə uyğun olaraq ayrılmalıdır. Bərk məişət 

tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün ərazi ekoloji normalara və 

Azərbaycan Respublikasının insan sağlamlığı və ətraf mühitin mühafizəsi sahəsində digər 

qanunvericilik aktlarına cavab verməlidir. 

Bərk məişət tullantıları poliqonlarında müəssisələrin tullantılarının yerləşdirilməsi 

ekoloji, sanitar-epidemioloji qaydaların və Azərbaycan Respublikasının digər normativ 

hüquqi aktlarının tələblərinə uyğun olaraq həyata keçirilir. 

Onların öz-özünə alışıb yanmasının qarşısının alınması və xəbərdarlıq edilməsi üzrə 

tədbirlər nəzərdə tutulmalıdır. 

Madd

ə

 12-

2. Əlvan və

 

qara metal tullantılarının idarə

 

olunması və

 

onların 

özg

ə

ninkil

əşdirilmə

sin

ə

 t

ə

l

ə

bl

ə



Hüquqi və fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının idarə olunması və 

onların özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən 

edilmiş qaydada həyata keçirilir. 

Madd

ə

 12-3. T

ə

hlük

əli tullantıların idarə

 

olunmasına dair tə

l

ə

bl

ə



Ətraf mühitə və insan sağlamlığına zərərli təsirin təhlükəlilik dərəcəsindən asılı olaraq 

təhlükəli tullantılar müvafiq icra hakimiyyəti orqanlarının tullantıların idarə olunması 

sahəsində müəyyən etdikləri meyarlara uyğun olaraq təhlükəlilik dərəcələrinə 

bölünürlər. 

Fəaliyyəti prosesində təhlükəli tullantıların əmələ gəldiyi fiziki və hüquqi şəxslər bu 

tullantıların konkret hansı təhlükəlilik dərəcəsinə aid olduğunu tullantıların idarə 

olunması sahəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş qaydada 

müəyyən etməlidirlər. 

Təhlükəli tullantılar üçün pasport tərtib edilməlidir. Təhlükəli tullantıların pasportu 

təhlükəli tullantıların tərkibi və xüsusiyyətləri barədə məlumatlar, onların təhlükəlilik 

dərəcələrinin qiymətləndirilməsi əsasında tərtib olunur. Pasportlaşdırma qaydasını 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 

Fiziki və hüquqi şəxslərin təhlükəli tullantıların əmələ gəlməsinə şərait yaradan fəaliyyəti 

ətraf mühit və insan sağlamlığı baxımından tullantıların təhlükəsiz idarə olunmasını 

təmin etmək üçün texniki və ya digər imkanlar olmadıqda, Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və ya qadağan edilə bilər. 

Madd

ə

 12-

4. Tibbi tullantıların idarə

 

olunmasına dair tə

l

ə

bl

ə




Tibbi tullantıların idarə olunmasına dair tələblər Azərbaycan Respublikasının müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

Müalicə-profilaktik və baytarlıq müəssisələrinin fəaliyyət profilindən asılı olmayaraq, 

tibbi tullantılar toksiki və yoluxdurucu təhlükəlilik növünə görə qruplaşdırılır. Tibbi 

tullantıların hansı təhlükəlilik növünə aid edilməsi Azərbaycan Respublikasının müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

Madd

ə

 12-5. Neft, qaz v

ə

 elektroenergetika s

ə

nayesind

ə

 

tullantıların 

idar

ə

 

olunması

 

Neft, qaz və elektroenergetika sənayesində tullantıların idarə olunması müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. 

Madd

ə

 12-6. T

ə

hlük

ə

li istehsalat v

ə

 m

əişət tullantılarının, habelə

 

t

ə

hlük

əli tibbi tullantıların idarə

 

olunması sahə

sind

ə

 

işlə

m

ə

l

ə

rin

ə

 icaz

ə

 

verilmiş şə

xsl

ərin peşə

 

hazırlığına dair tə

l

ə

bl

ə



Təhlükəli istehsalat və məişət tullantılarının, habelə təhlükəli tibbi tullantıların idarə 

olunması sahəsində işləmələrinə icazə verilmiş şəxslər (işçilər) təhlükəli tullantılarla 

işləmək hüququ barədə şəhadətnamələrlə (sertifikatlarla) təsdiqlənən peşə hazırlığına 

malik olmalıdırlar. 

İşçilərin təhlükəli tullantılarla, habelə təhlükəli və son dərəcə təhlükəli tibbi tullantılarla 

işə buraxılmasına görə məsuliyyəti təşkilatın müvafiq vəzifəli şəxsi daşıyır. 

Madd

ə

 

13. Tullantıların daşınmasına tə

l

ə

bl

ə

r  

Tullantıların müvafiq növ nəqliyyat vasitəsində daşınması qaydası, yükləmə və boşaltma 

işlərinin yerinə yetirilməsinə və ekoloji təhlükəsizliyin təmin olunmasına tələblər (norma 

və qaydalar) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Nəqliyyat vasitəsinə yükləndiyi andan onu qəbul edən hüquqi və fiziki şəxsə çatdırılana 

qədər tullantının daşınmasını həyata keçirənlər ətraf mühitin və insanların sağlamlığının 

təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar. 

Təhlükəli istehsalat və məişət tullantılarının, habelə təhlükəli tibbi tullantıların nəqliyyat 

vasitələrində daşınması qaydası bu sahədə mövcud olan dövlət standartları və 

normativləri əsasında müəyyən olunur. 

Təhlükəli tullantıların daşınması aşağıdakı şərtlərlə həyata keçirilməlidir: 

 



təhlükəli tullantıların daşınmasına dair bildiriş 

 



təhlükəli tullantıların pasportunun olması;  

 



xüsusi avadanlıqlar və işarələrlə təchiz olunmuş nəqliyyat vasitəsinin olması;  


 

təhlükəli tullantıların nəqliyyat vasitəsində daşınması ilə bağlı təhlükəsizlik 



tələblərinə əməl olunması;  

 



təhlükəli tullantıların miqdarını, onların daşınma məqsədini və təyinat yerini 

göstərən sənədlərin olması.  



Madd

ə

 

14. Tullantıların sə

rh

ə

dl

ərarası və

 

tranzit daşınması 

 

Təhlükəsiz emalı mümkün olmayan, habelə tranzit daşınmaq, basdırılmaq və 

zərərsizləşdirilmək məqsədi ilə bu tullantıların Azərbaycan Respublikasına gətirilməsi 

qadağandır. 

Tullantıların istifadə edilmək məqsədi ilə Azərbaycan Respublikasının ərazisinə 

idxalı, habelə ixracı və tranzit daşınmaları qanunvericilikdə nəzərdə tutulmuş 

səlahiyyətli orqan tərəfindən verilən icazə əsasında həyata keçirilir. 

Təhlükəli tullantıların sərhədlərarası daşınması qaydası Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

III f

əsil. Tullantılarla bağlı fə

aliyy

ə

t

ə

 n

ə

zar

ə



Madd

ə

 

15. Tullantılarla bağlı fə

aliyy

ə

t

ə

 dövl

ə

t n

ə

zar

ə

ti  

Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

həyata keçirilir. 

Tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətinə: 

 

hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması;  



 

təqsirkar hüquqi və fiziki şəxslərin qanunvericilikdə müəyyən olunan qaydada 



məsuliyyətə cəlb olunması;  

 



qanunvericiliyin tələblərinin pozulması nəticəsində insan sağlamlığına və ətraf 

mühitə dəyən zərərin ödənilməsinə görə iddia qaldırılması;  

 

mülkiyyətçilər tərəfindən tullantılarla bağlı uçot və hesabatın düzgünlüyü;  



 

sanitariya, gigiyena, əksepidemik və təbiəti mühafizə tədbirlərinin yerinə 



yetirilməsinə, gigiyena və ekoloji normativlərə əməl olunması;  

 



baş vermiş fəlakət və qəzaların nəticələrinin aradan qaldırılması tədbirlərinin 

həyata keçirilməsi;  

 

mövcud istehsal proseslərinin tullantılarla əlaqədar təhlili, tullantıların həcminin 



və təhlükəlilik dərəcəsinin azaldılması imkanlarının araşdırılması;  

 



əhalinin tullantılara dair informasiya almaq hüququna əməl olunması;  

 



əhalinin sağlamlığı və ətraf mühit üçün potensial təhlükə yaradan fəaliyyətin 

məhdudlaşdırılması, dayandırılması və ona xitam verilməsi barədə qərar qəbul 

edilməsi;  

 



tullantıların idxalı, ixracı və tranzit daşınmasına nəzarət daxildir.  


Madd

ə

 

16. Tullantılarla bağlı istehsalat nə

zar

ə

ti  

Tullantılarla bağlı təsərrüfat fəaliyyətini həyata keçirən müəssisə və təşkilatlar bu sahədə 

istehsalat nəzarətini təşkil etməlidirlər. 

İstehsalat nəzarətinin məqsədi ekoloji, sanitariya və digər tələblərin yerinə yetirilməsini 

yoxlamaqdan ibarətdir. 

İstehsalat nəzarətinin təşkili qaydaları müvafiq qanunvericiliyə əsasən müəssisə və 

təşkilatlar tərəfindən müəyyənləşdirilir. 

Madd

ə

 

17. Tullantılarla bağlı fə

aliyy

ə

t

ə

 ictimai n

ə

zar

ə

t  

Tullantılarla bağlı fəaliyyətə ictimai nəzarət qanunvericilikdə müəyyən olunan qaydada 

ictimai birliklər, əmək kollektivləri və vətəndaşlar (əhali) tərəfindən həyata keçirilir. 

Tullantılarla bağlı fəaliyyətə ictimai nəzarətin məqsədi dövlət orqanları və bələdiyyələr, 

eləcə də hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsini 

araşdırmaqdan ibarətdir. 



IV f

əsil. Tullantılarla bağlı iqtisadi tə

nziml

ə

nm

ə

 

Madd

ə

 

18. Tullantılarla bağlı fə

aliyy

ə

t sah

ə

sind

ə

 iqtisadi t

ə

nziml

ə

nm

ə

  

Tullantılarla bağlı fəaliyyət sahəsində iqtisadi tənzimlənmə onun həcmi, təhlükəlilik 

dərəcəsi və yerləşdirilmə normativləri nəzərə alınmaqla tullantının toplanmasına, 

yerləşdirilməsinə, istifadəsinə və zərərsizləşdirilməsinə görə haqq ödənilməsi prinsipinə 

əsaslanır. 

Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə 

görə haqq tullantıların həcminin (kütləsinin), növünün və digər xüsusiyyətlərinin nəzərə 

alınması ilə müəyyən edilir və çirkləndirici tərəfindən ödənilir. 

Hüquqi və fiziki şəxslərin ödəmələrindən əldə olunan vəsait təbiəti mühafizə tədbirlərinin 

həyata keçirilməsinə sərf olunur. 

Tullantılarla əlaqədar iqtisadi stimullaşdırma formaları və onun tətbiqi mexanizmi, habelə 

tullantıların toplanmasına, yerləşdirilməsinə, istifadəsinə və zərərsizləşdirilməsinə görə 

haqq ödənilməsi, onun həcmi və bölüşdürülməsi qaydaları müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir. 

Madd

ə

 

19. Tullantılarla bağlı normativlə

r  

Tullantıların ətraf mühitə və insan sağlamlığına təsir həddini nizamlayan normativlər 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 



İdxal, ixrac və alqı-satqı obyekti olan tullantılar, habelə təhlükəli tullantılar 

qanunvericilikdə müəyyən olunan qaydada sertifikatlaşdırılır. 



Madd

ə

 

20. Tullantılarla bağlı dövlə

t uçotu v

ə

 hesabat  

Hüquqi və fiziki şəxslər tullantıların əmələ gəlməsinin, istifadəsinin, yerləşdirilməsinin, 

başqasına verilməsinin və ya satılmasının müvafiq icra hakimiyyəti orqanının müəyyən 

etdiyi qaydada və müddətdə ilkin uçotunu aparır, müvafiq dövlət orqanına hesabat təqdim 

edirlər. 

Hüquqi və fiziki şəxslər tullantıların uçotu ilə bağlı informasiyanın qanunvericilikdə 

müəyyən edilən müddət ərzində saxlanılmasını təmin edirlər. 

Tullantılarla bağlı dövlət uçotu və hesabatı vahid sistem üzrə hazırlanır və aparılır. 



Madd

ə

 

21. Tullantıların dövlət kadastrı 

 

Tullantıların dövlət kadastrına onların uçotuna dair sistemləşdirilən məlumatlar daxil 

edilir. 

Tullantıların dövlət kadastrı tullantıların siniflərə (dərəcələrə) bölünmə sistemlərini, 

onların yerləşdirilməsi obyektlərinin siyahısını, bank məlumatlarını və tullantıların emal 

texnologiyalarını əks etdirir. 

Tullantıların dövlət kadastrının aparılması qaydası və onun məzmunu müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 



V f

ə

sil. Yekun müdd

əaları

 

Madd

ə

 22. Beyn

ə

lxalq 

ə

m

əkdaşlıq 

 

Tullantılarla bağlı fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həyata keçirilir. 

Madd

ə

 23. Mübahis

ə

l

ə

rin h

ə

ll edilm

ə

si  

Tullantılarla bağlı mübahisələr qanunvericilikdə müəyyən edilən qaydada müvafiq icra 

hakimiyyəti orqanları və məhkəmələr tərəfindən həll edilir. 

Madd

ə

 

24. Tullantılar haqqında qanunvericiliyin pozulmasına görə

 

m

ə

suliyy

ə

t  

Tullantılar haqqında qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq intizam, inzibati, cinayət və 

mülki-hüquqi məsuliyyət daşıyırlar. 




Azərbaycan Respublikasının Prezidenti 

Heydər ƏLİYEV 

Bakı şəhəri, 30 iyun 1998-ci il 

№ 514-IQ 

«Azərbaycan» qəzetində dərc edilmişdir (28 oktyabr 1998-ci il, № 251) . 

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 

1998-ci il, № 10, maddə 606). 

12 fevral 2002-ci il tarixli, 262-IIQD nömrəli; 22 may 2007-ci il tarixli, 341-IIIQD 

nömrəli; 9 oktyabr 2007-ci il tarixli, 429-IIIQD nömrəli; 2 iyun 2008-ci il tarixli, 615-

IIIQD nömrəli; 12 iyun 2012-ci il tarixli, 379-IVQD nömrəli Qanunlara əsasən 

dəyişikliklər və əlavələrlə . 

 

Yüklə 152,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə